Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası
Gündəm / Siyasət / Ölkə
Oxunub: 122
12 dek 2023 | 06:32
Azərbaycan Xalqının Ulu  Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində  Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası


Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru


Dördüncü məqalə

Heydər Əliyev 1998-ci ildə müstəqil Azərbaycanın dövlət mükafatlarını onlarla elm-mədəniyyət, incəsənət xadiminə təqdim edərkən ziyalıya qiymətin heç də ideologiya olmadığı, deməli, məhz milli-mənəvi dəyərlərə, xalqa xidmətə görə verildiyi düşüncəsini ifadə edir ki, bu da dövlət idarəçiliyi siyasətində milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyasının gücünü bir daha təsdiqləyir: “Sizlərin çoxunun burada qeyd etdiyiniz kimi keçmiş illərdə yüksək mükafatlara layiq olmusunuz. O, mükafatlar da qiymətlidir, heç vaxt onları unutmaq lazım deyildir. Siz o mükafatları öz xalqınıza, vətəninizə, millətinizə görə almısınız. Sizin yaratdığınız əsərlər, yaradıcılıq fəaliyyətiniz birinci növbədə Azərbaycan elmini, mədəniyyətini, incəsənətini, inkişaf etdiribdir. Azərbaycanın elmi, mədəniyyəti əsrlər boyu inkişaf edibdir və heç vaxt biz fərq qoymamışıq hansı şair, hansı yazıçı, hansı musiqiçi, hansı alim bunu hansı dövlətin vaxtında yaradıbdır. Bunları biz heç vaxt araşdırmamışıq və araşdırmaq da lazım deyil. Çünki insan və xüsusən yaradıcı insan öz həyatı dövründə yaratdığını birinci növbədə öz xalqı üçün yaradır, öz milləti üçün yaradır. Əgər onun yaratdığı əsər öz ölkəsinin hüdudlarından kənara çıxarsa və başqa bir ölkə tərəfindən qiymətləndirilirsə, buna sadəcə sevinmək lazımdır” (Heydər Əliyev Ədəbiyyatımızın yüksək borcu və amalı.B.,1999,s.23).
Azərbaycanın tanınmış bəstəkarlarından biri Firəngiz Əlizadə Heydər Əliyevin uzun illər ərzində təsdiqlənmiş bu siyasi mədəniyyət proqramı ilə bağlı xatirələrini şərh edərək göstərir ki, “Heydər Əliyev zəngin ensiklopedik biliyə malik olan dahi şəxsiyyət idi. Bu mənada incəsənətin bir qolu olan musiqi sənəti və musiqiçilər nəsli də onun diqqətindən kənar deyildi. O, musiqini çox sevir, bu sənətin sirlərini dərindən bilirdi. Görkəmli musiqiçilərlə yaxın ünsiyyəti vardı və münasibətlər musiqi sənətinin inkişafına xidmət¬edirdi. Məsələn, onun maestro Niyazi ilə dostluğu bir çox layihələrin həyata keçməsində mühüm rol oynamışdı. 1970-ci illərin əvvəllərindən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə maestro Niyazi hər ayın cümə günləri Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil edirdi. Bu konsertlərin ən böyük əhəmiyyəti təbliğat xarakteri daşıması, yəni insanların klassik musiqi ilə maariflənməsi idi.Həmin musiqi axşamlarında o vaxt Mərkəzi Komitənin bütün üzvləri, bəstəkarlar, musiqişünaslar və digər peşə,elm ¬sahib¬ləri iştirak edirdilər” (Musiqidə əbədiləşən ömür. http://www.anl.az/down/meqale/medeniyyet/2010/iyul/127250.htm ).
Başqa bir misal, Heydər Əliyevin 70-ci illərdə görkəmli dirijor Niyazinin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi istiqamətində qarşılaşdığı problemlərlə bağlı bir xatirəsi də əhəmiyyət kəsb edir. O deyir:
“Bilirsiniz ki, o vaxtlar bizim bir neçə yazıçımız, şairimiz və bəstəkarlarımızdan mərhum Qara Qarayev, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Niyazinin də bu adı almasında qəribə bir hal meydana çıxdı. Məlum olduğu kimi o vaxtlar Sosialist Əməyi Qəhrəmanı adı ən yüksək ad idi, bu ada layiq görülənlər ən xoşbəxt adamlar idi. Mən bu təklifi irəli sürəndə Moskvada araşdırdılar ki, bəstəkarlardan, yazıçılardan, şairlərdən, alimlərdən Sosialist Əməyi Qəhrəmanı var, ancaq dirijorlardan yoxdur. Mənə dedilər ki, bəs necə ola bilər ki, Rusiyanın, Ukraynanın və başqa böyük millətlərin, yaxud respublikaların dirijorlarından Moskvanın məşhur orkestrlərinin və ya Böyük teatrın orkestrinə rəhbərlik edən drijorlardan heç biri Sosialist Əməyi Qəhrəmanı adı almayıb, amma siz təkidlə xahiş edirsiniz ki, Niyaziyə belə ad verilsin. O vaxtlar mən bu söhbətləri Sovet İttifaqının ən yüksək səviyyələrində aparırdım. Onlarla danışarkən və öz təkliflərimi əsaslandırarkən deyirdim ki, əgər həmin dirijorlar Sosialist Əməyi Qəhrəmanı adına layiqdirlərsə və siz indiyədək bu adı verməmisinizsə bu, bəlkə də sizin səhvinizdir və öz işinizdir. Amma mən hesab edirəm və Azərbaycan Respublikası adından bildirirəmki, Niyazi bu ada layiqdir və bəlkə də təsadüfi deyil ki, bu adama layiq olduğu ad indiyədək ona təqdim edilməmişdir. Niyazi layiqlilərdən ən layiqlisidir. Şübhəsiz ki, mənim sözlərimin qarşısında durmaq çətin idi. Odur ki, təklifim qəbul edildi və Niyazi Keçmiş Sovet İttifaqının drijorları arasında birinci olaraq Sosialist Əməyi Qəhrəmanı adını aldı” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.3-cü kitab,Bakı,Azərnəşr,1997.səh. 250).


Biz Ulu öndər Heydər Əliyevin “sənətşünas”, estetik, əsl peşəkar sənətkar qənaətlərini üstələyən dərin məzmunlu fikirləri ilə onun Azərbaycan xalqının əfsanəvi rəssamı, rəngləri qeyri-adi fitriliklə, bəlkə də ruhunun fırçası ilə çalarları dilləndirməklə əsərlər yaradan Səttar Bəhlulzadə sənətini təhlillərində də qarşılaşırıq.
Heydər Əliyevin XX əsrin Azərbaycanın rəssam dühası Səttar Bəhlulzadənin 85-illiyinə həsr olunmuş sərginin açılışındakı nitqi həm yubilyarın əsrarəngiz yaradıcılığı, həm Azərbaycan rəssamlıq sənətinin tarixi, bu günü və gələcək problemləri həm də bütövlükdə xalqın milli-mənəvi dəyərləri haqda dolğun məzmunu ilə seçilir.
Ulu öndər burada sənətkarın dünya görüşü kimi fəsəfi məzmun daşıyan bir problemə toxunaraq böyük rəssamın əsərlərinin məziyyətlərini, əsas keyfiyyətlərini izah edib qiymətləndirir.



Həmin nitqində Heydər Əliyev deyir: “Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyəti var. Həmin xüsusiyət onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünya görüşü və fitri istedadı ilə bağlıdır. Şübhəsiz ki, belə əsərlər yarada bilən adam o dövrdə klassik üslubdan kənara çıxıb öz yolu ilə gedən, öz rəssamlıq məktəbini yaradan bir insan həm şəxsiyyətinə görə adi deyil, həm də yardıcılığına görə adi deyil. Çox qeyri-adi bir insandır, çox qeyri-adi bir rəssamdır, mədəniyyət xadimidir. Ona görə bizim rəngkarlıq məktəbimizdə, Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir səhifə, yeni bir yol, yeni bir üslub açılıbdır. Bu rəssam illər boyu yaşayacaq və heç şübhə etmirəm ki, zaman keçdikcə Səttar Bəhlulzadənin yardıcılığı daha da yüksəklərə qalxacaq, onun əsərlərinin qiyməti daha da artacaqdır. Onun yaradıcılığı bizim üçün mənəviyyat məktəbidir, onun mədəniyyətini yüksəklərə qaldırır, xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbini professionallıq səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orjinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük əsasdır” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.3-cü kitab,Bakı,Azərnəşr,1997. səh.127-128).
Heydər Əliyev “Qanlı Yanvar”-a həsr olunmuş rəssamlıq əsərlərinə də milli-mənəvi mündəricə, milli identiklik hadisəsi kontekstində və əsl estetik-sənətşünas qiyməti verərək göstərirdi ki, ”20 yanvar hadisələrinin bir faciə kim təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təacavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu daha çox lazımdır” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.3-cü kitab,Bakı,Azərnəşr,1997. səh.127-128).
Ulu öndər Heydər Əliyev nitqinin davamında rəssamlara bir sənətşünas, estetik, tənqidçi tövsiyələrini yetirir ki, bu rəssamların mənəvi-estetik şüurunun milli ideyalarla zənginləşməsinə təkan verirdi. Heydər Əliyevin həmin nitqindən gətirdiyimiz bir misal bu baxımdan səciyyəvidir: ”...məsələn, o mitinqləri təsvir etsəydiniz, bunlar da çox gözəl əsərlər olardı. Onda aydın olar ki, həmin hadisələr nə ilə bağlıdır. Yoxsa, məlum deyil axı bu tank niyə buraya gəlib? Bu adam niyə tankın altında qalıb. Mən bunu hökm kimi demirəm. Mən bir vətəndaşam. Özü də yaradıcılıq məsələləri ilə müəyyən qədər tanış olan adamam və şübhəsiz ki, siyasi xadiməm. Siyasi nöqteyi-nəzərdən öz fikrimi deyirəm və güman edirəm ki, burada bir boşluq var” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir.3-cü kitab,Bakı,Azərnəşr,1997.səh. 250).
Göründüyü kimi, çıxışdakı fikirlər, Heydər Əliyevin dövlət quruculuğunda dövlət-millət və xalq, eyni zamanda bu kontekstdə vətəndaş maraqlarının vəhdətin ifadə edir.
Ademik Bəkir Nəbiyev Ulu öndər Heydər Əliyevin “hər bir alimin qiymətli olması, hər bir alimin yaratdığı elmi əsərlərin özünəməxsus qiymət alması, ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini təbliğ edə bilən və onlardan əməli nəticə götürə bilən cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən alimlərin xüsusi yer tutması” -, qənaətlərini qiymətləndirərkən göstərir ki, “hazırda öz tarixinin çox təlatümlü, məsul, mürəkkəb, lakin həm də şərəfli mərhələsini yaşayan Azərbaycanda nəzəriyyəni təcrübə ilə böyük uğurla birləşdirən, öz fikirlərini ictimai həyatımızın, beynəlxalq əlaqələrimizin müxtəlif sahələrində yüksək istedadla təbliğ edən, çoxsahəli siyasi-ictimai, diplomatik, nəhayət elmi-nəzəri fəaliyyəti ilə cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən ən böyük Azərbaycan vətəndaşı elə məhz bizim Prezidentimiz Heydər Əliyev cənablarının özüdür”(Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Bakı, Elm-1998. 240 s).
Doğudan da Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyev necə ana dili məsələsində keçmiş SSRİ respublikaları rəhbərlərindən fərqli, - milli dövlət marağından çıxış etmişdi, Müstəqil Dövlət İdarəçiliyi Siyasətində Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasını da o, ən böyük Azərbaycan vətəndaşı olaraq milli ideal və ideyalarına uyğun şəkildə həyata keçirirdi.
Belə ki, Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərinin daimi olaraq dünyaşöhrətli Rusiya səhnələrində tamaşaya hazırlanması, oynanması, milli sənətkarların klassik, - məsələn, simfonik və kamera musiqi musiqi yaradıcılığının, habelə opera müğənnilərimizin dünya musiqi aləminə tanıdılması, birbaşa Heydər Əliyevin Müstəqil Dövlət İdarəçiliyi Siyasətində Milli Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasınının təntənəsi idi.
Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin tədqiqatlarından çıxış edib deyə bilərik ki, keçmişdən – qədim əcdadlarımızdan bizə ötürülmüş mifoloji milli varlığımızdan, etnosumuzdan müasir dövrə qədər bütün milli-mə¬nəvi mirasımızın, o cümlədən yeni rasional, modern milli cə¬miyyət ideyalarının yüksəliş mərhələsi - maarifçilik dövrü və təxminən 2 əsrlik böyük zaman ərzində dünya maarifçiliyin¬dən bəhrələnmiş Azərbaycan müfəkkirlərinin həyata keçirdikləri tarixyüklü işlərin, başqa cür desək Milli-Mənəvi və ədəbi-estetik dəyərlərin qorunması, yada salınaraq təravətlənməsi, onların milli ideologiya kimi dövlət idarəçiliyinə tətbiq edilmədi Heydər Əliyevin Müstəqil Azəərbaycan dövlətinin banisi, qüdrətli milli Lider olaraq ali məqsədlərindən biri olmuşdur.




