Lütfi Zadənin Dövrü, Dünyagörüşü, Fəlsəfi baxışları
Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
Üçüncü məqalə
Lütfi Zadə və Azərbaycan. (“fuzzy logic”ə görə RA uyğunluğu)
“Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” başlıqlı bu tədqiqatın “Lütfi Zadə və Azərbayan” hissəsində qiymətləndirilən “ən dolğun” dövrlərdən biri dahinin zəngin “dünyası” - Azərbaycanın paytaxtı Bakı şəhərində Asiya (indiki Əliövsət Quliyev) və Maksim Qorki (indiki Mirzə İbrahimov) küçələrinin kəsişdiyi ev 79, 3 nömrəli mənzildəki və Nəsimi rayonunda yerləşən 16 №-li rus məktəbində aldığı 4 illik ibtidai təhsil illəridir.
Bakı şəhərinin mərkəzində, Nəsimi rayonunda yerləşən 16 №-li məktəb-litsey 1924-cü ildə, Lütfi Zadənin 3 yaşı olanda inşa edilib. Həmin illərdə Lütfi Zadənin atası Rəhim Ələsgərzadə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alırmış. Yəqin ki, anası Feyqa Korenman şəhər xəstəxanalarından birində həkim işləyirmiş. Görünür gənc ailə şəhərdən kəndə gedib-gəlmək əziyyətinə qatlaşsalar da, bunu məktəb yaşı çatmış oğullarına rəva bilməmiş və onun şəhərdə oxuması üçün yeni açılmış 16 №-li məktəbi seçmişdilər.
Lütfi Zadənin bu təhsil ocağında ibtidai təhsili 7 və 8 yaşında başlasa da onun elmə, təhsilə sevgisi daha az yaşlarından yaranıb. “O, uşaqlıqda həm rus ədəbiyyatının klassik əsərlərini, həm də dünya klassiklərini rus tərcümələrində çox oxumuşdu”. Belə bəsit məzmunda məlumalarda o da bildirilir ki, o 6 yaşında mühəndis, hətta alim olmağı arzulayıb. Bəlkə də o bunları qarşısına məqsəd qoyub. Lütfi Zadədən ömrünün sonlarında müsahibə almış N.Məcidova “Təvazökar dahi Lütfi Zadə” media yazısında alimin Azərbaycanla bağlı xatirələrinə geniş yer vermişdir. Belə ki, N.Məcidovanın “Siz burada 10 ilə qədər yaşamısız, nəticə qaçılmazdır - Sizin bütün gələcəyiniz üçün təməl məhz öz vətəninizdə, Azərbaycan torpağında qoyulub.
- Mən buna qətiyyən şübhə etmirəm. Üstəlik, formalaşmağımda uşaqlığımın çox mühüm rol oynadığına inanıram. Elə şeylər var ki, yaşıma görə belə yaddan çıxarmıram, bu mənim Azərbaycanda həyatım və təhsilimdir, bununla bağlı hər şeyi xatırlayıram. Bakıda yaşadığım illərlə bağlı çox xoş xatirələrim var. Həyatımda ilk almama yerim Bakı şəhəri 16 nömrəli məktəb olub, birinci sinfə gedib orada dörd sinif oxumuşam. Sonra valideynlərim (atam - Rəhim Ələsgərzadə - jurnalist, ana, Fanya Koriman - pediatr) Tehrana köçdülər və orada missionerlər məktəbinə daxil oldum.
Etiraf edim ki, Azərbaycan qanı mənə əzm və mətanət verdi. Çətinliklərdən qaçmayın, əksinə onlarla qarşılaşın. Mübahisədə heç bir incəlik və ziddiyyətdən qorxmamaq və mübahisədən qətiyyən qorxmamaq. Bu türk adət-ənənələrində çox şey deməkdir. Bu da mənim xarakterimin bir hissəsidir: mən çox inadkar və boyun əyməz ola bilirəm. Və bu, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin inkişafına da təsir göstərə bilər.
