ALİM-ZİYALI, EL ANASI ("QIZIL" Arxivimdən)

Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru

Allah dəyərli el ziyalımız akademik ZƏRİFƏ ƏLİYEVAYA qəni-qəni rəhmət eləsin!
Aİlənin maarifpərvərlik ruhunun insanlara, cəmiyyətə xeyir vermək qayəsinin gənc Zərifəyə təsirinin əsasında məhz ataya bənzəmək, onun yolunu getmək amalı dururdu. Əslində övladı valideynunin sənətini davam etdimək istəyi normal bir şeydir və bunun nəticəsində cəmiyyətdə çoxsaylı peşəkar müəllimlər, yazıçılar, musiqiçilər, aktyorlar və s.və i.a nəsli yetişmişdir.

Zərifə xanımın da atası Əziz Əliyevin peşəsini davam etdirməsi təbii bir hadisədir. Lakin bu iki həkim ata-övlad taleyində böyük oxşarlıqlar var ki, onun dərinliyinə varanda gerçəklik, reallıq çərçivəsinə sığmayan, haradasa ilahi notlarla səsləşən hisslərlə üz-üzə qalırsan. Sadə bir misal dünyanın çətin vaxtlarında Azərbaycanın əksər rayonlarında onlarla insan keçici xəstəliklərdən əziyyət çəkəndə, ölüm halları kütləvi xarekter alanda Əziz Əliyev irəli atılıb xalqın dadına çatmışdı.
Azərbaycan tibb elminin görkəmli simalarından olan akademik Mustafa Topçubaşovun Əziz Əliyevlə bağlı xatirəsini burada yada salmaq yerinə düşər. O, yazırdı: Əziz Əliyev hərtərəfli şəxsiyyət idi. Onu bir dəfə görənlər onunla daim ünsiyyətdə olmaq arzusu ilə yaşayırdılar. İşgüzarlıqda tək yaranmışdı. Vaxtilə respublikamızı xəstəliklər basmışdı. Rayonlara həkim briqadaları göndərilirdi. Respublika üzrə Əziz Əliyev sədr təyin edilmişdi. İnanın ki, hansı rayona gedirdik Əziz qarşımza çıxırdı. Daha təhlükəli kəndlərin, ailələrin adlarını çəkir və nəzərdə tutmağımızı tapşırırdı”.
Zərifə Əliyeva da eləcə... Əməkdar elm xadimi, akademik Musa Musayevin də xüsusilə vurğuladığı kimi doğma xalqının sağlamlığı uğrunda mübarizəyə atılmış gənc göz həkimi Zərifə Əliyeva yalnız institut daxilində müalicə və profilaktik işlərin təşkilində fəal iştirak etməklə kifayətlənməyərək, dəfələrlə Azərbaycanın ən çox traxoma xəstəliyi yayılmış rayonlarına getmiş, oftalmoloq həkimlərə mühazirələr oxumuş traxoma və başqa göz xəstəliyi olan xəstələri müayinə etmiş, əhali ilə çoxsaylı söhbətlər aparmış, onların arasında səhiyyə marifini yaymışdır.
Zərifə Əliyevanın tibbdə ilk addımları 1942 ci-ildən, yəni Azərbaycan Tibb institutuna daxil olmasından sonra başlasa da, peşəkar fəaliyyəti ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonrakı vaxtlara təsadüf edir.
Zərifə Əliyeva haqqında yazılmış bir məqalədən oxuyuruq: “Dövlət imthanları başlamışdı. Əlaçılar da, zəif oxuyanlar da həyacan keçirirdilər. İmtahan hamı üçün imtahandır. Zərifə suallara cavab verdikcə, professor Umnisə Musabəyovanın çöhrəsinin necə aydınlaşdığını hiss edirdi. Gənc qız müxtəlif göz xəstəliklərindən, onların müalicə profilaktikasından elə ətraflı, elə müfəssəl danışırdı ki, sanki uzun müddət bu sahədə çalışmış, təcrübə qazanmışdı. İmtahandan sonra professor Zərifəni yanına çağırdı. Həkimlik gözəl, alicənab peşədir, qızım,-dedi. Ancaq ondan alicənab bir peşə var göz həkimliyi. İstəyirəm göz həkimi olasan”.

Doğrudan da həkimlik sənətinin hər bir qolu ciddi, məsuliyyətli, eyni zamanda şərəflidir. Amma göz həkimliyi üçqat məsuliyyət tələb edir.T əsəvvür edin, yayda açıq səmanı duman bürüyür, gözümüz qaralır, içimizə hüzn, qüssə-qəm dolur. Payızda göy üzünü bulud alır. Gündüz vaxtı hava ilə bərabər qanımız da qaralır. Nisgil dolur içimizə. Yaman kövrək oluruq. Hələ qışda. Günlər qısalır, qaranlıq tez düşür. Elə bil üstümüzə dünyanın dərdi yüklənir. Qışın tez bitməsini, havaların açılmasını səbirsizliklə gözləyirik. Niyə nə üçün axı?! Əlbətdə ki, işıq - nur istəyirik. Bəs ömrü bu dünya üzünə, Günəş, Ay işığına həsrət qalan insanlar nece olur?.. Bu həqiqətlərə dalanda göz həkimi sənətinin ucalığını, çətinliyini aydın dərk edirsən. Mübaliğə kimi qəbul etməyin, mənə elə gəlir ki, göz həkimliyi üçün təkcə biliklərə yiyələnmək kifayət edə bilməz. Bunun üçün mütləq tanrıya bir köynək yaxın olmalısan. Mütləq özün işıqlı adam olmalısan. Özü də çox - çox işıqlı adam olasan. Axı görməyən, dünya işığına həsrət qalan insana işıq-nur verəcəksən. Həm də bir dəfə, iki dəfə, on dəfə deyil göz həkimi peşəsində çalışdığın bir ömür boyu.
Bu sözləri Zərifə Əliyevaya aid etməyə ciddi, tutarlı faktlar var və bunlar o qədər çoxdur ki, sadalamağa saatlar yetməz. Elə gözəl insan, alim, həkim, Zərifə Əliyevanın göz həkimi bioqrafiyasının ömrünün sonuna qədər davam etməsi, həmçinin elmi təcrübi məktəbinin yaşaması, öyrənilməsi həqiqətləri bəsdir ki,bu fikrir təsdiqlənsin.
Beləcə, Zərifə Əliyeva 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb institutunu bitirdikdən sonra Azərbaycan Oftalmologiya institunda ilk addımlarını atmağa başlamış, ildən-ilə püxtələşərək Azərbaycan tibb elmini yeni tədqiqat əsərləri ilə inkişaf etdirmiş, eyni zamanda praktik əhəmiyyət kəsb edən fəaliyyətlə o zamanlar dərin boşluq təşkil edən göz xəstəlikləri sahəsini səmərəli istiqamətə yönəltmişdir.
Bu bir gerçəkdir ki, 50-ci illərdə Azərbaycanda bütün elmi tədqiqat sahələri o cümlədən tibb elmi yeni-yeni dünyaya inteqrasiya olunur, dünya elmi fikrinin qabaqcıl ideyaları bəşərin inkişafında mühüm nailiyyətlərlə müşahidə olunurdu. Hər bir xalqın əsl ziyalıları meydana çıxır, onlar öz vətənləri, millətləri üçün tale yüklü işləri həyata keçirirdilər.
Zərifə Əliyevanın da 1959-cu ildə meydana çıxardığı namizədlik dissertasiyası bu cür işlərdən idi. Məlumdur ki, Böyük Vətən müharibəsi illərində, habelə ondan sonrakı dövrlərdə ağır sənaye sahələrində,, məsələn, zavodlarda daimi olaraq kimyəvi maddələrin təsiri altlnda işləyən ,hətta 3 növbəli iş rejimində gecə-gündüz çalışan soydaşlarımız arasında göz xəstəlikləri, xüsusilə də traxoma geniş yayılmışdı. Bu xəstəlik öz xarekterinə görə korluğa gətirib çıxarır, insanların fəal həyatla əlaqəsini kəsirdi.
