“100-cü ilində Türkiyə Cümhuriyyəti” adlı konfrans keçirilib
Elm və təhsil
Oxunub: 266
30 okt 2023 | 11:37

AMEA-nın Naxçıvan Bölməsində qardaş Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə elmi konfrans keçirilib.

Konfransı Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik bildirib ki, 2023-cü il Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması baxımından əlamətdardır. Xalqımız həm də 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması kimi mühüm tarixi anlara şahidlik etdi.

Bir əsrdən artıq dövr ərzində Türkiyə tarixinə nəzər salan bölmə sədri böyük sərkərdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının yazdığı şanlı tarixdən, İstiqlal savaşında öz tarixi torpaqları uğrunda apardıqları qətiyyətli mübarizədən, cümhuriyyət qurulduqdan sonra Atatürkün ölkənin gələcək inkişafı üçün həyata keçirdiyi islahatlardan danışıb.

Hər iki ölkənin bir-birinə göstərdiyi dəstəkdən söz açan İsmayıl Hacıyev qeyd edib ki, bu dostluq İkinci Qarabağ müharibəsində daha da aydın göründü. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi qardaş ölkə ilə həm də müttəfiqliyimizin bəyanı oldu. Akademik çıxışı zamanı iki ölkənin birgə həyata keçirdiyi layihələrdən, onların səmərəliliyindən və icrası nəzərdə tutulan işlərdən bəhs edib.

Çıxışının sonunda İsmayıl Hacıyev 29 Oktyabr - Türkiyənin Cümhuriyyət bayramı münasibətilə təbrik və xoş diləklərini Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayaya çatdırıb.

Konfransda çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Türkiyə Cümhuriyyətinin olduqca çətin şəraitdə yaradıldığını bildirib. Baş konsul istiqlala gedən yolda Azərbaycan xalqının türk qardaşlarına dəstəyindən, eləcə də Kazım Qarabəkir Paşa və Nuru Paşanın rəhbərliyi ilə Naxçıvan və Bakının azad edilməsindəki xidmətlərindən bəhs edib.

Türkiyə və Azərbaycanın sarsılmaz bağlarla bir-birinə bağlandığını söyləyən Baş konsul yaxın tarixdə ölkələrimiz arasında inkişaf edən siyasi, iqtisadi və mədəni münasibətlərdən danışıb. Bu münasibətlərin davamı olaraq Naxçıvanda elm, təhsil və digər mədəni sahələrdə bir sıra işlərin görüldüyünü diqqətə çatdıran natiq gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən söz açıb, hər iki ölkə arasında tarixi və mədəni bağların gənc nəslə çatdırılmasının vacibliyini dilə gətirib. Millətimizin və dövlətlərimizin gələcək inkişafında bilikli, zəngin dünyagörüşünə sahib gənclərin rolunu qeyd edib.

Çıxışların ardından konfans məruzələrin təqdimatı ilə öz işini davam etdirib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Türkiyənin İstiqlal mübarizəsi və Azərbaycan”, həmin institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində Ümid-Dilucu körpüsünün yeri və əhəmiyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Türkiyənin istiqlalı və Azərbaycan ədəbiyyatı”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Azərbaycan-Türkiyə əlaqələri tarixdə və günümüzdə” mövzusunda məruzələr ediblər.

Məruzələrdə Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərinə nəzər salınıb, XX əsrin əvvəllərində Türkiyədə baş verən mühüm tarixi hadisələrdən, Sevr müqaviləsi ilə ölkənin düşdüyü çətin vəziyyətdən, eləcə də Ulu Öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının ölkənin istiqlalı üçün apardığı əzmkar mübarizədən bəhs olunub. Ermənilərin türk torpaqlarının bölüşdürülməsində marağından, “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək cəhdlərindən, bu məsələdə türk millətinin qətiyyətli mövqeyindən və mübarizəsindən söz açılıb.

Hələ sovet hakimiyyəti dövründə Türkiyə ilə münasibətlərdə Azərbaycanın rolu, müxtəlif tarixi hadisələr fonunda iki qardaş respublikanı birləşdirən Ümid-Dilucu körpüsünün mühüm tarixi əhəmiyyəti vurğulanıb. Qardaşlıq və dostluq münasibətlərinin 44 günlük Vətən müharibəsində daha da aydın şəkildə bəyanından, Şuşa Bəyannaməsi ilə sözügedən yaxın münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsindən, Bəyannamənin tarixi Qars müqaviləsi ilə oxşar və fərqli cəhətlərindən danışılıb.

İstiqlal müharibəsində türk ziyalıların mövqeyinin, bu mövzuda qələmə aldıqları əsərlərin diqqətə çatdırıldığı konfransda Ə.Cavad, C.Cabbarlı, B.Vahabzadə, Z.Yaqub və başqa söz adamlarının yaradıcılığında Türkiyə mövzusunun əksi məsələsindən və təsvir xüsusiyyətlərindən danışılıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
MƏNBƏ;www.science.gov.az
27-11-2026, 12:25
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib
27-11-2026, 12:09
Ötən gün 65 cinayətin açılması təmin edilib
27-11-2026, 11:56
Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
27-11-2026, 11:53
Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilir
27-11-2026, 11:47
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
27-11-2026, 11:43
AMEA-da elmi əməkdaşların fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi modeli
27-11-2026, 11:33
Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb
27-11-2026, 11:29
AMEA-nın tədbirlər planları təsdiq edilib
26-11-2026, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
26-11-2026, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
26-11-2026, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
26-11-2026, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
26-11-2026, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30