Qəhrəman Alan Turingin “bombası” və süni intellekt fəlsəfəsi
Elm və təhsil
Oxunub: 132
16 dek 2022 | 12:10

Altıncı məqalə

Biz beşinci məqalədə informasiya, kompüter elmi, kriptoanaliz tədqiqatçısı, bütövlükdə dahi Alan Mathison Turingin nəhəng elmi nailiyyətlərinin dinamik şəkildə meydana çıxdığı bir vaxtda Avropanın arxaik (XV əsrdən qalma) hüquq qanunvericilik aktına əsasən qəddar və ədalətsiz bir şəkildə ittiham olunmasından, bu ittihamla haqqında “tibbi müalicə” forması qəbul edən həkimlərin qurbanı” olub məhv edilməsindən bəhs etdik. Dünya elm – düşüncə sahəsinin bu gün də faydalandığı Alan Turingin itkisi o qədər dərindir ki, biz müasir dövr alimləri tarix üçün bu hadisəni mümkün qədər ciddi araşdırmalıyıq. Bu baxımdan beşinci məqaləmizdəki mövzunu qaldığı yerdən davam etdiririk.

Beləliklə, məhkəmə Alan Mathison Turingə ailəvi dostluq etdiyi məşhur yəhudi həkim Franz Greenbaumu psixiatr təyin edir və ona mahiyyəti izah edilmədən (F.D.Ruzveltin ciddi tapşırıqlarına məhəl qoymadan...) kimyəvi kastrasiya müalicəsi yazılır. “Real həyatda Alan Turing necə idi?”, - müsahibəsində Franz Greenbaumun qızları - Barbara Maher və Maria Summerscale atalarının Turingi ittihamından əvvəl tanıdığını, alimin ailə dostları olduğunu bildiriblər. Qeyd edək ki, Franz Greenbaum Alanın həmkarı, dostu – yuxarıda haqqında bəhs etdiyimiz Rolf Noskuvithinin qaynatası olub. Amma bu rəsmi qohumluq Alanın ölümündən 3 il sonraya aiddir. Əlbəttə, əlaqələrin o vaxtlara, hətta ondan da əvvəllərə getməsi istisna deyil.

İkinci Dünya müharibəsi illərində İngiltərə hökumətinə, eləcə də Amerikaya və bütün müttəfiqlərə inqilabi səviyyədə fayda vermiş, gördüyü tarixi işlərin məxfilik adı ilə gizli saxlanılmasına, sonra məhv edilməsinə dözmüş dahi Alan Mathison Turing sadəlövlüklə bu “müalicə cəzasını” həbs cəzasından xeyirli bilir. Alanın bədəninə 1 il əvəzinə, təxminən 2 il yeridilən kimyəvi maddə ona fiziki olduğu kimi, mənəvi olaraq da mənfi təsir göstərir. Rəsmi vikipediyalar, şəxsi bioqrafları (Andrevyus Hodges Alanın homoseksuallığından uzun onillər qəti bəhs etməməsini onun adını qorumaq məqsədi ilə izah edib) bu məsələ üzərindən keçsələr də, dərindən-dərinə qalan mənbələrdə cəza müddəti bitdikdən xeyli sonra belə dahinin bədəninə yerləşdirilmiş cihaz çıxarılmamışdır. Bu isə onun bədən quruluşunun eybəcər şəkildə dəyişikliklərə məruz qalmasına səbəb olur. Cəzanın ilk vaxtlarında taleyinin bu “oyunu” ilə də barışan Alan Turing keçdikcə dəyişən görkəmi ilə ictimaiyyət qarşısına çıxmaqdan utanır, bədbinliyə qapılır və Salford Royal Hospital və Hope Hospital Salfordda psixiatr və analitik psixoloq, Analitik Psixologiya Cəmiyyətinin üzvü - məhkəmə işi üzrə psixiatr həkimi Greenbaum bir addımlığında olsa da, dahi alim günlərin bir günü mətbəx (“oyma”) bıçağı ilə ayağını oyub cihazı çıxarır. Müalicə humanist hadisədir. Bəs, bu dəhşətli hadisə müalicə və humanizm məfhumlarına uyğun gəlirmi? Buradaca yuxarıda nəzərdən keçirdiyimiz məqalədən bir iqtibası diqqətə çatdırmağı lazım bilirik. “Psixiatrlar heç vaxt cinayətlərinə görə üzr istəməzlər, çünki insanlara zərər verdiklərinin məsuliyyətini heç vaxt qəbul etmirlər...”

..Baxmayaraq ki, Alan Turingin bu cəsarəti tək göstərməsi - mətbəx (“oyma”) bıçağı ilə ayağını oyub cihazı tək başına çıxarması inandırıcı deyildir, ancaq bu da bir çox məsələlər kimi araşdırmalarda diqqətdən kənarda qalmışdır. Alan Turingin məşhur “bəzən heç təsəvvürə gəlməyən işləri heç təsəvvürə gəlməyən insanlar edir”, - düşüncəsi bizim bu ağır “cərrahiyyəni” Alanın kiminləsə birlikdə (bəlkə anası ilə və ya elə həkimi ilə birlikdə) etdiyi ilə bağlı ehtimallarımıza əsas verir. Belə ki, bir sıra məqalələrdə Alan Turingin anası daim əlində balıq bıçağı təsvir olunmuşdur. Bəs, narkozsuz və ya hər hansı bir dərman qəbul etmədən “mətbəx (“oyma”) bıçağı ilə ayağını oyub cihazı çıxarmaq” mümkündürmü? Məşhur kompüter alimi, qəhrəman kod qıranın “cərrahi əməliyyat zamanı səsini” dövlət təhlükəzsizlik sistemi ilə bərabər, yaxın qonşularının da eşitməməsi nağıla bənzəyir. Bu məsələdə qaranlıq qalan iki ştrix də vardır, bir - bıçaqla özünü yaralamış “məhkumu” kimin müalicə etməsi və iki - bu hadisə ilə intiharının arasındakı zaman əlaqəsi. Təəssüf ki, suallardan heç birinə cavablar yoxdur. Alan Turingin bu məqamda yerinə düşən bir qənaəti var: “Fərziyyələr böyük əhəmiyyət kəsb edir, çünki onlar faydalı nəticələrə istiqamət verirlər”.
Bu baxımdan ehtimallarımız bizi yenə Rolf Noskuvithinin qaynatası Franz Greenbaum üzərinə aparır. Greenbaumun Alanla dost olduğu məqalələrdən tutmuş, ona həsr olunmuş bədii və sənədli filmlərə qədər çox mənbələrə iz salmışdır.

Turinglə Franz Greenbaum ailəsinin dostluğu ilə bağlı belə bir məlumat vardır, o, intiharından bir az əvvəl bu ailə ilə birlikdə dənizkənarı Sent-Annes istirahət mərkəzinə bir günlük istirahətə gedib. Greenbaumun qızı Barbara onda 8 yaşında olub və balaca uşaq ağlından artıq bəzən böyüklər tərəfindən möhkəm öyrədilən uşaqlar kimi dahi alimin tablosunu əsl psixi xəstə cizgiləri ilə rəsm edir: “Alan bizim evə çox qəribə geyimdə gəldi, məktəbliyə bənzəyirdi. Topuğunun yarısına qədər gələn ağ şalvar və çox əzik və büzüşmüş ağ köynək. Amma gözəl günəşli bir gün idi və Alan şən əhval-ruhiyyədə idi və biz getdik”.

Barbara Alanın bu istirahət mərkəzindən Sent-Annes Blekpuldakı çimərliyə getməyi düşündüyünü, onlar yaxınlıqdakı ora getdiklərini xatırlayır. Barbaranın Alanla son görüş günlərindən (Alanın görünüşü ilə bağlı) xatırladığı ikinci tutarlı dəlil orada bir falçı çadırı gördükləri və Alanın içəri girmək istədiyi, ən əsas Alanın o çadırdan çox məyus halda çıxması haqqında xatirəsidir: "Və bu günəşli, şən sifət solğun, titrəmiş, dəhşətli sifətə çevrilmişdi. Nə isə baş vermişdi. Falçının nə dediyini bilmirik, amma açıq-aydın o, çox bədbəxt idi”. Alanın falçıya inanması bir məsələ, falçının ona nə dediyi digər bir məsələ. Bəlkə də falçı ona intiharına sayılı günlər qalmış yazdığı qeydlərdə yer alan “Şübhəsiz ki, mən hər şeydən fərqli bir adam çıxacağam, hətta heç özümün də tanımadığım bir adam”, - fikirlərə uyğun bir tale deyib?.

Bu da maraqlı və düşündürən faktlardandır ki, “real həyatda Alan Turing necə idi?” - müsahibədə Franz Greenbaumun qızları - Barbara Maher və Maria Summerscale Alan haqqında xatirələrini bölüşərkən 1953-cü ildə Turingin atalarına və onlara ünvanlanmış kitabdan və ona Turingin yazmış olduğu əlyazmanın mənasını heç vaxt anlamadıqlarından bəhs edirlər.

Fikrimizcə, sonralar mənası “açılmış” bu kitab hədiyyəsi və əlyazma Alan Turingin psixiatr həkiminə yəhudi tarixindən bir misalla ibrətamiz cavabı idi. Həm də dərin mənalı bu cavab heç də balaca qızlara öyrədilmiş (müsahibədə təsvir etdikləri) Turing anlamsızlığından deyil, məntiq alimi, filosof – dahi Alan Turing fövqəlbəşərliyindən xəbər verir.

2017-ci ildə yayımlanmış “Alan Turingin” “Josephus Problem” adlı məxfi açıqcası hərraca çıxarılacaq” məqaləsindən oxuyuruq: “Doktor Franz Qrinbaum və onun övladlarına ünvanlanmış bu kitab Turing tərəfindən 23 iyul 1953-cü ildə Korfudakı Club Mediterranee tətilindən göndərilmişdir. Nadir rəngli açıqcanın ön hissəsində Flavius ​​Josephusun yəhudilərin qədim əsərlərindən işıqlandırılmış əlyazması təsvir edilmişdir. Yodfat mühasirəsində yəhudi qüvvələrinə komandanlıq edən birinci əsrdə yaşamış romano-yəhudi alimi Flavius ​​Josephus, kompüter elmindəki “İosif (Josephus) problemi”nin adaşıdır. Josephus qaçılmaz məğlubiyyətlə üzləşən əsgərlərinin təslim olmaq əvəzinə, qeyri-adi intihar paktı ilə razılaşdıqları bir “hesablama oyunu” təsvir edir. Bir dairədə dayanan (41 əsgərdən) birinci əsgər solunda olan adamı öldürdü. Sonrakı sağ qalan əsgər daha sonra sol tərəfindəki adamı öldürdü və bu nümunə Josephus tək sağ qalana qədər davam etdi. Problem belədir: eyni situasiya ilə qarşılaşdığınız halda, sonuncu - sağ qalan adam olmaq üçün özünüzü harada yerləşdirməyinizi necə müəyyənləşdirə bilərsiniz?

Biz bu açıqca üzərindəki əlyazmanın məntiqi izahını öz ehtimallarımızla verməzdən əvvəl nəzərdən keçirdiyimiz yazının müəllifinin fikrini önə çəkmək istərdik. O yazır: “RR Auction-ın icraçı vitse-prezidenti Robert Livinqston əlavə etdi: bu cür alqoritmik tapmacalardan valeh olan Turing, şübhəsiz ki, “Josephus problemi”ni bilirdi və çox güman ki, bu xüsusi açıqcanı o məqsədli olaraq seçmişdir”.

Alan Mathison Turing uşaqlıqdan, hətta anadangəlmə kriptoloq idi. Sonra da ali riyaziyyat təhsili almışdı. Süni intellektin “atası” titulunun sahibi idi. Müharibənin bitməsini onun fitri kriptoanalitikliyi reallaşdırmışdı. Belə bir dahinin “Josephus problemi” və ya “Josephus permutation” - sadə desək, Josephus tənliyini bilməməsi mümkün deyildi. Ehtimal ki, Turing bu tapmacanı həkiminə ünvanlamaqla ona da “ölüm növbəsinin” çatacağını anlatmasını ifadə edirdi.

Hətta Alan Turing bu xəbərdarlığı “Dr. Franz Greenbaumun qızı Mariya Qrinbauma “solitaire tapmacasını həll etmək” formasında göndərir.

Dahinin anası Sara Turingin 1959-cu ildə çap olunmuş “Alan Turingin tərcümeyi-halı” kitabında oğlunun “adətən məktub yazmağı xoşlamadığını və onun nadir hallarda avtoqraf yazdığını” vurğulaması dahi alimin “ölümünün inisiatorlarına və ya əsl baisinə” son sözü kimi də qəbul oluna bilər. Bundan başqa, Alanın hədiyyə olaraq Flavius ​Josephusun kitabını seçməsi də açıq şəkildə məntiqi məna daşıyır.

Çox maraqlıdır ki, Dr. Franz Greenbaum Almaniyadan nasist zülmündən İngiltərəyə köç etmiş yəhudi həmmillətlərindən fərqli olaraq, 21 il öz Greenbaum soyadını dəyişdirməmiş, ən əsası da bu soyadla təxminən, 50 il rahat yaşadığı, məşhurlaşdığı halda, birdən-birə 1960-cı ildə Gronbaum soyadını qəbul etmiş, bir il sonra - 1 noyabr 1961-ci ildə ölmüşdür. Greenbaumu soyadını dəyişdirməyə nə vadar etmişdi? “Josephus problemi” oyununda “növbənin” ona çatdığını anlaması, yoxsa bu və ya digər “psixiatr işi” ilə bağlı ittiham oluna biləcəyimi? Bunu bilmirik. 50-51 yaşlı belə məşhur adamın qəfil ölümü müəmmadan xəbər verir. Onun hansı xəstəlikdən öldüyü haqda da heç bir məlumat yoxdur.

Beləcə, Franz Greenbaumun Grunbaum olmasının “Josephus problemi” nəticəsi ilə izah olunması ağlabatandır. Axı, məntiqlə müharibədən sonra yeni şüurla tarixə elmi və ümumiyyətlə, analitik yanaşmaların olacağı real görünürdü. O zaman şübhəsiz ki, Alan Turingə yazılmış müalicədən tutmuş, onun evindən tapılmış 1 gündəlik, Grunbaumun Alanın qardaşına verdiyi 2 gündəlik, Alanın onun qızına avtoqrafla verdiyi kitabın məzmunu və s. ardınca gediləcəyi şübhəsiz idi. Kimin, kimlərin öz günahlarını da onun üzərinə yükləyəcəyini planlaşdıran psixiatrın - Greenbaum və ya Grunbaumun vikipediya səhifəsinin nə alman, nə ingilis, nə rus və s. internet axtarış sistemlərində olmaması, doğum tarixi haqqında bir cümlənin belə tapılmaması açıq-aydın surətdə onun ittihamdan qaçışını göstərir. Bəlkə də Dr. Franz Greenbaum kimi Grunbaum soyadını da “basdırıb”, yeni bir ad-soyadla, 41 yaşda “gedən” Alandan fərqli olaraq 60, 70, 80, hətta kürəkəni kimi daha çox ömür sürüb. Biz bu kimi “Enigma” - müəmma məsələlərə diqqət yönəldib, bəzi maraqlı dəlilləri üzə çıxarmışıq. Ancaq məqalə formatı tələbləri bütün tədqiqatı işıqlandırmağa imkan vermir.

Bu məqamda Clarkeni yenə yada salmalıyıq. Turingin həmkarı, dostu, sirdaşı, sevgilisi və nişanlısı adını tarix boyu daşıyan bu xanımın Turingin ittihamında rolu ola bilərdimi? Bizcə mümkündür. Çünki Turingin həmkarı, dostu, sirdaşı, sevgilisi və nişanlısı, onlar ayrıldıqdan sonrakı 12 ili subay qalan Clarke Alan Mathison Turingin (31 mart) müdhiş məhkəməsindən 4 ay sonra - 26 iyulda Con Kennet Ronald Murray adlı bir hərbçiyə ərə gedir. Həm də çox maraqlıdır ki, Clarke Con Kennet Ronald Murray 5 il nişanlı qaldığı halda dostunun həbslə yaxud da ondan da artıq kimyavi müalicə hökmünün bir addımlıqda olduğu birvaxtında tələm-tələsik ərə gedir. Həmçinin Clarke, Alanın dostu adlanan bu kod qıran xanım onun ən ağır “müalicə” dövründə uzunmüddətli məzuniyyətə çıxaraq əri ilə bərabər o şəhərdən gedir. Daha bir müəmma da Clarkenin ərə getdiyi Ronaldın da, Alanın homoseksuallıqda ittiham olunmasına səbəb olmuş şəxsin də soyadının Murray olmasıdır. Əlbəttə, ciddi qiymətləndirmələrdə soyadların oxşarlığı əsas sayılmaz, amma insan münasibətlərində dost, sirdaş, sevgili və nişanlı məfhumları ilə əlaqələrdə bu qədər soyuqqanlılıq, biganəlik inanılmazdır. Bundan da başqa, Alanın qardaşı Con Turing Alan-Clarke münasibətləri haqqında heç xoş xatirələr bölüşmür, əksinə, xanımın qardaşının sirrini yaydığını öz xatirələrində narazı ruhda vurğulayırdı. Mən tədqiqatlarda Clarkenin bu yöndə daha bir naqis rolu haqqında qeydlərlə də rastlaşmışam. Bu təəssüratlar Clarke Alanın başına gələnlərdə bu və ya digər dərəcədə səbəbkar olması və hətta kodlaşdırdığı “xəzinəsinin” yoxa çıxmasında Clarke “deşifrəsi” məntiqi üzərində də qərarlaşır.

Alan Turingin ittihamına uyğun “müalicəsi” müddətində Clarkenin ondan uzaqlaşmasının səbəbi nə qədər maraqlıdırsa, kimyəvi maddənin bədənində keçdikcə əks təsirindən bədbinliyə qapılan alimin intiharına yaxın – son günlərində birdən-birə nikbin olmasının əsl səbəbini öyrənib bilmək iki qat artıq maraqlıdır.

Alan Turing sözsüzdür ki, nəhəng kod qıran idi. Yaratdığı kompüterlər də əlinin altında. Heç inandırıcı deyil ki, güclü kriptoloq onu gözləyən sonluqdan xəbərdar olmayaydı. Axı yuxarıda nəzərdən keçirdik, o, çox ehtimal ki, məhkəməyə gedərkən çox tələsik qeydlər etmişdi ki, “şübhəsiz ki, mən hər şeydən fərqli bir adam çıxacağam, hətta heç özümün belə tanımadığım bir adam”. Amma o, intihar deyilən sonluğuna yaxın “nəyəsə ümidli” kimi çox nikbin, şən olub. İttihamın ağırlığından, heykəli qoyulmaqdansa, ən alçaldıcı münasibətlə qarşılaşmasından, 5 illik fəaliyyətinin itirilməsindən, depressiyaya düşməsindən intihar hədddinə çatan adamın birdən-birə səfərə çıxan adam kimi bu cür sevincli olması nədən qaynaqlana bilər?.. Bunu artıq bu dünyada biləcək heç kim olmadığı üçün bir Allah, bir də ehtimallar və fərziyələr bilə bilər.
Beləliklə, dünya dahisi Alan Mathison Turingin 1954-cü ilin bir yay günü – (7 iyunda) bu gün İngiltərənin tarixi “Viktoriya” iqamətgahı adlanan evində xadiməsi tərəfindən cansız bədəni tapılıb. Çarpayısının yanında olan dişlənmiş alma onun intiharının əsası kimi qəbul edilib. Alimin nə cəsədi, nə dişlənmiş alma ekspertizadan keçirilmədən ehtimal edilib ki, Alan Turing sionidə batırılmış almanı dişlədiyi və ya sionid tozunu bilmədən içə çəkdiyi üçün dünyasını dəyişib. Çox təəccüblüdür ki, sionidin və hətta sionid cihazının yaşayış evində, xüsusilə kimyəvi müalicə qəbul edən xəstənin evində olmasına da heç bir diqqət yönəldilməmişdir. Bu da maraqlıdır, Turing evində sionid cihazından nədə istifadə edirmiş ki, təsadüfən və ya intihar etməsinə səbəb olub? Bu sahədə bir az məlumatlanmaq üçün “oxuduqda” sioniddən (sionlaşdırma) filizlərdən qızıl və gümüşün çıxarılmasında, ümumiyyətlə, zərgərlik işində istifadə olunduğunu öyrəndik. Deməli, onun belə bir xüsusi peşəkarlığı da olub. Maraqlıdır ki, Joan Clarkenin və Alan Turingin belə bir bacarıqları olduğu haqqında da heç kim yazmayıb. Vikipediyalar Clarkenin ömrünün qocalıq illərində sikkə zərbi tədqiqatları ilə məşğul olmağa davam etdiyini, yazıblar. Anlaşılan Clarke daha əvvəllər də bu sahə ilə maraqlanıb və fəaliyyət göstərib. Amma Clarkenin bu sahədə əsərləri də yoxdur, bu haqda məlumatlar da. Bəlkə də elə “o illərdə” və bəlkə elə Turingin evindəki sionid cihazında təcrübə keçib və ya peşəkarlıq nümayiş etdirib?... Bu məqamda Alan Turingin müharibə illərində (Clarke ilə dost, sirdaş, sevgili olan vaxtlarda) “Bletchley Park”da 90 kq dəyəri bugünün məzənnəsi ilə 48.000 funt-sterlinq olan gümüş gizlətdiyi və o yeri kodlaşdırdığı barədə məlumat yada düşür. Alan Turing müharibədən sonra öz kodunu qıra bilməmişdi. Bəlkə də uşaqlıqdan kimyanı gözəl bilən Turing həmin gümüşü özü istehsal edibmiş. Hətta bəlkə də dostu, sirdaşı, sevgilisi Clarke ilə birikdə istehsal edirlərmiş ki, bioqraflar Clarkenin 1986-cı ildən sikkə zərbi tədqiqatları ilə məşğul olmağa davam etdiyini yazıblar.

Ehtimallar, “2+2=4” məntiqi, heç fərq etməz. Dünya və əsasda ailəsi, doğmaları qəbul edib təsdiqlədi ki, 2012-ci ildə Hindistanda və ya heç bu da önəmli deyil, elə İngiltərədə dünyaya gəlmiş Alan Mathison Turing 1954-cü il, 7 iyun taixində təsadüf, yaxud şüurlu surətdə intihar etdi. Dünya dahisi ona əxlaqsızlıq təyinatı homoseksual kimi ən aşağılanmış bir adı qoşan cəmiyyətdən getdi.

Amerika, Avropa, onun “birincisi” İngiltərə. İndi bütün dünyaya demokratiya örnəyi olan bu iki fenomen – lider ölkələnin timsalında bir il fərqlə 2 alimə münasibəti yada salaq: “ABŞ-da 18 aprel 1955-ci il tarixdə İsrailin yaranmasının yeddinci ildönümü üçün televiziya çıxışı hazırlayarkən qəflətən daxili qanaxma keçirən dünya şöhrətli alim Albert Eynşteyn qarşısı alına biləcək, lakin həkim yardımından, özünəzidd idealist bir yanaşma ilə - “ömrü süni şəkildə uzatmağın mənası yoxdur. Mən öz ömür payımı istifadə etmişəm, indi getmək vaxtıdır və bunu mədəni şəkildə etmək istəyirəm - fikrini bildirərək imtina etməsi səbəbi ilə 76 yaşında Prinston xəstəxanasında həyatını itirmişdir. Daha dəhşətli və hər zaman üçün tragi-komik hadisə - o vaxtın Amerika “Baş həkimləri” və hətta Amerika hökuməti, hüquq mühafizə orqanları dahi Eynşteynə qarşı edilmiş mənəvi və hüquqi baxımdan böyük haqsızlığa, cinayətə biganə olmuşlar. Belə ki, Prinston xəstəxanasının patoloqu Tomas Stoltz Harvey dahi alimin beynini kəllə sümüyündən ayırıb, hətta daha bir cinayətə “imza ataraq” onu oğurlayıb. Bundan da başqa, Eynşteynin ailəsi, hökumət rəsmiləri nə qədər tələb etsələr də, Harvi işini itirsə belə, alimin beynini geri verməyib. Amma buna alimin icazəsi olmayıb. Deməli, alimin rəsmi vəsiyyətnaməsinə zidd gedilib. Hələ bunlar az imiş kimi dahi Albert Eynşteynin beyni 30 il “öyrənilir” adı ilə üzə çıxarılmamış, yalnız 53 il sonra 2008-ci ildə oğurlandığı Prinston xəstəxanasına qaytarılmışdır. Maraqlıdır ki, Eynşteynin beynini 53 il “öyrənənlər” ümumi bir nəticəni irəli sürmüşlər, “onun beyni adi insan beynindən fərqlənir”.

Çox uyğun və dəhşətli bir hadisə, Avropa da, daha doğrusu Avropanın birincisi sayılan dövləti İngiltərə də kompüterin yaradıcısı, məşhur kriptoanalitik Alan Mathison Turingə qarşı böyük ədalətsizliyə 100 il susdu. Demokratiyanın “vətəni” Amerikada, eləcə də Avropada Hippokrat andına, Tibb qanununa, Hüquq qanunvericiliyinə belə yanaşma təəccüb və təəssüb oyadır.

Dahi Alan Mathison Turingin ölümünün digər bir səbəbi intihar kimi tarixə düşüb. Turing qarşılaşdığı hadisələrdən depressiyaya düşüb və intihar edib... Çarpayısının yanında tapılan sionid turşusuna batırıldığı ehtimal olunan dişlənmiş alma Turingin intiharının sübutu kimi qəbul olunub. Ancaq bu “bəlkə” belə olub. Bəlkə də belə olmayıb?!

“Bəlkə”lərdən Alan Turingin real ölümü üzərinə qayıdaq. Sionid və intihar hadisələri isə müharibə dövrününün xarakterik hadisəsidir. Belə ki, Hitlerin həyat yoldaşı, bir çox siyasi, hərbi tanınmışlar, hətta ingilis agentləri ələ keçdikdə, əməliyyatları fiaskoya uğradıqda, sionid zəhəri ilə intihar etmişdir.