İncə qəlbli, nəcib xislətə malik Zərifə Əliyevanın namizədlik dissertasiyası Traxomiya xəstəliyinin sintomitsin və başqa terapiya metodları ilə müalicəsi adlanır və mühim nəzəri praktik məsələləri əhatə edirdi. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov Zərifə Əliyevanın dissertasiyasının keyfiyyətlərini elmi cəhətdən qiymətləndirərək göstərir ki, “Ümumidünya səhiyyə təşkilatlarının məlumatına əsasən, həmin illərdə 400 milyon insanın traxomaya tutulduğu,80 milyon insanın bu səbəbdən kor olduğunu nəzərə aldıqdan Zərifə xanım Əliyevanın Azərbaycanda traxoma xəstəliyinin aradan qaldırılması məqsədilə yazdığı dissertasiya, elmi məqalə ,geniş araşdırma və təcrübələrinin dəyəri bir daha gözümüz önündə canlanır.
Hər bir alimin böyük nəaliyyətini müəyyən edən cəhətlərdən biri və əsası odur ki, onun elmə gətirdiyi yenilik daim aktual və müasir olsun və cəmiyyətə həmişə fayda versin. Bu baxımdan Zərifə Əliyevanın namizədlik dissertasiyasının mövzusu 60-70 ci illərdə də, daha sonralar aktuallığını qoruyaraq elmi sistemə çevrildi. Buna 70-ci illərdə zavodların xüsusilə çox tikilib gücləndirilməsi, əvvəllər evdən bayır çıxmayan təbəqənin, hətta gənc, yeniyetmə oğlan və qızların istehsalata atılması faktları təsdiqləyir ki, təbii olaraq bu zaman peşə oftalmologiyası, sosial oftalmologiya adlanan Zərifə Əliyeva məktəbinə ehtiyac ön plana keçir, onun mövzusunu isə daha da aktuallaşdırırdı.


Zərifə Əliyevanın təşəbbüsü ilə həmin illərdə yeni açılmış və SSRİ məkanında analoqu olmayan Bakı Məişət Kondisionerləri zavodu nəznində elmi-təcrübi laboratoriya yaradılması da günün tələblərinə uyğun gəlidi.
Zərifə Əliyevanın bu sahədə ciddi araşdırmaları, zəngin təcrübəsi onun 1970-ci ildə “Azərbaycan kimya sənayesinin bəzi müəssisələrinin işçilərində görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını meydana çıxarmasına və müdafiə etməsinə səbəb oldu.
Bu bir həqiqətdir ki, akademik Zərifə Əliyeva dolğun elmi irsi ilə yaddaşlarda yaşayır, tariximizdə dərin iz salmışdır.
Amma Zərifə xanım necə elmində, ailə həyatında da hamıya nümunə el anası oldu. Övladlarına qayğıkeş, mehriban ana, ömür-gün yoldaşına sədaqətli, dəyanətli, eyni zamanda xoşrəftar, ipək qəlbli xanım, dost, yoldaş oldu.
Adın şərəflidir sənin, ey qadın,
Günəşlı bərabər çəkilir adın.
Misraları necə də yaraşır Zərifə xanım Əliyeva dünyasına, qadın varlığına.
Bir məsələni də qeyd edim ki, hər elm adamına nəsib olan qismət deyil ,həm elmdə, həm ailədə təşkilatçı olmaq. İki böyük dağ boyda məsuliyyətli ləyaqətlə daşıya bilmək .
Bu erudisiyanın rəsmi bizə onun varlığında xarizmalı, - əfsənavi, sirli, möcüzəli bir qüvvənin bəlkə də mələyin yaşadığını diktə edir. Bu real olandan, iradədən az asılı olan, deməli, həmin o mələyi canlandıran başqa qeyri-iradi qüvvədir.
