29 ilin həsrətinə son: Bu əməliyyatdan hələ çox danışılacaq

2020-ci ilin noyabrın əvvəlləri idi, müharibə davam edirdi, amma içi mən qarışıq bütün əsgərlərin daxili aləmində izahedilməz bir nikbinlik var idi.
Ona görə ki, yüksək rütbəli komandirlər Azərbaycan ordusunun Şuşaya girməsi, hətta artıq orada əsgərlərimizin mövqelər tutduğuna dair xoş məlumatlar gətirirdilər.
“Ancaq hələ elan olunmur, ona görə ki, möhkəmlənmə işləri gedir, bir az da səbrli olun, müharibə bir neçə günə bitəcək”, - deyə bildirirdilər.
Şuşanın azad edilməsinin Azərbaycana nə qədər böyük strateji üstünlüklər verdiyini dərk edirdim, bununla bağlı səngər yoldaşlarımın mənə ünvanladığı sualları əhatəli şəkildə izah etməyə çalışırdım.
Şəhid polkovnikin dedikləri
Bu ərəfədə şəhid polkovnik Babək Səmidli gəlmişdi, zəhmli mimikası, səsi, addımları zabit üçün lazım olan keyfiyyətləri tamamlayırdı.
Polkovnik Səmidli də deyirdi ki, az qalıb, yaxın günlərdə tam zəfər çalacayıq və hamınız sağ-salamat evinizə qayıdacaqsınız.
Artıq içimizdəki qələbəyə dair əminlik daha da artırdı və bu zaman Şuşanın ümumiyyətlə azad olunması, tək-tük erməni hərbçilərlə döyüşlərin getdiyi barədə məlumatlar gəlməkdə davam edirdi.
Şuşanın azad olunması – qələbəyə aparan yolda həm yüksək simvolik dəyərləri özündə ehtiva edirdi, həm də ordumuza hərbi üstünlüklər qazandırırdı. Jurnalist olduğumdan proseslərin gedişatı barədə özlüyümdə təhlil aparırdım, Şuşanın işğaldan qurtulmasının böyük strateji əhəmiyyətini anlamağa çalışırdım.
Nəhayət noyabrın 8-də bizə xəbər verdilər ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunmasını elan edib – həmin anları təsvir etmək üçün güclü yazıçı qələmi lazımdır. Alqışlar, fit çalmalar, rəqslər, qucaqlaşmalar - kimimiz sevincdən ağlayırdıq, kimimiz də hələ müharibənin bitmədiyinə görə fikirlərə dalmışdıq.
Mən hadisələrin gedişatını, bütün qoşunların ayın 9-u günü hücuma hazırlaşmasına dair hərbçilərin dediklərini Babək Səmidlinin zəfər çalınacağı anonsu ilə uzlaşdırırdım, Şuşanın azad edilməsinin elə qələbə olduğunu düşünürdüm.
Nəhayət, noyabrın 10-u gecə saat birdə bizə möhtəşəm qələbə xəbəri verildi və Ermənistanın kapitulyasiya aktına imza atdığı bildirildi.
Şuşanın azad edilməsi Azərbaycanın əlini gücləndirdi
Şuşanın işğaldan azad edilməsi Azərbaycanın hərbi meydanla yanaşı informasiya müharibəsində də əlini gücləndirirdi. Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfərini gerçəkləşdirdi. Bunun böyük rəmzi mənası var idi. Birincisi, 39 il əvvəl, 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olub və həmin tədbirdə İlham Əliyev də iştirak etmişdi.
Son 30 ildə Azərbaycan prezidenti kimi yalnız İlham Əliyev Şuşaya gedir və Ali Baş Komandan olaraq mühüm mesajlar verir. Cıdır düzündə Azərbaycanın şirniyyat mətbəxində məşhur olan paxlavanı dadaraq armudu stəkanda çay içməsi isə Ermənistana, yumşaq desək, “od qoyur”.
Bundan sonra ikinci səfər martın 16-da reallaşdı, Prezident çərşənbə tonqalının önündə mühüm ismarıclar verdi.
Azərbaycan dövləti ölkə mədəniyyətinin incisi sayılan Şuşaya böyük önəm verir, Prezidentin sərəncamı ilə Şuşa mədəniyyət paytaxtı elan olunub.
Ermənilərin başına çırpılanlar
Ötən ilin 8 mayına qədər Şuşanın işğalını dərin hüznlə anırdıq, bu gün isə artıq nisgil tarixə qovuşub. 1992-ci ildən bu yana ilk dəfədir ki, mayın 8-ni Şuşanın işğalı kimi yox, Şuşanın azad olunmasından 6 ay keçən tarix kimi qeyd edirik.
Bəli, bu gün Şuşa azaddır - Prezident İlham Əliyevin siyasi qətiyyəti, dəmir iradəsi, qəhrəman əsgər və zabitlərimizin sayəsində. Şuşanın işğaldan azad olunması əməliyyatı o qədər möhtəşəm və gözlənilməzliklərə dolu idi ki, ermənilərin qorxulu kabusunda əbədi dərin izlər buraxacaq.
Bir sözlə, Şuşa əməliyyatı dünya hərb tarixində mühüm yer tutur və əməliyyatın detalları barədə məxflik qrifləri aradan götürüldükdən sonra bu barədə müzakirələrin sayı daha da çoxalacaq.
Hər il mayın 8-də Ermənistandan gələn rəsmi şəxslərin, erməni millətçiliyinin ideoloqlarından biri Zori Balayanın Şuşada donuz kababı yeyib, üstündən çəkilmə araq içdikdən sonra rəqs etməklərinə hirslə baxırdıq. Elə Nikol Paşinyan da Cıdır düzündə sərxoş halda rəqs edirdi, bu isə qürurumuza toxunurdu.
Vətən müharibəsində Azərbaycanın itirilmiş qüruru bərpa edildi və ermənilərin Şuşada yeyib-içdikləri burunlarından gəldi, araq butulkaları başlarına “dəydi”.
Bu il Şuşanın işğalına rəhbərlik edən erməni general Arkadi Ter-Tadevosyanın da ölməsi də sanki hadisələrin simvolik tamamlanmasıdır.
Şuşada sürətli bərpa işləri aparılır, yaxın zamanlarda Şuşada böyük tədbirlərin şahidi də olacağıq.
“Əziz Şuşa, sən azadsan! ! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandir!”. Prezident İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixində Şuşanın azad olunmasını xalqımıza elan etdiyi müraciətində səsləndirdiyi bu sözlər Azərbaycanın 30 illik həsrətinin sonu demək idi.
Ermənilərin Şuşa barədə xam xəyallara düşməsi isə xəstə təxəyyüldən başqa bir şey deyil və hər hansı revanşist cəhdlər olarsa, Azərbaycan “Dəmir yumruğ”u yenidən Ermənistanın başına endirəcək.
Mənbə: oxu.az
Bu gün, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Bu gün, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Bu gün, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Bu gün, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Bu gün, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Bu gün, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Bu gün, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Bu gün, 10:59
Neft ucuzlaşır
Bu gün, 10:57
Qızıl və gümüş bahalaşıb
Bu gün, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Bu gün, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Bu gün, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Bu gün, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
Dünən, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
Dünən, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Dünən, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
Dünən, 12:22
Xəzərdə zəlzələ olub
Dünən, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
Dünən, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
Dünən, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
Dünən, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Dünən, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Dünən, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
Dünən, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq