Kamaləddin Qafarov: Zəngəzur dəhlizinin yaradılması milli və tarixi maraqlara cavab verir
Milli Məclisin deputatı Kamaləddin Qafarov - Azərbaycanın 44 günlük Vətən Müharibəsində Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də, Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır. Bu, böyük müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Üçtərəfli bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Bu tarixi qələbə nəticəsində Azərbaycan xalqı 101 il sonra yenidən Zəngəzura qayıda biləcək.
Bəs necə oldu ki, Zəngəzur Ermənistana verildi?
Rusiya ilə İran arasında Gülüstan(1813) və Türkmənçay(1828) müqavilələrinin imzalanmasından sonra ermənilərin Zəngəzur bölgəsinə kütləvi köç prosesi başladı.
XX əsrin əvvəllərindən etibarən isə ermənilər Zəngəzuru ələ keçirmək üçün hərəkətə keçdilər.
Ermənilər ilk dəfə 1905 – 1906 – cı illərdə silah gücü ilə Zəngəzuru ələ keçirməyə cəhd etdilər. Cənubi Qafqazın türk – müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törətdilər.1918 –1919- cu illədə Zəngəzuru ələ keçirmək üçün Andranikin quldur dəstəsinin fəaliyyəti başladı.1919 – cu ilin yanvarında Xosrov bəy Sultanovun general - qubernator təyin edilməsindən sonra, Andranikin və digər erməni quldurlarının basqınlarına son qoyuldu.
1919 – cu ilin Tiflis danışıqlarından sonra imzalanan sazişə əsasən bütün mübahisəli məsələlərin silah işlətmədən, danışıqlar yolu ilə həll edilməsi haqqında hər iki tərəf öhdəlik götürdü və AXC hökuməti silahlı qüvvələrini Zəngəzurdan çıxartdı. Bu fürsətdən yararlanan işğalçı Ermənistan hökuməti bölgəyə dərhal əlavə nizami qoşun yeritdi.
1920 – ci ilin aprel istilasından sonra erməni hərbi birliklərinin əl – qolu bir az da uzandı. 1920 – ci ilin avqust ayındaSovet Rusiyası və Ermənistan Respublikası arasında imzalanan sazişə əsasən Azərbaycanın Şərur – Dərələyəz bölgəsinin Ermənistan Respublikasına verilməsi nəzərdə tutulurdu. Hətta əzəli torpaqlarımız olan Zəngəzur, Naxçıvan , Qarabağ “mübahisəli ərazi” hüsab edilirdi. 1921 – ci ildə Zəngəzur iki hissəyə bölündü və Qərbi Zəngəzur Ermənistana birləşdi. Zəngəzurun Şərq hissəsi (Laçın, Qubadlı, Zəngilan) isə Azərbaycanın tərkibində qaldı.1929 – 1930 – cu illərdəOrdubad və Zəngilan rayonlarının bəzi kəndləri hesabına yaradılmış Mehri rayonu Ermənistana verildi. Nəticədə, Naxçıvan MSSR Azərbaycanın əsas hissəsindən ayrı salındı.
1988 – 1991 – ci illər arasında ermənilər Azərbaycanın Zəngəzur bölgəsində yaşayan soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti başlatdılar. 1991 – 1994 – cü illərdə isə xarici qüvvələrin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafdakı 7 bölgəni işğal etdi. Beləliklə, Zəngəzurun şərq hissəsi də işğal edildi.
Zəngəzur dəhlizi Sovet Rusiyası tərəfindən Naxçıvan və Azərbaycan arasında bir barrikada rolu oynayırdı. Bu dəhliz eyni zamanda Türkiyə ilə Azərbaycan arasında coğrafi divarı möhkəmləndirmişdi. Türkiyə ilə türk dünyasının inteqrasiyasına mane olmuşdur.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz2020 – ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən Müharibəsində Şərqi Zəngəzuru işğaldan azad etdi.
Zəngəzur dəhlizinin yaradılması milli və tarixi maraqlara cavab verir. Bu dəhlizin yaradılması artıq tarixi bir zərurətdir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək.Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Bu da öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həmdə Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkələrin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Ermənistan öz qonşularına qarşı 30 ilə yaxın müddətdə həyata keçirdiyi təcavüzkar siyasət əvəzinə regional əməkdaşlığı seçərsə, onlarda Zəngəzur dəhlizindən faydalana biləcəklər. Əks təqdirdə, Ermənistanda yüksək işsizlik səviyyəsi, mühacirət və yoxsulluqla müşayiət olunan vəziyyət hökm sürəcək.
Ali Baş Komandanımızın dediyi kimi, “Ermənistan rəhbərliyi bu dəhlizin açılmasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Biz onları buna məcbur edəcəyik”.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||