Deyirlər sənətkar, şair ömür-gün yoldaşı olmaq çətindir, hətta “zülmdür”. Bəs siyasətçinin, hətta dövlət rəhbəri, ölkə qurucusunun ömür gün yoldaşı olmaq necə bir hadisədir?.. Çətin deyilmi? Bu sevinc, bəxtəvərlikdirmi, yoxsa əziyyət? Xüsusilə də, ömrünün yarım əsrdən çoxunu siyasi arenada olmuş, daim gərgin, narahat, mürəkkəb siyasi fəaliyyətlə məşğul olmuş Heydər Əliyev siyasi fenomenindən söhbət gedirsə? Haqqında məqalə yazan bir jurnalistə Zərifə xanım Əliyevanın verdiyi konkret cavab siyasətçinin həyat yoldaşı olmağını sevinc və ya çətinlik, əziyyət olması ilə bağlı xarekterik cavabdır: Kim çətinlik görməyibki?

Bu cavabı Zərifə xanım Əliyavanın qızı Sevil Əliyeva müsahibələrində bir az da aydınlaşır. Müsahibədən oxuyuruq:
Uşaqlarımla özüm məşğul oluram.Çünki uşaqlar üçün heç kəs ananı əvəz edə bilməz.
Deyesənsiz bu keyfiyyətlərlə mərhum ananıza oxşuyursunuz.O da evdar qadın idi mi?
Evdar qadın ifadəsi xoşuma gəlmir,o nə anama,nə mənə uyğun deyil.Sadecə olaraq anam bütünlüklə özünü atama və özünə həsr etmişdi.Eyni zamanda o,həmişə fəaliyyətlə və ictimai işlərlə məşğul olurdu.
Bəs sizin hansı keyfiyyətləriniz ananıza bənzəyir?
Bir çox keyfiyyətlərimlə mən anam bənzəyirəm. Məsələ burasındadır ki, anamla atam xasiyyətcə bir-birinə çox oxşayırdı. Mənə elə gəlir ki, insanlar arasında çox nadir hallarda belə uyğunluq olur.
Siz xoşbəxtsiniz?
-Bəli, xoşbəxtəm və hər şeydən əvvəl ona görə xoşbəxtəm ki,belə valideynlərin qızıyam.Ancaq eyni zamanda bizim həyatımızı qayğısız və rahat hesab etmək düzgün deyil.


Zərifə xanımın o oğul övladı, Azərbaycanın siyasi arenasında ən yüksək səviyyəni qazanmış, Avropada və eləcə də dünyada gənc erudisiyalı siyasətçi kimi tanınan millət vəkili İlham Əliyev də müsahibələrini birində Zərifə xanımın ana, valideyn səciyyəsini dolğun və həqiqi boyalarla işıqlandırır. İlham Əliyev müxbirin “Dediniz ki, məktəbə 6 yaşında getmisiz? O vaxt Sizi məktəbə aparırdı? –sualına, o, belə cavab verir: “Anam... O, rəhmətə gedəndən sonra mənim, bütün ailənin həyatı bütünlüklə dəyişib.Yəni, mən daha o vaxtlar güldüyüm kimi gülə bilmirəm. Onun vəfatından 10 ildən artıq keçsə də, həyatımda könül açan bir hadisə baş verəndə fikirləşirəm ki, kaş o da bunu görəydi. O, rəhmət gedəndə böyük qızımın 1 yaşı vardı. Hesab edirəm ki, mənim qızımın nənələrini görməmələri onların təlim-tərbiyəsi üçün böyük itkidir”.
İlham Əliyevin müstəqil dövlətimizdə nə qədər güclü və real qüvvə olması sübut edir ki, doğrudanda əvəzsiz maarifçi Zərifə Əliyeva cəmiyyətə gərəkli nə qədər vətəndaş yetişdirə bilərdi.
Bütün bu həqiqətlər həyatımızda akademik, gözəl ana Zərifə Əliyeva itkisini dolğunluqla əks etdirir.

Məhəmməd peyğəmbər əleyhissəlam buyurub ki: “Alimin qələminin fırçası 100 şəhidin qanından qiymətlidir”. Yəqin ona görə ki, alim xalqın görən gözü, düşünən beynidir. Yəqin ona görə ki, alim dünyanın, bəşəriyyətin dərdlərinə əlac yazar, xəstələrə dərmanlar, əlaclar kəşf edər, qələmi ilə yazıb insanlara şəfa bəxş edər.
Bu baxımdan bir qısa ömründə alim kimi, ana kimi, ictimai xadim kimi cəmiyyətə, tarixə çox faydalı olmuş Azərbaycanın tarixi şəxsiyyəti Zərifə Əliyeva heç vaxt unudulmayacaq, zaman-zaman dəyərləndiriləcəkdir.
AZAD AZƏRBAYCAN qazeti
23 aprel 2003-cü il N 55 Cəmiyyət
PS, Əziz oxucum, bu yazı Azad Azərbaycan qazetində 23 aprel 2003-cü il (N 55 –) tarixdə Cəmiyyət səhifəsində dərc olunmuşdur. 22 il ötsə də yazı dəyərini qoruyur və onu “qızıl” arxivimdən bu gün heç bir dəyişiklik etmədən ictimaiyyətə təqdim edirəm.
Dünən, 12:52
Strategiya və dövlət proqramı layihələri üzrə komissiya yaradılıb
Dünən, 12:09
Insanlar əvəzinə süni intellekt: "Microsoft" yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır
Dünən, 12:00
Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanına 4330 nəfər dəvət olunub
Dünən, 11:57
Azərbaycanda bu il Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası keçiriləcək
Dünən, 11:50
Azərbaycanın 6 universiteti dünya reytinqində TOP 1000 sırasında yer alıb
Dünən, 11:21
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
Dünən, 11:16
Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
18-06-2025, 13:13
Məktəb psixoloqları müsahibəyə cəlb olunacaq
18-06-2025, 13:10
Sabah hava əsasən yağmursuz olacaq
18-06-2025, 13:03
Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının perspektivlərinə dair hesabat hazırlanıb
18-06-2025, 13:00
Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
18-06-2025, 12:58
Avstriya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib
18-06-2025, 12:55
Nazir müavini: İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb
18-06-2025, 12:17
Bakıda Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əməkdaşlığa dair panel sessiya keçirilib
17-06-2025, 11:56
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
17-06-2025, 11:35
Bu gün Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır
17-06-2025, 11:27
Milli Qurtuluş Günündən Zəfər tarixinə gedən yol
10-06-2025, 01:07
Hakim AZƏR TAĞIYEVİN QANUNLARA ZİDD HÖKMÜNÜN MƏNƏ QARŞI ƏDALƏTSİZLİK VƏ QƏRƏZ ƏSASLARI
8-06-2025, 00:46
AZƏR TAĞIYEV Savadlı,Təcrübəli, Ancaq Ədalətsiz, Qərəzli hakimdir Və ...
7-06-2025, 12:00
"Hakim Azər TAĞIYEVİN Qərarı gəldi. AZƏR TAĞIYEV Savadlı,Təcrübəli, Ancaq Ədalətsiz, Qərəzli hakimdir Və ..."
23-05-2025, 12:16
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlanıb
23-05-2025, 12:12
İlham Əliyev TDT-nin daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
22-05-2025, 11:17
Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
22-05-2025, 11:07
Bakıda yerli şirkətlərin 6-cı tanıtım sərgisi keçiriləcək
22-05-2025, 10:25
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib
17-05-2025, 15:50
ANONS! ANOS !"ERMƏNİ" AYDIN ƏLİ-ZADƏ İTTİHAM OLUNAN KİMİ TANINDI! YAŞASIN QANUN VƏ ƏDALƏT
10-05-2025, 17:51
EYNİ İŞ ÜZRƏ XEYRİMƏ OLAN 2 APELLYASİYA QƏRARININ HEÇ OLMASI MARAĞINDA OLAN AZƏR TAĞIYEV ONA ETİRAZIMI İSRARLA RƏDD EDİR