“Yuxu apne sindromu nədir?” - “Həkim məsləhəti” rubrikası
Səhiyyə
Oxunub: 345
22 dek 2022 | 11:48


Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin invaziv kardioloqu Şəhla Ağayeva “Həkim məsləhəti” rubrikasında “Yuxu apne sindromu nədir?” mövzusunda ətraflı məlumat verib.


Aztibb.az xəbər verir ki, həkimin sözlərinə görə, yuxuda tənəffüsün ən azı 10 saniyə müddətində kəsilməsi və bunun 1 saat ərzində ən azı 5 dəfə təkrarlanması yuxu apnesinin olduğunu göstərir. İlk dəfə 1965-ci ildə aşkarlanmış bu xəstəliyin adı yunan dilində “nəfəs arzusu” mənasını verir. Yuxu apnesi yuxu zamanı xoruldamaya və tənəffüs dayanmasına səbəb olur.

Ş.Ağayeva qeyd edib ki, tənəffüs dayanması zamanı orqanizmdə oksigen çatışmazlığının yaranması ilk növbədə, ürəyə və beyinə çox mənfi təsir edir. Yuxu apnesi kişilər, yaşlılar, alkoqol qəbul edən və siqaret çəkən insanlarda daha çox rast gəlinir. Bu xəstələrin əsas şikayəti qəfildən boğulma ilə oyanma, nəfəs çatışmazlığı, gün ərzində yuxusuzluq, halsızlıq, baş ağrıları, diqqət və yaddaş zəifliyidir.

"Yuxu apne sindromu ciddi sağlamlıq probleminə gətirib çıxara bilər. Belə ki, bu xəstəlik yüksək qan təzyiqinin əsas səbəblərindəndir. Qan təzyiqi səhərə doğru olduqca yüksəlir. Tipik olaraq xəstələrin çoxu bir və ya bir neçə antihipertenziv dərmanlar fonunda yüksək qan təzyiqinin olduğunu, qan təzyiq dəyərlərinin tam olaraq nəzarət altına ala bilmədiklərini bildirirlər", - deyə kardioloq qeyd edib.



Bundan əlavə, ürək damar xəstəlikləri, trombembolik ağırlaşmalar, ürək ritm pozğunluqları, ürək çatışmazlığı və ən qorxulusu yuxuda ani ürək dayanmasına səbəb ola bilər. Miokard infarktı və koronar arteriya xəstəliyi: Yuxu apnesi ilə koronar arteriya xəstəliyi, miokard infarktı arasında sıx əlaqə olduğu araşdırılıb. Miokard infarktı xəstələrinin 35-65%- də yuxu apne sindromu olduğu müəyyən edilmişdir.

Aritmiya: Yuxu apnesi olan xəstələrdə sıxlıqla ritm pozğunluğu görülür. Bu ritm pozğunluqları bəzən həyatı təhdidedici şəkildə ola bilər.


Ürək çatışmazlığı: Yuxu apnesi ürək çatışmazlığı xəstələrində müalicəni çətinləşdirir və ürək çatışmazlığının irəliləməsinə səbəb olur.


Ani ölüm: Tənəffüs dayanmasının uzaması və həyatı təhdid edən aritmiyaların meydana gəlməsi səbəbilə yuxu apne sindromu olan xəstələrdə ani ölüm riski yüksəkdir.


Həkim əlavə edib ki, bütün bunları nəzərə alaraq yuxu apnesi olan xəstələr mütləq şəkildə diaqnostika olunaraq müalicə olunmalıdır. Bu xəstəliklə mübarizə aparmaq üçün ilk növbədə sağlam həyat tərzinə keçilməli, artıq çəkidən azad olunmalı, zərərli vədişlərdən uzaq durulmalı, gün ərzində yuxuya olan tələbat tam ödənməlidir.
Bu gün, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
Bu gün, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
Bu gün, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
Bu gün, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
Bu gün, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Bu gün, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Bu gün, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
Bu gün, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Bu gün, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Bu gün, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031