Şuşa mədəniyyətimizin beşiyidir
Ölkəmizin mədəniyyət beşiyi sayılan Şuşa tarixən Azərbaycanın ictimai-siyasi və tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il mayın 7-də “Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi haqqında” çox mühüm Sərəncam vermişdir. Bu Sərəncam Şuşa şəhərinin yeni statusunun bərpası, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, onun əvvəlki şöhrətinin özünə qaytarılması işinə xidmət edir.
Məlumdur ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal edilmiş, bu müddət ərzində burada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dan çox mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, turizm bazası, şəhər musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, 20-dən çox kitabxana yandırılmışdır. Bu, tarixi vəhşiliyin ən iyrənc nümunəsidir.
Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilmişdir. Tarixi mədəniyyət mərkəzimiz olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuş, hələ 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. 1982-ci ilin 15 yanvarında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı Ulu Öndərimzin bu sahədə ən mühüm tarixi xidmətlərindən biridir.
Möhtərəm Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, qızları Leyla Əliyevanın Şuşa səfəri zamanı ziyarət etdikləri – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev-muzeyi, Vaqifin türbəsi, Cıdır düzü - bunların hamısı bu şəhərin Azərbaycan xalqına məxsusluğunu sübut edir.
Bütün bunlar onu göstərir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna dəyərə malik olması Şuşaya xüsusi qayğı və diqqətin göstərilməsini tələb edir.
Bəli, doğma Şuşa artıq yüksək inkişaf yolundadır və onun sabahı daha parlaq və nurlu olacaqdır.
Nəbi İbrahimov,
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir