Dünya Sənaye İnqilabları və Dünyagörüşü Konsepsiyası
Gündəm / Elm və təhsil
Oxunub: 58
20 fev 2024 | 08:17


Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru


I yazı

Bəşəriyyətin tarixi ilə həmyaşıd olan “dünyagörüşü” hadisəsinin termini modernizm dövründə yaranmışdır və etimologiyası haqqında deyə bilərik ki, Weltanschauung – alman dilində Welt (dünya) - Anschauung (dərk və ya baxış) sözlərindən əmələ gəlmişdir. Weltanschauung termini modernizm dünyagörüşü konsepsiyasını sırf rasional mahiyyətdə - “düşünməyə cəsarət et!” (latın dilində “sapere aude!”) kimi irəli sürən alman klassik fəlsəfəsinin görkəmli nümayəndəsi İmmanuel Kant tərəfindən geniş istifadə olunmuş, daha sonralar isə Hegel tərəfindən məşhurlaşmışdır. Ancaq dünyagörüşü hadisəsinə “baxışlar” dövrə görə - zamanla müəyyənləşdiyi üçün Weltanschauung terminin ifadə etdiyi məna rasionallıq – reallıq modernizm “köhnəldikcə” ideya sabitliyini itirmiş, fəlsəfəyə, ideologiyaya, mədəniyyətə və habelə dini inanclara baxışları qiymətləndirmişdir. Bundan başqa “Weltanschauung” həm də cəmiyyətin, onun daxilində bir qrupun (xalqın), o cümlədən bir ailənin və onun içərisində bir fərdin dünyagörüşünü ifadə etmişdir.

“Weltanschauung” termini ilə ifadə olunan elmi konsepsiya zamanında geniş istifadə olunmuş, həmçinin də tədqiq edilmişdir.
Beləki, “Weltanschauung” termini hələ 1790-cı ildə İ.Kant tərəfindən işlədilmiş, xüsusilə 19-cu əsrin ortalarından etibarən alman romantizmində ümumi istifadəyə verilmişdir. Weltanschauung (dünyaya baxış) insanın varlıqların, dəyərlərin və vəzifələrin çoxluğunu, xüsusən də kainatın varlığını izah edən başlanğıc anlayışı və kainatın ona verdiyi ali dəyər anlayışı vasitəsilə qarışdığı obrazı ifadə edir. Onun sonu və mənasını haradan aldığına meyl edir. Bu görüntü şüursuz və gizli ola bilər; mifik rəvayətlərdə və ya az-çox elmi işlənmiş nəzəriyyələrdə ifadə oluna bilər. Kosmoloji baxımdan Weltanschauung skeptik, ateist, panteist, teist və s. kimi təsnif edilə bilər; aksioloji baxımdan Weltanschauung hedonist, humanist, dini və s. kimi təsnif edilə bilər” (Weltanschauung..https://www.encyclopedia.com/philosophy-andreligion/philosophy/phi losophy -terms-and-concep ts/worldview-philosophy).

Məsələn, Immanuel Kantın, Hegel, Vilhelm Dilthey, Ziqmund Freyd, E.Husserl, M.Heidegger, H-G.Gadamer və başqalarının dərk – idrak, bu kontekstdə də “Weltanschauung”-in təhlilləri tarixi və müasir qiymətləndirmələr üçün əsas təşkil etməkdədir (Weltanschauung..https://www.encyclopedia.com/philosophy-and religion/philosophy/ phi losophy -terms-and-concep ts/worldview-philosophy).

H-G.Gadamerin 1975-ci ildə yazdığı “Həqiqət və Metod” əsəri müasir hermenevtikanın əsas istiqamətini bir çox cəhətdən genişləndirdi. Gadamer üçün anlayış insanın özünü tapdığı “Weltanschauung” ilə şərhedici dialoqu ehtiva edir. İnsanların dərk etmə üsulları (onların “metodları”) eyni zamanda şərh vasitələri və şərh tələb edən obyektlərdir. Gadamer Dilthey və Heideggerdən fərqli olaraq, Gadamer iddia edir ki, reallığın yekun şərhi ola bilməz, çünki yeni həyat aləmləri və ya dünya şəkilləri gələcək “tərcüməçilərin” dünyanı fərqli görməsinə və yaşamasına səbəb olacaq (Weltanschauung..https://www.encyclopedia.com/philosophy-and-religion/philosophy/ philosophy -terms-and-concep ts/worldview-philosophy).

Müasir dövrdə isə rasional və ya elmi dünyagörüşü ilə bərabər “Weltanschauung”-in daha geniş sahələri öyrənilir və tətbiq ediir. Bu yeni konsepsiya təbiətin, dünyanın, insanın şüur və düşüncəsinin tarixən şərtləndirilmiş, qəlibdə müşahihidəsinin əksinə daha əhatəli fəlsəfi “təsvirini” verir. Bu dünyagörüşü sistemi fərdin ömrü boyu qazandığı biliyin təzahürü olan insan fəaliyyətlərini və səyləri ehtiva edir.

Lakin indi – XXI əsrin ikinci dekadasında “Weltanschauung” mahiyyəti baxıımından yenilənməyə məruz qalmışdır. Onun İ.Kant və Hegel yanaşmaları ilə zənginləşən məzmunu indi daha başqa idrak aspektlərini özündə birləşdirir və məsələn bir xalqın və ya bir fərdin dünyagörüşünü öyrənmək üçün təkcə rasionallıq deyil, hisslər, mənəvi mənlik tərəfləri əsas götürülür.

Dünyagörüşü prizmasından həqiqət və reallıq axtarışında təkcə elm, intellekt, rasionallıq aspektləri deyil, qeyri-səlist məntiq kontekstindən yanaşmalar da əhəmiyyət kəsb edir. Başqa cür ifadə etsək, əgər əvvəlki dövrlərdə bütövlükdə fəlsəfə dünyagörüşü kimi qəbul edilib, dərk olunurdusa indi ideologiyanın, siyasi, hərbi, iqtisadi hakimiyyətin iradəsi altında olan insan şüurunun hüdudsuz düşüncə və baxışları nəzərdə tutulur. Bu isə insan şüurunu maddi və mənəvi baxımdan xeyli dərəcədə genişliyini təsdiqləyir. Dünyagörüşü yeni elmi metodlara uyğun şəkildə izlənildikdə əsas təcrübə fərdin cərəyan edən dünya hadisələrinə obyektiv münasibətinin açıq-aydın görünəndən onun bütün “sirrlərini”nə kimi izah edilə bilməsi ilə şərtlənir.

“Weltanschauung Konsepsiyasının Tarixi və Nəzəriyyəsi” (“A History and Theory of the Concept of ‘Weltanschauung”) başlıqlı dissertasiyanın müəllifi David Keith Naugle yazır: “20-ci əsrdə Husserl və Heidegger elmi fəlsəfə ilə Weltanschauung praqmatikası arasındakı ziddiyyəti təhlil edərkən, Yaspers mental gestalt kimi dünyagörüşünə, Wittgenstein isə həyat formalarının və dil oyunlarının birləşməsi kimi “dünya şəkillərini” müzakirə etdi. Analitik filosof Donald Davidson müxtəlif konseptual sxemlərin mümkünlüyünü şübhə altına aldı və Jak Derrida və Mişel Fuko anlayışı postmodern üsullarla dəyişdirdilər. Weltanschauung tarixi təbiət elmləri, sosial elmlər, dini tədqiqatlar və ilahiyyatdakı rolunun göstərdiyi kimi olduqca təsirli olduğu bir intizam kontekstində davam edir. Bu işin ikinci hissəsində vurğu insan ağlının, ritorik performansın, hermenevtik fəaliyyətin və epistemik müddəaların həyata keçirilməsinin əsasını təşkil edən və şərtləndirən Weltanschauung-un semiotik cəhətdən düşünülmüş, povestə əsaslanan modelini qurmaq cəhdi ilə nəzəri rejimə keçir. Sonda iddia edilir ki, dünyagörüşünün fəlsəfi tarixi təqdim olunan nəzəri model baxımından izah edilə bilər və insan düşüncəsinin və həyatının bütün aspektləri ehtimal olunan Weltanschauung-a iman hadisəsindən qaynaqlanır” (A History and Theory of the Concept of 'Weltanschauung. https:/ /www. proquest.com/ openview/855fc 26375 c14b6c6f226298c8190b38/1?pq-origsite= gscholar&cbl = 18750&diss=y).

Əlbəttə dünyagörüşü insan şüurunun məhsuludur. Hər bir fərd dünyagörüşü vasitəsi ilə dünyanı və ətraf mühüti dərk edir. Bu baxımdan Dünyagörüşü münasibətlər sistemidir. Başqa bir tərəfdən insan dünyagörüşünə görə dərk edilir.

Eyni zamanda dünyagörüşü dünyaya və insana aid olduğu üçün miqyası, ölçüsü, forması, məzmunu hesablanmanın, ifadə və izahın fövqündə bir hadisəsir. Bəlkə heç ona hadisə demək də doğru deyil. Dünyagörüşü həm dünyaya, həm insana xas saysız-hesabsız uyğunluğu özündə birləşdirir, eyni zamanda ana və övlad, əkizlər qədər yaxın, doğma varlıqları bir-birindən yerlə-göy qədər fərqləndirir.

Tarixi yanaşmada düyagörüşü dəyişəndir. Onun obyektləri tez-tez köhnəlir və ya o sürətlə yenilənir. İnsana çox vaxt qiymət elə dünyagörüşünün “köhnəliyinə - yeniliyinə” görə verilir.

Eyni millətdən, eyni dindən, eyni intellekt səviyyəsindən olan insan kütləsi eyni bir dövrü, yaxud da hadisəni – məsələn, sevinc-şadlıq hissini, onun əksi ölüm-kədər hissini 1 şəkildə dərk etmirlər və qiymətləndirmirlər. Ona görə ki, onların təhlil və qiymətləndirmə meyarları dünyagörüşülərindən asılıdır. Lakin bu hadisəyə qərbli-şərqli, müsəlman – qeyri-müsəlman eyni cür baxmır. Ölüm – sonluq hadisəsinə münasibət də hansı regionun və ya hansı identikin insanı olmaqdan asılıdırr. Şərq adamı doğmasını, əzizini itirdikdə bunu aylarla, hətta illərlə yas tutmaqdan, xəstəliklərə düçar olana qədə psixoloji gərginliklərlə qarşılayır. Qərb adamı isə soyuqqanlıdır. Çünki onun dünyagörüşünə Şərqli xarakteri ziddir.

Deməli, dünyagörüşü “biz” təsəvvüründən uzaqdır. O, fərdi və sosial “mən” xarakterində fenomendir. “Mən” – deməsək, mövqe, münasibət də desək, mahiyyət eynidir – hər şeyi “o” – dünyagörüşü müəyyən edir. Məsələyə daha dərindən yanaşdıqda dünyagörüşünün formaları üzərinə gəlib çıxırıq. Məsələn, dünyaya, təbiətə, Allaha, varlığa, dinə, elmə, sənətə, kainata, beləcə sonsuz sayda obyektiv və subyektiv, canlı və ya cansız materiyaya münasibət insan şüurunun təzahürü olub onun fərdi dünyagörüşünü ifadə edir.

Yeri gəlmişkən, dünyagörüşü termininə əvəzləyici olaraq “həyata baxışlar” ifadəsi də işlədilir. Fəlsəfi dünyagörüşü kimi fəlsəfi baxışlar fikri də qəbul ediləndir. Dini dünyagörüşü də eyni qəbildəndir.

Müxtəlif elm sahələrində aparılan tədqiqatlardan əldə olıunan obyektiv-elmi qənaətlər sübut edir ki, dövr və dünyagörüşü vəhdətdə olub biri digərini müəyyən edən fenomenlərdir və dahilərin, tarixi hadisələrin, o cümlədən siyasət tarixinə iz salmış şəxsiyyətlərin və bütövlükdə hər bir fərdin dərkində dövr və dünyagörüşü ən mühüm hadisədir və problemi qısaca olaraq İnsan, Şəxsiyyət faktorları kontekstində nəzərdən keçirmək yerinə düşər. Məlumdur ki, İnsan yaranandan cərəyan edən təbii hadisələri anlamağa çalışmışdır. Bu dərk zamanı həyatı üçün mühüm olan və ya faydalılıq kəsb edən problemləri həll etdikcə maddi aləmlə əlaqədə olması onun şüuruna, şüuraltı aləminə öz təsirini göstərmiş, dünyagörüşünü formalaşdırmışdır. Mədəniyyət svilizasiyalarının bir-birini əvəz etməsi, bununla da həyatın bütün sahələrinin maddi və mənəvi inkişafı baş verdikcə tərəqqi hadisələrinin məzmun və mahiyyətindən qaynaqlanan dövrlərləşmə hadisəsi baş vermiş, davamda sistemə çevrilmişdir.

Avropanı götürsək, aclıq ehtiyaclarını həll etmək üçün ovçuluqla məşğul olmuş 300.000 il əvvəlin Buz dövrünün, başqa cür desək, dinozavrlar əsrinin insanları həyatda qala bilmək, gündəlik təlabatlarını daha artıq ödəmək üçün yaşadıqları Afrikadan dünyanın bir çox yerlərinə yayılmışlar. Kənd təsərrüfatı ilə məşğul olan Buz dövrü insanlarının Yer kürəsinə geniş inteqrasiyası əkinçilik, balıqçılıq, heyvandarlıq, ovçuluq, habelə kustar sənətkarlıq və s. sahələrin inqilabi inkişafına səbəb olmuşdur.

Təsərrüfat fəaliyyətləri Planetin bu ilk sakinlərini mağaralardan az şəraitli sığınacaqlara, sonra yaxşı evlərə, daha sonra saraylara aparıb çıxardıqca müxtəlif peşələr üzrə əmək fəaliyyəti, o cümlədən sənətkarlıq sürətlə inkişaf etmişdir. Beləliklə, dövrün kütlədən fərqlənən (sonra bu təbəqə şəxsiyyətlər, dahilər adlanacaq...-X.Q) fədləri meydana çıxmağa başlamışdır.

Məsələyə tarixilik nöqteyi-nəzərindən yanaşsaq müxtəlif dövrlərdə də inkişafı dünyagörüşünün müəyyən etdiyinin şahidi oluruq. Bu fikri belə də ifadə etmək olar ki, hər bir dövr dünyagörüşünün səviyyəsi ilə inkişaf etmiş və ya böhran yaşamış hesab oluna bilər.

Fikirlərimizin bu istiqamətində sual yaranır: Bəs, müasiri olduğumuz bu dövrün – XXI əsrin dünyagörüşü fenomeni nədən ibarətdir? Müasir dünyanın Qloballaşma mərhələsi kimi xarakterizə olunan indiki zamanda baş verən hadisələrin ümumi məzmununa əsaslanaraq deyə bilərik ki, yaşadığımız tarixi mərhələnin dünyagörüşü sənaye inqilabının son mərhələsinin nailiyyətlərinə əsaslanır.

Bu baxımdan dünyagörüşünü yaradan, formalaşdıran sosial-iqtisadi rifahın mənbəyini təşkil edən sənaye inqilabları adı ilə tanınan iqtisadi inkişaf mərhələləri xarakterik hadisədir.

Məsələn, Birinci Sənaye İnqilabı, İkinci Sənaye İnqilabı, Üçüncü Sənaye İnqilabı və çağdaş dövrümüzdə cərəyan edən Dördüncü Sənaye İnqilabı.

Biz arxada qalmış Sənaye inqilabları dövrlərlərinə eksklüziv nəzər yetirməklə həm Sənaye inqilabları terminində cəmlənən ideyanı, həm də dövrbədövr insanın həyat tərzini, dünyaya baxışını dəyişən, yeniləyən hadisələrin mahiyyətini, üstünlüklərini, bütövlükdə dünyagörüşünün dövrə görə inkişaf dinamikasını öyrənə bilərik.

Ona görə də əvvəl imperiyaları, sonrakı dövrlərdə regionları və daha sonrakı mərhələlərdə ölkələri əhatə edən, adında da ifadəsini tapdığı kimi qlobal inkişafla xarakterizə olunan keçidləri ehtifa edən Dünya Sənaye İnqilablarının tarixi inkişafının həm nəzəri, həm təcrübi mənada hər bir tarixi şəxsiyyətin dünyagörüşünə əvəzsiz təsiri danılmazdır.

Bu baxımdan Dünya Sənaye İnqilabı tarixinə mümkün qədər lokonik şəkildə ekskurs etmək yerinə düşər. Beləki, birinci Dünya Sənaye İnqilabı XVII əsr ABŞ və Avropa ölkələrindən start götürərək XVIII əsrin əsasən ortalarına kimi dəmirin, kənd təsərrüfatı, yüngül sənaye sahələri dəzgahlarının, maşınların istehsalını əhatə edən iqtisadiyyatın inkişafı ilə qiymətləndirilir.

Birinci Dünya Sənaye İnqilabı qlobal üstünlükləri ilə dünya ticarətində də canlanmaya səbəb olmuş, maarifçilik hərəkatında hər şeyi yenidən başlamaq, köhnənin məhvi, yeni modern dünya məqsədlərinə xidmət etmişdir.

Heç də təsadüfi deyil ki, XVII-XVIII əsrlərdə Birinci Sənaye inqilabı da daxil olmaqla bütün dünyada tərəqqi prosesləri getmiş, rasional dünyagörüşü ilə bəşəriyyət öz inqilabi inkişafına nail olmuşdur.

Bunu Dünya Sənaye İnqilabının başlaması ilə İnsan kütləsinin rifahının hərtərəfli yaxşılaşması, hətta tarixdə ilk dəfə olaraq “adambaşına gəlir” iqtisadi artım nəzəriyyəsinin həyata keçirilməsi hadisəsi təsdiq edir.

Bu proseslər davam etdikcə Birinci Sənaye inqilabı da öz dairəsini genişləndirmiş, toxuculuq, buxar, kömür sənaye sahələrinin İngiltərədən başlayaraq bütün Avropaya, sonra Amerikaya və daha sonra dünyanın müxtəlif regionları, o cümlədən müxtəlif ölkələrə yayılmışdır.

Çağdaş dövrün ən mühüm fenomen hadisəsi Süni intellekt və onunn ayrılmaz hissəsi olan komputer yaradıcılığının inkişafı da I Sənaye inqilabına təsadüf edir. Belə ki, müasir elm tarixinin alimləri XVII əsrin ilk onilliyində yaranıb, XIX əsrin iyirminci illərində artıq bütün dünyaya yayılan maarifçilik dövründə, xüsusilə, 1600-1850-ci illərdə süni intellektin beşiyi sayılan Avropada 3 mühüm əhəmiyyətli nəzəri-metodoloji təcrübədən faydalanmaqla bu sahəni dəyərli elmi yenilikləri ilə zənginləşdirmişlər. İlk olaraq xüsusi vurğulanmalıyıq ki, süni intellektin insan şüuru ilə dialoqu miflərdə, folklorda öz izlərini qoymuşdur. Rasional elmi düşüncəyə gəlincə, bu bəşəri hadisənin ilk tədqiqatları və kəşfləri Avropa alimlərinin adı ilə bağlıdır. Məsələn, müasir dünya elmi (1623) görkəmli alman riyaziyyatçı, ilahiyyatçı və kartoqrafı Wilhelm Schickardın başda ilk mexaniki kalkulyator və İvrit qrammatikasını öyrənmək üçün sistem olmaqla bir neçə müxtəlif funksiyaların yerinə yetirilməsinə xidmət edən (makina) maşından, o cümlədən arifmetik əməliyyatları insan əməyini xeyli yüngülləşdirən, yəni mexaniki şəkildə yerinə yetirməyə imkan verən hesablama saatı adlandırılan bir cihaz ixtiralarından mühüm elmi kəşfləri zamanında qəbul etmiş və çox dəyərləndirmişlər.

Eləcə də 1822-ci ildə avropalı riyaziyyatçı, filosof, ixtiraçı, mexanika mühəndisi, iqtisadiyyatçı, kompüter elmləri alimi olan, 1824-cü ildə “riyazi və astronomik cədvəllərin hesablanması üçün mühərrik ixtirasına görə” nominasiyasında “Qızıl medal” qazanan, hətta “kompüterin atası”, başqa cür desək, müasir printerlərin atası və hesablama maşınlarının öncül yaradıcısı hesab edilən Çarlz Bebbicin icad etdiyi rəqəmsal proqramlaşdırıla bilən kompüter konsepsiyasından dünya elmi bu gün də faydalanır.

2 əsr bundan əvvəl London Astronomiya Cəmiyyətinin (Kral Astronomiya Cəmiyyəti kimi tanınır) yaradılmasında mühüm rol oynamış Çarlz Bebbicin süni intellekt “maşınları” kəşfləri onun vəfatı ilə yarımçıq qalsa da, Londondakı Elm Muzeyində nümayiş etdirilməklə yeni elmi tədqiqatlar üçün əsas mənbə kimi əhəmiyyətini qorumaqdadır.

