XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN SOYQIRIM CİNAYƏTİ AKTI KİMİ TANINMASININ HÜQUQİ ƏSASLARI
Siyasət / Ölkə
Oxunub: 229
26 fev 2025 | 13:13
Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:

1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası.
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4).
4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1).
5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).
7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.
XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN "SOYQIRIM" HÜQUQİ NORMASININ ALTINA DÜŞƏN CİNAYƏT KİMİ TANINMASININ HÜQUQİ NƏTİCƏLƏRİ
Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir:
1. Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.
2. Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.
3. Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.
4. Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.
5. Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.
6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.
7. Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir.
8. Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.
Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.
XOCALI HADİSƏLƏRİNİN ERMƏNİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN XALQINA QARŞI MƏQSƏDYÖNLÜ SOYQIRIM SİYASƏTİNİN BİR HİSSƏSİ KİMİ BEYNƏLXALQ CİNAYƏT OLMASI HAQQINDA FAKTIN DÜNYA BİRLİYİNƏ ÇATDIRILMASI
"Xocalı faciəsi beynəlxalq cinayət olaraq - Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı məqsədyönlü siyasətinin tərkib hissəsidir" başlıqlı və Azərbaycan MEA İnsan Haqları İnstitutunun Ekspert Şurası tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan Respublikasının Milli Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları üzrə Ali Komissarlığı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının İnsan Haqları üzrə Baş Direktoratı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi beynəlxalq təşkilatlara, eləcə də insan haqları üzrə milli və beyəlxalq təşkilatlara, xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir.
Ermənistanın işğalçı siyasətinə məruz qalan bir milyondan çox insan ağır şəraitdə yaşayır - onlar çadır şəhərciklərində, yığma evlərdə, yük vaqonlarında və yaşayış üçün uyğun olmayan digər yerlərdə sığınacaq tapmışlar.
BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respubilkası ərazilərinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı 1993-ci ilin aprelində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı, oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır.
Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və dəstəklənmişdir.
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
Əziz oxucumm!
Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla hədələyən kəslərə qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq. Biz dərindən inanırıq ki, XXI yüzilə qədəm qoymuş xalqların xoşbəxt yaşamaları naminə, ədalət naminə, yüksək insani dəyərlərin təntənəsi naminə dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar ədalətin bərpasını dəstəkləyəcəklər.
Artıq Qarabağ problemi 2020-ci ildə 44 günlük Vətən müharibəmizdə Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun minlərlə igid əsgər və zabitinin şücaəti sayəsində Zəfərlə həllini tpmışdır.
Azərbaycan indi əzəli vətən torpağımız Şərqi Zəngəzur probleminin sülh və danışıqlar yolu ilə həllinə çalışmaqdadır. Biz bir daha inandığımızı bildiririk ki, dünya dövlətlərinin, parlamentlərinin, beynəlxalq təşkilatların birgə səyləri nəticəsində, əlbəttə bu baş tutmadıqda Azərbaycan Respublikasının Prezidentinin İradəsilə yenə müzəffər Ordumuzun gücü ilə həll olunacaqdır.

Dünən, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Dünən, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Dünən, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Dünən, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Dünən, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Dünən, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Dünən, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Dünən, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Dünən, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Dünən, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Dünən, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Dünən, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Dünən, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031