BU KİTAB HEYDƏR ƏLİYEVİN ADINA, İRSİNƏ, İLİNƏ AİD VƏ LAYİQ DEYİL !.. VƏZİFƏ, AD-SAN, MÜKAFATLAR ÜÇÜN BAŞQA YOL DÜŞÜNSÜNLƏR !!!
Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru
Əziz oxucum! Hamınıza bəllidir ki, yaş ötdükcə zaman daralır, enerji azalır, hələ sağlamlıq problemləri – klinikalar, həkim, tibb bacıları – iynə-dərman problemləri çoxalır və vaxt an-anban dəyərlənir, qiymətlənir və adam, xüsusən də yaradıcı adam – alim olsun, sənətkar olsun, - özü, öz işləri haqqında düşünür, onları həll etməyə çalışır. Hətta düşmənləri, xəbisləri, paxıllığını çəkənləri düşünmək cəhənnəmə, vacib tədbirlərə, zövq mənbəyi teatrlara, konsertlərə, bunlar da qalsın, doğmaların, yaxınların xeyi-şər məclislərinə getməyə vaxt çatdırmır. Başqa cür desəm, içdəki Eqo onu öz cazibəsinə alıb oturdur – ona “ azalır vaxt, işinlə məşğul ol”, - hökmünü verir. Adam da lap əsl maryenetka kuklası kimi eqonun ağır layları altında ÖZ işini görür. Mənə nə?! Bu sosial- psixoloji biganəlik potologiyası da yaşlanan nəslə aiddir. “Bu dünya belə gəlib, belə də gedəcək”- atalar məsəlimiz də bu patologiyanın siptomlarından biridir.
Beləcə, mən Sizə bu yazımla məni ÖZ İŞİMDƏN ayırmış bir məsələdən, deməli, çox ciddi hesab etdiyim bir məsələdən bəhs edəcəyəm. Doğrudan da bu yazının mövzusu mənuim üçün elə mühüm oldu ki, ÖZ İŞİMDƏN ayrılıb onu yazdım. Bir də nə qədər ki, söz ağızdan çıxmayıb, sən ona sahibsən, elə ki, çıxdı ağızdan, dedin, sən ondan asılısan. Mən itirəcəyim vaxta və enerjiyə rəğmən olsa da, sözümün ağası olduğunu təsdiqləməliyəm. Əsas da hifz etməliyəm “məbədi və xilaskarını”…
Xüsusi olaraq vurğulayıram ki, bu yazını daha dərindən yazmaq, məsələni daha tutarlı arqumentlərlə ictimailəşdirmək üçün 10-la əsas vardır. Amma təkrar edirəm, mənim ÖZ İŞİM var! Bir “öz maraq” “vəzifə, ad-san, mükafatlar karetasının” “əslində”-lərini bütövlükdə açmaqdan qat-qat mühüm İşlərim var. Beləcə, ilk öncə məlumunuz olsun ki, 23 il qədər uzun bir tarix ərzində Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin tədqiqatçısı, haqqında çap olunmuş və çap olunmaqda davam edən irili-xırdalı əsərlərin müəllifi olaraq onun elmi tədqiqat kitabxanasını diqqətlə izləyirəm, yeni əsərləri həm maariflənməyim, həm bu istiqamətdə yeni elmi tədqiqatlarla tanış olmağım, həm də aktual, əhəmiyyətli elmi düşüncələrdən özümün əsərlərimdə istinad üçün maraqla oxuyuram. Hesab edirəm ki, elmi-siyasi ictimaiyyət hamılıqla Heydər Əliyev kitabxanasını diqqətlə öyrənməlidir.