Amma deməliyəm ki, ümumiyyətlə, həyatım boyu müxtəlif millətlərin və mədəniyyətlərin - azərbaycanlı, rus, iranlı, amerikalı insanlar tərəfindən formalaşmışam. Və onların arasında özümü həmişə rahat hiss edirəm. Ona görə də özümü dünya vətəndaşı hesab edirəm” (Lütfi Zadə).
Bir qədim Azərbaycan deyimi var: “Sən saydığını say, gör fələk nə sayır...”. Bəxtəvər adamlar haqqında belə deyimlər də məlumdur: “bəxti at üstə”, “naxışlı”. Lütfəli doğrudan da “nə sayıb, necə sayıb” fələk də ona zidd getməyib və “bəxti at üstə” olan şahzadə - Lütfi Zadə nağıl qəhrəmanları kimi bir yatıb, ayılıb həm alim, həm mühəndis, hətta robot texnologiyası mühəndisi olub... Bunlar haqqında onun “dövrünün” sonrakı mərhələlərində, “dünyagörüşü” hadisəsində, hələ “fəlsəfi baxışlarında” ətraflı, dolğun şəkildə bəhs edəcəyik.
Hələliksə, Lütfi Zadə (balaca Lütfəlinin) 3-4 illik ibtidai təhsil illərinə səyahət edək. Deməli, ziyalı ailənin yeganə övladı bu alim, mühəndis olmaq istəkli, məqsədli balaca oğlan uzun, mənalı ömrünün axırlarında – deməli, dahi alim kimi çoxdan məşhur olduğu illərdə öz “dövrünün” ilk səhifələrini “Azərbaycan Müəllimi” qəzetinə verdiyi müsahibədə müxbirin suallarını cavablandırarkən belə xatırlamışdır:
“- Mən 1921-ci il fevralın 4-də Bakıda anadan olmuşam. Atam müxbir və biznesmen, anam isə tibb elmləri doktoru idi (Lütfi Zadənin “anam isə tibb elmləri doktoru idi” fikri dəqiqləşdirilməli düzgün məlumat hazırlanmalıdır – X.Q). O vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində idi. 1931-ci ildə, 10 yaşım tamam olanda valideynlərim Sovet İttifaqında vəziyyətin ağır olduğunu nəzərə alaraq İrana getməyə qərar verdilər. Mən onda Bakıdakı 16 nömrəli məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai məktəbdə oxuyanda elmə və kəşflərə marağın daha çox üstünlük təşkil etdiyi bir mühitin təsiri altında idim. Bu mühit mənim bütün sonrakı həyatımın intellektual inkişafını formalaşdırdı. Mən hələ kiçik yaşlarından elmə böyük maraq göstərirdim. Bakıdakı məktəb illərimlə bağlı çox əziz xatirələrim var. İlk məktəb illərində mənə dərs demiş bütün müəllimlərimin adlarını xatırlaya bilmirəm. Lakin mən müəllimlərimin çox güclü təsiri altında olmuşam.
- Orta məktəbdə siz daha çox hansı fənlərə maraq göstərir və hansı sahənin mütəxəssisi olmaq istəyirdiniz?
- O vaxtlar keçmiş Sovet İttifaqında alimləri və mühəndisləri çox yüksək qiymətləndirir və onlarla fəxr edirdilər. Belə bir mühit məni gələcəkdə alim və mühəndis olmağa həvəsləndirirdi”.
Dahi alimin “sözünə qüvvət” doğrudan da Sovet İttifaqında təhsil mühiti işıqlı idi. Məsələn, “N. K. Krupskaya məktəb təhsilinin yeni sisteminin inkişafında mühüm rol oynamışdır. O, belə bir ideya irəli sürdü ki, məktəb təkcə dərs deməməli, həm də sovet təhsilinin mərkəzi olmalıdır. Krupskayanın təşəbbüsü ilə 1922-ci ildə pioner təşkilatı yaradıldı. Pionerlər əsasən Amerika Boy Skautlarını kopyalayırdılar, lakin komsomolun yüksələn davamçısı kimi görünürdülər. 1920-ci illərdə məktəb cəsarətli eksperimentlər və təhsilin yeni formalarının axtarışı ilə seçilir: laboratoriya-komanda metodu, layihə üsulu”.
