Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs -- SƏADƏT ŞIXIYEVA
Elm və təhsil
Oxunub: 794
14 iyn 2021 | 00:20
Əvvəla qeyd etmək istəyirəm ki, mən hər sözün, Söz birləşməsinin birbaşa və hətta sözaltı mənasının təsir məsələsini, mənəvi, hüquqi ölçüsünü dərk edirəm və bu baxımdan bu yazımın sərlövhəsinin ifadə yükü də mənə bəllidir.Beləcə, heç yubanmadan “bəs o zaman bu nə sərlövhədir?- sualı fikrindən keçənlərə birbaşa bildirirəm ki, “onun” müəllifi sayı minlərlə olan ortabab elmi işçilərimizdən biri - SƏADƏT ŞIXIYEVAdIr. O, bu şəxsiyyətini gözəl ifadə edən cümləni özünün elmdən uzaq bir yazısında mənə və 2 başqa alimə aid edib.
Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs  -- SƏADƏT ŞIXIYEVA
Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs  -- SƏADƏT ŞIXIYEVA
Niyə? Ona görə ki, mən onun manopoliyasına alığı sahəyə “addım” atmışam və ondan qat-qat faydalı işləri görmüşəm.
Bu bir gerçəkdir ki, məsuliyyətsiz, məntiqsiz Səadət Şıxıyeva klassik şairimiz İmaddədin Nəsimi tədqiqatçılarıından, o cümlədən bu şarimizdən əlinə qələm alıb yazan hər kəsdən narazıdır və mütləq “bir pürçüm” tapıb elə şər-böhtan atəşinə tutur ki, bir növ “anasından əmdiyi süd burnundan gəlir”...
Həəə... mən də bunu bilirdim. Amma iki il əvvəl ona məhəl qoymayıb Nəsiminin 650 illiyi münasibəti ilə Elan olunmuş Nəsimi İLİnin bitməyinə 4 ay qalmış Səadət Şıxıyevanın yubiley təntənəsini bəsit, bazar söhbəti xarakterli dava-dalaşlarından bezib fəlsəfə elmləri doktoru olaraq mənəvi və ““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti İB” təsisçisi və sədri hüquqi haqqımla yeni, aktual mövzularla ortamı burulğandan qurtarmağa həvəsləndim.
İlk növbədə Nəsiminin 600 il uyuduğu Suriya torpaqları –Hələb şəhərində Nəsimi və Nəsimi İlinə həsr olunmuş yazıları topladım, tərcümə etdim, rəsmi ölkə mətbuatında məsələn, Respublika qazetində “Nəsimi İli Çağdaş Ərəb tədqiqatlarında”(2 məqalə), “İmadəddin Nəsiminin məqamı bu gün”, “İmadəddin Nəsimi tədqiqatı ərəb-Suriya mənbələrində və takiyesi”, “Nəsiminin məqamı bu gün”, Ədəbiyyat qazetində “Suriya alimi Əbdülfəttah Rəvvas Qələçi və İmadəddin Nəsimi irsi”, Xalq qazetində “İmadəddin Nəsiminin məqbərəsi bizi gözləyir”, 525-ci qazetdə “İmadəddin Nəsiminin məqamının bu günü”, bundan başqa bir sıra internet qazetləri və saytlarda bu mövzunu ciddi elmi təhlillərimlə geniş işıqlandırdım.
Əsas məsələ mən bu məqalələrin daxil olduğu “Çoxmədəniyyətliliyin nəhəng körpüsü – İmadəddin Nəsimi” adlı Toplunu hazırladım və bu Kitab AMEA-nın İctimai Elmlər Bölməsinin Qərarı, akademik-katib Nərgiz Axundovanın elmi redaktorluğu ilə çap olundu.
Sonra!.. Hələb şəhərində İmadəddin Nəsimi irsi ilə ciddi tanış olan, 1991-ci ildə “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” adlı monoqrafiyası çap olunmuş, ərəb dünyasında nəsimişünas alim kimi məşhur olan Əbdülfəttah Rəvvas Kalajını, axtararkən, yəni onlarla Suriyalı ziyalıya, müxtəlif qurumlara sürəkli məktublar, Facebook şəbəkəsindən mesajlar yazarkən əvvəlcə Hələbin baş inşaat mühəndisi Ədrülrəhman ƏL-Jasseri, daha sonra Nəsiminin məbərəsinin tədqiqatçısı Lamia ƏL-Jasseri tapdım.
Ədrülrəhman ƏL-Jasser mənim dəfələrlə ona etdiyim xahişlərdən sonra Nəsimi məqbərəsinə gedib fotolar çəkdi, sonra xahişimlə məqalə yazdı və o məqalə Respublika qazeti və 525-ci qazetdə çap olundu. Bu məqaləyə kimi bizim medyada Nəsimi məqbərəsinin dağılmadığı haqda geniş yazılır və fotolar paylaşılırdı. Beləliklə, həqiqəti, gerçəkliyi Ədrülrəhman ƏL-Jasserin məqaləsi üzə çıxarmış oldu. Nəsiminin məbərəsinin və bütövlükdə Suriyada Osmanlı tikililərinin tədqiqatçısı Lamia ƏL-Jasser mənə dahi şairimizin “takiyasının” bütün sxemləri və hər qarışın təhlili verilən dəyərli məqalə yazıb göndərdi. Onun məqaləsini də Respublika qazetində dərc olundu. Hələ bu hadisələr haqqında Azərtac və digər informasiya agentlikləri məlumatlar yaydı.
Əbdülfəttah Rəvvas Kalajını axtarışlarıma gəlincə neçə aylardan sonra, Facebookdakı səhifəsində paylaşmalarımdan, uzun-uzadı mesajlarımdan sonra onunla əlaqə yaratdım və mənə Nəsimi haqqında iki kitabını Hələbdə yaşayan həmvətənlimiz Rəşidə Adil qızı Bünyadzadə vasitəsilə göndərdi. Müharibə gedən ölkədə, xüsusilə bir əcnəbinin hərbi postları keçərək yazıçı, alim Kalaji evinə gedib kitabları, üstəlik onların ölkəmizdə tərcüməsinə və çapına mənə Etibarnaməni alıb, Beynəlxalq Poçtla Hələb- Dəməşq – Beyrut – Moskva vasitəsilə Bakıya göndərməyin necə bir cəsarətli iş olduğunu məncə düşünə bilən hər kəs anlayar. Hələ qaçqınlığı mənliyinə yaraşırmadan müharibə gedən Suriyada 4 qız övladı ilə odun-alovun içində yaşayan Rəşidə xanım hər cür riski gözə alıb Nəsiminin məqbərəsinə gedib Vidyo görüntülər çəkib Nəsimi gerçəklikləri olaraq mənə - ölkəmizə göndərdi ki, bunlar da Nəsimi İLİNƏ bir ayrı tövhə idi və bütün bu işlər rəsmi qazetlərdə işıqlandıqca dahimizin yubiley marofonunda Səadət Şıxıyevanın yersiz, “birinci mən yazmışam, niyə adımı çəkmədin” kimi əsassız “davalarının” meydanı xeyli daralmış oldu. Həqiqətən mənim çağdaş ərəb tədqiqatçılarının Nəsimi haqqında məqalələrini üzə çıxarmağım, R.Bünyadzadənin göndərdiyi kitablar, şairin məqbərəsinin vəziyyətini ifadə edən fotoşəkillər və vidyo lentlər, hədiyyə kitablardan birinin operativ şəkildə çap olunması “mənəm-mənəm” deyən cızma-qaralardan daha maraqla qarşılandı.
Bu prosesdə mən Nəsimi irsini ərəb müəlliflərini təhlil edərkən bizim mənbələrdən mənimsəyib mənimsəmədiklərini öyrənmək üçün nüfuzlu ölkə alimlərinin əsərlərini eksklyuziv gözdən keçirəndə Səadət Şıxıyevanın Nəsimi haqqında yazdığı 1 neçə məqalə, verdiyi müsahibələrdə akademik Ziya Bünyadovun adını göstərmədən alimin “Nəsimi diri-diri soyularaq öldürülməyib” məqaləsindəki Nəsiminin edamı ilə bağlı dəlilləri ( edam zamanı 2 dəfə kəlmeyi-şəhadətini deməsi faktını) təkrarladığını gördüm və onun 1 Söz birləşməsi, 2-3 beyti belə, əgər ondan sonra kim isə yazırsa, mütləq – “öz adının” göstərilməsi tələbini xatırlayıb, Müəllif hüququ deyilən məsələni-etikanı sadəcə vurğuladım.
Beləcə, mənim Nəsimi İLİNƏ şəffav xidmətim Səadət Şıxıyevanı nə qədər narahat eləmişsə, bu “qeydlərim” lap ağrıdıbmış. Amma “düz sözə” nə desin?! Sus ki, sus, susub və nə az, nə azacıq 2 il sonra “daldan atılan daş” kimi bir jestlə özünü təmizə çıxarmaq və vəziyyətdən çıxmaq üçün bu yazının sərlövhəsi olan fikri mənim üçün işlədib... Böyük ehtimal ki, o, təkrarlarından yazılanların, xüsusən də Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs olduğunu açıq-aydın sübut edən - “çuvalında gizlətdiyi” “CİDAnın artıq unudulduğunu düşünüb danışmağa başlayıb. Mən hətta bu “CİDA” ilə bağlı ayrıca kəskin məqalə ilə 2020-ci ildə çıxış etdikdə belə o qorxub susmuşdu!
Bu “CİDA” haqqında çox qısaca deyim ki, yuxarıda da qeyd etdiyim kimi Nəsimini monopoliyaya almış ortabab alimlərimizdən biri - bu Səadət Şıxıyeva 2008-ci ildə Hələb şəhərində Nəsiminin 640 illiyi münasibəti ilə təşkil edilmiş Konfransda olarkən A.R.Kalajinin “Hələbin yaqutu” monoqrafiyasını bir nəfərdə görüb, surətini alıb Bakıya gətirmişdir. Lakin çox təəssüf ki, fəlsəfə doktoru Səadət Şıxıyeva əsərin surətini əldə edib Azərbaycana gətirsə də, özünü nəsimişünas adlandıra-adlandıra ərəb dünyasında indiyə kimi yeganə ciddi mənbə hesab olunan bu əsər haqqında 11 il (artıq 13 il!) müddətində ictimaiyyətə məlumat verməmiş, bir növ kitab və müəllifini öz arxivində “həbs etmişdir”.
Onu da qeyd edim ki, fəlsəfə doktoru Səadət Şıxıyeva 2018-ci ilin soyuq qış aylarının birində məndən baş redaktoru olduğum “Cahan +” qazetinin Nəsiminin 640 illiyinə həsr olunmuş, həm də Akademik B.Nəbiyevin Kalaji haqqında da bəhs etdiyi məqaləsinin çap olunduğu sayını böyük Nəsimi təəssübkeşliyi ilə istədi. Mən də onun “nəsimişünaslıq tədqiqatlarına” kömək etmək niyyətilə şəhərdən bağa (arxivim bağdadır) getdim, avariyadan çıxmış, ayaqları kəsik-əzik adam, bum-buz evdə qazetin o sayını tapıb ona gətirdim (Yeri gəmişkən deyim ki, ona bu xeyirxalığımı halal eləmirəm!..) və “təsadüf ya zərurət” məhz bu tarixdən sonra həmin kitab Şərqşünaslıq institunun dövlət planına salındı, belə ki, tərcüməyə verildi. Burda xüsusilə qeyd etmək istəyirəm ki, bəs əgər Kalajinin bu kitabı 11 il “heç nə” olduğu üçün ÜZƏ ÇIXARILMAYIBSA necə oldu dövlət planına salındı, təsdiqləndi, 1 il tərcüməsi üçün bir alimə xeyli miqdarda maaş verildi?!
Bundan başqa Kalajının bu kitabında onun Nəsimi haqqında “Yolu görən” pyesi haqqında da məlumat vardır. Eyni zamanda mən bu əsəri gətirtdirmişəm ölkəyə və ölkə rəsmi mediası bu haqda məlumat yayıb. Bəs S.Şıxıyeva necə Nəsimisevər, nəsimişünasdır ki, bu əsərlə maraqlanmayıb? Necə olur, Kalajinin “Hələbin yaqutu” əsərini komfransda kiminsə əlində görüb surətini xahiş edib alıb ölkəyə gətirən “nəsimişünas” S.Şıxıyeva 3 ildi, həmin alim-yazıçının digər əsərinin orjinalı ilə heç maraqlanmır?! Heç belə də nəsimişünaslıq, Nəsimisevərlik olar?!
Əlbəttə fəlsəfə doktoru Səadət Şıxıyeva nəsimişünas olduğunu özü deyir, özü eşidir. Onun bu iddiası boş fərrziyədir. Çünki, Nəsiminin fiziki ömrünün çoxu, ruh həyatının 600 ili ərəb dünyası ilə bağlıdır, ərəb dilində də əsərləri var ki, Səadət Şıxıyeva bu sənət dühasını dərk etmək, ərəb dilli tədqiqatları orjinalda oxumaq üçün ərəb dilini mükəmməl bilməliydi, O isə heç cüzi də bilmir. Bu vəziyyət onun Nəsimişünas “titulu” iddiasını kölgədə qoyur.
Eyni zamanda Səadət Şıxıyeva bir müsahibəsində “30 il nəsimişünaslığa can qoyduğunu”,- deyir. Heç belə “can qoymaq” olar? Ortada Nəsimi haqqında 2, 3 monoqrafiyası yoxdur. Sözdə “40 dənə” monoqrafiyası var, “Maddi imkansızlığa görə” çap olunmayıb. Bilmirəm kimi aldadır, kimi ələ salır bu kəmiyyətlə?!. Sual verilməlidir, yəni sən - S.Şıxıyeva doğurdan bu qədər çox monoqrafiya yazmısan, çap olunmayıb, susmusan?! 1 monoqrafiya təxminən 2 ilə ərsəyə gəlirsə, 10 monoqrafiya 20 ilə meydana çıxar. Əgər 20 ildə yazdıqların 10 monoqrafiya çapa layiq bilinmirsə “at özünü Xəzərə”... Bundan başqa yaş, elmi dərəcə gerçəkləri var. O, bu yaşda heç “Şünas”, akademik, müxbir üzv demirəm, ən azı elmlər doktoru olmalıydı. Bu yerdə qeyd etmək yerinə düşər ki, əsl şərqşünas Kalajı soyadını ərəb dilindən çıxış edərək olduğu kimi yazar, daha Qələçi yazmazdı. Mən Gövhər Baxşəliyevin bir məqaləsində də Kalajının Qələçi kimi qeyd olunduğunu oxudum. Fikrimcə, Səadət Şıxıyevanın “traktovkasıdır”.
Habelə, Səadət Şıxıyeva bir müsahibəsində Nəsimi həyatı ilə bağlı geniş məlumat verir, jurnalistin -- “Mənbə olaraq dediyiniz faktlar haradan qaynaqlanır?- sualına cavabında bildirir ki, “Bu informasiyaların bir hissəsi ərəbcə qaynaqdandır və nəşr olunmamış monoqrafiyamda olduğundan məlumat mənbəyini göstərmək istəmirəm” (http://1905.az/s%C9%99ad%C9%99t-sixiyeva-n%C9%99simi-o-faci%C9%99li-taled%C9%99n-qacmaq-ist%C9%99m%C9%99di/ ) .
Bəlkə də Səadət Şıxıyeva bu surətini əldə edib möhkəm-möhkəm gizlətdiyi “Hələbin yaqutu” əsərindən mətni təqdim edib, adını informasiya qoyur və ən gülməlisi, “nəşr olunmamış monoqrafiyamda olduğundan məlumat mənbəyini göstərmək istəmirəm”- deyir?..
Amma stop! S.Şıxıyeva! Belə bir elmi metodika yoxdur ki, tədqiqatçı bu və ya digər mənbəyə-müəllifə istinad etsin, amma adını çəkməsin ki, nəşr olunmamış monoqrafiyamdandır... Digər tərəfdən “o ərəb qaynağı” məgər dövlət sirridir, yaxud Kalajı və ya hansısa müəllif xalq düşməni elan olunub ki, adını çəkmək təhlükəli olsun?! Hələ nə yaxşı ki, jurnalist soruşub, birdən jurnalistdə maraq doğurmayaydı? O zaman hansısa ərəb alimin, o cümlədən ola da bilər, Əbdülfəttah Rəvvas Kalajının tədqiqatı Səadət Şıxıyevanın adına çıxacaqdı!..
Reallıq isə budur ki, nəsimişünasam, şərqşünasam- deyib, böyük iddialarda olan Səadət xanım A 4 formatında cəmi 43 (86 səhifəlik kitab) səhifədən ibarət olan bu kitabın hər il əgər 3-4 səhifəsini tərcümə etsəydi, 11 ildə kitab çoxdan ortaya qoyulmuş olardı. Bundan başqa, müəlilf sağdır. Bizimlə ünsiyyətdədir və mənə Etibarnamə və avtoqrafla göndərdiyi kitablarıın tərcümə edilib-edilmədiyini, nəşr taleyini çox tez-tez yazıb, soruşur. Həm də təkcə məndən yox, kitabı tərcümə etdiyini ona bildirmiş tərcüməçidən maraqlanır. Hətta bu yaxın günlərdə mənə çox ağır iradını bildirib. Xahiş edib ki, medyada paylaşım.
Həmçinin S.Şıxıyeva “Hələbin yaqutu” kitabını yuxarıda da qeyd etdiyim kimi “elmi əsər” hesab etmir. Şərqşünaslıq institutunun direktoru, akademik Gövhər Baxşəliyeva isə “Şərq araşdırmaları” jurnalında çap olunmuş “Nəsimi ədəbi mirasında ərəb dili” məqaləsində Kalajı və bu əsəri haqqında belə yüksək rəy yazır: “Bu istiqamətdə apardığımız tədqiqat yalnız bir kitabın varlığını üzə çıxardı. Ərəb tədqiqatçısı Əbdülfəttah Ravvas Qələçinin “Hələb yaqutu İmadəddin Nəsimi: həyatı, şeirləri və fəlsəfi fikirləri” adlı kitabı (Dəməşq, 1991) ərəb coğrafiyasında şairə həsr olunmuş yeganə məlum monoqrafik tədqiqatdır və bu cəhəti ilə də əhəmiyyət kəsb edir” (http://www.elibrary.az/docs/JURNAL/jrn2019_502.pdf ),
İndi biz bu əsəri monoqrafiya adlandıran, yazarına ehtiramlı münasibət bildirən akademikə inanaq, ya fəlsəfə doktoruna?..
Qeyd edim ki, akademik Gövhər Baxşəliyeva Kalajının kitabı ilə bağlı yazır ki, “Bu istiqamətdə apardığımız tədqiqat yalnız bir kitabın varlığını üzə çıxardı”. Amma tədqiqat ciddi işdir. Yəni tədqiqatı kitabxanalarda, arxivlərdə apararlar. Virtual kitabxanalarda, internet üzərindən və s. Zəhmətdir tədqiqat. Bu kitabı isə təkrar edirəm, Səadət Şıxıyeva 2008-ci ildə Suriyada Nəsimi konfransında iştirak edərkən birinin əlində görüb, surətini çıxartdırıb gətirib. Bu tədqiqat deyil ki!..
Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxs  -- SƏADƏT ŞIXIYEVA
Beləliklə, bu geniş yazıda Səadət Şıxıyeva adlı bir ortabab alimin Azərbaycan aliminə yaraşmayan sifətlərə malik xüsusiyyətlərindən bəhs etdim. Əlbəttə yaşımın bu vədəsində, elmi işlərimin “başdan aşdığı”, təbii səhhət problemlərimin, üstəlik peyvənd qəbulu sıxıntılarımın pik nöqtəsində bu yazını yazdımsa, deməli, borclu qala bilmədim. Yazmaya bilmədim!
Səadət Şıxıyeva adlı bir fəlsəfə doktoru çox böyük yanlışlıq edərək məni bu ilin 01 aprel tarixində iki saytda yayınlanmış “AMEA-da PLAGİAT QALMAQALI: “Özlərini Nəsimi haqqında tədqiqatıma şərik etdilər”(Yenicağ.az) - Alimdən SƏRT İTTİHAMLAR” və “AMEA-da PLAGİAT QALMAQALI - Alimdən SƏRT İTTİHAMLAR” (Xəbərfakt.az) yazılarında təhqir etməyəydi, mənə böhtan atmayaydı, mən də “cavabını” verməyəydim!
Mən Konkret olaraq Səadət Şıxıyevanın həmin yazıda haqqımda olan cümlələrini hamıya, xüsusilə elm camiyasının bütün düşünə bilən nümayəndələrinin diqqətinə çatdırmaqla onun necə bir mənəviyyatsız, məsuliyyətsiz olduğunu bildirmək istəyirəm. Buyurun tanış olun. Baxın görün o necə Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxsdir. O yazıb:

Davamı Saytın 15.06.2021. sayında

Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru
Dünən, 11:37
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
Dünən, 11:33
Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb -
31-10-2024, 12:11
Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
31-10-2024, 12:03
Azərbaycan alimləri Türkiyədə keçirilən simpoziumda iştirak ediblər
28-10-2024, 12:41
Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktik konfrans keçirilib
24-10-2024, 11:47
Tarixi dövrlərdə siyasi “İZM”lər konsepsiyası
24-10-2024, 10:37
Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına münasibət bildirilib
21-10-2024, 10:50
Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar
20-10-2024, 18:02
İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
19-10-2024, 00:47
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?
19-10-2024, 00:41
Tağı Əhmədov üçün çağırış daxil olduqdan yeddi dəqiqə sonra imtina edilib
19-10-2024, 00:19
Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
19-10-2024, 00:14
İstanbulda XİN rəhbərlərinin “3+3” formatında görüşündə birgə Bəyanat qəbul edilib
19-10-2024, 00:03
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
18-10-2024, 14:24
Gəncədə "Musiqi kimliyimiz" Layihəsi Aşiq Molla Cüməyə həsr olunub - FOTO
17-10-2024, 10:55
Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq
17-10-2024, 10:41
MEK əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
17-10-2024, 09:52
“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır
17-10-2024, 09:40
Prezident İlham Əliyev Füzulinin azad olunması ilə bağlı paylaşım edib
17-10-2024, 08:13
Gənclər Kitabxanasında akademik İsa Həbibbəylinin 75 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
17-10-2024, 07:58
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
17-10-2024, 07:53
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransın materialları çap olunub
16-10-2024, 12:15
Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub
16-10-2024, 12:11
75 yaşın yaradıcılıq şövqü
15-10-2024, 15:36
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
15-10-2024, 15:33
Sabahdan intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
14-10-2024, 18:14
ANONS! ANONS!ANONS! 2 TARİXÇİ ALİM AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN NİYƏ İMTNA ETDİ?!
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930