ƏFSANƏVİ QƏHRƏMANLAR - ANA VƏ BALA (sənədli hekayə)
Gündəm / Ölkə
Oxunub: 75
26 fev 2024 | 08:24

Xarirə Quliyeva
Fəlsəfə elmləri doktoru



"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"

Heydər Əliyev


---Gecənin bir aləmi idi...Səksəkə içərisində uyuyurdu Ulu Vətənin bir isti eli. Kimisi yuxusunda xoş sabahlar görürdü,kimisi yuxusunda vəhşətlər yaşatırdı...Kimisi şəhidini-nakamını anırdı, kimisi şəhid yadigarının bəxtəvər günlərini diləyirdi yaradandan...
Birdən kənd itlərinin boğultulu səsləri eşidildi.Birdən kəndin kişiləri qadınların,uşaqların, qocaların, xəstələrin köməyinə bayıra atıldılar.
Birdən ətraf mühasirəyə alındı. Hanı tələm-tələsik qaçıb evlərinin zirzəmilərində gizləndilər.Bir gün, bir gecə düşmən basqınından qorunmaq üçün nəfəslərini içlərinə çəkib dözdülər.Axşam qaş qaralınca təxminən 300 nəfərlik bir böyük insan kütləsi gözləri yurd-yuvalarında,fikirləri dədə-baba ruhlarının uyuduğu məzarlıqda, qulaqları arxalarıyca yazıq-yazıq səslənən mal-qaralarında, iti-iti addımlarla doğma el-obalarından uzaqlaşdılar...

İlk planları kəndin poçtuna gedib Mərkəzi məlumatlandırmaq idi. Lakin bu plan boşa çıxdı. Mərkəz onlara cavab vermədi. Başqa çarələri qalmadı. Kor-peşman, ac-susuz meşələrə səpələşdilər. 4 gün canında dərin bir soyuqluq gizlənən meşələrə sığındılar.Şaxtalı meşələr Vətən adlı isti ocaq oldu onlar üçün. Amma Fevral ayı kimi qışın oğlan çağında, kiçik çilənin dövranında vətən meşələr onları balta kimi kəsirdi.Burda yerinə düşür : ”Allah qorusun!” misalı...
Tonqal da çatmaq olmurdu. İşığı güdən canavarlara bənzəyən düşmən dərhal hücum edib işığı atəşə tuturdu. Meşədə şaxtadan bulaqlar donmuş, buz bağlamışdı. Adamların özləri ilə gətirə bildikləri azuqələri tükənmişdi. Yorğun, məsum insanların susuzluqdan dodaqları qurumuşdu.Ciayərləri yanırdı.
Kişilərin sınağa çəkilən günü idi. Qadınların dözümünün sınanan zamanı idi.Uşaqların, körpələrin acından qırılan vaxtı idi...
Kim isə qar yeməyi düşündü.Kiminsə ağlına gəldi ki, bəlkə bu qar içinin yanğısını soyudar. Hamı ona qoşuldu. Uşaq, böyük, xəstə, sağlam... Hamı qarla qidalandı. Əvvəl-əvvəl heç nə hiss etmədilər...Sonra dodaqları, daha sonra ciyərləri partlaq-partlaq olmağa başladı...
Dözürdülər. 4 gün 40 il idi sanki. Yetişə bilmirdilər mənzil başına. Hansı cığıra düşürdülərsə. Hansı yolla gedirdilərsə düşmənlə qarşılaşırdılar. Düşmənsə düşmən idi. Şikatı ilə sanki oyun oynayırdı. Əlinə fürsət düşmüşkən onu dağa-daşa salmaqdan həzz alırdı.