Məsələn, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Respublikanın Ali Sovetində Respublika Gənclərinin nümayəndələri ilə görüşdə söylədiyi dərin, müdrik fikirlər onun milli mənəvi mirasa münasibətinin bütün məzmununu ifadə etməklə bərabər həm də əsl mənada yeni məzmunlu maarifçilik, yəni daha modern-müstəqil dövlət quruculuğu ideyasını işıqlandırır: “Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq. Yadınızdadır, pioner var idi, komsomol var idi, bu təşkilatlar çərçivəsində böyük işlər görülürdü. İndi bunlardan imtina etmişik, bu isə tamamilə təbiidir. Hesab edirəm ki, müstəqil Azərbaycan Respublikası marksizm-leninizm ideyasına bir daha qayıtmamalıdır. Ancaq eyni zamanda biz mənəviyyatsız, ideyasız yaşaya bilmərik. İndiki ideyamız isə milli, tarixi ənənələrimiz, millətimizin keçdiyi tarixi yol, ulu babalarımızın yaratdığı ümumbəşəri dəyərlər əsasında - Nizami Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu bir çox digər alimlərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın yaratdıqları mənəvi dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir. Əgər biz bu tarixi yaxşı təhlil edə bilsək, gənclərimiz onunla yaxşı tanış olsalar, adlarını çəkdiyim şəxslərin və yüzlərlə başqalarının əsərlərindən mənəviyyata dair fikirləri mənimsəsələr, həyatlarında rəhbər tutsalar, Azərbaycan xalqı düz yolla gedəcəkdir”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir.3-cü kitab,Bakı,Azərnəşr,1997. səh.174-175).
İlk növbədə Heydər Əiyevin XIX əsr və XX əsrin 3 onilliyi ərzində Azər¬baycanda cərəyan etmiş milli tərəqqi hərəkatında, maarifçilik irsimizdə diqqətini cəlb edən ən əsas amil bu irsin tarixi keçmişimizin parlaq, unikal ədəbi külliyat mahiyyəti və onun vahid ana xəttində Azərbaycançılıq missiyası idi. Çünki Azər¬bay¬can maarifçiləri milli həyatımızın elə bir sahəsi, reallıq və gerçəkliyi yoxdur ki, ora vətən, xalq, milli dövlət, yeni cəmiyyət arzularına bağlı böyük azərbaycançılıq hissi ilə nəzər yetirməmiş olsunlar və qələm, söz silahları ilə oradakı nöqsan və çatışmamazlıqları, bü¬tövlükdə yenilənməyən mədəniyyəti, sıradan çıxmaqda olan əxlaqı islah etməsinlər. Bu ən “böyük” azərbaycanlılar Azərbaycanın və Azərbaycan in¬sanının dünyanın qabaqcıl ölkələri və insanları kimi tərəqqisi məqsədi ilə maarif, mədəniyyət ocaqları, cəmiyyətlər, qəzet və jurnallar açır, habelə, dramları, pyesləri, povestləri, şerləri, felyeton və digər irili-xırdalı miras ədəbi-ictimai yaradıcılıqları ilə modern cəmiyyət ideallarından qaynaqlanan yeni milli ideya-azərbaycançılıq ideyasından çıxış edirdilər.
Burada xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan tarixində ilk dəfə olaraq vətən, dövlət, vətəndaş adlı varlıq, bütünlükdə milli məfkurəmiz – Azərbaycançılıq ideyası maarifçilik dövründə ən yüksək pilləsinə qaxlmış və maarifçilərimiz dövrü siyasi mürəkkəbliklərə, ağır sosial böhran, ümumiyyətlə çar üsul-idarəsi dövrünün ağır həyat şəraitinə baxmayaq milli-mənəvi dəyərlər və onun yaradıb formalaşdırdığı milli ideya məsələsini bir ideologiya olaraq yetişdirmiş, gücləndirmişlər. Əsl həqiqətdə Azərbaycan xalqının maarifçilik irsinə bütövlükdə Azərbaycançılıq adını da vermək tam doğru olar.



Şəkillər ilk dəfə təqdim olunur.
Bu baxımdan“Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası Azərbaycançılıqdır”(Heydər Əliyevin Dünya Azərbaycanlılarının 1-ci qurultayında nitqi Heydər Əliyevin Dünya Azərbaycanlılarının 1-ci qurultayında nitqi https://az.wikisource.org/wiki/D%C3%BCnya_Az%C9%99rbaycanl%C4%B1lar nitqi) -deyən və bu prinsipi siyasi amal, əqidə olaraq Azərbaycan Respublikasına rəhbərliyi dövründə daim diqqətdə saxlamış Ulu öndər Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətinin Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasında maarifçilik irsimiz və maarifçilərimizin yeri və dəyəri xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.
Əlbəttə dövrə görə öz sələflərindən daha sonra,- gecikmiş maarifçilik mərhələsi kimi xarakterizə olunan bir dövrdə maarifçi hərəkat sıralarına daxil olmuş görkəmli ədib Cəlil Məm¬mədquluzadə əsərlərində Azərbaycançılıq ideyası dövlətçilik məzmunu baxımından Heydər Əliyevin xüsusilə marağına səbəb olmuş və elə bütün maarifçilərdən ən çox da Cəlil Məmmədquluzadə yaradıcılığı müdrik milli lider Heydər Əliyev tərəfindən elmi-orjinal səpkili təhlillərlə dəyərləndirilmişdir.
Heydər Əliyevin indi misal gətirəcəyimiz fikirləri tarixi obyektivliyi və ədəbi irsdə milli dövlətçilik konsepsiyası mövzusunun qiymətlənməsi baxımından diqqət cəlb edir: “Milli ideologiyamız, şübhəsiz ki, tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu baxımdan, Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümum-bəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasına, yaranmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir”(Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində nitqi 28 dekabr 1994-cü il http://lib.aliyevheritage.org/az/1666130.html).
Burada yeri gəlmişkən bir məsələni də yada salaq istərdik. Belə ki, Heydər Əliyev doğma vətəni qədim Naxçıvan torpağında doğulmuş Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi əsərlərini ictimai-siyasi şəraitin, mühitin, ailənin təbii təsiri ilə hələ lap erkən yaşlardan oxuyub əxz etmiş, bu ədiblərin ədəbi irsi onu bəl¬kə də əvvəl təhtəlşüur olaraq, sonra estetik idealı, daha sonralar müstəqil düşüncədə modern cəmiyyət, sosial-siyasi sıçrayışlar kimi düşündürmüş, nəhayət milli dövlət qu¬ruculuğu məqsədinin möhkəmlənməsində bir bünövrə, təkan olmuşdur.
Təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyətində ikinci dəfə rəhbərliyə başladığı illərdə böyük maarifçi ədibin anadan olmasının 125 illiyinin keçirilməsini məqsədəuyğun hesab etmiş və 1994-cü il 28 dekabr tarixində keçirilən rəsmi yubiley mərasimində necə öz dövrü üçün , bu gün və daim yeni, aktual olan, elmi məzmun kəsb edən tarixi nitqində Cəlil Məmmədquluzadənin təkcə yazıçı, dramaturq fəaliyyətini deyil, həm də onun ictimai-siyasi xadim xidmətlərini yüksək qiymətləndirmişdir.
Heydər Əliyevin məna və mahiyyət baxımından bütövlükdə elmi tədqiqat əsəri kimi düşündürən və böyük elmi aktuallığa malik həmin nitqindən gətirdiyimiz digər bir iqtibasda ifadə olunan fikirlər dəbu qənaətimizi təsdiqləyə bilər: “Cəlil Məmmədquluzadə dühası "Molla Nəsrəddin" jurnalında öz əksini tapdı. "Molla Nəsrəddin", onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar. Ona görə də biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim kimi, böyük siyasətçi kimi yanaşmalıyıq. C.Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyat deyil, təkcə mədəniyyət deyil, bu, siyasətdə böyük xidmətdir, ictimai həyatımızda böyük xidmətdir”(Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində nitqi 28 dekabr 1994-cü il http://lib.aliyevheritage.org/az/1666130.html).
Məramı bilavasitə milli ideyanı – azərbaycançılıq ideyasını təc¬rü¬bəyə tətbiq etmək olan böyük ədib, dramaturq və Ulu öndərin vurğuladığı kimi “ictimai xadim, siyasətçi” Cəlil Məmmədquluzadənin konkret olaraq “Azərbaycan” adlanan əsəri bu baxımdan olduqca xarakterikdir.
Əsərin yazılma tarixi (maarifçi ədib bu əsərini 1917-ci ildə yaz¬mışdır) dövrü ictimai-siyasi motivlər nöqteyi-nəzərindən sosialist inqilabi ərəfəsinə təsadüf edir və əsərdən ucalan ideyalar SSRİ-nin maddi-mənəvi ideologiyası ilə bərabər, maarifçiçik hərəkatının fəlsəfi-etik əsaslarının güclü kanonlarını əks edirir. Həm də bütün ma¬arifçilik irsində ilk dəfə olaraq bu əsərdə vətən məfhumu ən ciddi ça¬larları ilə qiymətləndirilir. Bundan başqa, vətən sözü termin kimi də ilk dəfə bu əsərdə məna dolğunluğu ilə önə çəkilmişdir.
Məsələn, “Azərbaycan” məqaləsindən oxuyuruq: “Ax unudulmuş vətən, ax yazıq vətən! Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən haradasan, ay biçarə vətən?!”(Babayev Hacı Xanəli. Mənəvi özünüdərk nümunəsi.Bakı,Borçalı, 2004. 144 s).
Burada yazıçının özü ilə dialoqunda şərh olunan ideya da azərbaycançılıq ideyasının vətəndaşlıq-əxlaq, mənəviyyat sistemində yerini və əhəmiyyətini göstərir. ”Dilim nə dilidir? – Azərbaycan dilidir. Yəni vətənim haradır?- Azərbaycan vilayətidir. Demək, çün¬¬ki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, və¬tə¬nim də Azərbaycan vilayətidir”(Daşdəmirov A.Millət və cəmiyyət tarixin sərtdönəmində.Bakı, Elm.2008 . 344 s).
Heydər Əliyev Cəlil Məmmədquluzadənin 125 illik yubileyində mütəfəkkirin bu əsərini yada salaraq, “Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi "Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!”(Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş yubiley gecəsində nitqi 28 dekabr 1994-cü il http://lib.aliyev herita ge. Org /az/1666130.html)- sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə - Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi, insanların hamısını ana dilini bilməyə dəvət etməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinə dair fikirləri, yazıları o vaxt üçün çox vacib idi, bu gün üçün də çox aktualdır”-müdrik qənaətini bölüşürdü ki, fikrimizcə, bu bilavasitə Heydər Əliyevin uşaqlıq və gənclik illəri şüuruna Mirzə Cəlil ədəbi poetikasından iz salmış mühüm psixoloji təsir olmuşdur.
Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyasının təhlillərində böyük ədib və dramaturqun ikin¬ci qiymətli əsə¬ri - maa¬rif¬çi ide¬ya¬lar və ənənə¬lə¬rlə bərabər, azərbaycançılıq milli ideyasının da ge¬niş əks olun¬duğu “Ana¬mın ki¬ta¬bı” dramı haqqında Ulu öndər qiymətləndirməsini də nəzərdən keçirmək labüddür.
Əvvəlcə, qeyd etməliyik ki,“Azərbaycan” məqaləsində olduğu kimi “Anamın kitabı” dramında da Heydər Əliyevi bir siyasətçi – dövlət qurucusu olaraq hər şeydən əvvəl Cəlil Məmmədquluzadənin öz vətəninə, xalqına, onun gələcəyi¬nə ümidləri, soydaşlarının “Ana dili” və “Ana-və¬tən” məfhumlarının daşıdığı mənalarla bağlı düşüncələrinə münasibəti cəlb etmiş, düşündürmüşdür.
Məlumdur ki, “Anamın kitabı” dramında Ana obrazını vətən mənasında təsvir edən dramaturq onun oğlanları – Rusiyanı təmsil edən Rüstəm bəyin, İranmüsəlman mədəniyyətinə bağlı olan Mirzə Məhəmmədəli bəyin və türkçülüyü təbliğ edən Səməd bəyin simasında yetişən ziyalıların azərbaycançılığın kəsb etdiyi milli ideyadan uzaq, eyni zamanda, vətən anlayışının daşıdığı mənalardan, həmçinin birlik-bərabərlik ruhundan təcrid olunmuş halda yetişdiklərini tənqid edirdi.
Dramda Rüstəm bəyin anası ilə dialoqda söylədiyi fikirlər bunu yaxşı ifadə edir. “Rüstəm bəy: Ana, bax mən səni lap yaxşı başa salım. Nə qədər ki, mən bu kitablara etiqad eləyirəm (öz kitabları tərəfə əlini tutur), Məhəmmədəli də bu kitablara (Mirzə Məhəmmədəlinin tərəfinə əlini uzadır) və Səməd də bu kitablara (Səməd Vahidə tərəf əlini uzadır) etiqad eləyir, dəxi biz nə təhər ittihad edib, mehriban yola gedə bilərik?”(Məmmədquluzadə Cəlil. Əsərləri: 6 cilddə. II c. Bakı.Azərnəşr -1984,s.67. 222 səh.).
Qardaşlardan Mirzə Məhəmmədəli də bu fikri təsdiqləyir və davam etdirir. “Mirzə Məhəmmədəli: “Bax bu evdə üç qism kitab var ki, biz üç qardaş bunlara sitayiş edirik. Əgər biz bu kitabları bir-birinin yanına qoysaq və zaiqəyə tapşırsaq, baxıb görərik ki, bu üç qism kitab bir-birlərinə o qədər oxşayır, necə ki, məsələn, mən Səmədə oxşayıram, Səməd Rüstəmə oxşayır, Rüstəm bəy də mənə oxşayır” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı,Azərnəşr – 1997. 612 səh.).
Kitab həm də məzmun mahiyyəti baxımından mədəniyyəti ifadə edir. Mədəniyyət isə yuxarıda qeyd etdiyimiz kimi, maarifçilik döv¬rünün proqram nəzəriyyəsi, fəlsəfi-etik qayəsi, metodologiyasıdır.Bu göstərir ki, qardaşlar mədəniyyət proqramına bağlıdırlar. Onu həyatlarının amalı hesab edirlər.Lakin onların mədəniy¬yətləri öz milli mədəniyyətləri deyildir. Çünki yazıçının idealı - milli mədəniyyətdir, o milli mədəniyyət ki, adı da, özü də “Ananın kitabı” ndadır və məhz “Ananın kitabı” ana xətt - bir vahid mədəniyyət yoludur. Mədəniyyətin digər adı da maarifçilikdir. Maarifçilik nəzəriyyəsinə görə isə “millilikdən kənar maarifçilik yoxdur”. Deməli, Cəlil Məmmədquluzadənin “Anamı kitabı” əsəri mahiyyət baxınından elə millilik kitabı, milli mədəniyyət kitabıdır.

Ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin 125 illik yubiley mərasimində söylədiyi ge¬niş və dərin məzmunlu fəlsəfi nitqində böyük Azərbaycan maarifçisinin “ana dili hadisəsinə” öz elmi-məntiqi və obyektiv qiymətini vermişdir. Ulu öndərin aşağıdakı iqtibasda ifadəsini tapmış fikirləri həm də azərbaycançılıq fəlsəfəsinin tarixi baxımdan əhəmiyyət kəsb edir: ““Anamın kitabı” əsə¬ri Azərbaycan üçün çox dahiyanə bir əsərdir. Çünki bizim xalqımız, respublikamız Şərqin və Qərbin, Şimalın və Cənubun qovuşuğundadır. Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Mədəniyyətimizin və elmimizin inkişafına da bu təsirlər olmuşdur. Ancaq xalqımızın dahi simaları Azərbaycan dilini daim ya¬şa¬dıb, Azərbaycanın milliliyini yaşadıb, milli şüuru yaşadıb, milli məfkurəni yaşadıblar. Lakin elə zamanlar, elə dövrlər də olub ki, bəzən başqa ölkələrdə təhsil almış adamlar o ölkələrin dilini, adət-ənənəsini qəbul edərək öz dilini, öz adət-ənənəsini, milliliyini itirməyə uğramışlar. Bu gün də bu, var. Bu hallarla biz yaxın keçmişdə də çox qarşılaşmışıq və demək olar ki, son 20-25 ildə Azərbaycan dilinin Azərbaycanda hakim olması, sadəcə, formal surətdə dövlət dili elan olunması yox, hər yerdə tətbiq edilməsi, inkişaf etməsi böyük səylərin nəticəsidir və bu, çox vaxt güclü müqavimətlərlə rastlaşmışdır”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı,Azərnəşr-1997.612 səh.).
Heydər Əliyev xalqın ruhundan qidalanan bu güclü milli ideya, - ana dili siyasətini Sovet hakimiyyəti dövründə çalışdığı yüksək vəzifələrdə bütün səlahiyyət və imkanı daxilində qoruyub, möhkəmlətmiş, Müstəqil Respublikamızın rəh¬bər¬li¬yin¬də təmsil olunduğu ilk illərdən başlayaraq onun hüquqi və elmi sistem halına gətirilməsinə nail olmuşdur.
...““Ölülər” əsəri haqqında. Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını, özünəməxsus fitri istedadını əks etdirir. "Ölülər" əsəri ölməz əsərdir. O, yazıldığı vaxt da lazım idi, o bizə bu gün də lazımdır”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı,Azərnəşr – 1997. 612 səh.).
Heydər Əliyev bu dahiyanə əsərdə əsas leytmotiv olan din məsələsini də diqqətlə izləyir və Azərbaycan ədəbiyyatşünasları, sənətşünaslarından irəli gedərək müasir elmi-məntiqi düşüncə ilə “Ölülər” dramının əslində din əleyhinə yazılmış əsər olmadığını, bütün dünya maarifçiləri kimi milli tərəqqisevərlərimizin də köhnəliyi, geriliyi tənqiddə mövhumatın əvəzinə tənqid hədəfi kimi dini hədəf seçmələrini sübut edir: ““Ölülər" əsərindən uzun müddət din əleyhinə təbliğatda istifadə edilib və çox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunubdur. Təəssüf ki, o dövrdə bəlkə bu belə idi. Çünki bizim həyatımızda ateist tərbiyəsi hökm sürürdü, din inkar olunurdu və bu əsər bəlkə də bu baxımdan, həmin istiqamətdə xidmət göstərirdi”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı,Azərnəşr – 1997. 612 səh.).
Belə fəlsəfi səpkili təhlillər Ulu öndərin özünün bir şəxsiyyət olaraq İslam dininə münasibətini dəyərləndirmək baxımından da maraq doğurur. O deyir: “Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə, bu əsərlə islam dininin xalqımız üçün nə qədər böyük mə'nəvi dəyər olduğunu sübut etməyə çalışıbdır. Eyni zamanda o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqçılıqla məşğul olanları ifşa edib, tənqid atəşinə tutubdur. Biz indi öz dinimizə qayıtmışıq. Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, Qurani-Kərimin Azərbaycan xalqı üçün açdığı yol davam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq. Ancaq biz Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindən bu gün də bəhrələnməliyik. Çünki bu gün də dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Mirzə Cəlil isə belələri ilə o vaxt mübarizə aparıbdır və "Ölülər" əsəri ilə bizə bu vəsiyyəti edibdir. Biz də onun vəsiyyətini yerinə yetirməliyik”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı,Azərnəşr – 1997. 612 səh.).
Cəlil Məmmədquluzadənin 125 illik yubileyində deyilmiş bu fi¬kirlər bu gün də öz aktuallığını qoruyur və məhz “Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövlət İdarəçiliyi Siyasətində Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” mövzusunun elmi-obyektivliklə əsaslandırılmasında dəyərli mənbə kimi əhəmiyyət daşıyır.
Bu baxıdan tədqiqat işində Heydər Əliyevin fəlsəfi səciyyə dayışan təhlilərinə, dərin məzmunlu və elmi-məntiqi qənaətlərinə geniş yer verməyi məqsədəuyğun hesab etmişik.
Aşağıdakı iqtibaslarda Ulu öndər Heydər Əliyevin mahiyyətcə təkcə maarifçilik dövrünün deyil, həmçinin bugünün ictimaivə hətta siyai məzmununu ehtiva edən milli-mənəvi dəyərləri haqqında qiymətli düşüncələri əks olunmuşdur: “Mənim fikrimcə, "Ölülər" əsərinin ikinci mühüm cəhəti ondan ibarətdir ki, orada təkcə dindən istifadə edib fırıldaqla məşğul olan adamlar ifşa edilmir, həm də insanların mənəviyyatının nə qədər əhəmiyyətli olduğu açıq-aşkar göstərilir. Təəssüf ki, mənəviyyatda çatışmazlıq, mənəviyyatda gerilik bizi bu gün də sıxır. Mənəviyyatımızda ayrı-ayrı şəxslərin, ayrı-ayrı qrupların mənfi hərəkətləri cəmiyyətimizi, xalqımızı incidir. Biz "Ölülər" əsərindən dərs götürməliyik. Xatirinizdədirsə, elan olunandan sonra ki, şeyx Nəsrullah ölüləri dirildəcəkdir, nə qədər adam onun gəlişini böyük maraqla gözləyirdi. Biri atasını, biri qardaşını, biri arvadını diriltmək istəyirdi. Cəlil Məmmədquluzadə o adamların mənəviyyatca nə qədər kasıb olduqlarını sübut etmək üçün kefli İsgəndərin dili ilə onları ifşa edir. .... Bu mənəvi şikəstlik bizim cəmiyyətdə indi də var. İndi də qardaşına, dostuna, yoldaşına xəyanət edənlər, indi də millətinə, xalqına xəyanət edən adamlar var. Bunlar çoxdur, bəlkə o vaxtkından daha çoxdur. Ona görə də "Ölülər" əsərinin bu cəhəti bizim üçün çox əhəmiyyətlidir və o, böyük bir fəlsəfi əsər kimi bizə bu gün də lazımdır” (Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı,Azərnəşr – 1997. 612 səh.)..
Bu baxımdan Heydər Əliyevin “Mirzə Cəlilin yaradıcılığı haqqında çox danışmaq olar və mən bu gün burada çıxış edərkən qarşıma həmin məqsədi qoymamışam. Sadəcə olaraq bir neçə məqama toxunmaq istəyirəm. Onlardan biri də ədibin əsərlərində, bir də təkrar edirəm, xalqımızın milli ruhunun yüksəldilməsi, xalqımızın milli ideologiyasının yaranması, formalaşmasıdır. Bu sahədə Mirzə Cəlilin gördüyü işlər, bizə bəxş etdiyi töhfələr və qoyub getdiyi irs böyük xəzinədir, bu xidmətlər əvəzsizdir”(Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 3-cü kitab, Bakı,Azərnəşr – 1997. 612 səh) - düşüncəsi obyektiv qənaət olmaqlla bərabər aktuallığı ilə əhəmiyyət kəsb edir.
Beləcə, Ulu öndər Heydər Əliyevin XX əsrin əvvələri kimi Azər¬bay¬canın çətin bir dövründə böyük vətənpərvərlik göstərmiş, Azərbaycan milli şüurunun inkişafında inqilabi xidmətləri olmuş və eyni zamanda tənqidi realizm cərəyanını təmsil edən ma¬arif¬çi mütəfəkkir Cəlil Məmmədquluzadə irsinin müasirlik gücündən yeni milli dövlət quruculuğu və cəmiyyətin milli-mənəvi inkişafı məqsədləri üçün istifadə olunması ideyasını irəli sürmüşdür.

ardı var
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930