Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının yeni baş direktorları təsdiqlənib

Biologiya elmləri doktoru Səyyarə İbadullayeva AMEA-nın Botanika İnstitutunun, Natiq Allahverdiyev isə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə təsdiqləniblər.
"Report" xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.
Tədbirdə çıxış edən Natiq Allahverdiyev AMEA rəhbərliyinin tapşırığı ilə son aylarda Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalardan və mövcud problemlərdən danışıb. O qeyd edib ki, müəssisənin sabiq rəhbərliyi və Botanika İnstitutunun keçmiş direktorunun birgə iştirakı əsasında bağ üçün ayrılan və ekskursiyadan əldə olunan maliyyə vəsaitləri mənimsənilib, nəticədə Mərkəzi Nəbatat Bağında heç bir quruculuq işləri həyata keçirilməyib, ərazidəki ağaclar və bitkilər baxımsız vəziyyətdə qalıb.
Akademik Ramiz Mehdiyevin tapşırığına əsasən son günlərdə Mərkəzi Nəbatat Bağında aparılan genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri barədə məlumat verən Natiq Allahverdiyev qeyd edib ki, müəssisənin ərazisində suvarma sisteminin səmərəli təşkili məqsədilə yeni su boruları çəkilib, ərazidəki kol-kos və qurumuş ağaclar təmizlənib, zəif inkişaf etmiş tinglər yenisilə əvəzlənib. Həyata keçirilən yenidənqurma və bərpa işlərinin ilin sonuna kimi tamamlanacağını deyən N.Allahverdiyev hazırda Mərkəzi Nəbatat Bağının ekskursiyaya açıq sahələrinin yolboyu hissələrində beton döşəmə plitələrinin salındığını, işıqlandırma sisteminin quraşdırıldığını diqqətə çatdırıb.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutundakı yoxlamaların nəticəsinə toxunub və bir müddət əvvələ qədər sözügedən müəssisələrdəki özbaşınalıqlardan danışıb.
Mərkəzi Nəbatat Bağının son illərdə bir növ Botanika İnstitutunun filialı kimi fəaliyyət göstərdiyini deyən akademik Ramiz Mehdiyev artıq həmin müəssisələrin nüfuzunun bərpası və sistemli elmi tədqiqatların aparılması üçün addımların atıldığını bildirib, qurumlarda işgüzar mühitin formalaşması üçün müvafiq tapşırıqlarını verib.
Dünən, 14:23
SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
Dünən, 14:22
Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb
Dünən, 12:45
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Dünən, 12:44
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Dünən, 12:37
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:35
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Dünən, 12:33
Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır
Dünən, 12:32
Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb
Dünən, 12:27
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Dünən, 12:25
İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub
Dünən, 12:21
AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar
Dünən, 12:02
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək
Dünən, 11:46
BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir
28-10-2026, 14:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
28-10-2026, 12:23
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
28-10-2026, 12:21
TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
28-10-2026, 12:18
Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
28-10-2026, 12:17
Vətən müharibəsinin xronikası: 28 oktyabr
28-10-2026, 12:16
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28-10-2026, 12:14
Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır
28-10-2026, 12:11
İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib
28-10-2026, 12:10
“Kitabi-Dədə Qorqud” dastanının rus elmi nəşrlərində tədqiqi məsələləri təhlil olunub
28-10-2026, 12:08
Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib
28-10-2026, 12:06
Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir
28-10-2026, 12:05
Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq
28-10-2026, 12:03
Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək
28-10-2026, 12:02
Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib