Ali Məktəblərdə Fəlsəfənin Tədrisinin Zəruri Fənlər Blokuna Daxil Edilməsi Zamanın Tələbidir
Eyyub Kərimov
AzTU - nun Humanitar fənnlər kafedrasının
professoru, fəlsəfə elmləri doktoru
«Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin
hamısı alim olsa da, o millətdə elmlər inkişaf
tapa bilməz və hə¬min millət ayrı-ayrı elmlərdən
lazımi nəticə çıxartmaqda çətinlik çəkər»
(Cəmaləddin Əfqani)
Fəlsəfə, onun zamanın müasir adlandırdığımız kəsiyində mövqeyi, sta-tusu haqqında fikirlər, yanaşmalar rəngarəng olsalar da 2500 ildən çox yaşı olan bu müdriklik elmi əsrlərin sınaqlarından uğurla çıxmış, ümumiyyətlə dünya, varlıq və təfəkkürün ümumi prinsipləri, insanın dünyada yeri, həya¬tının mənası və s. kimi predmetinə daxil olan məsələləri nəinki saxlamış, həm də xeyli dərəcədə genişləndirmişdir.
Bu genişlənmə qloballaşan bəşəriyyətin elmi-texniki tərəqqidən doğan nailiyyətləri və yaranan problemlərlə üzvi surətdə bağlıdır. Sülhə nail olma, aclıq, yoxsulluq, ekoloci problemlər, narkomaniya, terrorizm, milli-etnik münaqişələr, intiharların artması, pandemiya problemi və s. dövrümüzün reallıqlarıdır.
İnsan təfəkkürü bu problemlərin ciddi təzyiqinə məruz qalmış, onun emo¬-sional – psixoloci durumu gərginləşmişdir ki, bu da maddi nemətlər isteh¬sa¬lının əsasını təşkil edən praktiki fəaliyyətə öz təsirini göstərməyə bilməz.
İstər təbiətdə, istərsə də cəmiyyətdə mövcud olan problemlərin optimal həlli fəlsəfi təfəkkürə, müdriklik nuruna möhtacdır. Müdriklik isə Sokratın təbirincə desək mühakimə yürütməyin, seçmə qabiliyyətinin və fəaliyyət göstərməyin düzgün prinsiplərinə, son nəticədə xeyirxah olmağa nail olmaqdır. Xeyirxah insan isə adətən səbrli, qeyrətli və ədalətli olur. Beləliklə sağlam məntiq fəlsə¬fə¬nin rolunun azaldığını deyil, artdığını irəli sürür.
Hələ 1946-cı ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO) ilk konfransının yaratdığı komissiya tərəfindən hazırlanmış təkliflərdə göstərilirdi ki, insan şəxsiyyətinə hörmət, sülhə məhəbbət, dar, məhdud millətçiliyə və zoraklığa əsaslanan idarəetməyə nifrət, mədəniyyət ideallarına sədaqət və həmrəylik formalaşması üçün ictimai şüurda bir sıra fəlsəfi və etik kateqoriyaların qərarlaşması zəruridir. Bu konteksdə fəlsəfəyə insanların birlik və həmrəylik məktəbi kimi baxmaq olar.
Hadisə və proseslərə fəlsəfi yanaşma, onların fəlsəfi təfəkkür süzgəcindən keçirilməsi dünyada sülhün bərqərar olmasında və qorunmasında mühüm rol oy¬nayır. Fəlsəfə «ədalət», «azadlıq», «xeyirxahlıq», «yaxşılıq və pislik», «həqiqət» və s. kimi cəmiyyət üçün xüsusi əhəmiyyə¬tə malik anlayışları müstəqil şəkildə dərk etmək və təhlil etmək qabiliyyəti for¬malaşdırır. Fəlsəfə dünyada baş verənlərə tənqidi yanaşmaq, ümumbəşəri dəyər və prinsipləri qiymətləndirə bilmək bacarığı aşılamaqla özünü həm də azadlıq məktəbi kimi təqdim edir.
İnsanların maddidən mənəviyə doğru yüksəlməsində, mənəvi cəhətdən zəngin, düşüncə cəhətdən azad formalaşmasında da fəlsəfənin rolu danıl¬mazdır. O, insanların yalnız hazır nəticələrdən istifadəsinə deyil, özlərinin dü¬şünüb nəticə çıxarmasına, hər hansı qeyri-insani, bəşəriyyət üçün zərərli arqu¬mentlərə qarşı dayana bilməsinə, oponentlərin fikrinə hörmət və dözüm¬lü¬lüklə yanaşmasına, yalnız zəkanın gücünə tabe olmasına, cəmiyyətdəki vəziy¬yətləri barədə mühakimə yürüdə bilmək qabiliyyətlərinin inkişafına kömək edir.
Fəlsəfə dünyagörüşü olmaqla insanlarda dəyərlər kompleksi formalaşdırır ki, bu dəyərlər də bu və ya digər hadisə və ya prosesi qiymətləndirməkdə, müxtəlif vəziyyətlərdə fəaliyyət və ya fəaliyyətsizlik mövqeyi seçməkdə həll¬edi¬ci amil olur. Ona görə də ictimai şüurda fəlsəfənin rolu məqsədyönlü şəkildə artırılmalıdır ki, insanlar destruktiv qüvvələrin çaşdırıcı ideya və çağırışlarına qarşı müqavimətli olsunlar.
Təsadüfi deyil ki, BMT kimi nüfuzlu bir təşkilat hər il noyabr ayının 18-də ümumdünya fəlsəfə gününün keçirilməsi barədə qərar vermişdir. BMT-nin ixtisaslaşdırılmış qurumu olan, sıralarında 183 – dövləti birləşdirən (ölkəmiz 1992-ci ildən YUNESKO-nun üzvüdür) YUNESKO fəlsəfə üzrə strategiya qəbul etmişdir ki, o da aşağıdakı bölmələrdən ibarətdir:
I. Fəlsəfə beynəlxalq problemlər qarşısında;
II. Fəlsəfə tədrisdə;
III. Fəlsəfi təfəkkürün inkişafına və fəlsəfi tədqiqatlara kömək.
Sənəddə bu bölmələrin hər birinin konkret məqsəd və vəzifələri göstərilmiş, istiqamətlər müəyyənləşdirilmişdir.
Fəlsəfənin tədrisi sahəsində qarşıda duran vəzifələrə isə strategiyada aşağı¬da¬kılar daxil edilmişdir:
a) hökumətlərlə siyasi səviyyədə iş aparmaq lazımdır ki, onlar fəlsəfənin təd-risinə və fəlsəfi tədqiqatlara yardımçı olsunlar;
b) dünyada fəlsəfənin öyrənilməsi zərurəti müdafiə olunsun;
c) YUNESKO-nun üzvü olan ölkələrin fəlsəfənin öyrənilməsi üzrə proqramlarının həyata keçməsi üçün müvafiq sənədlər hazırlansın;
d) fəlsəfənin tədrisi və dünyada öyrənilməsinə dair tədqiqatlar dəstəklənsin.
Yenicə müstəqillik əldə etmiş postsovet məkanı ölkələrinin xalqları, o cüm¬lədən də bizim üçün xarakterik olan, 70 il ərzində formalaşdırılmış ənənəvi təfəkkür tərzindən uzaqlaşıb müasir fəlsəfi təfəkkürə yiyələnmək üçün də fəlsəfi biliklərə yiyələnməyin, fəlsəfi tədqiqatların genişləndiril¬məsinin böyük əhəmiyyəti vardır.
Müstəqilliyin ilk illərindən Ümummilli liderimiz H.Əliyev mövcud reallıqları özünəməxsus qlobal yanaşma mövqeyindən qiymətləndirərək ölkə-mizin inkişaf yönümünü uzaqgörənliklə, tərəddüdsüz və birmənalı olaraq aşağıdakı kimi müəyyənləşdirmişdi. «Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çox partiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir» (H.Əliyev müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı, 1997, s.5). Lakin 70 ildən atrıq bir dövrdə totalitar rejimdə yaşamış bir xalqın sivilizasiyalı demokratik, hüquqi dövlət quruluşuna nail olmasını ağrısız – acısız, ictimai şüurda ziqzaqsız təsəvvür edilməsi düzgün olmazdı. Belə ki, demokratiya, açıq cəmiyyət eyni zamanda müxtəlif fəlsəfi təlimlərin, dinlərin, ideya və nəzəriyyələrin ölkəyə axını ilə xarakterizə olunur və bunların heç də hamısı xoş məramlı, milli maraq və təhlükəsizliyimizə xələl gətirməyənlər deyillər. Çıxış yolu Azərbaycançılığın, dövlətçiliyin, müasirliyin, milliliklə ümumbəşəriliyin dialektik sintezinin fundamental fəlsəfi əsaslarının yaradılmasından, analitik təfəkkürlü yüksək intellektə malik nəslin yetişdirilməsindədir. Elə bir nəsil ki, fəaliyyət sahəsindən, peşə mənsubiyyəindən asılı olmayaraq yüksək mədəniyyətə, mükəmməl, mütərəqqi dünyagörüşə malik olsun. Milli mənafe, vətənpərvərlik, milli mənlik və nəhayət vətandaşlıq hissini şəxsi maraqlardan üstün tutsun. Məhz qeyd olunanların keçid dövrünün yaratdığı mənəvi boşluğu tutmasında fəlsəfə baş rola malikdir.
