Şərqşünaslıq İnstitutunda “M.Ə.Rəsulzadənin millət, milli birlik və milli dövlət anlayışı: ənənə və müasirlik” mövzusunda elmi seminar keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “M.Ə.Rəsulzadənin millət, milli birlik və milli dövlət anlayışı: ənənə və müasirlik” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdən olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamını xatırladaraq, Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirməyi tapşırıldığını və bu tədbirlər sırasında AMEA-da da bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. G.Baxşəliyeva M.Ə.Rəsulzadənin ömrünün sonunadək müstəqillik arzusu ilə yaşadığını, mühacirətdə olanda da müstəqillik üçün çalışdığını deyib.
Şərqşünaslıq İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin M.Ə.Rəsulzadənin fəaliyyətini xüsusi araşdırdığını deyən akademik, onun hazırkı seminarda M.Ə.Rəsulzadənin millət, milli birlik və milli dövlət anlayışı barədə məruzə edəcəyini bildirib.
Sonra professor S.Rüstəmova-Tohidi məruzə edib. M.Ə.Rəsulzadənin hələ gənc yaşlarından inqilabi fəaliyyətə sosial demokrat kimi başlamasını söyləyən S.Rüstəmova-Tohidi onun hələ gənc yaşlarından milli məsələləri qaldırdığını, “Şərqi rus” qəzetində 1903-cü ildə məqaləsində Azərbaycan gənclərinin rus dilində danışmalarından narahatlığını bildirib.
Alim M.Ə.Rəsulzadənin 1908-ci ildə Məşrutə inqilabını araşdırmaq üçün İrana getdiyini, Səttarxanla, Seyid Həsən Tağızadə ilə görüşlərini qeyd edib və bütün bunların onun siyasi nəzərlərində böyük dəyişiklik yaratdığını, Cənubi azərbaycanlılarının hüquqları, dil problemləri ilə bağlı narahatlıqlarını və İrana demokratiya düşüncəsini birinci gətirənlərdən biri olduğunu nəzərə çatdırıb.
Məruzəçi M.Ə.Rəsulzadənin siyasi nəzərlərində növbəti dəyişikliklərin İstanbula getməsindən sonra baş verdiyinə diqqəti çəkib və onun türk xalqlarının azadlığı ilə bağlı baxışlarından bəhs edib.
M.Ə.Rəsulzadənin Azərbaycana qayıtdıqdan sonra 1913-17-ci illərdə ideoloq kimi yetişdiyini deyən S.Rüstəmova-Tohidi nəticədə siyasi xadim, siyasi lider kimi ön sıraya çıxdığını qeyd edərək, onun azərbaycançılıq ideologiyasından, millətin tərifini verməsindən, Moskvada Ümumrusiya müsəlman xalqlarının qurultayında türk xalqları məsələsini ortaya qoymasından, eləcə də parlamentdə aparıcı fraksiyanın başçısı kimi fəaliyyətindən bəhs edib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb.


mənbə; www.science.gov.az saytına istinad
Dünən, 11:14
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
Dünən, 11:12
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
Dünən, 11:09
Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan
Dünən, 11:07
Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın
Dünən, 11:05
Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
Dünən, 11:04
Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq
Dünən, 11:03
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Dünən, 11:02
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Dünən, 11:01
Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb
Dünən, 10:59
“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq
Dünən, 10:57
Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 işə başlayıb
3-11-2026, 14:13
Azərbaycan Kubokunda qayda pozuntularına görə qərarlar verilib
3-11-2026, 14:12
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
3-11-2026, 12:33
Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb
3-11-2026, 12:32
Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib
3-11-2026, 12:21
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
3-11-2026, 12:09
Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş olub
3-11-2026, 11:34
BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar
3-11-2026, 11:33
Azərbaycanda quş əti istehsalının 30, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir
3-11-2026, 11:31
ABŞ-İran qarşıdurması dünya neft bazarını silkələyir: Azərbaycanın mövqeyi və iqtisadi dividendləri
3-11-2026, 11:29
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
2-11-2026, 14:06
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
2-11-2026, 14:03
Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub
2-11-2026, 14:02
Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib
2-11-2026, 13:55
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
2-11-2026, 12:14
"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır
2-11-2026, 12:12
İlham Mirzəliyev: Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq