Hacı Zeynalabdin Tağıyev Azərbaycan Xalq Cümhuriyyətini “Doğma Vətənimizin üzərində parlayan müstəqillik günəşi” adlandırmışdı
Cənubi Qafqaz Seyminin Azərbaycan fraksiyası 1918-ci il mayın 27 də keçirilən iclasında özünü Milli Şura elan etdi və ölkənin idarə olunması vəzifəsini öz üzərinə götürdü. Milli Şura 1918-ci il mayın 28-ində”istiqlal bəyannaməsi” adlanan sənədi qəbul etdi. Beləliklə Azərbaycan xalqı müstəmləkə əsarətindən qurtularaq müstəqilliyə qovuşdu.
Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam olur. Bu tarixi gün xalqımızın həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk respublika oldu.1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olmuşdur. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.Hacı Zeynalabdin Tağıyev Azərbaycan Xalq Cümhuriyyətini “Doğma Vətənimizin üzərində parlayan müstəqillik günəşi” adlandırmışdı.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata
keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və
gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun
verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti 23 aydan sonra bolşeviklərin hücumuna məruz qalıb devrildi.Azərbaycanda Sovet hakimiyyəti quruldu. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, azadlıqsevər xalqımız 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyinə nail oldu.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil dövlətçiliyimizi möhkəmlətdi. Onun ayrı-ayrı siyasi qüvvələr tərəfindən parçalanmasına imkan vermədi.Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan Dünyanın aparıcı dövlətləri və qonşu ölkələrlə qarşılıqlı faydalı əməmkdaşlığı inkişaf etdirir.
Prezident İlham Əliyevinhələ 2006-ildə ABŞ-a ilk rəsmi dövlət səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində böyük rol oynamışdır.Respublikamız ABŞ-n beynəlxalq terrorizmə qarşı apardığı mübarizədə bu dövlətin etibarlı tərəfdaşına çevrilmişdi Azərbaycan Prezidentinin ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri ABŞ rəsmiləri və ictimai-siyasi xadimləri tərəfindən rəğbətlə qarşılanmış, müstəqil dövlətimiz haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşdırmışdır.
Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırmış, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlamasına zəmin yaratmışdır. Bu gün dünyanın diqqət mərkəzinə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi də Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı.
Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlər əsasında susdururdu
Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”Prezidentin bu sözləri hər bir azərbaycanlını duyğulandırır.Hər bir ölkə vətəndaşında fəxarət hissi oyadırdı.Nəhayət ki ərazi bütövlüyümüz təmin edildi.
Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. Bəli biz fəxr etməliyik ki “Biz azərbaycanlıyıq!
Bayramova Ruhiyyə Qadir qızı , 192 saylı məktəb, Tarix müəllimi
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
13-03-2026, 10:49
Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
13-03-2026, 10:46
Bakı Forumunda qlobal böhranlar və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmdə olub
13-03-2026, 10:42
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
11-03-2026, 11:06
Karyeraya ilk addım: “Maarifçi” təcrübə proqramına qeydiyyat başlanır
11-03-2026, 10:46
MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir
11-03-2026, 10:35
Dünya birjalarında neft bahalaşıb
10-03-2026, 10:53
10 Mart - Milli Teatr Günüdür
10-03-2026, 10:51
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:43
Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10-03-2026, 10:40
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10-03-2026, 10:36
Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi
7-03-2026, 11:29
ANONS! ANONS! SEVİNC HƏSƏNOVANIN ANTİ-PLAGİAT KABUS SİSTEMİ VƏ YA
6-03-2026, 10:49
Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, telefon da
6-03-2026, 10:46
Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
6-03-2026, 10:45
Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
6-03-2026, 10:41
Azərbaycan nefti 7 faizədək bahalaşıb
2-03-2026, 11:34
Azərbaycan və Omanın XİN rəhbərləri arasında regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb
2-03-2026, 11:31
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib
2-03-2026, 11:29
Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub
1-03-2026, 10:53
BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI
23-02-2026, 16:39
TOLERANTLIQ GÖZƏL HİSSDİR! ANCAQ ƏDALƏTDƏN ÜSTÜN DEYİL VƏ ONU VURUB KEÇMƏMƏLİDİR!..
23-02-2026, 12:20
Səudiyyə qəzeti: Azərbaycana vizasız səfər işgüzar və turizm əlaqələrini daha da genişləndirəcək
23-02-2026, 12:13
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23-02-2026, 12:09
AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb
20-02-2026, 12:20
Prezident İlham Əliyevin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