Eləcə də Sovet "siyasət maşını" elmin bütün sahələrinin inkişafına böyük diqqət yetirir, alim əməyini çox yüksək qiymətləndirirdi. Sovet elminin və alimlərinin təbliğatı siyasi-ideoloji işin əsas məsələsi idi. Bu da digər alimləri və hətta gəncləri o cümlədən məktəbliləri elmə həvəsləndirirdi. Lütfi Zadə fikri ilə o illərə çox qısa səyahət etsək görərik ki, Oktyabr inqilabından sonra baxmayaraq ki, Rusiyanın böyük alim kütləsi yeni hökuməti qəbul etməmişdilər, hətta 1917-ci il noyabrın 21-də Rusiya Akademiyası Ümumi Yığıncaq keçirərək inqilaba mənfi münasibəti ifadə edən Müraciət etmişdi, lakin şübhəsiz ki, ideoloji təsirə məruz qalaraq bir ay sonra “Elm adamları dərk etməyə bilməzlər ki, təhsil və mədəniyyət, layiqli insan varlığı onların əməyi olmadan ağlasığmazdır” - prinsipi ilə Sovet hökuməti ilə peşəkar əməkdaşlığa başlamışdı.
Bundan sonra, Rusiya Elmlər Akademiyasının yeni və dinamik inkişaf dövründə məhz Lütfi Zadəni alim, mühəndis olmağa ruhlandıracaq Fizika-Texniki, Fizika-Riyaziyyat İnstitutu, Fizika və Kimyəvi Analiz İnstitutu, Radium İnstitutu yaradılmışdı. Bu minvalla Sovet Rusiyasında Akademiyanın elmi işçi potensialı 1917-ci illə müqayisədə təxminən 10 il ərzində 4-5 dəfə artmışdı. Sovet hakimiyyəti həm elmi inkişaf etdirir, həm də alim əməyinə xüsusi dəyər verir, hətta elmin götkəmli alimlərinin xatirəsini əbədilşdirirdi. Sovet ideoloji sistemi Elmlər Akademiyasını qurulan Müttəfiq Respublikalarda da yaradıb inkişaf etdirirdi. Heç də təsadüfi deyil ki, 1925-ci ildə Akademiya “ali ümumittifaq elmi müəssisə” elan edilmiş və bütün Respublikaların Elmlər Akademiyalarının üst qurumu mahiyyətində SSRİ Elmlər Akademiyası yaradılmışdır.
Əlbəttə, balaca Lütfiyə Rusiya elmindən daha artıq dərəcədə Azərbaycan elmi, onun inqilabi uğurları daha çox təsir edə bilərdi və bunun nüvəsi onun atası Rəhim Ələsgərzadənin təhsil aldığı Bakı Dövlət Universitetində (keçmiş Azərbaycan Dövlət Universitetində (ADU)) idi.
Deməli, dünyası məktəbi, kitabxanası ailəsi olan Lütfi Zadə atasından oxuduğu “böyük məktəb” ADU-da Azərbaycan ailələrindən çıxan “ağıllı” tələbələrin dünyanın ən məşhur Avropa universitetlərinə göndərilməsini eşidib xəyalında intellektual üfüqlər quraraq elm, alimlik, mühəndislik peşəsini dəyərləndirmiş və bəlkə də bu aləmin ilk təsvirlərini təhtəlşüurunda elə möhkəm cızmışdı ki, bu cizgilər onun şüurlu ömürünün parlaq yoluna çevrilmişdir.
Dahi alim “Lütfi Zadə və Azərbaycan” mövzusunu tədqiq edərkən, dəyərləndirərkən onun 1931, 1932, 1933-cü illərin birində Azərbaycandan gedişi ilə öz “dövrünün” bizim ölkəmizlə olan tellərini Günəşin şüaları kimi dünyaya çəkib apardığını və sonda öz doğduğu məkana elə Günəş timsalı qürub etmək üçün döndüyünü düşünürəm.
Bir də ehtimallar dərin məna daşıyırlar. Məsələn, Lütfi Zadə kimi dahinin doğulacağı, məhz Azərbaycanda doğulacağı, burdan dünyaya pərvazlanacağı və yenidən dönəcəyi bir alın yazısıdır. Bir proqramdır. Yaxudda sistemdir. O buna riayət etməliydi... Ehtimalarla bu proqram bəlkə də minillər əvvəl yazılıb bu proqram. Bu baxımdan Lütfi Zadənin həyat proqramının Qədim dövrlərdə yazılması inandırıcıdır. Məlumatlar olub. lap "gözə girib".Amma görünməyib. Gəlin bu qeyri-səlis məntiqlə düntyaşöhrətli alim Lütfi Zadənin dünyadan keçəcəyini qədim Misir miflərinin xəbər verdiyini düşünək. Sadə-sadəlövh insanların yüksək müdrik düncələri təsvirlərlə gələcək nəsillərə belə bir fövqəlbəşər İnsanın gləcəyini anladıblar. Təhlillərə keçək.
... “Qədim Misir mifologiyasında Günəş tanrısı hesab olunan Ra insan bədənli, Şahin (quş adı – X.Q) başlı təsvir olunurdu. Bu Şahin başının yuxarı hissəsində Günəş diski və kobra təsviri vardı”. Qədim Misirlilər dini təsəvvürlərinin formalaşma mərhələlərində tanrıları heyvan başlı, sonralar quşbaşlı insanlar kimi təsvir edirdlər.
Şahin sözünün tərkibindəki “şah” sözünün tarixi Sasanilər dövrünə gedib çıxır və mənası müasir düşüncədəki “hökmdar”- deməkdır. Fikrimizcə, bu məna şahin quşunun Quşlar şahı olması anlamına gəlir. Ancaq belə məlumatlar da vardır ki, çox cəld uçuşlu Şahin quşu əsasən sıldırımlı dağlarda yaşadığı üçün onun ovlanması, saxlanması hünər sayılırmış və Şahin quşu şahlarda olarmış.
Mən burada məqamı olduğu üçün Şahin Quşunun əsl vətəninin Avrasiya olmasını “səlist məntiqlə” qeyd etmək istəyirəm. Əlavə olaraq da vurğulmaq yerinə düşər ki, Şahin quşunun məskənləri Avrasiyanın (qədim Asiyanın) mərkəzində qərar tutmuş İran və xüsusən də onun biz tərəflər –Şimal Qərbində yerləşən Şərqi Azərbaycan ostanında, deməli, Lüfi Zadənin “dədə-baba” diyarı Ərdəbillə (dünən, srağıgünə kimi. -yəni Ərdəbil ondan 1994-cü ildə ayrılmışdır) eyni ərazilərdir. İranda Şahin quşu xeyirli-uğurlu və müqıddıs- mübarək quş hesab olunur və onun şərəfinə Şahindəy şəhəri salınmış, orada şahin heykəli qoyulmuşdur. Həmçinin İranın İsfahan bölgəsində Şahinşəhr vardır və təsadüf ya zərurət dahi alim Lütfi Zadənin uşaqlıq illərinin mühəndislik xəyallarını tamamlayan 1976-cı ildə qurulmuş İran Təyyarə İstehsalı Sənayesi Şirkəti bu şəhərdə yerləşir. İranda ümumiyyətlə, bir sıra yer adları, abidələr, müasir loqolar Şahin quşuna hörmət əlaməti olaraq qoyulmuşdur. Məsələn, Şahinabad, Şahintəpə, Şahindəy, Sain Dezh, Sain Deht, Sain Kala, Şahindəşt, Şahinvilla, və s.və i.a.
