Tahir Əliyev: Azadlığın mübarək Qarabağ!

10 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC -nin rəisi Tahir Əliyev - Azərbaycanın can parçası olan Qarabağ əsl sahiblərinə qovuşdu.
İllər idi hər bir azərbaycanlının qəlbində bir dərd vardı – Qarabağ dərdi. Şuşa, Laçın, Ağdam, Füzuli, Kəlbəcər və s. işğal altında olan torpaqlarımızın həsrət yarası. Nəhayət gün gəldi. Cənab Ali Baş Komandanın əmrinə əsasən müzəffər ordumuz 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bu həsrətə son qoydu. Azərbaycanın can parçası olan Qarabağ, erməni işğalçılarının tapdağında əsir qalan torpaqlarımız əsl sahiblərinə qovuşdu.
28 ildən sonra Qarabağın gözü, Azərbaycanın musiqi beşiyi olan Şuşadan Üzeyirin nəfəsi, Xurşudbanu Natəvanın şeiri, Bülbülün, Seyidin, Xanın, Cabbarın səsi duyuldu. Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkəmizin Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla Vaqif poeziya günləri və Xarıbülbül festivalı da bərpa olundu. Xarıbülbül musiqi festivalı 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. Xarıbülbül beynəlxalq musiqi festivalı məşhur Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İtaliya və s.ölkələrin və SSRİ respublikasının iştirakı ilə keçirilib.
Neçə illər idi ki, Şuşa şəhərinin işğal olunması səbəbindən bu festival keçirilmirdi və nəhayət 2021-ci il may ayının 12-si və 13-də Şuşa şəhəri Ermənistan işğalından azad olunandan sonra ilk dəfə Xarıbülbül festivalı keçirilmişdir.
Əfsanəvi Xarıbülbül gülü təbiətin bir möcüzəsi, Şuşanın rəmzidir. Qarabağda bu gülün şöhrəti elə səs salıb ki, onun şəninə festivallar təşkil olunub. Yenidən iki gün ərzində keçirilən festivalda ölkəmizin incəsənət xadimlərinin çıxışı ilə möhtəşəm konsert proqramı xalqımıza təqdim olundu. Festivalda Azərbaycanda yaşayan xalqların folklor ansanbllarının çıxışı baş tutdu. Festivalda muğamlarımızla yanaşı bəstərkar mahnıları da musiqiçilərimizin repertuarında yer almışdır. Şuşanın dağı, dərəsi, meşəsi, gülü-çiçəyi Azərbaycan musiqisi ilə qidalandı.
Tədbirin ikinci günü Ramazan bayramına təsadüf etdiyindən 29 ildən sonra Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı. Vətən üçün canından keçən hər bir şəhid oğullarımız üçün Allahdan rəhmət diləndi, qazilərimizə, xalqımıza dualar oxundu.
Azadlığın mübarək Qarabağ!
Bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC -nin rəisi Tahir Əliyevdir.
10 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC -nin rəisi Tahir Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Tahir Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Tahir Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Tahir Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Tahir Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Tahir Əliyev ani və düzgün qərar qəbul edən insanlardandı!
10 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC -nin rəisi Tahir Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 10 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC -nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
10 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC -nin rəisi Tahir Əliyevi dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir