5-ci MƏQALƏ, Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
Gündəm / Siyasət / Ölkə / Mədəniyyət
Oxunub: 95
13 dek 2023 | 10:12























Xatirə Quliyeva Fəlsəfə və Sosiologiyya
İnstitutunun şöbə müdiri,
fəlsəfə elmləri doktoru


Bu bir həqiqətdir ki, Ulu öndər Heydər Əliyevin 40 il ərzində əvvəl vətəndaş olaraq xalq, millət sevgisinin diqtəsi ilə, sonra vətənində seçilmiş şəxsiyyət Lider , daha sonra ölkəsindən dövrünün ən yüksək vəzifələrindən birinə irəli çəkilmiş dövlət rəhbəri olaraq imkanı, gücü çatdığı qədər deyil, bütün qüvvəsi ilə Azərbayvcan tarixinin hər bütün dövrlərinə aid milli-mənəvi dəyərlərimizin, etnosumuzun, mifoloji abidələrimizin ruhu ilə, həmçinin hər bir klassik şairin, yazıçının, mütəfəkkirin düşüncə abidələrindən maariflənmiş və banisi olduğu Müstəqil Azərbaycan dövlətinin idarəçilik Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasını yaradıb, sistem halına gətirmiş və inkişaf etdirmişdir.
Yeri gəlmişkən, Heydər Əliyevin Azərbaycan ədəbiyyatının əvəzsiz siması, tənqidi realizm cərəyanının görkəmli nümayəndəsi və əlbəttəki, əsərlərindəki dərin milli ruha görə repressiya qurbanı olmuş Hüseyn Cavidlə bağlı gördüyü işlər tarixi əhəmiyyət kəsb edir. Məsələn Heydər Əliyev dünyada ilk siyasi Liderdir ki, xalqın mütəfəkkirinin nəşini uzaq Sibirdən vətənə gətirmiş, doğulduğu doğma torpağına tapşırmış, həmçinin Hüseyn Cavidin Naxçıvanda və Bakıda ev muzeyini yaratmış, abidəsini ucaltmış, əsərlərini nəşr etdirmiş və yaradıcılığı, şəxsiyyəti haqqında milli ənənələr baxımından olduğu qədər bəşəri mahiyyətdə də dərin məzmunlu fikirlər söyləmişdir. Ulu öndərin belə qiymətli fikirlərindən biri ilə tanış olaq: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikrinə görə ola bilsin Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış sənətkardır. Hüseyn Cavidin “İblis” əsəri heç də Höteni Faust əsərindən geri qalmır. Ancaq biz belə inciləri qiymətləndirə bilmirik”(Heydər Əliyev.Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.159-160).
Ulu öndər Heydər Əliyevin yaradıcılığına yüksək dəyər verdiyi, Müstəqil Azərbaycan Respublkasının ən nüfuzlu “İstiqlal” ordeni ilə təltiv etdiyi ilk görkəmli şəxsiyyətlərimiz - ədəbiyyatçılar və xüsusən də şairlərimiz, - milli ideyamızın böyük təəssübkeşi, cəfakeşi Bəxtiyar Vahabzadə, müasir poeziyamızın əvəzsiz nümayəndəsi Məmməd Araz və müstəqilliyimizin tribuna şairi Xəlil Rza Ulutürk olmuşdur.





Diqqət edəriksə Ulu öndər Heydər Əliyevin bütün siyasi fəaliyyətində həyat və yaradıcılığı Azərbaycan xalqının dünəni, bu günü ilə bağlı olan və əlbəttə ki, milli-mənəvi dəyərlərimizi sözün qüdrəti ilə həmişəyaşar etmiş, milli ruhda yazıb-yaradan şairlərimiz, yazıçılarımız daim diqqət mərkəzindən olmuşdur. Heydər Əliyev bu söz ustadlarımızı sovet rejiminin təhlükə buxovlarından, sərt həbs təhlükələrindən belə, hifz edib qorumuşdur.