Artıq qardan da doymuşdular. Artıq qar da onların susuzluğunu yatırtmırdı. Birdən bir ananın belinə şələlədiyi 9 aylıq körpəsi çığırmağa başladı. Yorulmuş,əldən düşmüş ana körpəsinin istəyini bildiyi üçün utana-utana onu sinəsinə basdı.Acından son nəfəsini yoplayıb haraya çağıran körpə daha da bərk ağladı.Sakit-şərikət hava, səsini içinə çəkib susan ətraf,dərdli-dərdli hara getdiklərini belə bilməyən adamlar körpənn səsindən əvvəlcə diksindilər, sonra narahat oldular.daha sonra qorxmağa başladılar:
“İndicə düşmən xəbər tutacaq, tapacaqlar bizi”, - deyib yemək –ana südü istəyən körpəni susdurmağa çalışdılar. Məsləhətlər özünü doğrultmadı. Körpə kirimirdi.O zaman kim isə sərt qərar verdi: Kəsilsin körpənin səsi! –Boğulsun Körpə!...
Ana ağlayırdı. Əlbəttə Ana anlayırdı bu haqlı hökmün ağırlığını. Ələ keçə bilərdilər.Bir çağanın badına 300 vətəndaş bada gedərdi. Sonra nələr,nələr gözləyirdi bu 300 əsir vətəndaşı.Yox! O buna yol verə bilməzdi. Yağı düşmənin qəddarlığına bələd idi.
Bəs övlad qatili olmaq necə?.. Bunu necə, bacarardımı Ana?! Yaradan Ana, yetirən ana... bacarmazdı və heç bacarmırdı da... Bir öyüd,on xəbərdarlıq, yüz “hökm”.Ana bəlkədə körpəsinə ömür qazanmaq üçün dəqiqələri bir-birinə calamaq istədi. Mümkün qədər bacardığı qədər kiritməyə çalışdı yavrusunu. Südmü qalardı 4 gecənin meşə həyatında? Südmü qalardı acından heydən düşmüş ananın döşlərində? Kirimədi körpə. Ana bəlkə yenə vaxt qazanmaq istədi, ya qəti qərarı bu oldu:”Güllələyin məni! Ata-anama deyin ki, özü balasına görə belə etdi!”.Qərarı rədd edildi: Körpə boğulmalıdır.
Ana o an Allahla danışdı, körpə varlığın yaxınlaşan ruhu ilə, billən olmadı. Amma əmri, hökmü yerinə yetirdi.Əlini məsum qız körpənin xırdaca dodaqlarına qoydu.Körpə anlamadı, anlaya bilmədi yaradanlarını-Allahı və Anasını. Çırpındı.Sonra dinməzcə gözlərini yumdu. Kimsə anadan aldı, sakitləşmiş körpənin başını sinəsinə sıxıb “öldü” xəbərini ötürdü...
Ana ölmüş körpəsini yenidən şələ kimi çiyninə aldı.Ölən yavrusunun ağırlığı nə idi ki, dağlar boyda ana günahı qarşısında?.. Bir az getmişdilər ki, Anaya çoxu çiynindəki şələni də çox gördü. Qınadılar, məsləhət elədilər:”uşaqsan bəyəm, nəyi daşıyırsan daha7 Qoy bir ağacın, kolun dibinə”.
Ana öz əbədi günahı iləydi.O günah o qədər ağır idi ki, bir də bu Allahsızlığı, imansızlığı üzərinə götürə bilmədi. Yaddaşı titrədi.Qəhər boğdu onu.Ürəyində danışdı, axı o çiynimdəki Salatındı. Axı bu adı ona şəhid ata və şəhidimiz Salatın Əsgərova verib...necə atım onların xatirəsini düşmənin ayağı altına?!
Dinməzcə balası kimi ölü sükutu ilə kütlənin içində görünməz oldu. Nağıllardakı kimi getdilər, getdilər. Birdən gözlənilən baş verdi. Bir də başlarını qaldırıb gördülər ki, düşmən kəsib qarşılarını.Hansı tərəfə qaçaydılar?.. Düşmən hər tərəfdən onları əhatəyə almışdı. 300 nəfərlik toplum əsir götürüldü. Onaları qaranlıq, bataqlığa oxşayan bir zirzəmiyə saldılar. Ayaqları qarda-buzda yeriməkdən donmuş adamlar indi də əsirliyin zindan ağırlığını yaşamağa başladılar.Təkcə şaxta vuran bədənləri deyil, vətəndaş hissləri, vətən məhəbbətləri onları göynədib ağrıdırdı.
... Bu ağrı-acının içindəykən bir qadının sevincli səsi hamını özünə cəlb etdi .”Ay qız,uşaq yaşayır”. Bu əlamət idi. Bu Tanrıdan işarə idi. Bu müjdə idi. Deməli Yaradan qüdrətini göstərirdi bəndəsinə. Yazıq bəndəsinə, eləcə də əks qütbdə dayanan qəddar, zalım bəndəsinə. Sanki tanrı “baxın Siz məhv etdiniz mənim yaratdığımı. Onun sahibi mənəm. Allahın əlindədir hökm-fərman. Mən ona ömür, tale, qismət yazmışam. Bunu ondan heç bir qüvvə ala bilməz ! Nə düşmən, nə ana”, deyə səslənirdi.
Ana körpəyə baxdı. Nəfəsini yoxladı. Rəngi qap-qara olmuş körpə varlıq doğrudan nəfəs alırdı.Ana indi dünyanın bir tərəfdən əsir bədbəxti idisə, bir tərəfdən də balasına qovuşmuş xoşbəxt insanı idi.
Bir qədər sonra onun sevinci Toplumun sevincinə qarışdı. Onları dəyişdilər.Düşmən özünün murdar adamlarını alıb, onları qaytardı. Amma yenə düşmən xislətini göstərib 12 vətəndaşı saxlamağa nail oldu. Bu nəticə 300 nəfərlik bir böyük toplumun tale-qismət yazısı idi.
Bəli! Bu 300 nəfərlik toplumdan başqa bütün Xocalılar isə növbəti erməni vəhşətinin qurbanı oldu. İnsanlığa sığmayan vəhşiliklə qətlə yetirildi. Dünya Naqasaki, Xerosimo dəhşətlərini yaşadı o gün. Bəşər,- irqindən,dinindən asılı olmayaraq bütün dünya xalqları lənətlər oxudu millət adlanan canilərə,qatillərə.
Tarixə bir qanlı səlnamə də əlavə olundu.Keçmiş Sovetlər Birliyinin Müstəqil Azərbaycan Respublikasında 1992-ci ilin fevral ayının 26-sından 27-sinə keçən gecə Ermənistan döyüşçüləri Rus Ordusunun köməyi ilə milli soyqırım törətdilər. Bu qanlı faciənin nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürülüdü. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
...Qayıdaq Ana və balaya. Ana və Tanrının möcüzəsi ilə sağ qalan körpə qızcığaz 3 ay xəstəxanada ciddi həkim nəzarəti altında qaldı.Ananın donmuş barmaqları dönə-dönə kəsilir, balanın zədələnmiş beyni bütün mümkün imkanlarla müalicə olunurdu.
Bəlkə də yüz illər keçəcək,bu olmuş,yaşanmış hadisə nağıl, dastan kimi dillərdə dolaşacaq.
Biz isə həmin gələcəkdən uzaqda indidyik. O vaxta dediyimiz kimi 100 illər qalıb. Biz hazırda o nağılın, o acı dastanın iştirakçılarının həməsrdaşlarıyıq. Onların müasirləriyik.
... Beləcə, əlim çatan, ünüm yetən adamlardan soraq edib onları – bu yazının və Xocalı faciəsinin Əfsanəvi qəhrəmanları Ana və Balanı tapdım.
Əlbəttə ki, ilk olaraq Balanı tapa bildim. Salatının Bakının 47 saylı məktəbində oxuduğunu öyrəndim. Ev telefonlarını tapdım.
