Naxçıvan Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malik olduğunu sübuta yetirib
Elm və təhsil
Oxunub: 592
18 may 2021 | 13:18
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malik olduğunu sübuta yetirib



Həm Ulu Öndərimiz, həm də Prezident İlham Əliyev Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərib. Təsadüfi deyil ki, dövlət başçısının göstərişi ilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılıb, ordu ən müasir silah və texnika ilə təchiz edilib. Sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, Müzəffər Ordumuzun tarixi Qələbəsi ilə nəticələnən 44 günlük müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak ediblər. Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri işğal altında olan rayonlarımızın, o cümlədən bu gün Azərbaycan mədəniyyətinin paytaxtı olan - əzəli torpağımız Şuşanın azad olunmasında mühüm rol oynayıblar. Təsadüfi deyil ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərdikləri rəşadətə görə Prezident İlham Əliyevin müvafiq qərarları əsasında Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb, orden və medallarla təltif olunublar.

Əlbəttə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirmələri yüksək vətənpərvərlik ruhu ilə yanaşı, həyata keçirilən ordu quruculuğunun real nəticəsidir. Ötən müddət ərzində Əlahiddə Ümumqoşun Ordunun birləşmələrinin maddi-texniki bazası gücləndirilib, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, xidmətin nümunəvi təşkili təmin olunub. Hərbi kadr hazırlığı da bu prosesə dəstək verən əhəmiyyətli amillərdəndir. Ötən dövrdə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kursantlar üçün müasir tədris və məişət şəraitinin yaradılması isə ordumuzun peşəkar zabitlərlə təminatına mühüm töhfə olub.

Bütövlükdə, Əlahiddə Ümumqoşun Ordu 2018-ci ildəki uğurlu Günnüt əməliyyatından sonra tariximizə şanlı Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsində də yüksək döyüş hazırlığına malik olduğunu sübuta yetirib. Şübhəsiz ki, Əlahiddə Ümumqoşun Ordu Ali Baş Komandanımızın döyüş əmrinə hazır, yüksək döyüş imkanlarına, müasir silah və texnikalara malik qüvvə kimi bundan sonra da həm muxtar respublikanın müdafiəsinin etibarlı təşkilində, həm də Azərbaycanın ərazi bütövlüyünün qorunmasında vacib rol oynayacaq.

Abışova Məleykə, 213 saylı tam orta məktəbin direktor müavini
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30