Bu baxımdan Heydər Əliyevin Məmməd Arazın 60 illiyinə təbrikində və eləcə də şairin 1995-ci ildə “İstiqlal” Ordeni ilə təltif olunması münasibəti ilə təşkil olunmuş ədəbi-bədii gecədə söylədiyi fikirlər səciyəvidir: “Sizin uzun illər, həqiqətən, xırda-xırda, misra-misra, damcı-damcı yaratdığınız əhval-ruhiyyə Azərbaycan xalqını gətirib bugünkü vəziyyətə çıxardı. Doğrudur, bəzən bu yazılarınıza görə siz sıxılmısınız da, təqib olunmusunuz da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı (mən bu sözü tam cəsarətlə deyirəm) elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıbdır…Onlar öz işlərini görüblər. Xırda-xırda, çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıbdır”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.159-160).

Digər tərəfdən Heydər Əliyev bu şairlərimizin yaradıcılığına verilən dəyər olaraq “İstiqlal” ordeni ilə təltif edilmələrini Azərbaycan milli-mənəvi mədəniyyətinin inkişafında mühüm mərhələ kimi qiymətləndirmişdir.Aşağıdakı iqtibasdakı düşüncə bu fikrimizi təsdiq edir:
“Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm. Bu, bir təsadüf, yaxud da ki, birdən meydana çıxmış, mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünürdüm. O mənada ki, biz milli azadlığımız uğrunda çalışmışıq, vuruşmuşuq, mübarizə aparmışıq. Amma bu mübarizə bəzən açıq getməyibdir, bəzən qəlblərdə gedibdir, bəzən üstüörtülü yazılarda gedibdir... Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək də çətin idi. Ancaq Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər… Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə hörmətli şairimiz Bəxtiyar Vahabzadə, hörmətli şairimiz Məmməd Araz və mərhum Xəlil Rza bu ordenlə təltif edildilər”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.159-160).
Təbiidir ki, xalqla dövlətin birliyinin əsas körpüsü həmişə və hər yerdə söz və musiqi, ümumilikdə sənət sahələri, daha konkret desək şairlər, yazıçılar, incəsənət adamları olmuşdur. Şair, Sənətkar xalqın ruhunu sənət dili ilə yenidən xalqa qaytarmaqla milli ruhu yeniləyib möhkəmlədir. Bu baxımdan Heydər Əliyevin onillər boyu bütün Azərbaycan vətəndaşlarının hiss və duyğularının tərcümanı olmuş Məmməd Araza həsr olunmuş mötəbər tədbirdə dediyi fikirlər bütövlükdə dövlət-millət birliyi müstəvsində vətəndaş, fəlsəfi əxlaq münasibətlərini obyektivliklə ifadə edir:
“Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur… Həmin şeirlər, həmin sözlər, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.159-160).
Görkəmli Azərbaycan şairi, yuxarıda qeyd olunduğu kimi milli ruhda əsərlər yazıb, tarixi həqiqətlərə işıq saçan, milli şüru dirçəldən “Gülüstan” poemasına görə 60-cı illərdə təqib, hətta həbs olunmuş Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı da məhz xalq-siyasi hakimiyyət əlaqəsi nöqteyi-nəzərindən dolğun material verir.



Heydər Əliyev tarixi mövzuda yazılmış “Özümüzü kəsən qılınc” əsərinin tamaşaşından sonra de¬mişdir: “Belə bir əsər qədim tariximizin, o cümlədən milləti¬mizin qədim köklərinin tarixinin böyük bir səhifəsini açıb icti¬maiyyətə göstərir. Bu mövzunun indiki dövr üçün əhəmiyyətli cəhəti bir də ondan ibarətdir ki, biz köklərimizin türk millətinə, qədim türk tarixinə bağlı olduğunu da XX əsrdə ya deməmişik, ya da bunu deməyə cəsarət tapmamışıq. Burada heç kəsin gü¬nahı yoxdur. Sadəcə olaraq tarixi təhrif edənlər insanları bu ta¬rixi köklərdən məhrum ediblər” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.159-160). Heydər Əliyevin B.Vahabzadənin mənəvi psixoloji mövzuda yazdığı “Hara gedir bu dünya” pyesi haqqında söylədiyi “Əsərdə kökə qayıtmaq məsələsi var. Mən onun mənasını belə anlayıram ki, kökümüzdə olan o müsbət cəhətləri götürmək lazımdır””(Heydər Əliyev Müstəqilliyimiz əbədidir.2-ci kitab.Bakı.,Azərnəşr.1997.səh.159-160).
Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi İlyas Əfəndiyev yaradıcılığını da tarixilik və mililik, xalq, vətən qarşısında borc, məsuliyyət imtahanına çəkib qiymətləndirmişdir.
Məsələn, Heydər Əliyevin İlyas Əfəndiyev irsini yüksək qiymətləndiyinə, dramaturqun Azərbaycan Milli Dram Teatrında 20 sentyabr 1997-ci il tarixdə oynanan "Hökmdar və qızı" tamaşasına Türkiyədən gəlmiş əziz dostu, məşhur alim İhsan Doğramacı ilə birlikdə baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdə söylədiyi fikirlər yaxşı misaldır. Həm də diqqət etsək görərik ki, müdrik lider bu dərin fikirləri hər hansı bir dövlət tədbirdə nitqində, yəni əvvəlcədən hazırlaya bildiy halda deyil, truppanı ayaqüstü təbrik edərkən demişdir:
“İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda yaşadığımız zamanda mənəviyyat, fəlsəfi əxlaq, insanlıq, vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir. Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün qərarlar da qəbul edəcəyik, şəxsən mən edəcəyəm, çünki o buna layiqdir. Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində yaşadacaqdır”(Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) – (Azərnəşr, Bakı, 1993, I cild, səh.201) http://lib.aliyev-heritage. org/az/ 66679364.html).
Heydər Əliyev ıxışının davamında tarixi həqiqətləri yada salaraq milli tarixin gənc nəslə aşılanması məsələsində teatrın rolunu xüsusi qiymətləndirmişdir: ” ... bilirsiniz, indi hər bir adamın o tarix kitablarını oxumağa nə imkanı var, nə vaxtı. Bir də ki, biri oxuyur, o birisi oxuya bilmir. Bu baxımdan teatr, kino çox təsirli bir vasitədir”(Heydər Əliyev. Müstəqilliyimizəbədidir.(çıxışlar,nitqlər,bəyanatlar,müsahibələr,məktublar,müraciətlər,fərmanla)(Azərnəşr, Bakı, 1993,I cild, səh.201)http://lib.aliyev-heritage.org/az/ 66679364 .html ).
Millilik, milli tarix, milli ənənə, milli dövlət, milli ideya məsələsi məlumdur ki, Azəraycanda bir sıra yazıçıların, alimlərin, o sırada Xəlil Rza Ulutürkün həyat amalı və böyük əqidə sınağı olmuşdur. Bu sınaq onu xalqımızın müstəqillik tarixi yaddaşına həkk edən ən möhkəm, ən tutarlı fakt-dəlildir. Beləki, xalqımızın Müstəqillik carçısı Xəlil Rza Ulutürk SSRİ Təhlükəsizlik Komitəsi əməkdaşları tərəfindən həbs edilib, ən ciddi -Lefortova həbsxanasında 8 ay 13 gün saxlandığında bütün Azərbaycan xalqı onun simasında əsl milli qəhrəman tribuna şairini tanıdı. Şairin həbsxanada yazıb-yaratdığı əsərlər –“Lefortova gündəliyi və 200-dən çox şer onun milli müstəqil dövlət ideya və idealının ən parlaq ifadəsi olaraq xalqımız və xalqımızın ümumi marağını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev tərəfindən dəyərlənmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti kimi - Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə xaricə - Fransaya ilk səfəri zamanı nümayəndə heyətinə fiziki ömrünün son aylarını yaşayan Xəlil Rza Ulutürkün və onun həyat yoldaşı Firəngiz xanımın daxil edilməsi, eləcə də Xəlil Rza Ulutürkün (vəfatından sonra) Müstəqil Azərbaycan Respublikasının ən nüfuzlu təltifi- “İstiqlal” ordeni ilə təltif olunması şairə öz dövlət rəhbərinin xüsusi diqqəti kimi əhəmiyyətlidir.
Burada yeri gəlmişkən qeyd etmək istətdik ki, bizim Heydər Əliyevin Xəlil Rza Ulutürkün 1992-ci ildə Türkiyə Respublikasında prezident Süleyman Dəmirəlin xüsusi tapşırığı ilə ürəyindən əməliyyat olunmasına, gözlərinin müalicə edilməsinə köməyinin, təsirinin olub-olmaması barədə faktımız, dəlilimiz yoxdur. Lakin məlumdur ki, həmin vaxtlar Naxçıvan Respublikasında yaşayan və ciddi quruculuq işləri həyata keçirən Heydər Əliyev Türkiyə Respublikası ilə, əlbəttə ki, TC-nin dövlət başçısı Süleyman Dəmirəllə “Ümid” körpüsünün qurulması və digər məsələlərlə bağlı demək olar ki, gündəlik ünsiyyətdə idi və xarakter etibarilə həssas və habelə yaradıcı insanlara qarşı xüsusi qayğılı olan, hələ Xəlil Rza kimi mübariz bir şairin həyatında son dərəcə mühüm bu məsələdə təbiidir ki,o, hökmən öz dəstəyini göstərəcək di.
Xalqdan güc alan və bunu əməli fəaliyyəti ilə yenidən ona qaytaran müdrik lider Heydər Əliyevin 2002-ci il, 14 noyabr tarixində Xəlil Rza Ulutürkün “Xatirəsinin əbədiləşdirilməsi haqqında” (138) Sərəncam imzaladı. Bu Sərəncam 40 il xalqına milli ruhda-qəhrəman poeziya ilə, tədqiqatçı təfəkkürü, tərcüməçi səriştəsi ilə xidmət etmiş, vətəninin müstəqilliyi yolunda həyatını od-alova atmış və vətən uğrunda “yanarlar” arasında ən çox həbs məhrumiyyətləri və əziyyətləri yaşamış, nəticədə ağır ürək əməliyyatına məruz qalmış, həmçinin SSRİ-nin “gedər-gəlməzi” sayılan Lefortova həbsxanasında dözülməz şərait və təzyiqlər altında mənən sarsılmasa da gözlərinin nuru getmiş və digər xəstəliklərdən əziyyət çəkmiş, nəhayət oğlu Təbrizin Qarabağ döyüşlərində şəhid olması faciəsini yaşamış Xəlil Rza Ulutürkə dövlətinin və dövlət rəhbərinin ən böyük diqqəti idi.
Sərəncamda “Bakı şəhər İcra Hakimiyyətinin şəhərin küçələrindən birinə Xəlil Rza Ulutürkün adının verilməsinin, yaşadığı binaya onun və oğlu-Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin xatirə lövhəsinin vurulmasının təmin edilməsinin;, Azərbaycan Pedaqoji Universitetinin tələbələri üçün Xəlil Rza Ulutürk adına təqaüdün təsis edilməsinin; Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün "Seçilmiş əsərləri"nin hazırlanıb nəşr olunmasını təmin etməsinin;, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün xatirə gecəsinin keçirilməsinin (Xəlil Rza Ulutürkün “XatirəsiniN əbədiləşdirilməsi haqqında” Azərbayvan Respublikası Prezidentinin Sərəncam https://azertag.az/xeber/ I-969989),- qərara alındığı öz əksini tapmışdır ki, bunlar sözsüz olaraq məhz Heydər Əliyev şəxsiyətinin ifadəsi idi və bu böyük əhəmiyyət kəsb edən tarixi həqiqətlərdir.
“Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” mövzusunun təhlili istiqamətində Ulu öndər Heydər Əliyevin xalqımızın mifik şüurunun ifadəsi etnosumuzdan tutmuş ən müasir yazılı ədəbiyyatımıza qədər, muğamlarımızdan, folklar musiqi yaradıcılığımızdan ilk milli opera və operettalarımıza, eləcə də klasssik avropa musiqisinə kimi zəngin bir bəşəri mədəniyyət hadisəsini dövlət işi səviyyəsində dəyərləndirdiyi də onun bu milli mirasa ehtiramını ifadə edir.
Bu da bir həqiqətdir ki, xalqının milli-mənəvi və ədəbi-estetik dəyərlərinə yüksək ehtiramlı münasibət bəsləyən Heydər Əliyev böyük həvəslə şerlər söyləyir, mahnılar ifa edirdi. Buna misal olaraq dahi şəxsiyyət Heydər Əliyevin görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Üzüyümün qaşı füruzədəndir”,”Yalqızam, yalqız” mahnılarını, xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini gözəl ifası unudulmazdır.
Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində həm də xalqın milli dəyərləri olan sənətkarların yaradıcılıq məsələləri kimi ayrı-ayrı yaracılıq mühitində qarşılıqlı münasibətlərin hörmət, dostluq səviyyəsində olmasını da nəzərdə tururdu. Heç nə Heydər Əliyevin diqqətidən yayına bilməzdi. Aşağıda misal gətirdiyimiz bir misal bu fikrimizi əyani surətdə təsdiqləyir:
“1973-cü ildə mən belə qərar gəldim ki, onları bazar günü Zuqulbada dəniz kənarındakı dövlət bağına dəvət edim, bir gün onlarla birlikdə olum. Dəvət etdim, rəhmətlik Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Soltan Hacıbəyov xanımları ilə gəlmişdilər. Tofiq Quliyev, Arif Məlikov və başqaları da orada idilər. Biz bütün günü söhbət etdik. Hesab edirəm ki, çox böyük görüş oldu. Bundan sonra münasibətlər xeyli düzəldi.Yaxşı əsərlərdə meydana gəldi. Mən sizə deyə bilərəm ki, rəhmətlik Fikrət Əmirovun “Min bir gecə” baleti çox böyük əsərdir və elə o dövrün bəhrəsidir. O cümlədən də Qara Qarayevin yazdığı əsərlər. Arif Məlikov Azərbaycan üçün böyük milli sərvətdir. Mən bunu heç şişirtmədən, tam qətiyyətlə deyirəm. Biz onu qorumalıyıq, ona qayğı göstərməliyik. Onun imkanları çoxdur. Arif bundan sonra da yaratmalıdır. Şübhəsiz ki, o da bu fikirlərlə, hisslərlə yaşayır. Bizim bugün ki, görüşümüz bu müəllif gecəsi şübhəsiz ki, ona da çox ilham verəcək və o yeni əsərlər yaradacaqdır”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir.4-cü kitab,Bakı., Azərnəşr, 1997.səh.162-163.).
Ulu öndər Heydər Əliyevin dünyaşöhrətli opera müğənnisi Fidan Qasımovanın sənətinin yüksək dövlət təltifləri ilə qiymətləndirilməsində də böyük rolu olmuşdur. Belə ki, Fidan Qasımova 1983-cü ildə Azərbaycan SSR və 1988-cü ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülmüş, 1984-cü ildə Azərbaycan Dövlət Mükafatı laureatı-fəxri adlarına, 1997-ci ildə Heydər Əliyev tərəfindən Müstəqil Azərbaycan dövlətinin “Şöhrət” ordeninə layiq görülmüşdür.
Heydər Əliyevin dünya şöhrətli musiqiçi Mitislav Rostropoviç ilə də onun böyük sənəti, yaradıcılıq dünyası və əlbəttə ki, bu sənətkarın vətənindən olması idi.
Heydər Əliyevin əslən azərbaycanlı olan, dünya şöhrətli musiqiçi Mstislav Rastropoviçi uzun illər sonra vətəndə qarşılayıb, ona əsl vətəndaş dəyəri verməsi haqqında milli mətbuat səhifələrimizdə çox sayda məlumatlar vardır. Bu tarixi səhifələrdən birini nəzərdən keçirtmək yerinə düşər.
Beləki, Mstislav Rastropoviçin 70 illik yubileyində ona vaxtilə böyüdüyü mənzilin ev muzeyi olduğu xəbərini verən, onun xalqımızın yaddaşında həmişə yaşadığını ifadə edən Heydər Əliyevin aşağıdakı fikirləri milli-mənəvi dəyərlərin bəşəri məzmundan ayrı olmadığı fikrini ifadə edir: “ Görkəmli musiqiçi, bəstəkar, dirijor kimi, vətəndaş hüquqları, azadlıq, demokratiya uğrunda, zorakılığa və totalitarizmə qarşı böyük mübariz kimi Sizi Azərbaycanda yüksək qiymətləndirir, ehtiramınızı saxlayır, sevir, Sizə hörmət bəsləyirlər. Sizin yaradıcılığınız dünya, ümumbəşər mədəniyyətinin ən parlaq tərkib hissəsinə çevrilmişdir. Fəxr edirik ki, Siz, belə görkəmli incəsənət, mədəniyyət xadimi, XX əsrin görkəmli vətəndaşı bizim həmyerlimiz, bakılısınız. ... Sözün həqiqi mənasında, Azərbaycanda Rastropoviç həftəsinə çevrilmiş həftə başa çatır. Bu həftə Azərbaycan vətəndaşlarına, hamımıza Sizinlə ünsiyyətdə olmaq, Sizin sənətinizlə, musiqinizlə, yaradıcılığınızla təmasda olmaq imkanı verdi. Burada, Bakıda, Azərbaycanda keçirdiyiniz çoxsaylı görüşlər silinməz təəssürat yaradır. Özünüz hiss edirsiniz ki, insanlar Sizin buraya gəlməyinizə sevinirlər. Hamı Sizi məftunluqla qarşılayır, bu cür yüksək hörmətə və yüksək ehtirama layiq olduğunuz üçün Sizə öz hisslərini ifadə edirlər. Bu gün biz simfonik musiqidən ibarət gözəl konsertin şahidi olduq”(Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi və konsert qurtardıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Respublika sarayı, 2 may 1997-ci ilhttp://lib.aliyevheritage.org/az/2442497.html).
Heydər Əliyev Azərbaycanda yaşayan irili-xırdalı, çox məşhur olmasından və ya az tanınamasından asılı olamayaraq hər bir etnik mədəniyyət hadisəsinə eyni diqqət və qayğı ilə yanaşmış, öz lider imkanları ilə onu Azərbaycan milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi qoruyub, inkişaf etdirmişdir. Konkret bir misal bu fikri təsdiq edir: 1997-ci ildə Lənkəranda səfərdə olan Heydər Əliyevin təklifi ilə "Nənələr" adı verilmiş musiqi qrupu hələ 70-ci illərdə yaranmış və bütün ölkədə, deməli, müxtəlif etnik millətlər tərəfindən sevilmişdi.
Heydər Əliyev müdrik siyasətçi düşüncəsinin sənət və sənətkara diqqət və qayğısının, nəticədə vətəndaş şəxsiyyətinə münasibətinin aydın ifadəsini əks etdirən daha bir misalla tanış olaq: “Bilirsiniz ki, istedadlı adamlar həmişə qəribə olurlar. Onlar adi deyillər, adi olsalar, istedadlı ola bilməzlər. İstedadlı olanların hər birinin özünəməxsus xüsusiyyəti var. Mənim kimi siyasət adamı respublikaya rəhbərlik edən adam gərək hərənin öz dilini bilsin, hərəni öz dili ilə danışdırsın. Çalışın ki, münasibətlər yaxşı olsun” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.5-cikitab,Bakı;Azərnəşr-1998. səh.23. 500 s.).
“Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası”mövzusunun təhlilləri istiqamətində Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyər olan ziyalılıq və milli ziyalılara münasibəti də maraq doğuram əhəmiyyətli məsələlərdəndir.
Hər şeydən əvvəl Heydər Əliyevin ziyalılıq probleminə münasibəti, onu şərh və qiymətləndirməsi, başqa cür desək, Ziyalı sözünün əhəmiyyətli dərəcədə düzgün və dolğun tərifini verməsi xüsusilə maraq doğurur. Belə ki, Ulu öndər 1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasındakı nitqində demişdir. ”Hər bir xalqın onu təmsil edən qüvvələri var, onlar da bir gündə meydana çıxan qüvvələr deyil. Xalq öz içində illər boyu,əsrlər boyu istedadlı, bacarıqlı insanları, yüksək təhsilə malik olan, yüksək intelektə malik olan, yüksək tərbiyəyə malik olan, yüksək əxlaqa malik olan insanları yetişdirir və onlar xalqın tanınmış adamları, ziyalı adamları hesab olunur. Ziyalı sözü məhz bu mənanı daşıyır və bu baxımdan hesab edirəm ki, yeni seçilmiş parlament Azərbaycanın, xalqımızın intelektual səviyyəsini, mədəni səviyyəsini, əxlaqımızın mənəvi varlığını təmin edən, təcəssüm edən bir parlamentdir” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.8-cikitab,Bakı;Azərnəşr-1998. səh.16. 488 s.).
