Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları
Elm və təhsil
Oxunub: 91
1 mar 2023 | 21:46

Səkkizinci məqalə

Lütfi Zadənin Amerikada “möcüzələr” və “dahilik”dövrü

Diqqətli oxucu dünyaşöhrətli alim Lütfi Zadə haqqında əslində çox az sayda olan məqalə və onunla müsahibələrdə, onlardan daha mükəmməl hesab oluna biləcək vikipediya məqalələri və bioqrafiya yazılarında Amerika dövrü də daxil həyatının bütün mərhələlərinin çox bəsit işıqlandırıldığı fikrini təsdiqləyə bilər. Bu vəziyyət sistemli tədqiqatlarda dövr hadisəsinin düzgün və əsaslı şərhi üçün təbii olaraq çətinlik yaradır və əsas da bu və ya digər tədqiqat obyektinin, o cümlədən Lütfi Zadənin düzgün dərkinə mane olur. Məsələn, Lütfi Zadənin Amerikaya təhsilini davam etdirmək üçün getdiyi zaman – “dövr” əsas vikipediya məqalələrində və onlardan qaynaqlanan bütün məlumatlarda bu qısa cümlələrlə ifadə olunub: “Lütfi Zadə 1942-ci ildə Tehran Universitetini bitirib və 1944-cü ildə elmi maraqlarını davam etdirmək üçün ABŞ-a gedib”. Bu məlumat isə rus dilindəki vikipediyadandır və yenə eyni səviyyədə - çox bəsit: “Universiteti bitirdikdən sonra o, İranda yerləşən Amerika qoşunlarını tikinti materialları ilə təmin edən atası ilə birlikdə işləyirdi. 1944-cü ilin iyulunda ABŞ-a köçdü”. Belə məlumalar onlarladır.

Ona görə də mən hamıdan fərqli olaraq və əvvəlki tədqiq-təhlillərimdə də olduğu kimi Lütfi Zadənin Amerika dövrünü də lap başdan tarixi gerçəkləri, reallıqları ilə canlandırmağı labüd hesab edirəm. Çox sadə anlatsam, axı Lütfi Zadə 1944-cü ildə yol çantasını əlinə alıb, ABŞ təyyarəsinə qalxıb, karyera ardınca “gülə-gülə” getməmişdi... Bəli! Lütfi Zadə və sonra (1947-ci ildə) ailəsinin Amerika Birləşmiş Ştatlarına köçməsi bugünün ABŞ-a uçan ən müasir və ən böyük Airbus və ya Boeinq təyyarələri ilə uçuşlar qədər rahat, konfort şəraitdən fərqli dəhşətli həyat hekayələrini təsəvvürə gətirir. Tarixi bir az “çək-çevir” etsək qarşımızda o dövrün geniş siyasi və hərbi dramatik – tragik səhnəsi canlanır.

Beləki, Lütfi Zadənin Təhsilini başa vurduğu 1942-ci il II Dünya müharibəsinin cərəyan etdiyi illərə təsadüf edir. O 1942-ci ildə ali məktəbi bitirəndə 30 minlik ABŞ Ordusu və habelə SSRİ – Stalin qoşunları İranın mərkəzində yerəşdirilmişdi. Lütfi Zadə atası ilə bərabər ABŞ Ordusunda texniki sahədə çalışır, pul toplayır və təhsilini davam etdirmək üçün 1943-cü ildə yola çıxır.

Bu vaxt İran öz müasir dövr tarixində ən mürəkkəb dövrü yaşayırdı. 1938-ci ildə Alman nasistlərinin başladıqları II dünya müharibəsi irəliləyərək 1941-ci ildə SSRİ-yə yetişdikdə dünyanın ən güclü imperiyası olan Böyük Britaniya ilə Sovet İttifaqı müttəfiq olaraq Almaniya ilə bir çox sahələrdə əlaqələri olan İrana hücum etdilər. Məqsəd Trans-İran dəmiryolundan, Fars körfəzindən öz maraqları üçün geniş istifadə etmək idi. Hakimiyyətdə olan Rza şah Pəhləvi SSRİ və xüsusilə İngiltərənin müdaxilələrinə qarşı çıxış edərkən, onlara qoşulmağa etirazını bildirərkən müttəfiq dövlətlər onu taxtdan endirərək Afrikaya sürgün etdilər. Bundan sonra müttəfiqlər xalqın Almaniya yönlü mitinqləri qarışıq bütün siyasi narazılıqlarını nəzərə alaraq Rza şahın oğlu Məhəmməd şahı taxta oturtdular. Həmin dövrdə və ümumiyyətlə uzun əsrlər boyu dünya ölkələrini öz hakimiyyəti altında saxlayan İngiltərə güclü ingilis siyasi lideri, 1940-cı ildə İngiltərənnin müdafiə naziri, elə həmin il Böyük Britaniyanın baş naziri vəzifəsinə təyin olunan U.Çörçill üçün İran öz ölkəsindən SSRİ-yə əsasən hərbi və ümumiyyətlə, hər növ malların tranziti məqsədini daşıyırdı. Hətta Çörçill bu dövrdə İngiltərənin İranda xüsusi “tarixini” İran körfəzinin adını Fars körfəzinə dəyişməklə cızmışdır. İranda İngiltərə, SSRİ, ABŞ hökmranlığı milyonlarla insana tanış olan Moskva istehsalı “Tehran-43” filmində maraqlı süjetlə əks olunmuşdur. Filmin məzmununu təşkil edən məsələ - U.Çörçill, F.Ruzvelt və İ.Stalin arasında “Tehran konfransı” (filmin süjeti bu liderlərə suiqəsdə planı üzərində qurulmuşdu) bir növ İranın işğalı deməkdi. Məhəmməd şahın 1943-cü ildə Almaniyaya müharibə elan etməsi də bütün neytallıq hüququnun boşa çıxmasını təsdiqləyir.

Bunun ardınca 1943-cü illərində Böyük Britaniya və SSRİ-nin müttəfiqi olan Amerika Birləşmiş Ştatları İrana 30 minlik ordu yerləşdirmişdi ki, bu İrana aid strateji dünya dəmiryolu xəttinin dağıdılmaması və əksinə istismarını həyata keçirirdi. ABŞ komandanlığı həmin dəmir yolunun yenilənməsi və daha da möhkəmlənməsi işinə siravi işçilər də cəlb etmşdi ki, bu qüvvə arasında Lütfi Zadə və atası da vardı. Lütfi Zadənin atası Ağarəhim Ələsgərzadə dəmiryolunu tikən şirkəti lazım olan materiallarla təmin edir, ata-oğul podratçı qismində iştirak edirdilər.

Bu əsas İran dəmir yolunun bərpası və tkintisi başa çatdıqdan sonra ABŞ və İngiltərə yerin üstündəki bu xəttlə SSRİ ilə təchizat əlaqələri həyata keçirir, Fars körfəzi və Xəzər dənizindən də gəmi ilə yüklərin çatdırılması üçün istifadə edirdilər. Fars Körfəzi Xidmət Komandanlığına (PGSC) aid bütün gəmilər hər gün SSRİ-nin müxtəlif limanlarına hərbi sursat, yük maşınları ilə bərabər ən elementar qida məhsulları və s. çatdırırdılar. Sonralar qısaca Fars Körfəzi Komandanlığı adlandırılan bazanın Gəmilərinin marşurutu Amerika, Kanadadan SSRİ-nin Vladivastok ərazilərinə qədər uzanırdı.

Statistik məlumatlar Dünya müharibəsinin ən kritik mərhələsi 1943-cü ildə Fars Körfəzi ilə Amerikanın 10 milyon tonluq yükü SSRİ, İran və İngiltərəyə çatdırıldığını göstərir. Gəmilər yalnız mal yükü daşımır, Avropaya Almanyadan, Polşadan və s. yerlərdən yüzlərlə alman zülmündən qaçan insanları aparırdı.

Bundan başqa II dünya müharibəsi illərində İran və eləcə də Misir dövlətləri nə qədər neytral olduqlarını elan etmiş olsalar da nasist Almaniyasına qarşı döyüşən SSRİ-yə dəstək olmaq üçün birləşmiş İngitərə və ABŞ onların ərazilərində Şərqi cəbhəsi yaratmış və öz maraqlarını uyğun olan bütün hərbi-siyasi və bütün sahələrdə planlarını həyata keçirmişlər. İ.Stalinin və ABŞ-ın İrana güclü orduları ilə daxil olub onun hava və dəniz məkanından istifadə etməsi, müharibə bitdikdən sonra belə SSRİ rəhbərinin ölkəni tərk etməməsi, S.C. Pişəvəri hökumətinin qurulmasında rəhbər mövqe tutması İranın sonuncu Pəhləvi şahının “Müharibə bitdikdən 6 ay sonra müttəfiqlərin İrandan çıxması” haqqında müqaviləsinin əyani surətdə heç olması və təbii İran dövlətinin zəifliyini ifadə edirdi.

Müttəfiq ölkələrin Şərq cəbhəsindəki müharibə ocaqları öz məzmununa görə ağlasığmaz faciələrlə tarixə düşmüşdür. Elə Polşanın işğalı ilə insanların öz vətənlərindən kütləvi şəkildə qaçıb dünyaya səpələnməsi, aclığın, xəstəliklərin baş alıb getməsi və yenə insanların kütləvi ölməsi, beləcə dəhşətli Holokost gerçəklərindən tutmuş ABŞ-ın nüvə bombası istehsal edərək onu Yaponiya üzərində sınaqdan keçirməklə minlərlə insanı, yerin fauna və florasını məhv etməsi faktları bunu sübut edən faktlar sırasındadır.

“Neytral” mövqe tutmaq qərarlarına baxmayaraq əslində bir-biri ilə dost olmayan ABŞ və İngiltərənin SSRİ-Almaniya müharibəsində birləşərək İran və Misiri yalnız yeganə “qapı” alternativi kimi qiymətləndirib ondan faydalanmışlar. Hətta istər İranın, istərsə də Misirin peşəkar pilotları ABŞ və İngiltərənin hərbi hava qüvvələrində, xüsusilə qırıcı təyyarələrində fəaliyyətə cəlb olunmuşdur. Müttəfiqlər bu ölkələrin zabit və əsgərlərindən ibarət ordu hissələri də yaratmışlar. Bu ölkələr müttəfiqlərin bazaları, o cümlədən tranzit xətlərindən başqa siyasi məqsədləri bir mərkəz kimi əlverişli idi. Yuxarıda da qeyd etdiyimiz kimi İranda, habelə Qahirədə II Dünya müharibəsi illərində təşkil olunmuş konfranslar, rəsmi görüşlər bunu təsdiqləyir.

Maraqlı məsələlərdən biri də budur ki, neytrallıqları güclü müttəfiqlərin planları ilə heç olmuş, əslində işğala məruz qalmış İran və Misir arasında gizli-açıq birləşmək məqsədi ilə qarşılıqlı münasibətlər yaranmış, onlar təbii və mənəvi körpülərlə bir-birlərinə arxa-dayaq olmuşlar. Bunun çox xarakterik bir misalıdır ki, ingilislərin böyük təsiri ilə Almaniyaya tərəf olan İran padşahı Rza Pəhləvinin taxtdan salınmasından sonra hakimiyyətə gələn varisi Məhəmməd şah Misir kralı Qanuni İsmayılın yeddinci oğlu olan I Fuadın qızı Fövziyə ilə məhz siyasi maraqlar əsasında evlənmişdir. Tarixi mənbələrdə vurğulandığı kimi məqsəd hər iki müsəlman dövlətinin birləşməsi və Yaxın Şərqdə və həmçinin bilavasitə dünyada nüfuzlarını artıqmaq olmuşşdur. İki vəliəhdin ailə həyatının (1939-1945) tezliklə bitməsi də bu nigahın siyasi maraqlara bağlı siyasi razılaşma olduğunu təsdiqləyən fakt kimi qiymətləndirilir. Cütlük müharibə bitən il boşanmış və hər ikisi yeni ailə həyatı qurmuşlar.

1943-cü il kimi müharibənin qızğın bir mərhələsində, həmçinin İranın müttəfiq dövlətlərin bazasına çevrildiyi belə mürəkkəb dövrdə Lütfi Zadə ali məktəbi bitirmişdi və Amerikada yerləşmək, təhsilini davam etdirmək üçün pul toplayıb yola çıxmışdı.

Azərbaycanlıların qədim atalar sözlərindən birində belə bir çox doğru, məntiqi fikir var: “Dava uzadan asan görünər”.