... Və möhkm yağış yağırdı. Bütün şəhəri dolaşan qrip məndən də yan keçməmişdi. Yüksək qızdırma ilə bir saata yaxın ünvanlarını müəyyən etdim.Əvvəl tam həvəssiz qaşılandım. Sonra mənə isnişdilər.Bayaqdan Anası və Əfsanə bacısı ilə söhbətimi kənardan izləyən Salatın yanımıza gəlib oturanda üzünə, gözlərinə baxdım və ürəyim sığıldadı. Həə səhv etmirəm.Onun –Balanın gözləri o məşum gün, Ananın xalqı xilas günü boğulduğu dəqiqələrdə beyn sıxıntısından, dəhşətli sarsıntıdan əməlli -başlı zədə alıbmış.Bəli! başqa cür ola da bilməzdi. 9 aylıq məsum varlıq hələ sağ da qalmazdı saf və möhkəm qanı olmasaydı. Qəhrəman Salatının qəhrəman anası Müşginaz xanm mənim fikrimi təsdiqləyir və “Şükürlər olsun.Hələ bu yaxşı vəziyyətidir”-deyir. Öyrənirəm ki, Salatının göz həkimi , həyat qədər dəyərli dünya nemətini ona bəxş loğman Azərbaycanın və eləcə də dünya oftomlogiya elminin ən nüfuzlu həkimlərindən biri Paşa Qəlbinur olmuşdur.
Bu iki əfsanəvi qəhrəmanın yaxınında olduğum 1 saat ərzində hər ikisinin Vətən adlı müqəddəs varlıq üçün canlarından keçməyə hər an hazır olduqlarını hər an, hər dəqiqə hiss edirəm.
O günlərdə Ramil adlı hərbçimiz Macarstanda Azərbaycan Bayrağını təhqir etdiyinə görə bir ermənini öldürdüyünə görə həbs edilmişdi. Bu hadisə bütün Azərbaycanlıları, xüsusən də vətən itirən, şəhid verən, Salatın və Anası kimi yüzlərlə yaralanmış, torpaqlar uğrunda qanı tökülmüş həmvətənlimizi sarsıtmışdı.
Salatın –bu 9 aylığında, dilsiz-ağızsız vaxtında ağır zədə almış yaralımız da Ramilə görə, həbsdə saxlanıldığına görə haqq səsini qaldırırdı. Onlarda olduqda birdən zədə almış gözlərindən yaşı saxlaya bilmıyən Salatın özü də bimədən səsini ucaltdı: “Niyə, niyə axı Ramili azad eləmirlər?! Məgər anam məni onlara görə öldürməyim?! Ramil neyləyib? Bir cinayətkarı, Dövlət rəmzimizi təhqir edəni öldürüb. Onlar isə bütöv bir mahalı, Xocalımı məhv ediblər!Hələ itkin düşənlərimiz.Hələ yaralılarımız, hələ yetim qalanlarımız...”.
Salatını sakitləşdirmək üçün mövzunun səmtini dəyişirəm.Ona özünü bir anlıq qoy ananın yerinə.Balanın həyatına xalqın xilası üçün son qoyardınmı-sualını verirəm.
Susur. Qəhərlənir “yox, başqa yol düşünərdim!”deyir.müşkinaz xanım səsini içinə çəkib məhkəmə qarşısında dayanmış cinayətkar kimi dinməzcə qızını dinləyir.Bir sual da için-için ağlayan anaya verirəm: “Bu hadsəni ilk dəfə Salatına kim danışıb?”... Xocalı soyqırımının canlı şahidi, canından əziz övladını xalqının düşmən əlinə keçməməsi naminə öz əlləri ilə boğmuş qəhrəman Ana xatirələrin yanan tonqalında yana-yana - hıçqıra-hıçqıra Yoxx, mən bacarmazdım... Anam danışıb!..-deyir.
Bu an Salatın nifrətlə, ikrahla gülümsəyir. Başa düşürəm onu. Bu gülüş o sirri eşidib bildiyində, anasının günahkar olduğunu qəbul etmədiyində, Ana qəhrəmanın şəhid həyat yoldaşına, ölüb-dirilən övladına ağılarını hiss etdikdə hey erməni vandallara nifrət yaşayan bir əzabkeşin gülüşüdür. Bu gülüş həm də müqəddəs Ana torpaq üstündə, həmmillət naminə doğma Ana əlləri ilə boğularkən zədə almış gözlərinə ağrı verməmək üçün gülüşünə gücü çatan bir zərif varlığın nifrət silahıdır.
Mən də mənası məlum gülüşün incə qəlbini daha da sızlatmasına rəva vermək istəmədən onun gələcək arzuları ilə maraqlanıram.Arzuları nədir Allahın sevdiyi bu qəhrəman Xocalılının, soruşuram. Cavab verir, özü də ürəkdən: “Ən böyük arzum Ana Vətənimizin azad olmasıdır. Atam Yelmar Əhmədov o torpaqlar uğrunda şəhid olub. Anam məni qurban verib. Mən indi ikinci həyatımı yaşayıram. Ana balasını ona görə boğub, məhv edib ki, 300 vətəndaşımız məhv edilməsin. Mən həm şəhidiyəm, həm də qazisiyəm Torpaqlarımızın. Beləcə, Ana vətənimin, 100-lərlə həmvətənimiz şəhid,itkin, qazi olduğu Qarabağın azad olması həyatımın ən böyük mənasıdır. Sonra da ali məktəbə daxil olmaq, vətənimə layiq mütəxəssis olmaq istəyirəm”.
Salatının dilinə gətirib deməsə də onun bir arzusu, ağrıyan,zədəli, zəif görən gözlərində parıldayır.Ana qəhrəman onun sükütünün danışdıqlarını davam etdirir: istərdik ki, gün gəlsin, ömür yetsin üçümüzün əvəzinə Salatının atasına Xocalıda abidə ucaldılsın. Yalnız Xocalıda. O o torparlarda şəhid oldu. Biz bu gün nə çətinliyimiz, nə acımız olur onun ruhu ilə dərdləşirik. Daim başımızın üstündədir. Hər şeyə görə Allaha şükür edən ailəyik. Yenə də şükür.Torpaqlarımız, cansağlığımız əlimizdən getsə də Dövlət qayğısı daim üzərimizdədir.
Danışdıqca ruhlanan Ana qəhrəman böyük qızının toyundan da həvəslə danışır. Amma bu bütün torpaq itirən ailələrimiz kimi Müşginaz xanımda sevincdən danışan yerdə göynəyib ağlayır.Az qala ağı deyir. Vay çəkir..Torpaqlarını, öz el-obasını haraylayır.”Məhəllə toyunun yerini heç nə vermir”... Bir-bir yağıda olan torpaqlarda olmuş toy-düyündən, bayramlardan yanğıyla danışır. Gah sevinr, gah yenidən dərdə bürünür.”Vüsalə toyunda atası üçün o qədər ağladı ki... Şəhid Atam, hardasan,deyəndə ürəyimə güllədəydi... Mən onun ata həsrətinin heç belə böyük olduğunu bilməmişəm”.Ortancıl qız da anaya qoşulub sığıldayır. Salatın otaqdan qaçır...
Onlarla 1 saatlıq tanışlıq və söhbət Xocalı yaramı elə qopardır ki, ürəyimi boşaltmaq üçün Şəhidlər xiyabanımızdan başqa yer tapa bilmirəm. Əfsanəvi qəhrəmanlar-Ana və bala ilə görüşümü bitirib birbaş Şəhidlər xiyabanına gəlirəm.Təskinlik üçün ən ali məkan-Şəhidlər Xiyabanımız.