Ulu öndərimiz böyüməkdə olan gənc nəslin milli-mənəvi dəyərlər ru-hunda mükəmməl fəlsəfi dünyagörüşə malik olmasını daim diqqətdə saxlamış, təkrar-təkrar bu mühüm məsələnin üzərində dayanmışdır. «Bu gün biz gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacaq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq (H.Əliyev. Təhsil, bilik, məktəb. Bakı, 2006. s.271).
Ümummilli liderimizin layiqli davamçısı, proqmatik siyasətçi, Möhtərəm preziden¬timiz İ.Əliyev də həmişə dünyagörüşü məsələsinə, milli- mənəvi dəyərlər möv¬zu¬suna böyük önəm vermişdir. O, 2019 cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə keçirilən mərasimdə vurğulamışdı: “Biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər...... Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər (2019-cu il noyabrın 26-da Konqres mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə keçirilən mərasimdə Prezident İlham Əliyevin nitqi. Azərbaycan Qazeti 27 noybr 2019-cu il).
Demokratik, hüquqi dövlət quruculuğu dövrünü yaşayan xalqımız qısa bir müddət ərzində bu sahədə xeyli uğurlar qazanmışdır. Lakin bu istiqamətdə nailiyyətlərin vüsəti xeyli dərəcədə vətəndaşlarımızda qarşıya qoyulan məqsəd barədə aydın təsəvvürlərin formalaşdırılmasından, prosesin elmi-nəzəri səviyyədə dərk edilərək tətqiq edilməsindən asılıdır. Fəlsəfə demokratiyanın məzmununa daxil olan «azadlıq», «insan haqları», «vətəndaş cəmiyyəti», «hüquqi dövlət» kimi tutum¬lu kateqoriyaların fəlsəfi mahiyyətini, məna yükünü aydınlaşdırmaq və dəqiqləşdirməklə, onları tarixi inkişafın məhsulu kimi təhlil edib ümumi¬ləşdirərək cəmiyyət üzvlərinə təqdim etməklə vətəndaşların sosial-siyasi fəallı¬ğını stimullaşdırır, məqsəd aydınlığı formalaşdırır.
AMEA-nın prezidenti, fəlsəfə elmləri doktoru, akademik R.Mehdiyev bir sıra dərin məzmunlu əsərlərində fəlsəfənin tədrisinin daha da gücləndirilməsi və fəlsəfə ictimaiyyəti qarşı¬sında duran vəzifələrlə bağlı məsələləri hərtərəfli təhlil etmişdir. Akademik R.Mehdiyev yazır: «Azərbaycan fəlsəfi fikri qarşısında duran vəzifələr o qədər çoxdur və elmi-fəlsəfi ictimaiyyətin üzərinə o qədər böyük məsuliyyət düşür ki, fəlsəfə tək bir gün ərzində deyil, il boyu həmişə diqqət mərkəzində saxlanılmalıdır. Bütün digər ictimai-siyasi elmlərin, hətta tarix və ədəbiyyatın inkişafı da istər-istəməz fəlsəfi fikrin real vəziyyəti, ictimai şüurda fəlsəfənin yeri və bütün cəmiyyətin fəlsəfəyə münasibəti ilə bağlıdır» (R.Meh¬diyev, Müasir Azərbaycan fəlsəfi fikrinin aktual problemləri. «Azərbaycan qəzeti». 20 noyabr. 2003-cü il).
Milli birlik, ümumbəşəri həmrəylik də hər şeydən əvvəli fəlsəfi təfək-kürə səviyyəsində, dayanıqlı ideya əsasında əldə oluna bilər.
Mütəfəkkir filosofumuz, professor S.Xəlilov çağdaş Azərbaycanda fəlsəfənin öyrənilməsinə, fəlsəfi təfəkkür tərzinin formalaşdırılmasına həmişə yüksək önəm vermişdir. «…fəlsəfi düşüncə tərzinin, ideya – mənəvi yaşantı vərdişlərinin bütün insanlara aşılanması çox önəmlidir. Hər bir insan özünü maddi dünyadan ayırmağı, cari hadisələrin föv¬qünə qalxmağı, həyata böyük ideallar mövqeyindən baxmağı öyrən¬məlidir. Fəlsəfi düşüncə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın kamilləşməsi üçün nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət üçün, dövlət quruculuğu üçün, ictimai-siyasi və sosial-mədəni təşkilatlanma üçün bir o qədər vacibdir» (S.Xəlilov. Şərq və Qərb. Bakı, 2004, s.65).
«Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nun «təhsilin əsas məqsədi» adlanan 4-cü maddəsi 3 bənddən ibarətdir ki, onun da iki bəndi aşağıdakı kimi ifadə olunmuşdur:
“4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən, vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2 Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünya¬görüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mytəxəssis kadrlar hazırlamaq.
Göründüyü kimi qanunda əks olunan məqsədlər ictimai- humanitar, xüsusən də fəlsəfə fənninin bilavasitə və ya dolayışı ilə predmetinə daxil olan məsələlərdir.
Türkiyə Cümhuriyyətinin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisimizdəki tarixi çıxışı zamanı strateji hədəflər sırasında türk dünyasının müdriklərinin bəşəriyyətə verdiyi mütərəqqi dəyərlərdən bəhs etməklə əslində türk dünyası birliyinin daha sarsılmaz olması üçün bu məkanın fəlsəfəsinin öyrənilməsinin zəruriliyi mesajını verdi. O bu il "əsrlər boyu şairlərin ... çatmağa çalışdıqları" Nizami Gəncəvinin anadan olmasının 880-ci, Ahi Evranın anadan olmasının 850-ci, Əlişir Nəvainin anadan olmasının 580-ci, Hacı Bektaşi Vəlinin vəfatının 750-ci, Yunus Əmrənin vəfatının 700-cü ildönümü, keçən il isə Fərabinin anadan olmasının 1300-cü illiyi olmasını qeyd etmiş, çox böyük qürurla vurğulamışdır ki, “Dünyada bu qədər zəngin və yüksək mədəni dəyərləri olan millətlərin sayı çox azdır. Biz bu dəyərlərimizi həm yeni nəsillərimizə, həm də bütün dünyaya izah etməliyik. ... burada saydığım və saya bilmədiyim bütün şəxslər mədəniyyətimizin sütunları olduğu kimi, dünya mədəniyyətinin də dəyərləridir. İnsanlıq onların əsərlərindəki hikmətlərin sirrinə vaqif olduqca dünyamızdakı məsələləri həll etmək asanlaşacaqdır “(https://meclis.gov.az/news.php?id=&lang=az).
Yuxarıda qeyd etdiklərimi və edə bilmədiklərimi aşağıdakı kimi ümumiləşdirmək istərdim:
- Fəlsəfəyə bu cür münasibətin səbəbi ilk öncə ona ayrılan dərs yükünün ilbəil məqsədli şəkildə azaldılmasındadır. Tez-tez yenilənən “təhsil standartları”nın sanki əsas məqsədi fəlsəfəyə ayrılan saatlara son qoymaqdır. Yaxşı, bu “Təhsil standartları”nın qəbul edilməsində tanınmış fəlsəfə alimlərindən kimsə iştirak edibmi? Bəs onda elmlər elmi olan, hadisə və prosesləri müstəqil şəkildə dərk etmək, təhlil etmək və qənaətlər əldə etmək qabiliyyəti for¬malaşdıran, müstəqillik yolunda inamla irəliləyən Azərbaycanımızda gənclərimizin vətənpərvərlik, milli mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyamıza sədaqətlilik ruhunda tərbiyə edilməsi missiyasının əsas daşıyıcısı olan bu müdriklik elminin taleyini kimlər həll edir?
-Tez- tez Baloniya prosesi, Avropaya inteqrasiya kimi ifadələr və o ölkələrin Ali məktəblərində Fəlsəfənin tədrisinin olmaması kimi fikirləri ifadə edən təhsil “bilicilərimiz” də vardır.
Əvvalə Avropa ölkələri artıq Boloniya prinsiplərinə “köhnə” kimi baxırlar. İndi ABŞ təhsil sisteminə meyllik artmış, İngiltərə isə Sovet təhsil sisteminə keçməyi hədəfləmişdr.
İkincisi Avropa ölkələrində həm də orta məktəbin yuxarı sinflərində Fəlsəfə əsaslı şəkildə(əsasən də milli fəlsəfə) öyrədilir. İnkişafına görə dünyanın bütün ölkələrini üstələyən Çində isə fəlsəfə bütün ali məktəblərdə nüfuz sahibidir. Post sovet məkanı ölkələrində də Fəlsəfənin nüfuzuna elə bir xələl gətirilməmişdir.
-Fikrimcə dünyanın güclü dövlətləri, onların birlikləri inkişaf etməkdə olan ölkələrdə vətənpərvərliyin, milli-mənəvi dəyərlərin, milli özünüdərkin, milli mentalitetin qorunub saxlanılması və inkişaf etdirilməsini qloballaşma üçün, özlərinin həmin ölkələrdə maddi və digər maraqları üçün təhlükə görürlər. Bu mərkəzlərə mükəmməl dünyagörüşə malik vətənpərvər insanlar yox, müəyyən qədər “çox“ məvacib müqabilində istənilən əmri yerinə yetirməyə hazır olan “kosmopolit”lər lazımdır. Təhsilə ayrılan xarici qrantların əsas hədəflərindən biri də məhz budur.
-AMEA-nın müxbir üzvü, hörmətli filosofumuz Könül xanım Bünyadzadənin fəlsəfənin cəmiyyətimizdə nüfuzunun yüksəldilməsi məsələsi ilə bağlı fikir və ideyalarına hörmət və ehtiramımı bildirməklə qeyd etmək istəyirəm ki, insanların nüfuzlu, hörmətli, perspektivli fəaliyyət sahələrinə meyl etməsi təbiidir. Həmin sahələrdə rəqabət də artır və nəticədə kadrların keyfiyyəti də yüksəlir. Fəlsəfənin saatlarını azaldıb, seçmə fənn qrupuna daxil edilməsi bugünkü fəlsəfə ictimaiyyatının gözü qarşısında baş verir. Ayrı ayrı istsnaları çıxsaq demək olar ki, elə bir ciddi reaksiya da yoxdur. Praqmatizmə meylli olan indiki gənclər bu vəziyyəti(hamının gözü qarşısında fəlsəfənin qürub etdirilməsini) görür və istedlarını başqa sahəyə yönəldirlər.
Təhlillərdən irəli gələn təkliflərim:
-Ölkəmizdə Boloniya prosesinin, tez tez dəyişdirilən təhsl standartlarının, kosmopolit təhsil bilicilərinn Fəlsəfəyə qarşı səlib yürüşünün qarşısının alınması üçün dövlət səviyyəsində bu mənəviyyat , insansevərlik elminə hərtərəfli diqqət və qayğı olmalıdır.
-Xalqımız müstəqilliyimizin 30-cü illərini Yaşayır. Ali Baş Komandanımız İlham Əliyevin Sərkərdəliyi ilə müzəffər ordumuz 44 günlük zəfər yürüşündə düşmən üzərində tam qələbə çalıb torpaqlarımızı işğaldan azad etsə də “revanşist” qüvvələrin hədə-qorxuları qalmaqdadır. Ətrafımızda və dünyada bizi sevməyən qüvvələrin mövcudluğunu və onların məkrli planlarını da nəzərə alsaq milli-mənəvi dəyərlərimizə sadiq, vətənsevər vətəndaşların yettişdirilməsi təhsil qanunundan da göründüyü kimi təhsil strategiyamızın prioritet sahəsidir. Qeyd edilən vəzifələrin yerinə yetirilməsi işində isə fəlsəfə baş rola malikdir. Ona görə də Fəlsəfə ali məktəblərdə zəruri fənlər blokuna daxil edilməli, saatları artırılmalıdır.
- Fikrimcə “koronovirus” ların və ümumiyyətlə insanların kütləvi şəkildə məhv edilməsinə səbəb ola biləcək digər vasitələrin yaranma səbəblərini hər şeydən əvvəl bəşəriyyətin son dövrlərdə humanizmi, kamilləşməni, mənəvi dəyərləri “kənara” qoyaraq gücə, texnoloji uğurlara “mənəm-mənəmliyə” aludə omasında axtarmaq lazımdır. Qüc, elmi nailiyyətlər, süni intellektlər humanizmə, insanlığa, şəfqətə söykənmirsə təhlükə mənbəyidir. Sanki müasir insan “yaranmışların əşrəfi” olmaqla dünyanın bütün nailiyyətlərinin əsas hədəfinin onun “xoşbəxtliyi” olduğunu unutmuşdur. Son əsrlərə qədər “kamil insan”ın nəzarətdə saxlamağı bacardığı nəfs artıq ağılı “küncə sıxmış” meydanı ələ almışdır. Vəziyyətdən çıxış yolu yenə də Fəlsəfədədir, elmin xeyrə, işığa, insanlığa xidmət etməsi üçün onun daşıyıcılarının təfəkkürünə humanizm, müdriklik nuru hopdurulmalıdır.
- Fənnin nüfuzunun qaldırılmsı üçün Fəlsəfə ictimaiyyatının əsas nümayəndələri bir araya gəlməli, təşkilatlanmalıdır. O ki, qaldı fəlsəfənin dədris proqramının məzmunu problemlərinə AMEA-nın Fəlsəfə institutu ali məktəblərin müvafiq kafedraları ilə birlikdə təhsil pillələri üzrə nümunəvi proqrammlar hazırlayıb təqdim edə bilərlər. Dərsliklər də həmin proqramlaraa uyğun tərtib edilər.
-Fəlsəfənin seçmə fənlər qrupuna daxil edilməsi o deməkdir ki, dün¬yanın fəlsəfəyə qayıtdığı, Respublikamızda fəlsəfi dünyagörüşə, fəlsəfi bilgilərə çox böyük bir zərurət yarandığı bir zamanda gələcəkdə fəlsəfə doktoru («Təhsil haqqında Azərbaycan Respub¬li¬kasının Qanunu»na əsasən istənilən elm sahəsi üzrə dissertasiya müdafiə etmiş şəxsə «fəlsəfə doktoru» elmi dərəcəsi verilir) almaq imkanı olan bugünkü tələbələr fəlsəfəni keç¬məyə də bilər.
Hesab edirəm ki, fəlsəfəyə münasibətin dəyişilməsi, onun saatlarını artırmaqla seçmə fənlər blokundan çıxarılaraq zəruri fənlər qrupuna daxil edilməsi həm zamanın, həm də milli inkişaf strategiyamızın zəruri tələbidir.

Dünən, 11:37
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
Dünən, 11:33
Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb -
31-10-2024, 12:11
Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
31-10-2024, 12:03
Azərbaycan alimləri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər
28-10-2024, 12:41
Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktik konfrans keçirilib
24-10-2024, 11:47
Tarixi dövrlərdə siyasi “İZM”lər konsepsiyası
24-10-2024, 10:37
Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına münasibət bildirilib
21-10-2024, 10:50
Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar
20-10-2024, 18:02
İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
19-10-2024, 00:47
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?
19-10-2024, 00:41
Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib
19-10-2024, 00:19
Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
19-10-2024, 00:14
İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib
19-10-2024, 00:03
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
18-10-2024, 14:24
Gəncədə "Musiqi kimliyimiz" Layihəsi Aşiq Molla Cüməyə həsr olunub - FOTO
17-10-2024, 10:55
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
17-10-2024, 10:41
MEK əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
17-10-2024, 09:52
“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır
17-10-2024, 09:40
Prezident İlham Əliyev Füzulinin azad olunması ilə bağlı paylaşım edib
17-10-2024, 08:13
Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
17-10-2024, 07:58
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
17-10-2024, 07:53
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın materialları çap olunub
16-10-2024, 12:15
Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub
16-10-2024, 12:11
75 yaşın yaradıcılıq şövqü
15-10-2024, 15:36
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
15-10-2024, 15:33
Sabahdan intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
14-10-2024, 18:14
ANONS! ANONS!ANONS! 2 TARİXÇİ ALİM AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN NİYƏ İMTNA ETDİ?!