Bu baxımdan dahi alimin Amerika dövrünə keçiddə cərəyan edən əsl müharibə gerçəklərinin heç bir vikipediyada, heç bir məqalə və müsahibədə reallığı ilə əsaslandırılmamaması xarakterikdir. Qısa bir və ya iki cümləlik ekskuliziv məlumatlarda əvvələcə Lütfi Zadənin, br neçə il sonra ailəsinin müharibənin od-alovu içərisindən keçən növbəti miqrasiyaları, yola çıxacaqları çox uzun və xeyli təhlükəli gəmi səfəri, onun reallıqları haqqında heç nə yazılmayıb. Biz bu dövrün tarixinə yönəli tədqiqatlarımızı bir qədər də genişləndirərək daha önəmli başqa reallıqları da Lütfi Zadə dövrünün dərki məqsədi ilə şərh etməklə qiymətləndirmək istəyirik.

Beləcə Lütfi Zadələr və onlar kimi İrandakı despotik, həmçinin qarışıq-siyasi xaos vəziyyətdən baş götürüb gedənlər, həm də getdikləri yerə də qət edəcəkləri yollar mənasında bir başqa böyük əzab-əziyyətlə yol almışdılar. Oddan-alovdan canını qurtarmaq üçün gəmilərə dolub “Avroplara”, eləcə də ABŞ-a dənizlərlə, okean üzərindən yol alan Şərqlilərin qarşılaşdıqları məşəqqətləri yada salıb Lütfi Zadənin Amerika dövrünün ilk “səhifələrini” təsəvvür etmək çətin deyil. O və ətrafındakı miqrantların yerləşdikləri gəmilərin göyərtələrində sularda gedən əsl müharibə döyüşlərini müşahidə edir, hələ hava hücumundan və ya təbii fəlakətdən salamat çıxıb-çıxmayacaqlarını bilmədən günlərlə qorxu, həyəcan hisslərilə aylarla yol gedirdilər. Bu miqrant təbəqə heç onları yetişəcəkləri “ünvanda” nə gözlədiyini də bilmirdi.

Ələsgərzadələr ailəsinin Amerika Birləşmiş Ştatlarına birlikdə getdiklərini yazan məqalələr də vardır. Bunu yuxarıda nəzərdən keçirdiyimiz mənbələr ailənin 1947-ci ildə Nyu Yorka köçdüyünü göstərməklə təkzib edirlər. O qədər də əsas ştrix olmasa da Lütfi Zadənin anlarla birlikdə Bakıdan İrana köçmüş nənəsinin taleyindən də heç bir söz açılmır. Nənə İranda qalır, Bakıya qayıdır yoxsa Fayqa və Ağarəhimlə birlikdə ABŞ-a gedir.

... 1943-cü ildə Lütfi Zadə təhsilini davam etdirmək məqsədilə ABŞ-a getmək üçün gəmi nəqliyyatını seçir və müharibə gerçəklərinə görə daimi “məşğul” olan gəmilər onun limanına aylar keçdikdən sonra gəlir. Ölkəsi İranın Misirlə olan qarşılıqlı xoş məzmunlu dost əlaqələri onun və miqrant həmşəhərlərinin Qahirə şəhərindən keçməklə 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına gedib çıxmasını reallaşdırır.

Necə deyərlər alnına dünya şöhrətli alim taleyi yazılmış Lütfi Zadənin Amerikada “möcüzələr” və dahilik “dövrü” Pensilvaniyanın Atlantik okeanın sahillərində Delaver çayında yerləşən Filadelfiyadan başlayır.

II Dünya müharibəsi illərində ABŞ-a həyatını və təhsilini davam etdirmək üçün gələn Lütfi Zadənin “dövrünü” dərindən anlamaq istiqamətində ABŞ-ın bu mərhələdəki vəziyyətini, siyasi-hərbi maraqlarını, ondan çox uzaqda olan SSRİ və Almaniyaya müharibəsinə münasibətini və burada mövqeyini öyrənib bilmək də çox mühümdür.

