Qəhrəman Alan Turingin “bombası” və süni intellekt fəlsəfəsi
Elm və təhsil
Oxunub: 159
12 dek 2022 | 12:10

Dördüncü məqalə (ixtisarla)

Biz əvvəlki 3 məqaləmizdə (məqalə formatın həcmində) dahi Alan Mathison Turingi alim kimi az da olsa tanış etmişdik. Əlbəttə, Alan Mathison Turingin süni intellekt ixtiraları, elmdə inqilabi nailiyyətləri, müharibəni vaxtından əvvəl bitirən, o cümlədən Holokost kimi dəhşətli hadisənin qarşısını alan - dünyanı yerindən oynadan təbii intellekt “bombaları”, unikal kriptoanalitikin nəticələri və s. və il axır, alim-qəhrəman, dahi həyatı olmasaydı, biz onun nə bioqrafiyası, doğum-ölüm tarixçəsi, nə milləti, nə dini baxışları, nə süni intellekt fəlsəfəsi, nəhayət nə homoseksual taleyi və buna görə ittiham və intihar hadisəsi ilə qətiyyən maraqlanmazdıq. Alan Mathison Turing kimi o zamanlarda da, hətta ondan əvvəlki əsrlər və illər boyu, eləcə də indinin özündə milyonlarla insan var... Həmçinin də hətta “ittihamsız, intiharsız” müxtəlif məzmunlarda haqsızlığa uğrayanlar alim, tarixçi, jurnalist, həkim, hüquqşünas və s. taleyi vardır.

Beləcə, biz məhz dahi alim olmasına görə Alan Mathison Turingin başdan-başa qarışıq kələfə oxşayan, mürəkkəb, sirrlərlə dolu, rənglərlə qiymətləndirilsə qara-boz cod, sərt həyatı, mahiyyətcə fövqəlbəşərliyi, onu izləyən təzadlar və müəmmalar, taptanmış haqqı, sındırılmış qüruru, həmçinin milliyyəti, dini inancı, homoseksuallığa görə ittiham olunması, faciəvi “intiharı”, dostları, düşmənləri, nəhayət gecikmiş “bəraəti” və s. və i.a. – qaranlıq taleyi haqqında çoxsaylı ədəbiyyatı, həqiqətən 100-dən çox internet məqaləsini mütaliə ilə dərindən tədqiq edib öyrəndik və topladığmız bu biliyə söykənib onun dahiliyinin görünən ilk qığılcımlarından başlayaraq uşaqlıq, gənclik və elə ixtiyar gənclik (sonu) dövrü - sırf peşəsi, fəaliyyəti, qəhrəman xidmətlərindən qaynaqlanan “ittiham – intihar” hadisəsi ilə bağlı obyektiv dəlillərimizə, həmçinin məntiqi ehtimallarımıza keçid alırıq. Fikrimizcə, bizim təhlil-qiymətlərimiz dahi alim Alan Turing haqqında bioqrafik məlumatlardakı bəzi qatmaqarışıq, qaranlıq məsələlə aydınlıq gətirəcək, onun tarixə daha gerçək şəkildə iz salmasında faydalı olacaqdır.

Üçüncü məqalə Alan Turingin İkinci Dünya müharibəsini bir neçə il tez bitirən fəaliyyətinin şahidi “Bletchley Park”da da onun rəhbərliyi altında çalışan yəhudi əsilli kod qırıcısı Rolf Noskuvithinin dahinin həyatı ilə bağlı olması məsələsini təhlillərimizə başlamaqla bitmişdi.

Əvvəla, Alan Turingin bir sıra yəhudi əsilli, alman-nasist zülmündən Avropaya qaçmış ziyalılar kimi Rolf Noskuvithinin də “Bletchley Park”da fəaliyyət göstərməsində və mühüm nəticələr əldə etməsində böyük təsiri olmuşdur.

...Dövrün müharibə reallıqları, həmçinin yəhudi millətinə qarşı amansız münasibət Noskuvithi ailəsini miqrant həyatı yaşamağa məcbur etmiş, valideynləri Rusiyada antisemitizmə qarşı mübarizə davam edərkən Polşadan Almaniyaya köçmüşlər. Rolf 1919-cu ildə Almaniyada doğulmuşdur. 1932-ci ildə Almaniyada nasist hərəkat gücləndikdə isə Noskuvithilər ailəsi İngiltərəyə miqrasiya etmiş, atası Haim Heinrich alman nasist hökumətinin təqiblərindən qurtulmaq yolunu ad-soyadını dəyişməkdə - Charlz Henri adını qəbul etməkdə görmüşdür. Amma bəzi vikipediyalar bu ciddi səbəbi məntiqsizliklə dəyişərək ailənin biznes fəaliyyəti məqsədilə bu ölkəyə gəldiklərini yazırlar. Yəhudi ad-soyadlarının avropalaşması və bunun Alan Turingə aidiyyəti ilə bağlı ehtimallar haqqında bir qədər sonra…

1939-cu ildə İkinci Dünya müharibəsi başladıqda Rolf Noskuvithi bir qrup yəhudi riyaziyyatçı və dilçi kimi Alan Turingin rəhbərlik etdiyi “Bletchley Park”a alman nasistlərinin Enigma maşınlarının kodlarını qıran xüsusi məxfi komandaya qoşulmaq üçün bütün imkanlardan istifadə etmiş və məqsədinə çox böyük maneləri aşmaqla nail olmuşdur. Belə ki, Holokost hadisələri tüğyan edərkən Rolf Noskuvith və onlarla yəhudi ailəsi “dünya vətəndaşı” olmaq üçün cəmiyyət yaratmış, mümkün olan ölkələrə, bu sırada Türkiyəyə içində ziyalı olmaqla çox sayda yəhudi ailəsi köçmüşdür. Qısa haşiyəyə çıxaraq vurğulamaq istərdim ki, İngiltərə (eləcə də digər Avropa ölkələri) yəhudi alim və ziyalılarının ölkəsinə kütləvi köçündən, həm də milli alim gücünü miqrantların üstələməsindən narahat olaraq onların qarşısını aldıqda ad-soyad dəyişmələr baş verirdi. Bununla ikili siyasət həyata keçirilmiş olurdu. Belə ki, ad-soyadlarını dəyişmiş – avropalaşdırmış yəhudilər ingilis və s. olduqda, Avropa alimlərinin sırası güclənmiş olurdu. İngiltərə hökuməti müharibə dövründə Almaniya yəhudi miqrantlarından cəsusluq təhlükəsi baxımından da ehtiyat edirdi. Ancaq İngiltərəyə alman hərbi donanmasının “Enigma” kodunu açmaq və qırmaq üçün alman dilini dərindən bilən mütəxəssislər vacib idi. Buna görə də alman dilinin incəliklərinə qədər bələd olan Noskuvithin 1932-ci ildə Almaniyadan bu ölkəyə gəlməsi, Kembricdəki Triniti Kollecində Riyaziyyat fakültəsində ali təhsil alması onun “Bletchley Park”a qəbul edilməsinə şərait yaratmış oldu və ona müasiri, dahi Alan Mathison Turingin rəhbərliyi altında çalışmaq, ən əsas məsələ, almanların “Enigma” sistemini qırmaq kimi elmi-riyazi inqilabi nailiyyətlərdə iştirak etmək nəsib oldu. Nəticədə Alan Turing komandasının ali məqsədi həyata keçdi və İkinci Dünya müharibəsi, Holokost gözlənildiyindən bir neçə il əvvəl bitdi. Sözsüz olaraq, milyonlarla insanın xilas olması – həyatın öz axarına düşməsi Alan Turingin qəhrəmanlığı sayəsində baş tutdu ki, bunu tarix və bəşəriyyət heç vaxt unuda bilməz.

Əlbəttə, “Bletchley Park”da Rolf Noskuvithindən daha öndə olan kod qıranlar olub. Biz bundan əvvəlki məqalədə necə dahi Alan Turingin həmkar, dost, sevgili, nişanlı Joan Clarkeni alimin elmi fəaliyyətinə, həyatına çox tərəflərdən bağlılığı baxımından yada salmışdıq, Rolf Noskuvithini də Alan Turinglə birgə fəaliyyətdən artıq dərəcədə həyatı ilə əlaqəli şəxs kimi önə çəkmişik. Diqqətli araşdırmalarımızda bu iki kod qıran əlaqələrinə aid açıq və qaranlıq bəzi məqamlar vardır ki, nəhəng “kod qıran”nın düzgün dərki üçün onlara aydınlıq gətirilməsi obyektivliklə bərabər, ədalətli münasibəti ifadə edə bilər.

Belə ki, Rolf Noskuvithinin qaynatası Franz Greenbaum Alan Turingin 1952-ci ildə psixiatrı olaraq tanınır. Franz Greenbaumun Alan Turingin həkimi və onunla ailəvi dost olması haqqında kifayət qədər məlumatlar var. İlk öncə qeyd edim ki, Franz Greenbaumla Alan Turingi kimin tanış etdiyi aydın deyil. Baxmayaraq ki, Rolf Noskuvithin də Greenbaum kimi yəhudi idi, onların ailələri Almaniyadan miqrant idilər. Franz Qrinbaum 1939-cu ildə ailəsi ilə birlikdə 10.000 alman yəhudi uşağı Kindertransportla Böyük Britaniyaya gətirən gəmi ilə gəlmişdi və böyük ehtimal ki, Noskuvithinlər 10.000-lik nəhəng köç hadisəsindən xəbərdar olmuşlar. Həmçinin də Franz Greenbaum ailəsi ilə əlaqələrinin olması inandırıcıdır. Biz Noskuvithinin həkimin qızı ilə əlaqələri haqda 1957-ci ilə aid məlumatla rastlaşmışıq. Ancaq o məlumatda Noskuvithinin Greenbaumun qızı ilə ilk dəfə Mançestrdə yaşayan bir dostunun evində futbol izləməyə getdikdə tanış olduğu vurğulanır ki, həm həmin dostun kim olması maraqlıdır, həm də müəmma var burada. Belə ki, yəni onlar tanış olduqda, bir müddət görüşdüklərində Rolf Anettaya “Bletchley Park”da işləməsini deməyib? Yaxud da, iki yəhudi tanış olduqda ailələrindən heç bəhs etməyiblər? Bundan da başqa, AlanTuring Anettanın atasının xəstəsi, ailəvi dostları, özünün pərəstiş etdiyi böyük alim, Noskuvithin də dostu, həmkarı – heç ola bilərmi ki, bu qədər ümumi əlaqələrinin olduğu bir şəxsiyyət haqqında fikir bölüşməmiş olsunlar. Axı, 1957-ci ildə Alanın ölümündən cəmi 3 il keçmişdi... Deməli, Alan Turing ittiham olunduqda, yəni 1952-ci ildə Franz Greenbaumun ona psixatr təyin olunması qərarı qəbul edildikdə Rolf Noskuvithin əgər necə deyərlər, “işin içində” olmamışdısa, Alanın həkiminin qızı ilə tanış olduqda artıq o cinayətkar Franz Greenbaumu tanıyırdı. Məhz bu baxımdan Rolf Noskuvith bizim tədqiqatımızda yer tutur. Hadisələrin əsl məzmunu, mahiyyəti isə dahi Alan Matihson Turingin “ittiham, intihar” hissəsində qabarıq şəkildə təhlil edilib, qiymətləndiriləcəkdir.

Ümumiyyətlə, bu, bir gerçəkdir ki, süni intellekt sisteminin tarixinin başlanğıcı, II Dünya müharibəsində nasist Almaniyasının süqutunda nəhəng əhəmiyyət kəsb etmiş informasiya bombaları düşüncəsi ilə adı bərabər anılan, hətta biz də daxil, milyardlarla insanın bu gün peşə fəaliyyətinin və eləcə də gündəlik həyatının keçilməzi olan kompüter sisteminin atası sayılan ingilis riyaziyyatçısı, məntiq alimi beləcə, XXI əsrin dahisi Alan Mathison Turingin elmi irsi ensiklopedik dəlillərlə belə onlarla məqaləyə sığmaz. Ona görə də biz bu məqalədə nəhəng alimin informatikanın inkişafı sahəsindəki unikal xidmətləri kimi həyatından da Joan Clarke, Rolf Noskuvith, Makrom, Muray, psixikası və başqa çox aidiyyəti olan əsaslardan mümkün qədər lakonik bəhs edə bilirik. Əvvəlki 3 məqalədə süni intellektin tarixinə və dahi Alan Mathison Turingin təhsilinə, elmi inqilablarına, “bombaları”na, “qəhrəman” statusu və s. peşə fəaliyyətinə geniş yer verdik. İndi isə onun yuxarıda da qeyd etdiyimiz kimi, həyat fəlsəfəsi və açdığı “Enigma”larından daha mürəkkəb, qatmaqarışıq məzmunlu “ağ ölüm nağılı”ndan bəhs edək...

Hər şeydən əvvəl Alan Mathison Turingin bioqrafiyası gəlir. Artıq 110 yaşında olan dahi Alan Turing 1912-ci ildə atası Julius Turingin Hindistanda dövlət xidmətində çalışdığı illərdə dünyaya gəlib. Elə qarışıqlıq buradan başlayır. Məsələn, bir sıra Avropa tarixi mənbələrində Alanın ata-anası İngiltərəyə məzuniyyətə gəldikləri vaxt doğulduğunu yazsalar da, bir ingilis dilli məqalədə onun o zamanlar Madras Prezidentliyinin (Hindistan) bir hissəsi olan Orissada dünyaya gəldiyi qeyd edilib. Hind tədqiqatçılar Alan Turingin, hətta ulu nəslinin belə öz ölkələrinə aid olduğunu daha ciddi-cəhdlə sübut etməyə çalışırlar. Hindlilərin göstərdiyi Turinglər ailəsi də Şotland nəsli olub. Onlar Şərqi Hindistanda məskunlaşıblarmış. Hind mənbələri vikipediyalarda adı Alan Turingin ata babası kimi keçən (yəqinki atasının babasıdır) Con Robert Turingin 1729-cu ildə Madrasda cərrah olduğunu qeyd edir. Onun Robertin Helen adlı bacısı olub və o, öz əmisi oğlu Henry Turinglə Londonda ailə qurub. Onların Con və Uilyam adlı oğulları 1760-cı illərdə Londondan Hindistana gəliblər və Madrasda dövlət qulluqçusu kimi fəaliyyətə başlayırlar. Uilyam Turingin 20 may 1774-cü ildə Con adlı oğlu dünyaya gəlmiş və 24 yanvar 1776-cı ildə Çinqleputda vəftiz (müqəddəs suya çəkilmə) olunmuşdur. Con Uilyam Turingin anası hind qızı Nensi olmuşdur. Uilyam Turing arvadı hind qızı Nensi və onun hamilə olduğu (Uilyamın ölümündən sonra doğulmuş) oğlu Cona varidat vəsiyyət etmiş və vəsiyyət 17 yanvar 1783-cü ildə yerinə yetirilmişdir. Həmin mənbədə bu da qeyd olunur ki, Con və Uilyam qardaşları yazıçı olsalar da, onlar tarixdə daha çox böyük tacirlər kimi qalıblar. Tacirlik peşəsi diqqəti çəkir. Çünki tarixi məlumatlarda Alan Turingin babasının da Şotlandiya tacir ailəsindən olması qeyd olunur ki, bu, hindlilərin məlumatları ilə üst-üstə düşür. Hələ hindlilər Con Turingin Avropaya dönməsi haqqında “Qərbi Hindistanda doğulmuş “rəngləri valideynlərinin Böyük Britaniya və ya İrlandiyanın yerlisi olmadığını açıq-aydın göstərən” şəxslərə tətbiq edilən sərt qaydalarla bağlı mülahizələr də irəli sürürlər. Ancaq Alanın atası Julius Şotlandiya tacir ailəsindən olan ruhani, keşiş Con Robert Turingin oğludur. Əlbəttə, 1873-cü ildə doğulan, 1947-ci ildə ölən Juliusun atasının 1774-cü ildə doğulması inandırıcı deyil. Ancaq nəsildə əsasən yəhudilərə xas - təkrar adların qoyulması 1873-cü ilə kimi daha bir və ya iki, üç və Juliusun atası - Şotlandiya tacir ailəsindən olan ruhani, keşiş Con Turingin doğulduğunu istisna etmir.

İzlər nə qədər itsə də, Alan Turingin ulu ata tərəfdən nənələrindən biri Nensinin hindistanlı olduğu aydın olur. Ancaq hindistanlı olmaq xalis hind, hindu olmaq demək deyil. Bir mənbədə Hindistandakı turinglər nəslində 1 uşağın vəftiz (müqəddəs suya çəkilmə) edildiyi vurğulanır. Ancaq faktdır ki, vəftiz ayini hindlilərdən çox, yəhudilərdə tvilah, mikva adlanan ənənəyə uyğundur. Məsələn, “yəhudiliyi qəbul edən şəxs müvafiq dualarla yəhudi ritual hamamında mikvada “batırılmalıdır””. Bu baxımdan Hindistandakı turinglər nəslində icra edilən vəftiz ayininin Hindistan adət-ənənəsinə qədim iudalizm dini qanunlarından gəldiyi mümkün görünür. Eyni zamanda Alanın bioqrafiyasında onun ata babalarından birinin “Hollandiyada məskunlaşmış və baroneti də əhatə edən Şotlandiya tacir ailəsindən ruhani, keşiş” olduğu göstərilmişdir ki, Şotlandiyaya və digər Avropa ölkələrinə yəhudilərin təqiblər zamanı (elə Hindistana və oradan başqa ölkələrə qaçdıqları kimi və ya getdikləri ölkələrdə kriptouidaizmə məhkum olmaları) qaçması tam təsdiqlənir.

Bu, tarixi həqiqətdir ki, Sefarad yəhudiləri 15-ci əsrdə qısa müddət Hindistanın müəyyən ərazilərinin Portuqaliyanın əlinə keçməsi ilə qədim yəhudi məskənləri hesab etdikləri Hindistana köç etmişlər və ölkənin bir sıra əyalətləri kimi, Alan Turingin ordu generalı babasının malikanəsinin yerləşdiyi, atası Jusiuus Turingin işləməyə gedərkən həmin məkanın yerləşdiyi və uzun illər çalışdığı Madrasda da geniş məskunlaşmışlar. Onlara qarşı təqiblər başladıqda millətlərini gizlətmiş, dillərini, dinlərini dəyişmiş, yeni xristianlar - Conversoslar kimi, katoliklər olaraq (Kriptoiudaizm) Portuqal Hindistanında əsasən ticarətlə məşğul olmuşlar. Alan Turingin ana babalarının şəcərəsinin assimilyasiyaya uğradığı haqda heç bir ştrix tapa bilməsək də, bu, qeyd-şərtsizdir. Vikipediyalardakı Sara adının hind məlumatlarında Sarah kimi vurğulandığı məlumumuzdur. Sarah adı isə yəhudi qadın adıdır. Məsələn, Hind mediasından “Hindistanı Hitlerin “həll olunmaz” müəmmasını həll edən dahi Alan Turinglə nə bağlayır?” məqaləsindən oxuyuruq: “Bununla belə, Julius Hindistan sahillərinə çatan yeganə və ya ilk Turing deyildi. Ondan əvvəl, 1700-cü illərdən bəri Hindistanda çoxlu Turinglər, xüsusən də Srirangapatna mühasirəsində (1792) döyüşən mayor Con Turing yaşayırdı. Hətta anası Sarah Turing (Stoney) Tamil Nadu (bu haqda bir qədər sonra) ştatının Podanur şəhərində anadan olub və Madras və Cənubi Mahratta dəmiryolunun baş mühəndisi Edvard Uoller Stounun qızı idi”. Bundan başqa, digər bir mənbə - “Madras yəhudiləri” məqaləsində yəhudilərin bu bölgədə 15-ci əsrdən yaşadıqları dolğun faktlarla sübut olunur və Davvid adlı şəxsin qızı Sarah Levinin nəsil adı olduğu vurğulanır. Həmçinin turinglər nəslinin izlərinin Hindistanda 1700-cü illərdən qeydə alındığı məlumdur. Hətta Hindistanda Con Turing adlı hərbiçinin Srirangapatna mühasirəsində iştirak etdiyi vurğulanır.

Madrasın yəhudi sineqoqunun 1873-cü ilə aid bir əşyası gümüş besamim (ədviyyat qutusu) də Juliusun babasının və sonra özünün yaşadığı bu şəhərdə yəhudi icmasının varlığını təsdiq edir.

Alanın qardaşı Con Turingin də qardaşının Hindistanda doğulduğunu təsdiqləyən məlumatlar vardır. Con Turingin “Alan valideynlərindən ayrılanda cəmi doqquz aylıq olardı” ifadəsi dahi Alanın bioqrafik məlumatlarındakı onun İngiltərədə doğulduğu ilə bağlı məlumatı kökündən baltalayır və bu fakt maraqlı qüvvələrin Alan Turingin bioqrafiyasına onun lap erkən dövründən “əl gəzdirilməsindən” xəbər verir. Əsas məsələ, biz Alan Turingin milliyyətinin kök, şəcərə olaraq ingilis (xristian) deyil yəhudi olduğu qənaətinə gəlirik. Bu obyektiv qənaətimizi bir çox məlumatlarda yer alan Maide Validəki dahi Alan Turingin İngiltərə coğrafiyasında da ciddi əsaslarla sübut etməyə çalışacağıq və ən xırda şitrixləri belə diqqətə almağımızın səbəbi əlbəttə ki, Alanın həyatından “qatmaqarışıqlıqların” çıxarılması, onun əsl və dolğun şəxsiyyətinin tarixdə qalmasıdır.

Qayıdaq Con Turingin “Mənim dahi qardaşım” və “O, bu gün yaşayır” esselerində onların hər ikisinin bu mühacirətdən çox böyük əziyyət çəkdiklərini və davamda qarşılaşdıqları dərin problemlər üzərinə. Con Turing uşaqlıq illəri həyatlarını ciddi faktlarla təsvir edir. Məsələn, “özünün və qardaşının Britaniya İmperiyasına “qurban” verildiyini və onların hər ikisinə davamlı mənfi təsirlərin olduğunu” xüsusi vurğulayan Conun aşağıdakı iqtibasdakı fikirləri çox inandırıcı və təsirlidir: “Mən uşaq psixoloqu deyiləm, amma əminəm ki, beşikdə olan körpənin kökündən qoparılıb qəribə mühitə salınması pis bir şeydir. Mən Alanın yerinə danışa bilmərəm, amma bu, mənim üçün, hətta beş yaşında uşaq üçün belə, əlbəttə ki, şok idi (Turing, 146)”. Con Turing onların İngiltərədə valideynlərdən ayrı yaşadıqları illər haqqında yazır: “Biz (həbsxana nömrəsi kimi – X.Q.) “palatka”larda idik və amma nə olursa-olsun - bu, “palatka”lar uzun illər bizim varlığımızın mərkəzi və evimizdəki ev olmalı idi. Biz təxminən səkkiz il orada qaldıq. Onlar bizim qəyyumlarımız idi. Valideynlərimiz təxminən üç il fasilələrlə Hindistanda məzuniyyətə çıxdıqda, bu evə, bizim yanımıza gələrdilər. Şotlandiyada kirayə evdə və ya pansionatlarda yaşadığımız zamandan fərqli olaraq, bir də valideynlərimiz məzuniyyət müddətlərində yanımızda olanda bir çox cəhətdən ikimiz də özümüzü evdəki kimi hiss edirdik. Alan valideynlərindən ayrılanda cəmi doqquz aylıq olardı. (Turing, 147)”. Fikrimizcə, elə obyektiv məlumat budur - Alan Turingin Hindistanda doğulması, 9 aylıq olarkən İngiltərəyə gətirilməsidir... Belədə nəzərə almalıyıq ki, 9 ayda ona qarşı XX əsrdə xeyli yumşaldılmış kriptouiduallıqla yəhudi qanunları icra olunmalı idi. Con “palatka” rejiminin Alanın həyatına daha ağır zərbələri haqqında da məlumat verir. Bu ciddi dəlilə bir qədər sonra xüsusi diqqət yönəldəcəyik.

Bütün bunlarla bərabər, çoxsaylı rəsmi vikipediya məqalələrində Alan Turingin doğum tarixi 1912-ci il və vətəni İngiltərə göstərilir. Konkret olaraq, “o, Hindistanı heç vaxt görmədi”, - yazılır ki, bu rəsmi məlumat bizim dahinin doğum yeri kimi İngiltərəni qəbul etməyimizi şərtləndirir. Ancaq məntiqi ehtimallara görə, dahi Alan Turingin İngiltərədə yaşaması onun ingilis olmasına dəlalət etmir. Bu, danılmaz faktdır ki, avropalı tədqiqatçılar, Alan Turingin biblioqrafları, onun haqqında kitab yazanlar bioqrafiyasındakı məlumatlardakı “qarışıqlıqların” qaynaqlandığı əsl gerçəkləri heç şübhəsiz ki, biliblər. Ola bilər ki, dövrün hüquq qanunları və o cümlədən milli maraqlar, həmçinin ehtiyat, təhlükəsizlik hissləri onları bu ciddi məsələ üzərindən “ötüb keçməyə” vadar etmişdir. Məsələn, əsrlər boyu saysız-hesabsız yəhudinin öz bioqrafiyalarını könüllü dəyişməsi məlum dəlillərdəndi. Fikrimcə, bu istiqamətdə heç dərin də deyil, bir az demoqrafik, linqvistik istiqamətdə tədqiqat aparmaqla, Alan Turingin ailəsinin də avropalaşmış yəhudi olub olmadığını müəyyən etmək olardı.

Burdaca “80+ yəhudi soyadı sizi “L'Chaim” deməyə vadar edəcək” adlı məqalədən bir iqtibas gətirmək istərdik. Müəllif Laura Grainger yazır ki, “Bir çox adi yəhudi soyadları slavyan və ya alman dilləri ilə üst-üstə düşür, digərləri isə tam Biblical səslənir. Bəs, niyə? Bütün bunlar, Bibliya dövründən bəri Yaxın Şərqdə və Şimali Afrikada yaşayanlardan (İbranicə “Şərq Oğulları” mənasını verən Mizrahi yəhudiləri kimi tanınan) iki qrup yəhudini gətirən erkən miqrasiya ilə bağlıdır. Bu yəhudilər Türkiyə, Suriya, Mərakeş, Misir, Liviya, Yəmən, İraq, İran, İordaniya, Livan, Əlcəzair, Tunis, Əfqanıstan, Ermənistan və İsrailin bəzi bölgələrində yaşamışlar (və onların nəsilləri hazırda yaşayır). “Ashkenazi” (ibranicə Almaniya sözündəndir) 13-17-ci əsrlər arasında Almaniyada və Şərqi Avropada məskunlaşan yəhudilərə, “Sefarad” (ibranicə İspaniya sözündəndir) isə İspaniya və İtaliyada yaşayan yəhudilərə aiddir. Hər iki qrupun təqibləri daha çox köçə səbəb oldu...” Bu iqtibasdakı tarixi gerçəklər yaxın keçmiş yüzilliklərdə də yaşanmış, hətta XX əsrin ilk onilliklərində bu ənənə davam etmişdir.

Heç uzağa getməyək, Alanın psixiatrı Franz Greenbaum və Grunbaum soyadını Grinbaum kimi dəyişib. Alan Turingin həmkarı Rolf Noskuvithin atası Haim Heinrich Charlz Henri adını qəbul edib. Çox misallar gətirmək olar...

Məsələyə bu aspektdən yanaşdıqda, Alan Mathison Turingin də babalarının ad-soyadında dəyişiklik edilməsi mümkündür. Sonra Alan adının mənşəyi ilə də Alan Mathison Turingin millətini tam da olmasa, müəyyən mənada öyrənmək olar. Kelt kimi qədim tayfalardan gələn, bu dildə qiymətli daş mənasını verən Alan adının Şərqi Avropa mənşəli yəhudi ailələrində ümumi ad olması da istisna deyil və bu ad 11-ci əsrdə Brittanidə (qədim Frasnsa) yaranıb və əsrin sonlarında Şotlandiya və İrlandiyaya yayılıb. Bu baxımdan ehtimallar özünü təsdiqləyə bilər. Eləcə də Alan Turingin anası Ethel Saranın adı. “Еврейское имя: от Авраама до Ярден” məqaləsində Ethel adının (yuxarıda biz Sara adının Sarah yəhudi adı olduğunu müəyyən etmişdik) yəhudi millətinə aid olması belə ifadə edilmişdir: “Miqrasiyada yəhudilər çox vaxt yəhudi adları ilə uzlaşan yerli adlar götürürdülər və artıq dediyim kimi, nədənsə naməlum səbəblərdən bu, daha çox qadın adlarına şamil edilirdi. Şprintsa (İspan), Ethel (Britaniya), Brian və Quta (alman), Zlata və Yahna (slavyan) və başqaları belə ortaya çıxdı”. Məqamı olduğu üçün qeyd edək ki, başqa millətlərdə şəcərə ata ilə qəbul edilsə də, yəhudilərdə ana ilə tanınır. Məsələn, dünya şöhrətli Azərbaycan alimi Lütfi Zadə yəhudi internet səhifələrində yəhudi kimi qeyd olunur. Bu baxımdan Alan Turingin anası Sara (Sarah) Ethel yəhudidirsə, o zaman o da yəhudidir. Bu da ikinci yanaşma.

Daha ciddi əsas kimi isə Alan Mathison Turingin (23 iyun 1912-ci ildə) Londonun çox məşhur Maida Vale rayonunda anadan olmasını göstərə bilərik.

Alan Turingin dünyaya gəldiyi Londonun qərb hissəsində yerləşən həm tarixi, həm də təbiət baxımından xüsusilə seçilən Maida Valeni ölkədə fərqləndirən özəlliklərdən biri coğrafiyası, tarixi memarlığıdırsa, digəri onun yəhudilərin ənənəvi məskəni, milli mədəniyyət mərkəzi olması, bundan irəli gələrək yəhudi rayonu adlanmasıdır. Hətta iki yüz il bundan əvvələ aid yazılı məlumatlarda Maida Valenin “Yeni Qüds” adlandırıldığı qeyd olunmuşdur. Bunun əlbəttə ki, əsaslı səbəbləri vardır və yəhudilərin əsrlər boyu Avropaya və o cümlədən dünyanın dörd bir tərəfinə sürgün edilməsi ciddi faktlardandır. Bundan başqa, baxmayaraq ki, Maida Valenin demoqrafik göstəricilərində yəhudilərin adı heç keçmir, lakin tarixin “ana dili” vardır və tarix bu mətləblərə aydınlıq gətirir. Məsələn, hələ 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Maida Vale yəhudi rayonu kimi şöhrət qazanmışdı. Ərazi Britaniya (diqqət edin: Hindistanda olduğu kimi) Sefarad icmasının və 1896-cı ildə ispan və (Portuqal Hindistanından gəlmə!) Portuqal sinaqoqunun mərkəzi idi.

Lauderdale Road sinaqoqunun Maida Vale kimi məşhur ərazidə yerləşməsi, o cümlədən müstəqil pravoslav yəhudi sinaqoqu “Saatçı Şul”un 1998-ci ildə Maida Valedə Çarles Saatçı və Maurice Saatçı tərəfindən yaradılması bu rayonda yəhudi icmasının varlığını və aktivliyini bir daha təsdiqləyir. Həmçinin İsrailin ilk Baş naziri David Ben-Qurionun Alan Turingin anadan olduğu indiki Uorrinqton Crescentdəki Colonnade Otelinin önündə yaşaması (təsadüf ola bilməz) maraqlı faktlardan biri hesab oluna bilər.

Maida Valenin Londonun yəhudi məskəni olması, İngiltərə yəhudilərinin sıxlığına görə “Yeni Qüds” adlandırılması məsələsinin Alan Turingə, onun valideynləri və onların nəslinə nə dərəcədə aid olub-olmadığı barədə ehtimallarımıza, əslində, tutarlı obyektiv -məntiqi qənaətlərimizə keçməzdən əvvəl “Saatçı” ştrixinə diqqət yönəltmək istərdik. “Saatçı” sözü qeyd-şərtsiz olaraq türk sözüdür və mənası saat düzəldən və ya saat təmir edəndir. Türkiyədə bu gün də Saatçı soyadını daşıyan nəsillər vardır. “Şul” kəlməsinə gəlincə, Aşkenazi yəhudilərinin dili olan ibranicə (Mərkəzi və Şərqi Avropada yaradılmış) idişcə (german qrupu yiddiş - verbatim: “Yəhudi”) sinaqoq mənasını verir və çox maraqlıdır ki, Aşkenazilərin sinaqoqu “Şul” adlanır. Aşkenazilərin tarixi taleyi məsələsini də çox qısaca yada salmaq yerinə düşər. Məsələn, məlumdur ki, Aşkenazilər yüzillər boyunca antisemitizmin güclü təsiri ilə etnik assimilyasiyalara məruz qalmışlar. Güclü ayrı-seçkilik təqibləri onları zaman-zaman əsasən Şərqi Avropaya aparıb çıxarmışdır. XX əsrdə və eləcə də XXI əsrin 2 dekadası boyunca isə onlar daha çox xoş güzaran niyyəti ilə İsrailə, ABŞ-a, Böyük Britaniyaya və Fransaya köç etmişlər. Bu tarixi köç hadisələri ilə də yəhudilərin Avropa xalqları və dilləri ilə qaynayıb qarışması səbəbindən tarixən dünya Aşkenazilərinin ümumi dili olan və 10 milyondan çox yəhudinin danışdığı Yiddiş dili – Aşkenazi yaranmışdır. Dünya yəhudilərinin 80 faizini təşkil edən Aşkenazilər Avropada assimilyasiyaya uğradıqda, ad-soyadlarında da ciddi “ərimə” baş vermişdir. Bu baxımdan onların milliyyətini dəqiqləşdirmək həmişə problem olmuşdur. Bu da bir həqiqətdir ki, onlar məskunlaşmış olduqları bütün ölkələrdə, o cümlədən Avropada və həmçinin Böyük Britaniyada elmin, iqtisadiyyatın, ədəbiyyat və sənətin, eləcə də fəlsəfənin inkişafına güclü təkan vermişlər.

“80+ yəhudi soyadı sizi “L'Chaim” deməyə vadar edəcək” adlı məqalənin müəllifi Laura Graingerin “Sefarad yəhudilərinin nəsillərinin hazırda Şimali Afrika, İspaniya, Fransa, İngiltərə, İtaliya və Hollandiyanın bəzi bölgələrində, Aşkenazi yəhudilərinin isə hələ də əsasən Almaniya, Polşa, Rusiya və Şərqi Avropanın digər ərazilərində yaşaması və yəhudi ailələrinin, xüsusən Sefarad yəhudi soyadlarının, əsasən, italyan və ispan yazılarına görə tanımaq bir az çətin olur”, - Avropa yəhudilərinin soyadlarının avropalaşması qənaəti bizim Alan Turingin babalarının da həmin xarakterik “avropalaşması”, “əriməyə” məruz qalması ehtimalımızı məntiqi cəhətdən doğruldur.

Haşiyəyə çıxaraq onu da qeyd edək ki, Laura Graingerin bu məqaləsində Aşkenazilərin yayıldıqları ölkələr arasında Azərbaycanın adının çəkilməməsi, görünür, onun məlumatsızlığından irəli gəlir. Çünki Azərbaycan Aşkenazi yəhudilərinin ən fəal olduqları ölkədir. Təsadüfi deyil ki, Azərbaycanın Quba rayonunda Aşkenazilərin qədim zamanlardan məskunlaşması və hər il dünya yəhudilərinin bura dini ibadət üçün gəlməsi, habelə Bakıda Avropanın ən böyük yeni Aşkenazi sinaqoqunun açılması buna əyani sübutdur. Fikrimizcə, “Saatçı Şul” Sinaqoqunun adındakı Saatçı termini də elə obyektiv-məntiqi şəkildə yuxarıda da vurğuladığımız kimi türk (Azərbaycan) mənşəlidir.

Bundan başqa, Alan Turing kimi atası Julius Mathison Turing (1873) də İngiltərənin yəhudilərin hələ 13-cü əsrdən (Krallıq tərəfindən tanınan 27 icmadan biri) yığcam sayda məskunlaşdıqdan sonra sürətlə genişləndiyi və alman yəhudi mühaciri məşhur krujeva taciri, 1851 və 1862-ci illərdə bu sahədə Böyük Ümumdünya Sərgilərinin uğurundan sonra dünyanın krujeva paytaxtı kimi tanınmasına nail olduğu və 1857-ci ildə meri seçildiyi Nottingemdə doğulub. Biz yuxarıda Julius Mathison Turingin atası - Alanın babası Con Robert Turingin də Şotlandiya tacir, ruhani, keşiş ailəsindən olduğunu qeyd etmişdik. Yazılı məlumatlarda Alanın babasının 1873-cü ildə Nottingemdə daimi yaşaması və ya ailəsi ilə bura yəhudi təqibləri nəticəsində miqrasiya etdikdə Juliusun doğulduğunun qeyd olunmaması da xarakterik qarışıqlardandır və nəslin dövrü, tarixi gerçəkliklərə rəğmən, avropalaşmış yəhudi olduğu fikrini istisna etmir. Hələ bir sıra məlumatlarda Julius Mathison Turingin ata babasının tacir olması qeyd edildiyi kimi, onun haqqında “Juliusun ailəsini babasının Benqal ordusunda general olduğu Britaniya Hindistanına gətirdi” məlumatı da geniş yazılır. Portuqal Hindistanında yəhudilər elə kütləvi şəkildə ticarətlə məşğul olmuşlar ki, Alanın ulu balarının bu peşəsi təsadüfi qarşılanmır. Eləcə də yəhudilərin orduda xidmət etmələri, o cümlədən Juliusun bir babasının tacir, digərinin general olduğunu da ehtiva edə bilər və bu məlumatlar rəsmi sənədlərlə təsdiq olunur. Bir məsələ var ki, bu məlumatda Alan Turingin hansı babası tacir, hansı babası general olduğu aydın göstərilməyib. Alanın ana babasının general olduğu nəzərdə tutulursa, o zaman dahiyə münasibətdə bir ştrix ip ucu olmalıydı, heç indi də gec deyil. Ancaq heç bir yerdə nənə-babaların adı, milliyyətləri göstərilmir

Əldə olan bu mənbələrə əsaslanıb, Maida Valenin demoqrafiq göstəriciləri və dini-ictimai mühitində yəhudi icmasının geniş miqyasını nəzərə alıb deyə bilərik ki, tarixi yazılı məlumatlar Alan Mathison Turingin şəcərəsinin yəhudi bağlılığını tam şəkildə təsdiq etməsə də, əsaslı dərin tarixi mənbələrə söykənən obyektiv-məntiqi ehtimallar bundan xəbər verir və nüfuzlu və məşhur bir nəslin yetirməsi olan Alan Turingin istər ata tərəfdən, istərsə də ana tərəfdən və yaxud da hər iki tərəfdən yəhudi millətindən olması çox inandırıcıdır.





Davamı var.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
www.science.gov.az saytına istinad
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031