Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq
Elm və təhsil
Oxunub: 454
5 apr 2021 | 14:36
Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq




Nəhayət, torpaqlarımız yağı düşməndən azad edildi. İndi qarşımızda mühüm vəzifələr durur. Uzun illərdən bəri dağıdılan, qarət olunan, yandırılan, yerlə yeksan edilən tikililərimiz, milli-mədəni abidələrimiz bərpa olunmalı, şəhər və kəndlərimiz, yol-nəqliyyat infrastrukrumuz yenidən qurulmalıdır...

Bütün ali tribunalarda bunudünyaya bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyevin martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündəki nitqində də aparılacaq böyük quruculuq işlərindən geniş söhbət açılmışdır.

Vurğulamaq yerinə düşərdi ki, ağır pandemiya şəraitində türkdilli dövlətlərin bu formatda görüşünün təşkili bu dövlətlər arasındakı mənəv bağın ildə-ilə daha da möhkəmlənməsinin əyani göstəricisidir. Təsadüfi deyildir ki, təşkilatın əsas məqsədi türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirməkdir. Bu baxımdan, “Türk dnyasının gələcəyi – 40” adlı sənədin hazırlanması təqdirəlayıq hal kimi dəyərləndirilməlidir..

Konfransda deyildi ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi istər region dövlətləri, istərsə də digər ölkələr üçün iqtisadi baxımdan çox səmərəlidir. Belə ki, Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması Böyük İpək Yoluna yeni imkanlar açır, Çinin “Bir kəmər, bir yol” layihəsindən istifadə etməklə Xəzər dənizinin rolunu artırır.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında 44 günlük Vətən müharibəsi haqqında türkdilli dövət başçılarını ətraflı məlumatlandırdı: “30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir”...

Məlumdur ki, beynəlxalq təşkilatlar (ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və b.)Azərbaycanın haqlı mövqeyini daim dəstəkləsələr də bununərazi bütövlüyümüzün bərpasında heç bir əhəmiyyəti olmamışdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin heçbirinə məhəl qoymayan erməni silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan çıxmamışdır.

Əslində, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətininnəticəsiz olması da Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilməməsi, sanksiyalar tətbiq olunmaması və məsələnin sülh yolu ilə başa çatması istiqamətində həlledici addımların atılmamasından qaynaqlanır.

Beynəlxalq təşkilatların Qarabağ məsələsini dondurması, torpaqlarımızın Azərbaycana qaytarılmaması, Ermənistan rəhbərliyinin 2 il əvvəl sərsəmlədiyi “Qarabağ-Ermənistandır və nöqtə” sözləri, Ermənistanın müdafiə nazirinin Amerikada erməni diasporu ilə görüşdə Ermənistanın yeni torpaqlar uğrunda müharibəyə hazırlaşmarını bəyan etməsi, Şuşada keçmiş Dağlıq Qarabağ rejimi başçısının andiçmə mərasiminin keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz istiqamətində pozulması, Azərbaycana divesiya qruplarının göndərilməsi faktları, nəhayət, sentyabr ayında hərbi mövqe və yaşayış

məntəqələrimizin atəşə tutulması Azərbaycanı adekvat cavab verməyə, düşməni layıqincə cəzalandırmağa məcbur etdi.

Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, 300-dən çox şəhər və kənd işğalçılardan azad olundu, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan Bəyanat əsasında isə bizim digər rayonlarımız siyasi yollarla Azərbaycana qaytarıldı.

Müharibənin başa çatması ilə yeni imkanlar yaranmışdır. Onların arasında, təbii ki, ən vacib məsələ nəqliyyat infrastruktru ilə bağlıdır. Möhtərəm Prezidentimiz vurğulamışdır: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Yekun olaraq vurğulamalıyıq ki, Zəngəzur dəhlizinin açılması nəinki türk xalqları üçün, eləcə də digər xalqların iqtisadi inkişafı üçün böyük perspektivlər vəd edir...

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,

yazıçı-publisist, Bakıxanov qəsəbəsi, 252 saylı məktəb-liseyin

tarix müəllimi Elmira Vəliyeva
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930