Heydər Əliyevin ziyalılara münasibəti baxımından aşağıdakı iqtibasda verilmiş fikirlər də milli-mənəvi dəyər mahiyyətində təsdiqlənir.
“Fürsətdən istifadə edib, ziyalıların cəmiyyətdəki rolu barədə bir neçə kəlmə söyləmək istəyirəm. Son illər bu proseslər o qədər zəngin keçib, qarmaqarışıqlıq olub ki, ziyalının cəmiyyətdə rolu xeyli aşağı düşüb. Ziyalıya hörmətsizlik halları çoxalıb. Amma xalqın içərisindən çıxan bu ziyalılar tək-təkdir. Bunlar kütləvi deyil axı! Ziyalı kütləvi ola bilməz. A¬lim¬dir¬, şa¬ird¬ir,¬bəs¬tək¬ard¬ır,¬rəs¬sam¬dır,¬ya¬zıçı¬dır,¬artistdir-bunlar fitri istedada malik olan nadir adamlardır və öz mə¬dən¬iyy¬əti, yar¬adı¬cılı¬ğı, ziyalılığı, fəaliyyəti ilə bizim cəmiyyətimizin mədəni səviyyəsini qaldırır. Bu adamları təhqir etmək, onlara hörmət etməmək cəmiyyətimizdə rast gəlinən eybəcərliklərdəndi. Biz bunlara son qoymalıyıq” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.4-cü kitab, Bakı;Azərnəşr-1997. səh.336-337. 500 s.).
Ulu öndərin həmin fikirlərinin davamında cəmiyyət qarşısında qoyduğu tələblər artıq vətəndaş ziyalının şəxsiyyət azadlığını və bütün insan hüquqlarını ehtiva etməsi baxımından son dərəcə qiymətlidir: “Ziyalının hörməti qalxmalıdır, müəllimin hörməti qalxmalıdır, şairin, yazıçın, alimin hörməti qalxmalıdır. Onlara hörmət olmalıdır. Həmişə bu məsələ məni narahat edir. Bu şübhəsiz ki, sizdən asılı deyil-siz hamınız ziyalı adamlarsınız. Bu bizim cəmiyyətdən asılı deyil, bizdən asılıdır. Biz öz hərəkətlərimizlə, öz münasibətlərimizlə, öz tədbirlərimizlə gərək ziyalıların cəmiyyətdə hörmətini qaldıraq”(Heydər Əliyev.Müstəqilliyimiz əbədidir.4-cükitab,Bakı;Azərnəşr-1997.səh.336-337.500 s.).
Heydər Əliyevin ziyalılara müraciətində dialoq xarakteri, xalqla, millətlə dövlət və hakimiyyət əlaqələri, əsas məqsəd və ideyaya bağlılıq məsələsi də önə çəkilməklə qarşılıqlı surətdə ümumi dövlət quruculuğuna dəstək olmaq vəzifəsi irəli sürülür: “Ancaq siz də çalışmalısız. O tərəfdən də, bu tərəfdən də təşəbbüs olmalıdır ki, bu işləri görək. Məhz bu yolla-mədəniyyətin, ədəbiyyatın, təsiri ilə biz cəmiyyətimizdə olan mənfi halları, bizi biabır edən halları aradan götürəcəyik. Cəmiyyətimiz sağlamlaşacaq. Müstəqil dövlətimiz ya¬şa¬ya¬ca¬q,¬böyüyəcək, inkişaf edəcəkdir!”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir.4-cü kitab,Bakı;Azərnəşr-1997. səh.336-337. 500 s.).
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930