Əlbəttə, burda məqamı olduğu üçün deyim ki, indi, təxminən 10-15 ildir ki, alimlərin “əsər oxumamaq” ənənəsi yaranıb. Dəhşətdir, heç kimim əsərini oxumurlar. Dəyərli - dəyərsiz üstündə kitab adı olan “varlığın” həyata vəsiqə almasına kor-koranə səs –“razılıq” verirlər. Əcaib olanı, 90 faiz çap olunan elmi əsərlərin elmi redaktorları, rəyçiləri belə məsuliyyət hissini nəzərə almadan içində adları olan kitabları oxumurlar. Rəylər “institutu” da bizdə bərbad haldadır. Əcnəbi, bizim bu sahədə də “seyrə balonlarla çıxır”… Yəni, “əcnəbilər” çap olunacaq əsərləri anonim şəkildə rəyçilərə göndərirlər. Həmçinin nəşriyyatların redaksiya heyəti əsərə - kitaba əməlli-başlı, - nöqtə-vergülə qədər nöqsanları göstərməklə rəy verir. Amma biz bu sarıdan “veloseped də minməyiriz”. Yalan demirəm ki, rəyləri müəllifər yazırlar. Bunun bir hissəsi də elmi kitabların müəssisənin rəhbərinin “burnunun altından keçməsi” prosedurudur. Sonra EŞ-larda formal səsə qoyulur və vəssalam, müəllifin “puluna minnət”, - bir mətbəədə çap olunur. Mətbəəyə xoş ki, pul qazanır, müəssisə rəhbərliyi məmnun ki, vəsait ayırmır, illik hesabata daxil etməyə məlumat qazanır, müəllif də xoşbəxt ki, zəhməti, adı tarixlərə həkk olunur, hələ bəzi kitablar da müəllifə, “adamına” baxır, – o ad-san, mükafat, vəzifə də qazana bilər…
Bir neçə ay əvvəl çap olunmuş “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitab da belə “bəxtəvər” sayılacaq nəşrlərdəndir. Kitabın müəllifi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur.
“Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitab mənə Fəlsəfə və Sosiologiya İnstitutunun EŞ- nın üzvü kimi oxumağım üçün göndərildikdə oxumuşam və narazı qalıb, səlahiyyətlilərdən bir neçəsinə obyektiv iradlarımı bildirmişəm. Sual verə bilərsiz: Niyə kitabın müzakirəsinə gedib, çıxış etməmişəm, hətta niyə onda iradlarımı mediada ictimailəşdirməmişəm və ya əvvəlki “2 kitab” kimi bununla da niyə “mübarizə” aparmamışam?!
Sualın bir cavabı yuxarıda qeyd etdiyim kimi qısalan ömür, dəyərlənən vaxt-zamandırsa, ikinci, daha tutarlı cavabı – bu kitabın müzakirəsinə gedib, çıxış etməməyin, hətta “tərifləməməyin” səbəbi AMEA-nın başqa institutlarını deyə bilmərəm, konkret olaraq Fəlsəfə və Sosiologiya İnstitutunda bunun mümkünsüz olması məsələsidir! Qısaca: A.Əlizadə və F.Ələkbərli kitablarının müzakirələri… Saymır sədr və “qruppirovka” təsirləri ilə – tutarlı arqumentlər heç olur. Doğrudur, həmin müzakirələrdən sonra mən media saytlarında və eləcə də öz tirbunam cahanplus.com internet qazetində həqiqətləri yazmışam. Amma qeyd etdiyim kimi EŞ-da müzakirələr formal olur, “süfrəyə nə gəldi” həzm edilir.
Atalarimizin çox gözəl, mənalı sözlərindən birində deyildiyi kimi, - “Gec elər, güc elər”. Bu kitabın da zamanı indi imiş.Yazıram, oxuyun, qiymət verin. Xali olun və görün bu kitab müdrik Lider Heydər Əliyevin adına, Ulu öndər ilinə, hətta dahimizin dilimizi ilahi biliyinə layiqdirmi?!
Beləliklə, bu il Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Ölkədə Heydər Əliyev İli olduğu üçün alimlərin yeni-yeni tədqiqat əsərləri yazıb xalqın Ulu öndərinin irsini qiymətləndirməsi tam təbii, hətta zəruri məsələdir.
Ancaq bu da var ki, alimlər də, jurnalistlər də və yazmağa hüquqi və haqqı olan hər bir insan vicdan – ləyaqət, məsuliyyət hissini dərk etməlidirlər! Ölkənin Ulu öndəri haqqında yazdıqlarından şəxsi maraqları üçün istifadə etməməlidirlər. Vəzifəyə gəlmək, ad-san, mükafat, orden-medal qazanmaq üçün dövlətin ümummilli Liderinin adından, irsindən faydalanmaq yolverilməzdir və həm də bu birbaşa şəxsiyyəti ifadə edir.
Fəlsəfə elmlər doktoru Füzuli Qurbanovun “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabı çox təəssüf ki, belə “öz marağa” xidmət edən nəşrdir.
Bu dəqiq faktdır ki, fəlsəfə elmlər doktoru Füzuli Qurbanov bu əsərə qədər Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev haqqında irili-xırdalı əsərlər (həmmüəllif olduğu bir kitab?!var, onun haqqında bu yazıdan sonra danışacağam-X.Q) yazmamışdır. Bu baxımdan 2023-cü il Heydər Əliyevin anadan olmasının 100-cü İl dönümü və ölkədə Heydər Əliyev İli elan olunandan qısa müddət sonra Füzuli Qurbanovun bu əsərinin meydana çıxması öz-özlüyündə şübhə doğururdu. Oxuduqda bir daha əmin oldum ki, bu kitab nəinki, Heydər Əliyev elmi kitabxanasına, Heydər Əliyev İlinə, heç ümumiyyətlə, elmi fikir tarixinə və fəlsəfi fiktrin inkişafına layiqli əlavə deyildir. “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” kitabı həqiqətən Heydər Əliyevin adından istifadə etməklə mükafatlar, vəzifələr, ad-san niyyətindən xəbər verir və deməli, qəti surətdə təqdir oluna bilməz.
Sübutlarım:
Füzuli Qurbanovun elektron poçtuma Elmi katiblikdən daxil olmuş 6 fəsildən, 29 yarımfəsildən ibarət “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi - Elmi Təhlil(analiz)” ” kitabında Heydər Əliyevin ömür yolundan ayrılmaz olan, onu liderliyin zirvəsinə yüksəldən 40 illik siyasi fəaliyyətinin xronologiyası kimi ümummilli liderin müstəqil Azərbaycan Dövlətinin Quruculuğu sahəsində tarixyüklü işləri, misilsiz xidmətləri, politologiya nəzəriyyələrinin müəyyən etdiyi Lider tiplərinə uyğun fəaliyyət səhifələri və şəxsiyyət keyfiyyətləri nəinki yeni və dolğun şəkildə, hətta ümumiyyətlə, təhlil olunub qiymətləndirilməmişdir.
Birincisi, kitab Heydər Əliyevin 100 illiyi və Heydər Əliyev İlində yazılıb və “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Analiz” adlanır. Amma Ulu öndər Heydər Əliyevin 46 cilddə toplanmış siyasi irsindən qətiyyən istifadə olunmayıb.
Sonra, Heydər Əliyevə həsr olunmuş həqiqətən dəyərli elmi əsərlər, məsələn,“Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. I cild”, “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: yanvar. II cild, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Yeni dünya nizamı və milli ideyar, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”,“Heydər Əliyev Atatürk haqqında”, "Əsrin müqaviləsi"-10 il”, “Azərbaycan gəncliyinin himayədarı”, “Heydər Əliyev və Azərbaycan elmi: biblioqrafik gös¬tərici”,”Heydər Əliyev və milli mentalitet fəlsəfəsi”, “Heydər Əliyev və mənəvi-estetik dəyərlər” “Heydər Əliyev və ordu quruculuğu: iyun, 1993-iyun,2003” ,“Heydər Əliyev siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat”, "Heydər Əliyev: dövlət xalq üçündür”, Zenkoviç Nikolay. “Heydər ƏLİYEV Tale yolları”, Андриянов Виктор Иванович. “Гейдар Алиев”, Формула успеха Гейдара Алиева» və bu kimi onlarla digər əsərə, yəni zəngin Heydər Əliyev elmi kitabxanasıından ən mühüm ədəbiyyatlara nəinki istinadlar edilməyib, heç ədəbiyyat siyahisində belə bu və bu kimi əsas tədqiqatlar yoxdur.
Kitabın Ədəbiyyat siyahisində Heydər Əliyevin yalnız Xalqa Müraciəti vardır ki, onun da mənbəyi Heydər Əliyevin öz küllüyyatı deyil, AR Prezidenti, cənab İham Əliyevin “İnkişaf – məqsədimizdir” (Birinci kitab —avqust 2003 - oktyabr 2003. - B., Azərnəşr, - 2008, - s. 5-11.) kitabıdır.
