Fond “Qələbəni bizə yaşadanları yaşat” devizi ilə yola çıxdı

27 sentyabr 2020-ci ildə başlayan, 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın vətən həsrətinə son qoydu.
Müharibənin ilk günündən hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək vətənin azadlığı uğrunda mübarizəyə qalxdı. Azərbaycanlılar həm maddi, həm mənəvi formada ön cəbhəyə dəstək verərək bütöv bir xalqın birliyini nümayiş etdirdilər. Prezidentimiz İlham Əliyevin düzgün siyasəti, qətiyyətli mövqeyi və ordumuzun şücaəti ilə Azərbaycan öz haqq davasında qalib gəldi. Əlbəttə, qələbə fədakarlıqlarla əldə edilir. Neçə-neçə oğullar öz canını vətən uğrunda qurban verdi, şəhidlik zirvəsinə ucaldı. Bir hissəsi qazi olaraq geri qayıtdı.
Müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət ilk gündən əhəmiyyətli addımlar atdı. Bu addımlardan biri də müharibədə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu- “Yaşat” Fondunun yaradılması idi. Vətən müharibəsi dövründə xalqımız, bütün vətəndaşlarımız öz imkanları çərçivəsində əsgərlərimizə, şəhid ailələrinə dəstək olmağa çalışırdı. İndiki məqamda, belə bir fondun yaradılması və onun mərkəzləşmiş formada təşkil olunması çox önəmlidir.
Fond “Qələbəni bizə yaşadanları yaşat” devizi ilə yola çıxdı. Fond Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr hesabına formalaşır. Bununla yanaşı, şəhid ailələrinin və vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin marağındadır. Azərbaycan xalqı xeyirxahlıq, fədəkarlıq və humanizm prinsiplərini rəhbər tutaraq hər zaman təmənnasız kömək ənənələrini davam etdirir. Sözsüz ki, Yaşat Fondunun layihələri cəmiyyətin diqqət mərkəzindədir. Xalq və dövlət birliyi ilə fond böyük işlərə imza atır. Belə ki, müharibə iştirakçılarının maddi vəzyyətinin yaxşılaşdırılması, yaralanmış hərbçilərimizin ölkə daxilində və xaricində müalicələrinin təşkil edilməsi, şəhidlərin yeni dünyaya gələn körpələrinin zəruri xərclərinin qarşılanması fondun əsas prioritetlərindəndir. Fondun ümumi iş prinsipi dövlət və vətəndaş cəmiyyətinin birgə iştirakını təmin edir.
Abdullayeva Gülnaz Arif qızı
209 nömrəli tam orta məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi
Dünən, 11:10
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
Dünən, 11:08
Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb
Dünən, 11:04
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Dünən, 10:59
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub
Dünən, 10:57
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
Dünən, 10:55
Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Dünən, 10:52
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Dünən, 10:47
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Dünən, 10:46
Birjalarda neft bahalaşıb
Dünən, 10:43
Dünya birjalarında qızıl və gümüş bahalaşıb
Dünən, 10:41
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Dünən, 10:39
Antalyada COP31 konfransı işini davam etdirir
Dünən, 10:35
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək
Dünən, 10:30
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
9-11-2026, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
9-11-2026, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
9-11-2026, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
9-11-2026, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
9-11-2026, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
9-11-2026, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
9-11-2026, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
9-11-2026, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
9-11-2026, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
9-11-2026, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
9-11-2026, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
9-11-2026, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
9-11-2026, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər