Bizim üçün müqəddəs olan dəyərlər
Tarix təkrar olunur...Nə vaxtsa bu fikirlə tanışlıq mənim üçün önəmli olmaya bilərdi. Lakin biz qayıtdıq, qayıtdıq ki, o dağlar alçalmasın, o bulaqlar qurumasın, o ellər perikməsin.Və beləcə tarix təkrar olundu. Kitablardan oxuduğumuz şah Abbasın, Nadir şahın tarixi...Sözlə ifadə edə bilməyəcəyimiz bir tarixi zəfər baş verdi. Biz Şuşanı azad etdik. Sarsılmaz iradə və uzaqgörənlik nümayiş etdirən qüdrətli sərkərdənin-cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəni əldə etdik. 8 May –Şuşanın işğalı günü tarixə qovuşdu, əvəzində 8 Noyabr-Şuşanın azad edildiyi gün xalqımızın toy-bayram əhval-ruhiyyəli zəfər gününə çevrildi.
Ötən qısa zaman müddətində bütövlükdə Qarabağda, eləcə də əziz Şuşada xeyli quruculuq işləri görülmüş, tarixi abidələrin bərpası istiqamətində əməli addımlar atılmışdır. Bərpa edilən abidələr içərisində unikal memarlıq xüsusiyyətlərilə seçilən Yuxarı Gövhərağa məscidi diqqəti cəlb edir. İlk dəfə Pənahəli xan tərfindən Şuşa şəhərinin inşası ilə eyni vaxtda-1750-ci ildən başlayaraq ucaldılan bu məbədgah sonralar dəfələrlə yenidən qurulmuş, nəhayət XIX əsrin 80-ci illərində son memarlıq quruluşuna sahib olmuşdur. El arasında “Şuşa Cümə məscidi” adlandırılan bu tarixi abidə erməni vandalizminin hədəfinə çevrilsə də, vətənpərvər oğullarımız onu yağı caynağından xilas edərək mömin bəndələrin ixtiyarına vermişdir.
“Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada mən Şuşa məscidinin bənzəri olan məscidi tikdirdim. O vaxt məscidin aşılışında demişdim ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir.” Bu sözləri cənab İlham Əliyev 12 mayda Şuşanın Cıdır düzündə düzənlənən “Xarıbülbül” musiqi festivalının açılışı zamanı öz çıxışında demişdi.
“Xarıbülbül” beynəlxalq musiqi festivalı ilk dəfə 1989-cu ildə böyük ustad və xanəndə Seyid Şuşinskinin anadan olmasının 100-cü ildönümü münasibətilə məhz Şuşada Cıdır düzündə təşkil olunmuşdu. Hər ilin may ayında artıq dünyaca məşhur olan bu əsrarəngiz gülün çiçək açdığı günlərdə qurulan o illərin məclisindən xalq artisti Q.Rüstəmovun təkrarolunmaz ifası - “Sona bülbüllər” qızıl fonda daxil olmuşdur. Bir çox Yaxın Şərq ölkələrinin, eləcə də Yaponiya, Avstraliya kimi uzaq yerlərin nümayəndələrinin iştirak etdiyi bu musiqi yarışması sonrakı illərdə məlum səbəblərdən keçirilə bilmədi.
Nəhayət ki, Şuşa azad edildikdən sonra bu mümkün oldu. Cənab prezidentin təşəbbüsü ilə mayın 7-də xüsusi sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Cənab İlham Əliyev xalqımızın sonsuz sevincinə səbəb olan addımlar
ataraq əvvəlcə “Xarıbülbül” el şənliyinin təşkilinə göstəriş verdi, sonra isə bu il Ramazan bayramının namazının məhz Şuşa məscidində, tarixi Yuxarı Gövhərağa məscidində qılınmasını tövsiyə etdi. Hər iki təşəbbüs tarixi uğurun qalibiyyət təntənəsi idi.
“Xarıbülbül” festivalı ideal səviyyədə təşkil olunmuşdu. Sanballı repertuar, uğurlu dekorasiya və bir-birindən möhtəşəm ifalar... Nəhayət ki, Alim Qasımov “Qarabağ şikəstəsini” o dağlara oxudu, nəhayət ki, P.Bülbüloğlu, F.Bədəlbəyli öz yurdunda çox böyük coşqu ilə öz əsərlərini ifa etdilər. Yaşa, əziz prezidentimiz, var ol, Azərbaycan əsgəri.! Şuşa bizimdir, Qarabağ Azərbaycandır!
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin tarix müəllimi
Elxan İsmayılov
Bu gün, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Bu gün, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Bu gün, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Bu gün, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Bu gün, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Bu gün, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Bu gün, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Bu gün, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Bu gün, 10:46
Birjalarda neft bahalaşıb
Bu gün, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Bu gün, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Bu gün, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Bu gün, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Bu gün, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
9-11-2026, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
9-11-2026, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
9-11-2026, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
9-11-2026, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
9-11-2026, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
9-11-2026, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
9-11-2026, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
9-11-2026, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
9-11-2026, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