... Biz Adam olana kimi əvvəl mineral, sonra bütün Sami dillərində “canlı, diri” mənalarını verən heyvan, o cümlədən quş olmuşuq və nəsillər bir-birini əvəz etdikcə biz adamlara mineral, sonra heyvan, o cümlədən quş adları qoyublar. Bu baxımdan Şahin quşu adlanan bu varlıq da “bizdəndi” və ya bizim başlağıc varğımızdır. Beləcə, Şah sözü də, şahin quşu da, Şahin adı da Asiyada, o cümlədən Şərqdə, -İranda, həmçinin Azərbaycanda geniş yayılıb.
Bu geniş şərhin əsas mövzuya bağlılığı ondan ibarətdir ki, miflər dominandır. Onlar bütün sivilizasiyalara öz məzmun və mənaları ilə lakin yeni-yeni formlarda daxil olurlar.
Gəlin qədim misirlilərin Günəş Allahının müasir şüurda yozumlarını 2 misalla nəzərdən keçirək. Beləki, Qədim Misir mifologiyasında( həmçinin qədim Mesopotamiyada, Xet krallığında, Urartuda, İranda və Qədim Şərqin digər xalqlarında) Günəş tanrısı hesab olunan Ra-nın insan bədənli, Şahin başlı təsvir olunması və bu Şahin başının yuxarı hissəsində Günəş diski və Kobra (quyruğu) simvolları 19-cu əsrin ikinci yarısında tutulma zamanı Günəşi, Günəş tacının elementlərini (qanadlar və bəzən bir quş başı və ya quş quyruğu ilə) əks etdirdiyi fikri qəbul edilmiş” və bu element həm günümüzə qədər qorunub saxlanılmış, həm də faydalılığı (xüsusilə də) komputer sahəsində miqyassız dərəcədə genişlənmişdir.
Misir inanclarında və mədəniyyətindəki Disk və Kobra simvolları müasir dünyanın keçilməzi olan Aİ-Süni İntellekt sistemi, ümumiyyətlə, komputer maarifçiliyində geniş istifadə olunur. Məsələn, Kobra vizual proqramlaşdırma dili (beta versiyada) tanınmış proqramdır. Bütün bunlar isə dahi alim Lütfi Zadənin dövrünə çox uyğun fenomenlərdir.
Rasional düşüncə Disk Simvolunun əsas versiyası olan Günəşi Allah yox, ulduz, kainatın cırtdanlarından biri hesab edir. Mən də bu düşüncədən çıxış edərək bütün əsl alimlərin həyatının sonunu 1 ulduz axmasına, dahi alim Lütfi Zadənin “getməsini” isə ulduzların fərqlisi, seçiləni əbədi Günəşin qürub etməsinə bənzədirəm. Həm də uzaq tarixlərdən bu günə kimi bəşəriyyətin şüurunda Günəşin Şərqdə doğduğu düşüncəsi var. Qalileonun da dar ağacından enərkən Günəş ətrafında fırlanan Yeri nəzərdə tutaraq, dediyi kimi “onsuz da o fırlanır” fikri var.
Lütfi Zadə Bütöv Dünyanın Günəşi olaraq Azərbaycana əbədi dönüşü ilə əsl mənadakı Yerin Günəş ətrafında fırlandığı nəzəriyyəsini bir daha sübut etmiş oldu. Əlbəttə ki, dahi Lütfi Zadə ilə Günəş tanrısı RA (bir başda yazılmalı L-sı əskikdir...) uyğunluğu Rasional düşüncədən başqa onun dünyamızı və eləcə də şüurumuzu zəbt etmiş “fuzzy logic”-inin, o cümlədən Aİ-süni intellektin nəticəsidir.
Ancaq doğrudan da Lütfi Zadəni Günəş, dünyanı Yer timsalında götürsək, 2-ci obyekt 1-cinin başına fırlanır. Necə? Bunu daha dərindən tədqiqatın davamında təhlillərlə qiymətləndirməyə çalışacağıq.
İndi isə XX əsrin və XXI əsrdən də 1 dolğun dekadanın elmi fikrinin böyük lideri, Azərbaycan əsilli Lütfi Zadənin dərki üçün mühüm olan “dövrünün” tədqiqində “Lütfi Zadə və Azərbaycan” mövzusunu davam etdiririk. Bu istiqamətdə başlanğıc 1960-cı illərdir. 2008-ci il və başqa arada bir gözə dəyən dayanacaqlar, yarım dayanacaqlar olsa da biz bir növ ekspres qatarla Amerikadan Azərbaycana gələcəyik...
Lütfi Zadənin Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk dekadada və nə səbəbdən getdiyini bilirik. Lütfi Zadə o vaxtdan 35 il sonra Ana Vətəninə gəlmək fürsəti əldə edir və bu onun ən gözəl dövrünün başlanğıcı olur. Ancaq alimin Ana Vətənini ziyarəti onun daxil olduğu SSRİ-nin paytaxtı Moskvadan və Rusiya hakimiyyətinin razılığı ilə mümkün olur. Bu haqda rus milli tərəfkeşliyi ilə yazılmış məqalədən gətirdiyimiz misaldan oxuyuruq: “Lütfi Zadə 1965-ci ildə SSRİ-yə uzunmüddətli - çoxgünlük səfəri zamanı doğma Bakıya qayıdacaq. Bu il onun bütün həyatında dönüş nöqtəsi olacaq. Məhz 1965-ci ildə artıq beynəlxalq aa malik alim, sistem analizinin klassik üsulları və avtomatik idarəetmə sahəsində mütəxəssis olan L.Zadə xətti sistemlər nəzəriyyəsi üzrə C.Dezoer ilə birlikdə yazdığı məşhur “Qeyri-səlis çoxluqlar” monoqrafiyası elm aləmini ayağa qaldıracaq. Bu dünyanın qəbul edilmiş mənzərəsinə zidd olan yeni bir nəzəriyyə kəşf etmək idi. Bu innovativ iş güclü bir alimin öz firavan reputasiyasını mahiyyətcə təhlükə altına atması idi. Təsadüfi deyil ki, rasionalizm ənənələri və sərt ikiqiymətli məntiq ruhunda tərbiyə olunan L.Zadə öz ideyalarının Qərb elmi ictimaiyyəti tərəfindən uzun müddət rədd edildiyini görüb onları Şərqdə, əvvəlcə SSRİ və Şərqi Avropa ölkələrində, daha sonra Hindistanda, Çində, Yaponiyada təbliğ etməyə başlayır.
L.Zadə Qeyri-səlis çoxluqlara dair ilk iki məqaləsini 1964-cü ilin sonu - 1965-ci ilin əvvəllərində tamamlamış və demək olar ki, eyni vaxtda ingilis dilində nəşr olunan “Information and Control” və SSRİ Elmlər Akademiyasının “Проблемы передачи информации” jurnallarında dərc etdirir. Şübhəsiz ki, L.Zadə çalışırdı ki, öz yeni ideyalarını “dəmir pərdə” nin hər iki tərəfində yaysın və sovet riyaziyyat-kibernetik ictimaiyyəti (elmimizdə 20-ci əsrin 50-60-cı illərini əminliklə “qızıl əsr” adlandırmaq olar) onları “birinci əldən almaq imkanı əldə etdi”.