2-3 dəqiqəyə intiharı gerçəkləşdirən sionid zəhəri dövrün bütün “sorğu-sualını” faktiki susdurmaq aləti kimi də düşünülə bilərdi.

Amma dişlənmiş alma ilə ölüm bir nağılın süjetidir. “...Turing 1937-ci ildə Disneyin çəkdiyi “Snejok” Ağ Qar və yeddi cırtdan” cizgi filmini xüsusi heyranlıqla izlərmiş. O, hətta Almaniyanın şifrəli mesajlarını necə sındırmağı düşünərkən cizgi filmində cadugərin “Almanı dəmdə batırın, yuxuda olan ölüm keçisi” sözlərini oxuyarmış”.

Bu iki qısa cümlə ehtimallara inansaq, Alan Turingin müəmmalı ölümünü deşifrə edir. Beləliklə, biz virtual kitabxanaların çox dərinlərdə olan materialların arasından boylanan həqiqətə çox uyğun olan faktları - Alan Turngin bədənindən kimyəvi maddə cihazının çıxarılmamasında ailəvi dostu, evinə gedib-gəldiyi Greenbaumun birbaşa günahkar, əslində cinayətkar olduğunu, onun Almaniyadan Britaniyaya müxtəlif (rahat - narahat) yollarla gəlmiş nasist - əli yüzlərlə günahsız insanın qanına batmış həkimlərin hospitallarda siyasi hakimiyyətin sifarişlərini həyata keçirdiyini bilib, susmasını, o cümlədən Alanı intihardan qorumamasını diqqətə çatdırmaqla dahi alimin intihara qədər hələ özünün bu ittihamla bağlı fikirlərinə yer vermək istəyirik.

Alan Turing yazmışdır: “İndi özümü elə bir problemlə üz-üzə qoymuşam ki, bu mənim üçün həmişə olduqca adi olub. Mən bunu adətən təxminən 10:1 nisbətində qiymətləndirmişəm. Tezliklə mən bir gənclə cinsi əlaqədə olmaq ittihamı ilə günahımı etiraf edəcəyəm. Hər şeyin necə ortaya çıxması uzun və maraqlı məsələdir. Bir gün mən onu qısa hekayə halına gətirəcəyəm. Amma indi onu Sizə danışmağa vaxtım yoxdur. Şübhəsiz ki, mən hər şeydən fərqli bir adam çıxacağam, hətta heç özümün də tanımadığım bir adam”.

Alan Turingin uşaqlıq və gənclik dövründən bu qeydi yazdığı vaxta qədər biologiyanı, bu elmin nəzəriyyəsini gözəl bilib. Təsadüfi deyil ki, bioloq nəzəriyyəçi kimi də tarixdə yaşayır. Bu baxımdan onun hormonal kimyəvi müalicənin orqanizmə təsirini o bilməmiş deyildi və buna görə də “şübhəsiz ki, mən hər şeydən fərqli bir adam çıxacağam, hətta heç özümün də tanımadığım bir adam”, - siqnalını verir.

Bizcə Turingin bu “Enigma” – müəmma siqnalı onun özünün bizlərə vəsiyyəti ilə ehtimal şüurumuz əsasında gəldiyimiz qənaətlərə dayaq olacaqdır.

Alan Turingin “Josephus problemi”ni bilməsi məsələsi də düşündürür. Dahi alim bu tənliyi bilibsə, o zaman “Josephus tək sağ qaldığı” kimi Alan Turing də sağ qalmalı idi.

Beləliklə, Alan Turing intihar etməyib!

Əlbəttə, biz bu ciddi və məsuliyyətli fikri sözgəlişi yazmırıq. Bizim tədqiqatımızda Alan Turingin intihar etmədiyini təsdiqləyəcək başqa ehtimallar da vardır! Bu haqda yeddinci məqalədə bəhs edəcəyik.


Davamı var.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

Mənbə; www.science.gov.az saytına istinad




Dünən, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
Dünən, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930