Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
Elm və təhsil
Oxunub: 417
16 may 2021 | 14:39
Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır


Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa ətrafında qədim yaşayış yerləri, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanın ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
1747-ci ildə Nadir şahın ölümündən sonra Qarabağ bəylərbəyliyinin ərazisində yaranan Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri olmuşdur. Məşhur Şuşa qalasının əsasını Pənahəli xan qoymuşdur. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xanla rus generalı Sisianov arasında Kürəkçay müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil oldu. Bundan sonra ermənilərin buraya köçürülməsinə başlanılmışdır.
1923-cü il iyulun 7-də Qarabağ bölgəsinə Sovet Rusiyasının himayədarlığı və iştirakı ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı status verilmiş və nəticədə Azərbaycanın ərazi bölgüsü kobudcasına pozulmuşdu. 1923-cü ildə qəbul edilən qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə Qarabağa diqqət və qayğı göstərmiş, erməni ərazi iddiaları iflasa uğramışdı. Ulu Öndər Şuşada Molla Pənah Vaqifin məzarı üstündə məqbərə, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeylərinin, Xurşudbanu Natavanın abidəsinin açılmasına nail olmuşdur.
XX əsrin 80-cı illərinin sonu, 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayəsi sayəsində hadisələr mürəkkəbləşdi. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olundu.
Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Bir vaxtlar “Kiçik Paris”, ”Qafqazın sənət məbədi”, ”Azərbaycanın musiqi beşiyi”, ”Şərqin Konservatoriyası” adlandırılan tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artiq işğaldan azad edilmişdir.
Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir:
“Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür!”
Cənab Prezidentimizin dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik” sözü bu gün öz təsdiqini tapır. Ali Baş Komandanımızın 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi mənfur düşmənlərimizə göndərilən ağır bir mesaj oldu. Bu gün Müqəddəs Ramazan bayramını Cənab Prezidentimizin Şuşada ailə üzvləri ilə birlikdə keçirməsi, 12 may 2021-ci ildə 32 ildən sonra əfsanəvi Cıdır düzündə “Xarı Bülbül “festivalının keçirilməsi, Xan qızı bulağının istifadəyə verilməsi, Ramazan bayramı ərəfəsində yeni məscidin istifadəyə verilməsi, ilk muğamımızın səslənməsi ilə cənab Prezidentimiz bir daha sübut etdi ki, biz Şuşaya qayıtmışıq və əbədi yaşayacağıq. Azərbaycan bayrağı daim Şuşada dalğalanacaq!


Aynur Hüseynova,
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi.
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930