Ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin elmi fəaliyyətinə həsr olunan monoqrafiya işıq üzü görüb
Elm və təhsil
Oxunub: 152
3 fev 2023 | 09:47

AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun yeni monoqrafiyası işıq üzü görüb.

Naxçıvan Bölməsi Rəyasət Heyətinin 29 noyabr 2022-ci il tarixli qərarı ilə çapa tövsiyə edilən “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” adlı monoqrafiya “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunub.

Monoqrafiyanın əsas tədqiqat predmeti tanınmış ölkəşünas Mirbağır Mirheydərzadənin elmi fəaliyyətidir. Əsər Giriş, 3 fəsil, Nəticə, Qaynaqlar və “Əlavələr”dən ibarətdir.

“Giriş”də Mirbağır Mirheydərzadənin həyatının, elmi və ictimai fəaliyyətinin əsas məqamlarına nəzər salınır, araşdırılmağa ehtiyacı olan mövzunun aktuallığı diqqətə çatdırılır.

Kitabın birinci fəsli “Mirbağır Mirheydərzadənin fəaliyyətinin dəyərləndirilməsi və təbliği” adlanır. Burada M.Mirheydərzadənin fəaliyyəti ilə bağlı ilk mətbu məlumatlar, arxiv materialları dəyərləndirilir və onun çoxşaxəli fəaliyyətinə, elmi irsinin tədqiqi və təbliği tarixinə nəzər salınır.

“Mirbağır Mirheydərzadənin elmi-təşkilati fəaliyyəti” adlanan ikinci fəsildə onun Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili və fəaliyyətində göstərdiyi xidmətlərindən, habelə 1930-1945-ci illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasındakı və zənginləşdirilməsindəki mühüm rolundan bəhs edilir. Qeyd olunur ki, M.Mirheydərzadə Avropa, rus və erməni mənşəli arxeoloqların Naxçıvanda apardıqları arxeoloji qazıntılar zamanı aşkar olunan maddi mədəniyyət nümunələrinin buradan çıxarılaraq başqa yerlərə aparılmasına mane olmağa çalışıb və bir sıra hallarda bu xoşagəlməz vəziyyətin qarşısını almağa nail olub. Sözügedən fəsildə M.Mirheydərzadənin Naxçıvan bölgəsinə aid folklor materialları və maddi mədəniyyət nümunələrinin toplanılmasında, eyni zamanda tarixi abidələrin qeydə alınmasındakı xidmətləri də araşdırılıb.

Əsərin “Mirbağır Mirheydərzadənin elmi yaradıcılığı” başlıqlı sonuncu fəslində vətənpərvər elm xadiminin təxminən 100 il bundan əvvəl ərsəyə gətirdiyi və uzun illər diqqətdən kənarda qalan “Naxçıvan tarixi” adlı monoqrafiyası ilk dəfə olaraq tədqiqata cəlb edilib. Bu fəsildə M.Mirheydərzadənin adı çəkilən monoqrafiyasında Naxçıvan bölgəsinin qədim dövrlərdən başlayaraq 1920-ci ilədək tarixi, etnoqrafiyası, maddi mədəniyyət nümunələri, epiqrafik abidələri, xalq adət-ənənələri ilə bağlı apardığı araşdırmalarının nəticələri sistemli şəkildə tədqiq olunaraq dəyərləndirilib.

Monoqrafiyanın “Nəticə”sində M.Mirheydərzadənin təşkilatçı və tədqiqatçı kimi Naxçıvanşünaslıq üçün həlledici rolunu xüsusilə vurğulayan Fərman Xəlilov yazır: “M.Mirheydərzadənin 1925-1944-cü illərdəki elmi fəaliyyəti onu səriştəli bir ölkəşünas hesab etməyə əsas verir. Elmi dərəcəsi olmasa da, ciddi araşdırmalar nəticəsində ərsəyə gətirdiyi “Naxçıvan tarixi” kitabına görə M.Mirheydərzadəni səriştəli ölkəşünas-alim hesab etmək olar”.

Əsərin “Əlavələr” hissəsinə M.Mirheydərzadənin mətbu və qeyri-mətbu yazıları, o cümlədən həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, bəzi sənəd və əlyazmaların surəti daxil edilib. Onun müxtəlif illərdə dərc olunmuş “Tiflisdən”, “İşə başlamalıyız”, “Ölkəşünaslığın əhəmiyyəti”, “Asari-ətiqə”, “Əbrəqunus dairəsi məşhur Əlincə çayı sahilində vaqe bir neçə kəndlərin və Əlincə qalasının tədqiqi”, “Noraşen dairəsinə səyahət” sərlövhəli mətbu və “XVIII əsrdə olan Naxçıvan”, “Naxçıvanda bəzi mərasim və adətlər”, “Naxçıvan Cümhuriyyətinin dairələri və asari-ətiqəsi” kimi qeyri-mətbu yazılarının monoqrafiyaya əlavə olunması isə M.Mirheydərzadənin fəaliyyətinin mahiyyəti, həmçinin bölgənin tarixi, etnoqrafiyası, folkloru ilə bağlı məlumatların oxuculara daha ətraflı şəkildə çatdırılmasına xidmət edir.

Ehtiva etdiyi məlumat, fakt və təhlillərin əhatəliliyinə, dəqiqliyinə görə Fərman Xəlilovun “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” monoqrafiyası Azərbaycan, xüsusilə Naxçıvan tarixi ilə maraqlananlar üçün faydalı elmi mənbə ola bilər.

mənbə; www.science.gov.az saytına istinad zəruridi
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031