Lütfi Zadənin 1965-ci ildə SSRİ-yə uzunmüddətli (çoxgünlük) səfəri zamanı doğma vətəninə gəlmək fürsəti haqda onun qohumu Cənnət Səlimovanın və dostluq etdiyi professor Rafiq Əliyevin də xatirələri vardır. Alimin dostu R.Əliyev “Bir dəfə Azərbaycanda 1965-ci ildə olub. Moskvaya gəlmişdi, ordan da icazə alıb bura gəldi. Təxminən, 12 saat ərzində görüşlərini keçirib qayıtdı”, - məlumatını verib. Ancaq əgər rus mediasının qeyd etdiyi kimi alimin Rusiyaya viziti günlərlə davam edibsə Cənnət Səlimovanın xatirəsi daha real görünür. Cənnət Səlimova vurğulayır ki, “Lütfi Zadə həyat yoldaşı ilə birlikdə Ana vətəninə gəlmiş, qohuları ilə görüşmüş, onlarla uşaqlığının unudulmazı Bakı şəhərini gəzib dolaşmışdır.
Əsas məsələ, biz bu xatirələrlə tanış olduqca dahi alimin Azərbaycanla bağlılığının onun “dövründə” xüsusi yeri olduğunu görürük. Məsələn, Lütfi Zadə Rusiya elminin “qızıl əsr” - intibahı adlandırılan o illərin “qaymaq” alimləri ilə müştərək müzakirələr keçirə bilərdi, Moskvaya yaxın şəhərlərə, məsələn “yaxın qohumları olan Leninqrada” gedə bilərdi və ya gözəl Moskvanın muzeyləri, parkları, teatları ilə tanış olardı, yaxud da sakit hotel “nömrəsində” öz dünyasına qapılıb yeni ixtiralarını düşünərdi... Amma o “beş dəqiqə” vaxt tapdıqda doğma vətəninə, əziz Bakısına gəlir.
Bu dövrdə ABD və eləcə də Avropada öz kəşflərinə maraq və diqqət görməyən, əksinə “qadağalarla” üzləşən alim Rusiyada dəyərlənməsinə reaksiya verir və ixtiralarının dünya elmi fikri və istehsalata uğurla tətbiqi məqsədi ilə 1965-ci ildə Rusiyaya,-Avtomatik İdarəetmə Problemlərinə həsr olunmuş Beynəlxalq Elmi Konfransa dəvəti qəbul edir. Beynəlxalq konfrans SSRİ-nin ən nəhəng və həmçinin də “taleyi baxımından” məşhur gəmisi, “Admiral Naximov” teploxodunda təşkil olunubmuş. “ЛОТФИ ЗАДЕ И РОССИЯ” məqaləsində dünyaşöhrətli alim Lütfi Zadənin Rusiyaya həmin səfəri, eləcə də 80-ci illərdə müəmmalı şəkildə, saniyələrin hərəkəti nəticəsində möcüzəli surətdə qəzaya uğrayaraq dəhşətli şəkildə batmış“Admiral Naximov” teploxodu haqqında ştrix məlumat vardır.
Rusların Lütfi Zadəni Sovet Azərbaycanından olması üçün sevməsi, hələ onun ilk təhsilini rus dilində alması, hətta ABŞ-da uzun illər yaşamasına baxmayaraq rus dilində yüksək səviyyədə məruzə etməsindən böyük qürur hissi duymuşlar. Məsələn, SSRİ-nin kosmik tədqiqatlar elmi üzrə akademiki Nikita Nikolayeviç Moiseyevin bu xatirələri Lütfi Zadənin həm Sovet Azərbaycanı ilə bağlı, həm də ümumiyyətlə, məşhurlaşmağa başladığı 1960-cı illər dövrünü dolğun əks etdirir. Akademiki N.N. Moiseyev: “L.Zadə hər şeydən əvvəll ona görə ilk olmuşdur ki, o, taleyin hökmü ilə Şərq və Qərb mədəniyyətinin elementlərini mənimsəmiş, onların simbiozunun zəruriliyini və vaxtında olmasını digərlərindən daha dərindən hiss etmişdir. Eyni zamanda söhbətdə N.N.Moiseyev 1965-ci ildə keçirilən konfransın çox təmsilçi olduğunu, məruzələr arasında ən maraqlılarından birinin L.Zadənin rus dilindəki çıxışı oldu. Alimlərimizin reaksiyası kifayət qədər xeyirxah idi”.
Lütfi Zadənin SSRİ-yə Rusiya elminin “qızıl əsr” - intibahı adlandırılan illərdə daha bir elmi səfəri olmuşdur. Belə ki, alim 1966-cı iln avqust ayında Moskvada keçirilən və dünyanın hər yerindən 3000-dən çox riyaziyyatçının toplaşdığı Beynəlxalq Riyaziyyat Konqresində SSRİ-nin Moskvasına gəlmişdir. Fikrimizcə, professor Rafiq Əliyev 1965-ci il konfransını deyil,bu - 1966-cı bu konfransı nəzərdə turataraq “Bir dəfə Azərbaycanda 1965-ci ildə olub. Moskvaya gəlmişdi, ordan da icazə alıb bura gəldi. Təxminən, 12 saat ərzində görüşlərini keçirib qayıtdı”, – demişdir.
Azərbaycan Milli Kitabxanasının Lütfi Zadənin 100 illiyi münasibəti ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Lütfi Zadə” Biblioqrafiyası kitabında 1965-ci il il nəhəng alimin “dövrünü” ən zəngin, o cümlədən ənənəvi şüuru yeniləyən “qeyri-səlis cəbr - Zadə cəbri meydana gəldiyi dövr kimi qiymətləndirilir.
“Lütfi Zadə” Biblioqrafiyasında dahi Lütfi Zadənin “A.S.Popov adına Rusiya Radiotexnika Elektronika və Rabitə Elmi-Texniki Cəmiyyətinin rəsmi dəvəti ilə iki dəfə Sovet İttifaqına səfər etdiyi, Səfər çərçivəsində alimin həyat yoldaşı ilə birlikdə beş gün Moskvada olub, burada “Ölü canlar” tamaşasına və “Don Kixot” baletinə baxdığı, “Bakı” restoranında nahar etdiyi, şərq musiqisini dinlədiyi və habelə - 1965-ci ilin sentyabr ayında “Admiral Naximov” gəmisində keçirilən konfransda iştirak etmək üçün ikinci dəfə SSRİ-yə gəldiyi və burada özünün – “Radioelektronikada tendensiyalar” əsərini təqdim etdiyi məlumatları verilmişdir.
Bu bir səfər Lütfi Zadənin 1960-cı illər dövrünü nə qədər mənalandırmışdır.Təəssüf ki, elm yaradıcı şüura ətraf mühitin və eləcə də estetik aləmin psixoloji təsirini qiymətləndirməmişdir. Lakin bu elmi analizlər və qiymətləndirmələr olmasa da dahilərin, həmçinin alimlərin və sənətkarların biblioqrafiyalarının izlənilməsi həmin psixoloji təsirin mühüm nəticələrini ifadə etməkdədir. Biblioqrafiyada Lütfi Zadənin 1965-ci ildə həmin Beynəlxalq Elmi konfrans çərçivəsində, başqa cür desək konfransdan sonra Gürcüstanın paytaxtı Tbilisi şəhərinə getməsi, oradan isə birinci dəfə Bakıya səfər etməsi və habelə alimin doğma vətənində keçirdiyi bir gün ərzində o, uşaqlığı keçən evlərinə baş çəkməsi, Bakının görkəmli yerlərində olması, Azərbaycan Elmlər Akademiyasında qəbulda olması, Neft və Kimya İnstitutunun alimləri ilə görüşüb söhbət etməsi, “Neft Daşları” filminə, Azərbaycanın inkişafı, mədəni nailiyyətləti və Bakı haqqında qısametrajlı filmlərə baxması işıqlandırılmışdır.
Davamı olacaq
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
Mənbə:science.gov.az
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!