Avropa ölkələri və ABŞ-da Birinci Dünya Sənaye İnqilabının dinamik inkişafı XIX əsrin ortalarından İkinci Sənaye İnqilabını yetişdirmiş oldu.

Dövrləşmə prinsipi ilə 1870-1914-cü illəri əhatə edən İkinci Sənaye İnqilabı əvvəlki mərhələdə bütövlükdə Avropa, Şimali Amerika və Yaponiyada daha intensiv müşahidə olunmuş, daha sonra 20-ci əsrdə dünyanın digər hissələrində və o cümlədən Rusiyada mühüm nailiyyətlərlə tarixə iz salmışdır.

Məsələn, “Sənaye İnqilablarının Tarixi və Onların İstehsalataTəsiri” məqaləsində İkinci sənaye inqilabı belə xarakterizə olunmuşdur: “İkinci sənaye inqilabı 19-cu əsrin sonlarında, 1870-ci illərdə başladı. Birincinin sonu və ikinci inqilabın başlanğıcı arasında keçən üç onillikdə nəqliyyatda, dəmir istehsalı proseslərində və kommunikasiya texnologiyalarında bir sıra mühüm yeniliklər baş verdi. Lakin onların heç biri dramatik dəyişikliyə səbəb olacaq qədər bünövrə olmadı. Bu dəyişiklik əvəzinə 1870-ci illərdə elektrik enerjisi ilə işləyən sistemlərin, telefonların və montaj xəttinin tətbiqi ilə baş verdi. Elektrik enerjisinin ötürülməsi ilk dəfə 1883-cü ildə, ilk elektrik xəttinin ixtirası ilə baş verdi. Birbaşa və alternativ cərəyanın mübahisəsi həll edildikdən sonra, sonuncunun xeyrinə elektrik sistemlərinin kütləvi istehsalı başladı. Küçə işıqlandırması, dəmir yolu nəqliyyatı və fabriklər bu yeni elektrik sistemlərinin ilk tətbiqləri idi. Telefon və teleqraf da elektrik enerjisi sayəsində mümkün oldu” ( A.Antonio. A History of Industrial Revolutions and How They’ve Impacted Manufacturing https:/ /control. com/ technical-arti cles/a -history-of-industrial-revolutions-and-how-theyve-impacted-manufacturing/).

1870-1914-cü illərdə Rusiya İmperiyasında neft sahəsi güclü inkişaf edərək dünya ölkələri sırasında ikinci yeri tutmaqla II Dünya Sənaye İnqilabında öndə dayanmışdır. Rusiyada pambıq hasilatı da dünya üzrə üçüncü yerdə olmuş və bu dövrdə yüksək inkişafı ilə ölkəni sənaye istehsalının qabaqcılları sırasında saxlamışdır. Bu dövrdə Rusiyada maşınqayırma məhsulları istehsalı, (dünyada dördüncü yeri tutmuşdur), polad əritmə və kömür hasilatı (beşinci), dəmir filizi istehsalı (altıncı yerdə olmuşdur) yüksək dərəcədə inkişf edərək II Dünya Sənaye İnqilabına öz tövhələrini vermişdir. Lakin əlbəttəki Rusiyanın siyasi hakimiyyəti Rusiyada 1840- 191-cü illərdə cərəyan etmiş siyasi hadisələr, üsyanlar, inqilablar, müharibələr hakimiyyət dəyişiklikləri hər bir sahədə olduğu kimi Sənayeyə, iqtisadiyyata da öz təsirini göstərmiş, böhranlara yol açmışdır.

Bunun əksinə ABŞ və Avropada, xüsusilə İngiltərə, Belçika və Fraansada, habelə Yaponiyada II Dünya Sənaye İnqilabı iqtisadi bünövrə ilə sıx bağlı olub, bəşəriyyətə nəhəng sənaye nailiyyətlərini bəxş etmişdir.

Bu dövrdə doğulan və sürətlə inkişaf edən digər sənaye dəmir yollarrının qurulması və avtomobil sənayesi idi (Chinese Railwaymen and the Golden Spike https:// ushistoryscene. com/ article/second-industrial-revolution/#google_vignette).

