“Şərur rayonunun tarixi” monoqrafiyası işıq üzü görüb

Naxçıvan Bölməsi əməkdaşları - AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun həmmüəllifliyi ilə “Şərur rayonunun tarixi” adlı yeni monoqrafiya çapdan çıxıb.
Monoqrafiyanın elmi redaktoru, akademik İsmayıl Hacıyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevdir.
Kitabda Şərur rayonunun tarixi bütöv şəkildə ələ alınaraq öyrənilmiş, inkişaf mərhələləri ardıcıl şəkildə təhlil olunmuşdur. Burada ilk insan məskənlərindən başlayaraq Şərurun qədim abidələri, həmin abidələrdən aşkar olunmuş arxeoloji materiallar, həmçinin Şərur tarixinin müxtəlif dövrləri araşdırılmış, tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri barədə məlumatlar öz əksini tapmışdır. Bölgədə formalaşan sosial-iqtisadi və siyasi proseslərin, Cənubi Qafqaz və Yaxın Şərq tarixinin tədqiqində olduqca əhəmiyyətli olduğu qeyd olunmuşdur.
Əsərin əvvəlində Şərur toponiminin etimologiyası, rayonun yaranması, coğrafi mövqeyi, təbii şəraiti, faydalı qazıntıları barədə ətraflı məlumatlar yer alır. Vurğulanır ki, 2008-2012-ci illərdə rayon ərazisindəki Oğlanqala və Qızqala abidələrində aparılan tədqiqatlar Şərurun tarixinin öyrənilməmiş səhifələrini üzə çıxarmağa imkan vermiş, bölgənin qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərmişdir. Tarixin sonrakı mərhələlərində də strateji əhəmiyyətini qoruyub saxlayan Şərur hələ qədim zamanlardan türkdilli xalqların məskəni olmuş, məskunlaşma prosesi Orta əsrlər dövründə də davam etmişdir.
Monoqrafiyada rayonun 1991-1993, 1993-2021-ci illər üzrə sosial-iqtisadi inkişafına, eləcə də bu inkişafın yekunlarına xüsusi yer verilmişdir. Dövlət müstəqilliyimizin bərpasından, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra rayonun inkişafında yeni mərhələnin başlandığı diqqətə çatdırılmışdır.
Əsərin “Şərur rayonunun mədəni inkişafı” adlanan fəslində rayonda elm və təhsilin, mədəni-maarif müəssisələrinin, mədəniyyətin inkişafından, Şərur rayonunda formalaşmış ədəbi mühitdən, buradakı sosial-ideoloji mərkəzlərdən bəhs edilir. Şərur rayonunun tarix və mədəniyyət abidələri “Arxeoloji abidələr” və “Məscid və ziyarətgahlar” adlı yarımfəsillərdə əhatəli şərh olunur.
Azərbaycan, türk, rus və digər xarici dillərdə 300-ə yaxın mənbəyə istinadların yer aldığı monoqrafiyanın sonuna ölkə başçısı cənab İlham Əliyevin rayona səfəri zamanı çəkilmiş foto-şəkillər, Qazma mağarasından, Xələc, Ovçulartəpə, Şortəpə,Yaycı, Qızqala, Qazxan, Oğlanqala, Qoşatəpə, Hadiqaib və başqa yaşayış yerləri və nekropollardan aşkar edilən naxışlı, boyalı keramika nümunələri, bəzi qədim dövr yaşayış yerlərinin planları əlavə edilmişdir.
Monoqrafiya elm adamları, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
mənbə;science.gov.az
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar