Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir
Elm və təhsil
Oxunub: 520
14 apr 2021 | 09:30
Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir




Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır. Ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan "YAŞAT" Fondu da məhz bu funksiyanı yerinə yetirir.

Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə başçısının siyasətinin əsas istiqamətlərindən biridir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış "YAŞAT" Fondu ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatını daim diqqətdə saxlayır.

Bu fondun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə mühüm töhfə verir. Qazandığımız tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.

Müharibədən az bir müddət keçməsinə baxmayaraq, şəhidlərimizin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslərlə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlər əsasən məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi istiqamətlərindədir. Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim

Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

Bakıxanov qəsəbəsi, 252 saylı məktəb-liseyin

müəllimi Emiliya İbrahimova
Bu gün, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Bu gün, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Bu gün, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Bu gün, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Bu gün, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Bu gün, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Bu gün, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Bu gün, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Bu gün, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Bu gün, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Bu gün, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Bu gün, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Bu gün, 11:54
Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
Bu gün, 11:52
Bank sektorunun xarici öhdəlikləri azalıb
Bu gün, 11:51
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Bu gün, 11:46
Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var
Bu gün, 11:24
Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb
Bu gün, 11:22
Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb
Bu gün, 11:20
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Bu gün, 11:19
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
Dünən, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Dünən, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Dünən, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Dünən, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Dünən, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Dünən, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Dünən, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031