Tibb Universitetində rezidentlər uçün silsilə mühazirələrə start verilib
Elm və təhsil
Oxunub: 303
10 yan 2022 | 12:24

Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsinin təşəbbüsü ilə rezidentlər uçün silsilə mühazirələrə start verilib. İlk mərhələdə həftədə bir dəfə olmaqla nəzəri fənlər - insan anatomiyası, patoloji fiziologiya, klinik biokimya və tibbi statistika üzrə mühazirələrin aparılması nəzərdə tutulub.

Aztibb.az xəbər verir ki, Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova bu mühazirələrin baza təhsili çərçivəsində qazanılan biliklərin daha da möhkəmləndirilməsi baxımından çox faydalı olacağını vurğulayıb. O, qeyd edib ki, rezidentlər xüsusi seçilmiş mövzulara dair peşəkar mütəxəssislərin apardığı mühazirələrdən bəhrələnərək, klinik müşahidələr zamanı rastlaşdıqları müxtəlif situasiyaları daha düzgün qiymətləndirə biləcəklər. Şöbə müdiri ikinci mərhələdə klinik fənlər üzrə mühazirələr oxunacağını və bu mühazirələrə xarici ekspertlərin də dəvət olunacağını deyib.

ATU-nun 80-ə yaxın universitetlə müqavilə bağladığını xatırladan professor M.Sultanova bildirib ki, rezidentələr müqavilə çərçivəsində həmin universitetlərdə 3 ay və daha artıq müddətdə rotasiya keçmək hüququna malikdir. O, gənc mütəxəssisləri rezidentura təhsilinin təkmilləşdirilməsi üçün universitetdə yaradılan şəraitdən yararlanmağa, istənilən problemlə bağlı şöbəyə müraciət etməyə çağırıb.

Daha sonra İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Ağasəmid İsayevin “Limfa sisteminin anatomiyası” mövzusunda mühazirəsi dinlənilib.

Professor bildirib ki, rezidentlər indiyədək anatomiyadan müəyyən biliklər əldə ediblər. Bu gün isə artıq klinik təbabətlə məşğuldurlar. Güclü nəzəri bazanın olmaması onların praktik fəaliyyətinə mənfi təsir göstərə bilər. Universitet rəhbərliyi bunu nəzərə alaraq gənc həkimlərimizə və rezidentlərimizə ayrı-ayrı mövzularda təkrar xarakterli mühazirələr oxunması qərarını verib. Nəticədə rezidentlər vaxtilə öyrəndikləri nəzəri məlumatları bir daha yadlarına salaraq, gündəlik fəaliyyətdə tətbiq etmək imkanı qazanırlar.

Professor A.İsayev növbəti həftələrdə kafedranın təcrübəli professorları və dosentləri tərəfindən ürək-damar, mərkəzi sinir və digər sistemlər, duyğu orqanları haqqında maraqlı mühazirələrin oxunacağını diqqətə çatdırıb.

Mühazirədə universitet klinikalarının və ayrı-ayrı kafedraların rezidentləri, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşları və rezidentlər üzrə koordinator, assistent Mamiq Xəlilov iştirak edib.




Dünən, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Dünən, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Dünən, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Dünən, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Dünən, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Dünən, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Dünən, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Dünən, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Dünən, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Dünən, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Dünən, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Dünən, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Dünən, 11:54
Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
Dünən, 11:52
Bank sektorunun xarici öhdəlikləri azalıb
Dünən, 11:51
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Dünən, 11:46
Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var
Dünən, 11:24
Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb
Dünən, 11:22
Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb
Dünən, 11:20
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Dünən, 11:19
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
26-10-2026, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
26-10-2026, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
26-10-2026, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
26-10-2026, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
26-10-2026, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
26-10-2026, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
26-10-2026, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031