Tbilisi Tarix Muzeyində saxlanılan nadir Qarabağ inciləri – REPORTAJ
Mədəniyyət
Oxunub: 283
17 yan 2022 | 12:50

İstənilən paytaxt şəhərini tarixi əks etdirən muzeysiz təsəvvür etmək mümkün deyil. Xarici ölkələrə səfər zamanı mərkəzi şəhərlərin tarixi ilə yaxından tanışlıq bu muzeylərə ziyarət sayəsində mümkün olur. Tarix muzeyinə ziyarət həm də şəhərin tarixinə hörmət əlamətidir. Gürcüstanın paytaxtı Tbilisinin Tarix Muzeyi də ziyarətə mütləq layiqdir. Zəngin fonda sahib, yerləşdiyi binanın belə ayrıca tarix olduğu bu muzeyin azərbaycanlılar üçün olduqca maraqlı edən bir cəhəti var – sərgilənən Azərbaycan inciləri.

İoseb Qrişaşvili adına Tbilisi Tarix Muzeyi şəhərin köhnə hissəsində, tarixi abidə olan keçmiş karvansarayın əzəmətli binasında yerləşir. 1910-cu ildə açılan muzeyin fondlarında Tbilisinin zəngin tarixini əks etdirən 50 mindən çox maddi mədəniyyət nümunəsi qorunur. Onların arasında Tbilisi mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycana xas nadir incilər də var. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olan mədəniyyət nümunələrimiz muzeyin ikinci mərtəbəsində - daimi ekspozisiyada sərgilənir.

“Report”un Gürcüstan bürosunun əməkdaşları muzeyi ziyarət edib və sərgilənən milli musiqi alətlərimiz, xalçalar və məişət əşyalarımızla tanış olub.

Zala daxil olan kimi özünü XIX əsrin Tiflisində hiss edirsən. Daimi ekspozisiya zalında diqqəti ilk cəlb edən musiqi alətləri guşəsidir. Burada Azərbaycanın musiqi alətləri – tar, kamança, qaval, saz təqdim olunur. Bu alətlərin Tbilisi Tarix Muzeyində yer alması təsadüfi deyil, belə ki, muğam qədim Tiflis mədəniyyətinin ayrılmaz hissəsi olub və bu sənətə şəhərdə böyük rəğbət bəslənilib.

Muzeydə milli alətlərimizlə yanaşı, mahir muğam ifaçısı, ömrünün 30 ilini Tbilisidə yaşamış və məşhurluq qazanmış “Bülbülcan” təxəllüslü Əbdülbaqi Zülalovun trio ilə birgə ağ-qara fotoşəkli də sərgilənir. Təəssüflər olsun ki, fotoşəklin altında orada yer alan ifaçılar haqqında məlumata rast gəlinmir.

Mədəniyyətimizə aid eksponatlarla bağlı ətraflı məlumat almaq üçün muzeyin bələdçisi Mziya Gelaşvili ilə həmsöhbət oluruq. O, ekspozisiyanın mədəniyyətlərin qovuşduğu Tbilisinin tarixi mühitini əks etdirdiyini deyir. Bələdçinin sözlərinə görə, muzeydə şəhərdə bu gün də mövcud olan Şərq mədəniyyəti və mədəni müxtəliflik ilə yaxından tanış olmaq mümkündür.

Zalda Azərbaycan mədəniyyətinə aid məişət predmetləri - səhəng və dolçalar, “Sumax” növünə aid xalça, xurcun, məfrəş, mütəkkə, balış, kisə, boxça, atın və yaxud da dəvənin üstünə örtülən çullar, qəlyan və süfrə ayrıca vitrində sərgilənir. Nəfis toxuculuq məmulatlarının bir qismi Qarabağ qrupuna aiddir. Xalçalar arasında Qarabağ tipinin xovsuz xalça növünə və XIX əsrin sonuna aid olan “Zili” də diqqət çəkir.

Qiymətsiz kolleksiyaya aid əşyaların əksəriyyəti fərdi şəxslərdən alınıb və ya muzeyə hədiyyə edilib. Azərbaycan mədəniyyət nümunələri muzey ziyarətçilərinə Şərq mədəniyyəti adı altında təqdim olunur.

M.Gelaşvili deyir ki, burada qorunan əksər əşyalar Tbilisinin müsəlman əhalisinin gündəlik məişət həyatında istifadə olunub: “Predmetlər arasında məfrəşə də yer alıb ki, o, cehiz əşyalarının toplanması üçün nəzərdə tutulub. Bundan başqa, yalnız at üçün deyil, dəvə üçün də yəhərüstülər təqdim edilib”.

Azərbaycan xalçaları zalın bir neçə guşəsini bəzəyir. Dəyərli incilərimiz daxili tərtibatda geniş istifadə olunub. Avropa dəbinə, kürd və yəhudilərə məxsus geyimlərin, qədim ev əşyalarının yer aldığı guşələrin tərtibatı Azərbaycan xalçaları ilə tamamlanıb. Xalçalar yundan və təbii boyalı olduğundan cazibədarlığını qoruyub saxlayıb, guşələrə xüsusi gözəllik və rahatlıq verib.

Zalda qədim Tbilisinin əsas atributlarından olan xalça dükanının miqyaslı modeli ilə tanışlıq da ziyarətin ən maraqlı hissələrindən biridir. Maketdə rəngarəng Azərbaycan xalçaları və xurcunlar nümayiş etdirilir, şəkillər vasitəsilə xalça ticarəti əks olunub.
Dünən, 13:54
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
Dünən, 13:50
Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam
Dünən, 13:48
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Dünən, 13:38
Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı
Dünən, 12:40
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
Dünən, 12:23
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
Dünən, 12:20
Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib
Dünən, 12:19
Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər
Dünən, 12:00
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Dünən, 11:59
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
Dünən, 11:58
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 11:41
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Dünən, 11:38
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Dünən, 10:55
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Dünən, 10:54
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
9-10-2026, 13:32
Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir
9-10-2026, 13:11
Bakıda NATO-nun təlim kursu keçirilir
9-10-2026, 13:03
Finlandiya vətəndaşlıq testi tətbiq edir
9-10-2026, 12:44
Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
9-10-2026, 12:15
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
9-10-2026, 12:13
BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də
9-10-2026, 11:57
DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
9-10-2026, 11:45
Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
9-10-2026, 11:41
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
9-10-2026, 11:28
Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
8-10-2026, 14:28
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub
8-10-2026, 14:11
Beynəlxalq səyyahlar Şuşada
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031