İkinci Qarabağ müharibəsinə yanaşma dünyanın real mənzərəsini ortaya qoyur
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı tərəf olduğuna, illərdir BMT sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipi kimi ərazi bütövlüyünün təmin olunması istiqamətində dünyaya çağırışlarına ikili mövqedən yanaşıldığına, ən əsası bəzi ölkələr və beynəlxalq təşkilatlar işğalçı Ermənistana dəstək olub danışıqlar prosesinin imitasiya naminə aparıldığına bir daha aydınlıq gətirdi. Prezident kimi fəaliyyətə başladığı ilk gündən hədəfləri açıqlayan, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas məsələ kimi öndə saxlayan dövlətimizin başçısı İlham Əliyev bu istəyin gerçəkləşəcəyi zamanın uzaqda olmadığını daim böyük əminliklə qeyd edirdi. Möhkəm təməl üzərində qurulan siyasət bir qayda olaraq hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Beynəlxalq münasibətlərə gəldikdə isə müstəqil siyasət həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün dövlətlərlə əməkdaşlıqda bərabərlik prinsipini qoruyan bir dövlətin üzləşdiyi ədalətsizlikdən qalib çıxacağı şübhə doğurmurdu. Əsas olan münasibətlərdə səmimiyyət körpüsünün düzgün qurulması, həqiqətləri sözün əsl mənasındə həqiqət kimi qəbul etmək, verilən vədə sadiqliyi əməldə təsdiqləməkdir.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsi, ordu quruculuğunun intensivləşməsi, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, gücünü hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə sübut edən ordumuzun müasir hərbi texnika, silahlarla təchiz edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü və təkmil orduları sırasında olması həm də iqtisadi qüdrətimizin göstəricisidir. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan bu hərbi texnikanı, silahı öz vəsaiti hesabına alır. Kasıb Ermənistanın yüksək məbləğlə ifadə olunan müasir silahlarla təchizatı daim sual doğuran məsələ olub. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün aparıcı dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsini öyrənirlər.
Mahmudov Sabir – 188 saylı tam orta məktəbin direktoru
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
9-11-2026, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
9-11-2026, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
9-11-2026, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
9-11-2026, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
9-11-2026, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
9-11-2026, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
9-11-2026, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
9-11-2026, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
9-11-2026, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