Füzuli Qurbanov kitabın həcminə görə Heydər Əliyevin ən çox- 10 dəfə adı çəkilən 2 səhifəlik “Müəllif ön Sözü”ndə” - “Biz
Ulu Öndərin dövlət başçısı və lider kimi fəlsəfi-elmi dərkinə bütövlükdə ABŞ, Avropa və Rusiyada liderlik haqqında tarixən formalaşmış fəlsəfi, sosial-fəlsəfi, kross-kultur, siyasi-nəzəri yanaşmaların analizi fövqündə yanaşmışıq. Təbii ki, burada həmin təlimlərin geniş və detallı analizindən söhbət getmir, lakin bizim yanaşma çərçivəsində əhəmiyyətli saydığımız ümumi tezislərə toxunmağa çalışmışıq. Çünki əsas məqsəd Azərbaycanda dövlətçilik və liderlik ənənəsi ilə müasirliyin qarşılıqlı əlaqəsi fonunda Heydər Əliyevin bu məsələyə gətirdiyi yeniliklərin fəlsəfi-elmi təsəvvürünü yaratmaqdan ibarətdir” - yazsa da kitabda müqayisəli təhlil yoxdur. Həmçinin müəllifin,- “həmin təlimlərin geniş və detallı analizindən söhbət getmir, lakin bizim yanaşma çərçivəsində əhəmiyyətli saydığımız ümumi tezislərə(?!-X.Q) toxunmağa çalışmışıq”- fikri qatmaqarışıq olsa da kitabla tanış olan adam görür ki, o əsas məsələyə yalnız “toxunmuşdur”. Başqa cür desək, O Heydər Əliyev liderliyindən başqa nədən desən, -yazmışdır.
“Müəllif ön Sözü” demişkən, əsərini fəlsəfi-elmi əsər və hələ bir neçə dəfə bu sahədə ilk tədqiqat adlandıran Füzuli Qurbanov mövzuya ifrat dərəcədə qeyri-elmi, qeyri-fəlsəfi və əslində sırf ədəbi-publisist, hətta həvəskar yazar üslubunda bəsit “giriş” etmişdir. Oxuduğumuz ictimai və humanitar elm sahələrində meydana çıxarılan tədqiqatlarda heç belə qeyri-elmi-konstruktiv, mövzudan 360 dərəcə miqyasında uzaq, Heydər Əliyevin fikirlərini kobud şəkildə təhrif edən, onun adını yazıb loru fikirlər uyduran, böyük şəxsiyyətə hardasa “böhtan atan”, qeyri-elmi, hələ qeyri-etik terminləər, sözbirləşmələri və s. nöqsanlarla dolu yanaşmalarla rastlaşırıq.
Buyurun, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun diapazonsuz elmi-idrakında Heydər Əliyevin ən çox – 10 dəfə adı çəkilən 14 şriftlə 2 səhifəlik “Müəllif ön Sözü”ndə” Heydər Əliyevin Dövlət quruculuğu siyasətinin və qüdrətli Liderliyinin dəyərlənməsi istiqamətində elmi-fəlsəfi düşüncələrinin özəyi ilə Siz də ilə tanış olun :
1.Azərbaycanı duymadan və sevmədən Heydər Əliyevi şəxsiyyət, dövlət xadimi və lider kimi adekvat anlamaq mümkün deyildir.
2.Azərbaycan tarixini, mədəniyyətini, mənəvi-əxlaqi dəyərlərini, fəlsəfi və poetik təfəkkürünün özəlliklərini bilmədən Ulu Öndəri azərbaycanlı kimi dərk etmək imkansızdır.
Azərbaycan dövlətçilik və liderlik ənənəsini tarixi təşəkküldə təsəvvür edə bilməyənin Heydər Əliyevi dövlət başçısı, siyasi xadim və Ümummilli Lider kimi dolğun və tam obyektiv olaraq anlaması mümkün deyildir.
3.Yəni Azərbaycanı siyasi-coğrafi, mədəni məkan, mənəvi-əxlaqi dəyərlər sistemi, özünəməxsus tarixi və dövlətçilik təşəkkülü ilə fərqlənən İdeya və Sevgi kimi görə bilməyən həqiqi mənada Heydər Əliyevi dərk edə bilməz!