“Əgər qərbli Rip Van Vinkl 1869-cu ildə yuxuya getsə və 1896-cı ildə oyansaydı, o, dəmiryollarının salındığı torpaqları tanımazdı. Dağlar partladılmış və sıxılmışdı. Bir vaxtlar yalnız otların pıçıltısı eşidilən böyük torpaqlardan sahələri indi qarğıdalı və buğda səsləri gəlidi. Milli dövlətlər hind xalqlarını fəth etmiş, onların bəzilərini qətlə yetirmiş və əksəriyyəti həbs edilmiş və onlara nəzarətə alınmışdı. Əhali bu geniş bölgənin çox hissəsində artmışdı və onun kənarlarında böyüyən şəhərlər var idi. Əvvəllər əsasən şimaldan cənuba uzanan ərazi indi şərqdən qərbə doğru uzanırdı. Hər bir dəyişikliyi dəmir yollarında izləmək olardı”(Chinese Railwaymen and the Golden Spike https:// ushistoryscene. com/ article/second-industrial-revolution/#google_vignette).

Başqa bir iqtibas II Dünya Sənaye İnqilabı mərhəsində sənaye-iqtisadi əlaqəsindən və bəşəriyyət üçün əhəmiyyət kəsb edən ABŞ və Avropa (əsasən Böyük Britaniya) müştərək vizyonundan xəbər verir.

“Amerika tarixində 19-cu əsrin birinci yarısı boyunca amerikalılar Birinci Sənaye İnqilabının nəticələrinə uyğunlaşmaq məcburiyyətində qaldılar. 1750-1850-ci illər toxuculuq ətrafında mərkəzləşmiş yüksək sənaye fəaliyyətinin bir əsrini qeyd etdi. 1793-cü ildə Eli Whitney tərəfindən buxar enerjisi və pambıqtəmizləyici qurğunun ixtirasından sonra pambıq Amerikanın cənubundan New England gəmiləri ilə Böyük Britaniyanın nəhəng tekstil fabriklərinə daşınaraq tək qlobal əmtəə ətrafında tərs üçbucaq ticarəti yarada bilərdi. Bu inkişaflar bəziləri tərəfindən “tərəqqi” kimi qiymətləndirildi, lakin bu inkişafların sürəti, miqyası və qul əməyinə güvənmə digərlərində böyük bir narahatlıq və qorxu hissi aşılamış oldu” (A History of Industrial Revolutions and How They’ve Impacted Manufacturinghttps://control.com/technical-articles/a-history-of-industrial-revolutions-and-how-theyve-impacted-manufacturing/).

II Dünya Sənaye İnqilabının xarakteristikasını verən ən aktual mənbələrdən biri Joel Mokyr və Robert H. Strotzun “II Dünya Sənaye İnqilabı” əsəridir. Müəlliflər bu mərhələnin ən böyük uğuru kimi aşağıdakı kəşfləri göstərmişlər: “1870-ci illərdə elektrik enerjisindən istifadə sürətlə genişləndi. 1879-cu ildə Berlin sərgisində miniatür elektrik dəmir yolu nümayiş etdirildi; 1883-cü ildə Vyana sənaye sərgisində elektrik yorğanları və sobalar və elektrik tramvayları peyda oldu. 1884-cü ilə qədər Frankfurt və Qlazqoda işləyirdi. 1880-ci illərin əvvəllərində elektrik tramvayları ixtira edildi. İngiltərədə Joseph Suvan və ABŞ-da Thomas A. Edison tərəfindən müasir lampa yaradıldı. Alternativ cərəyandan istifadə edən çoxfazalı elektrik mühərriki 1889-cu ildə Xorvat əsilli amerika alimi Nikola Tesla tərəfindən qurulmuş və sonradan Uestinghouse tərəfindən təkmilləşdirilmişdir. Eyni əhəmiyyətə malik olan transformator əvvəlcə fransada icad edilmişdir”( Joel Mokyr, Robert H. Strotz The Second Industrial Revolution, 1870-1914. 1998. https:// facu lty . wcas.northwestern.edu/jmokyr/castronovo.pdf).

Davamı var


mənbə: https://science.gov.az/az/news/open/28078
Bu gün, 10:43
Düzgün nəfəs almaq arıqlamağa kömək edə bilər
Bu gün, 10:41
Su, yuxu və idman arıqlamağınıza kömək edəcək vərdişlərdir
29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031