Bura köhnə-təzə xeyli sayda şəhidlərimizin uyuduğu bir vətən parçasıdır. Burada 1918-ci ildə Azərbaycanın paytaxtı Bakı uğrunda döyüşlərdə şəhid olan azərbaycanlı və türkiyəli əsgərlər, 1990-cı il Qanlı 20 yanvar¬ faciəsi şəhidləri və eyni zamanda Qarabağ müharibəsi zamanı şəhid olan Şəhidlər nə az, nə azacıq- 15 000-nə yaxın şəhid dəfn olunub.
Şəhidlər Xiyabanı bizim Soyqırım Şahidimizdir. Bizim dünyaya işğal olunan torpaqlarımızın, taptalanan insan haqqımızın canlı Şəhid-Şahid sübutudur!.
Bakıda Şəhidlər Xiyabanı kimi ovunmayan dərdimizə şərik bir Abidə də vardır. Xocalı Şəhidlərimizin ruhuna ucaldılmış Abidə.Hər il minlərlə vətəndaşımız 1992-ci ilin fevral soyqurumu hadisəsində həyatlarını itirmiş vətəndaşlarımızı yad etmək üçün Xocalı aAbidəsini ziyarət edirlər.
Onu da qeyd edək ki, Xocalı soyqırımı qurbanlarına “Bir millət iki dövlət” qardaş Türkiyədə, Ankarada, İzmirdə, Dənizliə, İzmitdə və eləcə də dünyanın müxtəlif dövlətlərində Avropada və Hollandiyada, Almaniyada, Bosniya və Herseqovinada, Meksikada Abidələr ucaldıqmaqla xatirələri əbədiləşdirilmişdir.
Bütün bunlar dünya xalqlarının bəşərin Azərbaycan xalqının Qarabaqda, müqəddəs torpağın ayrı-ayrı bölgələrində törədilmiş faciələrə, o sırada Xocalıda baş vermiş vəhşətlər dolu Soyqırım hadisəsinə laqeyd olmadığını təsdiq edir. Lakin əlbəttə ki, bu Abidələrin əbədi sahibləri və bütün Azərbaycan xalqı Milli Soyqırım törədən qatillərin cəzalarını gözləyir. Dünya siyasiləri isə hələ də bu onillər boyu düşünülmüş, həyata keçirilmiş Erməni terk soyqırımının növbəti Vəhşət planı Xocalı hadisəsi ilə bağlı öz qərarlarını verməmişlər.
Əlbəttə gələr zaman, çatar ömür, Salatının, Müşkinaz xanımın da şahid olub yaşadıqları Xocalı Soyqırımı cavabdehləri öz layiqli cəzalarını alarlar. Siz Əfsanəvi qəhrəmanlarsız! Siz Vətənin, Müqəddəs Torpaqlarımızın İgid Qəhrəmanlarısız! Minillər tarixi olan torpaqlarımızın qəhrəmanlarısınız! 200 Vətən övladının xilası üçün, namus-ləyaqətin vandalların ayaqları altına atılmaması üçün balasını qurban verən Ana əfsanəvi qəhrəmandır! Allahın şükmü ilə yenidən həyata qayıdan, Vətənin gləcəyinin keşiyinəə atılan körpə də elecə!
Gələr zaman, çatar ömür Sizli-Bizli Salatının, müşginaz xanımın adına elə məhz o meşələrimizdə “Əfsanəvi qəhrəmanlar – Ana və bala” heykəli ucaldarıq.
O vaxt yetişib.
Bu yazının müəllifi XXI əsrin Sərkərdəsi, hamımızın Prezindenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevadan bu məsələyə də diqqət yetirməyi xahiş edir.

Allah Xocalı Soyqırımı şəhidlərimizə rəhmət eləsin! Allah Soyqırımçı erməni vandallarına Lənət eləsin!


Əziz oxucum!
Xocalı faciəsinin bir epizodu haqqında olan sənədli hekayəmə əlavə etdiyim vidio-lent (mənbə: Baku TV)təsirli olduğu üçün məhdudiyyət qoyulub. Təkrar toxunduqda açılır.

29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031