II Dünya Müharibəsinin xronologiyasında ABŞ-ın SSRİ-Almaniya hücumları çərçivəsində mövqeyi 1940-cı ilin 2 noyabr tarixindən başlamışdır. Bu tarixdə ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə insanlığın məhvinə hesablanmış və artıq 1937-ci ildən bəri davam edən və genişlənən müharibədə kömək təklif etmişdir.

Kiçik bir haşiyə çıxaraq qeyd etmək yerinə düşər ki, F.Ruzvelt Lütfi Zadəni və onun kimi minlərlə Asiyadan, Şərqdən ABŞ-a köç edən kütləni daşıyan gəmilərin üzməsi üçün Filadelfiya ilə Nyu-Cersi ştatlarını birləşdirən Delaver çayının sahillərində birinci tranzit port bölməsinin (İng. Port Authority Transit Corporation - Port Authority Transit Corporation) açıllması məhz II Dünya müharibəsinin başlandığı 1938-ci ilə təsadüf edir.

Bundan başqa və ən ciddi tarixi hadisə Amerika prezidenti F.Ruzveltin 1941-1945-ci illəri əhatə edən Lend liz Aktı (Lend-Lease) idi.1941-ci ilin mart ayının 11-də qüvvəyə minmiş və 20 sentyabr 1945-ci ilədək 36 dövlətin ərzaqdan tutmuş ən bahalı gəmilər, təyyarələr və hərbisilah-sursat və s. ehtiyaclarını əhatə edirdi. İndinin valyuta məzənnəsi ilə hesablansa 719 milyard dollara bərabər bu nəhəng dəstək layihəsinin əsl mahiyyəti nə qədər gizlədilsə də əlbəttə ki, ABŞ-ın xarici siyasi maraqlarının arxasında dahanan “məxvi plana” söykənirdi. Maraqlı faktlardan biri SSRİ-nin ona verilmiş 10,982.1 Lend-Lizin1971-ci ildə 722 millyon dollarını qaytarıb bu ABŞ-ın borcundan qurtarmasıdır. Ancaq təbii 25 ilə ödənilmiş borc SSRİ-nin bütün müttəfiq respublikalarının büdcəsi, başqa cür desək Sovet xalqı adlanan təbəqənin hesabına mümkün olmuşdu.

Tarixin qalın buxovları altından çox məsələlər, o cümlədən F.Ruzveltin amerikalıları aldatması ilə müharibəyə qoşulmağa dəstək alması lakin bunun ABŞ prezidentinin əslində uğursuzluğu faktları da görünməkdədir. Bəlkə elə ABŞ prezidentinin ömrünün tez bitməsi də bu uğursuzluqların nəticəsi idi.

Hər bir halda Amerika II Dünya müharibəsinin başda dayanan qüvvəsi olmuş, bununla da 1939-1945-ci illərdə ABŞ mühiti, ABŞ insanlarının Lütfi həyatında cərəyan etmiş mürəkkəb, faciə sonluqlu hadisələr Lütfi Zadənin də “dövrünə” öz təsirini göstərmişdir. Onun taleyinə düşən İrandan getmək kimi miqrasiya- növbəti köçkünlük həyatı bilavsitə elə İranı böyük güc dövlətlərinin işğal etməsi, ölkənin hər yerində, əsas da Tehranın mərkəzində ABŞ-ın və eləcə də SSRİ-nin hərbi bazalarının fəaliyyətinin normal həyat qanunlarını pozması və sabitliyin bərpa olunacağının real tarixinin qeyri-müəyyənliyi olmuşdur.

Lütfi Zadənin Amerikaya yol aldığı və çətinliklərlə daxi olduğu 1943-1944-cü illərdə ABŞ-ın suda, quruda və havada çox vaxt maskalanan döyüşləri müharibəyə təkanları davam etmşdir.

