Qarajların alqı-satqısında vacib məqamlar: Ekspert açıqlayır
İqtisadiyyat
Oxunub: 277
17 yan 2022 | 12:58

Bakının daşınmaz əmlak bazarında müxtəlif təyinatlı qarajlar satılır. Bunlara müxtəlif küçə, prospekt və məhəllələrdəki daş və dəmir qarajlar, yeni tikili binaların altındakı avtomobil qarajları və qaraj tipli qeyri-yaşayış obyektləri aiddir.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Report”a bildirib ki, daş qarajların alqı-satqısı üçün texniki pasport olmalıdır:

“Bakıdakı daş qarajların böyük əksəriyyəti sovet dövründən qalanlardır. Onların çoxunun sənədi texniki pasportdur. Texniki pasport elektron çıxarış kimi alqı-satqıya yararlıdır və onunla rahat şəkildə alqı-satqı etmək olur. Daş qaraşlar üçün elektron çıxarış verilmir. Çünki çıxarış verilmiş olsa, həmin əmlaka tam mülkiyyət hüququ verilmiş olur. Odur ki, bu qarajlara texniki pasport verilir və sənədin aşağısında qeyd olunur ki, bu ərazidə hər hansı dövlət əhəmiyyətli bir söküntü olarsa və ya bu ərazi dövlət layihəsinə düşərsə, bu qaraj başqa bir yerlə əvəzləşəcək. Yəni qaraj söküləcək və onun sahibinə başqa bir ərazidən həmin ölçülərdə qaraj tikilib veriləcək.

Bəzi qarajlar sərəncam əsasında tikilmiş qarajlardır. Hansı ki, onlara texniki pasport verilməyib və onların sahibi özlərinə verilmiş sərəncamı vaxtında texniki pasporta çevirməyib. Belə qarajların alqı-satqısı bir qədər riskli ola bilər. Belə qarajların alqı-satqısı üçün mütləq həmin sərəncamı verib çıxarış və ya texniki pasport almaq lazımdır. Əgər sərəncam qaraj yox, qaraj tipli qeyri-yaşayış obyektinin tikintisi üçün verilibsə, ona çıxarış verilir. Adi daş və ya dəmir qarajlar üçün isə texniki pasport alınmalıdır.

Onun sözlərinə görə daş qarajların qiyməti təqribən 10 min manatdan başlayır:

“Qiymətlər 50-70 min manata qədər dəyişə bilir. Köhnə daş və dəmir qarajların qiymətində artım qaraj olmağına görə deyil, onların qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərməsinə görə dəyişir. Yəni daha çox avtoyuma, meyvə-tərəvəz və ofis təyinatı ilə fəalliyyət göstərən, icarədə olan qarajlar daha qiymətli olur. Qarajın yerləşdiyi ərazi də onun qiymətinə təsir edir. Bu qarajların bir kvadrat metrinin qiyməti isə 800-1000 manatdan başlayır 4-5 min manata qədər dəyişə bilir. Bir kvadratının qiyməti 1500-2000 manatdan yuxarı olanlar qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərən qarajlardır.

Ekspert yeni tikili binaların altındakı qarajların çox baha olduğunu bildirib:

“Burda da qiymətlər 10 min manatdan 50 min manata qədər dəyişir. Təbii ki, ayrıca tikilinin olması daha yaxşıdır. Yeni tikili binaların altında qarajda sadəcə avtomobilin özü boyda yer ayrılır, yerə onun nömrəsi yazılır, hər hansı arakəsmə və ya qapı olmur. Verilən əraziyə, onun ölçüsünə və açıq sahə olmasına baxsaq, yeni tikili binaların altındakı qarajların qiymətlərinin fantastik olduğunu deyə bilərik. Bu qarajların alıcıları da çoxdur. Bu gün Bakıda yetəri qədər çoxmənzilli binalar inşa olunub. Paytaxtda avtomobillərin sayı 30 il bundan əvvəlki dövrlə müqayisədə dəfələrlə artıq olduğuna görə bu gün avtomobilin saxlanılması üçün yerlər də məhdud şəkildədir”.

“Daş qarajlara yatırım etmək daha məsləhətlidir. Çünki bazarda onların alıcı qüvvəsi həmişə olub. Daha çox avtomobil qarajı, depo və digər təyinatlı qarajlar satılır”, - E.Fərzəliyev əlavə edib.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031