Məsələn, 1943-cü ilin son aylarıda - 28 noyabrda ilk dəfə Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Tehran konfransı, bundan bir ay sonra Ruzvelt və Çörçillin SSRİ rəhbəri olmadan Qahirə konfransları keçirilmişdir. 1944-cü ildə isə lap əvvəldən neytrallıq, sonra insanlığın faşist soyqrımından xilası məqsədilə II Dünya müharibəsinə qoşulmuş Amerika Almaniya – SSRİ müharibəsinin 3-cü ilinin tamamında – 1944-cü ilin 6 iyun tarixində Kanada və İngiltərə ilə birlikdə Normandiyaya daxil olur və bu da ikinci cəbhənin açılmasına gətirib çıxarır və bundan sonra cərəyan edən hərbi hadisələr nəticəsində güclü peşəkar hərbçilərdən ibarət ABŞ qoşunları 15 oktyabr 1944-cü ildə Almaniyaya hücuma keçərək 2-21 oktyabr tarixlərində demək olar ki, hər gün 100-lərlə insanın öldürülməsi və yaranlanması hesabına ölkənin ən böyük şəhərlərindən olan Axena şəhərini işğal edirlər.

Ən əsas məsələ ABŞ-ın bu qələbəsi Lütfi Zadənin hələ yolda olarkən baş verirdi və onların Atlantik okeanın dərin suları üzərində irəliləyən miqrant gəmiləri Almanların heç də adi olmayan – güclü Eniğma sistemlərinin bir həmləsi ilə yoxa çıxıb, yaddaşlarda mif kimi yaşayacaqdı.

Böyük ehtimal ki, dahi alim olacaq gənc Lütfi Zadə bu gerçəkləri bildiyi üçün valideynlərini (nənə var idi hələ..) özü ilə götürməmişdir. Onların Amerikaya gəlişi 1947-ci il göstərilir. Həm də onlar Pensilvaniyaya yaxın Nyu Yorkda yerləşirlər. Bu səbəbdən də Lütfi Zadə o regionu bir az dolaşıb, özü üçün “sahil” seçir.

Beləliklə irandan Lütfəli Ələskərzadə ad-soyadı ilə Amerikaya yola düşən bizim qəhrəman orada (“qısaldılmaya” uyğun) Lütfi A.Zadə kimi təsdiqlənir. Onun Amerikaya gedib çatması tarixi bəzi məqalələrdə 1944-cü il də yazılır. Dəqiqlik olmadığı üçün biz onun 1943 və 1944-cü ilin sentyabr ayında ABŞ-a gəldikdən sonra Amerikanın tarixi və güclü təhsil ocağı Massaçusets Texnologiya İnstitutunun (MIT) aspiranturasına daxil olur. Bu illərdə MİT ABŞ Siyasi hakimiyyəti və ordusunun əlaqələndirici missiyasını daşımışdır. Universitet müharibə, əsasən də Lend Liz Aktına uyğun ixtiraçılıq sahəsini genişləndirmişdir. ABŞ Hərbi təyyarələri, Hərbi Dəniz Qüvvələri, habelə məşhur Mark 14 silah nişanı məhz müharibə illərində Kembric ətrafında yerləşən Massaçusets Texnologiya İnstitutunda istehsal olunmuşdur. Bu ixtiraçılıq missiyası qanında alim, mühəndis olmaq arzuları qaynayan Lütfi A.Zadənin yeniliklər dolu peşə yolunu müəyyənləşdirəcəkdi.

Əlbəttə böyük uğurların başlanğıcı ağır sınaqlar olur. Göründüyü kimi Lütfi Zadənin də Amerikada “möcüzələr” və dahilik “dövrü”nün başlanğıcı belə əzab-əziyyətlər dolu müharibə dəhşətlərinə şahidlik edən hətta ölüm-qalım sınaqlarından keçmişdir.

Fikrimizcə, “Lütfizadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” mövzusunda fundamental tədqiqat işimizin bu hissəsi dahi alimin bu “dövrü” haqqında olan çoxsaylı və çox dillərdə olan internet məlumatlardakı bəsitliyi aradan qaldıra bildi.

Ancaq Azərbaycan əsilli dünyaşöhrətli alim Lütfi Zadənin Amerikada “möcüzələr” və dahilik “dövrü”” hadisəsi, bu dövrə aid hadisələr o qədər dolğun və tarixi əhəmiyyəti baxımından qiymətlidir ki, onu bir, iki məqalə ilə ifadə etmək həmin mövcud “bəsitlikləri” davam etdirməyə bərabər ola bilər. Ona görə də biz dahi Lütfi Zadənin dərki üçün biz bu mövzunu növbəti – doqquzuncu məqalədə davam edəcəyik.

Davamı olacaQ


Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

mənbə;.science.gov.az saytına istinad zəruridir.
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930