4. Heydər Əliyevin şəxsiyyət kimi davranışları, vətəndaş olaraq mövqeyi və dövlət xadimi (dövlət başçısı-lider vəhdətində) kimi fəaliyyətinin obyektiv qiymətləndirilməsi Azərbaycana olan Böyük Sevgidən keçir!
5. Nəhayət, Heydər Əliyevi dövlət başçısı və lider kimi doğru anlamaq üçün Azərbaycanın müstəqilliyini ürəkdən sevmək lazımdır!
Biz bu kitabı Azərbaycanı siyasi-coğrafi, tarixi-mədəni, mənəvi-əxlaqi və xüsusi dövlətçilik ənənəsinə malik “məkan” kimi qəbul edərək, müasir mərhələdə müstəqilliyinə böyük sevgi işığında yazmağa çalışdıq.
Məsuliyyət hissi ilə deyirəm ki, Heydər Əliyev siyasəti və şəxsiyyətinə həsr olunmuş demək olar ki, bütün irili-xırdalı yazılanları oxumuşam. Lakin heç birinrdə tədqiqat obyektinə belə yanaşma olmamışdır. 1. Azərbaycan dövlətdir. Azərbaycanı yalnız duymaq, sevməklə Heydər Əliyevi dövlət xadimi və lider kimi adekvat anlamaq mümkündür?!Elə bu düşüncə ilə də bu kitabda Heydər Əliyevin Dövlət quruculuğu, Liderlik qüdrəti əsaslandırılmamışdır. Tədqiqatçı tədqiqatı ağıl- intellekt, bilik, məntiq, peşəkarlıq “motorunu” işə salıb aparır. Sevmək, duymaq – hisslərdir və elmi yaradıcılıq şer yazmaq, roman yazmaq, rəsm çəkmək, musiqi bəstələmək deyi ki, duymaq, sevmək rol oynasın.
Bundan başqa, mən Azərbaycanın - bir ölkənin “mənəvi-əxlaqi dəyərlər sistemi” adlandırıldığını ilk dəfə oxuyuram. Eləcə də, Azərbaycanı ideya və sevgi kimi görmək, nə deməkdi və görə bilməyənlər necə yəni, Heydər Əliyevi dərk edə bilməz! Azərbaycanın ikinci Müstəqilliyinin qüdrətini görə bilməyənlər Heydər Əliyevi dərk edə bilməz! Sevgi, ideya sözləri hara, dövlət qurucusun dərkinin izahı, təsdiqi hara?!
Eləcə də necə yəni, Azərbaycan tarixini, mədəniyyətini, mənəvi-əxlaqi dəyərlərini, fəlsəfi və poetik təfəkkürünün özəlliklərini bilmədən Ulu Öndəri azərbaycanlı kimi dərk etmək imkansızdır. Bəs Heydər Əliyevi “böyük” azərbaycanlı kimi dərk edən milyonlarla Azərbaycan tarixini, mədəniyyətini, mənəvi-əxlaqi dəyərlərini, fəlsəfi və poetik təfəkkürünün özəlliklərini bilməyən, təmənnasız,”özmaraqsız” sadə xalq kütlələri, vətəndaşımız, həmçinin keçmiş SSRİ məkanında dahi siyasi Lideri dərk edən minlərlə insan, bəs onun siyasi irsi, şərəfli ömür yolu haqqında yazan, fikir söyləyən onlarla ziyalı?! Onlar – milyonlar, minlər, yüzlər - Ulu Öndəri tanıyıb, dərk edib Azərbaycanı tanımışlar, qiymətləndirmişlər. Yəni, onlar üçün əvvəl Heydər Əliyev – sonra Azərbaycan gəlir! Onlar üçün Azərbaycan tarixinin, mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin, fəlsəfi və poetik təfəkkürünün nəinki özəlliklərini, heç özünü bilmək şərt olmamışdır və deyildir. Bu amil ictimai-siyasi təbəqənin, elm ictimaiyyətinin, təhsil işçilərinin maraq dairəsinə aiddir.
-- “Nəhayət(?!), Heydər Əliyevi dövlət başçısı və lider kimi doğru anlamaq üçün Azərbaycanın müstəqilliyini ürəkdən sevmək lazımdır!”- bu qeyri-elmi, qeyri fəlsəfi-elmi, qeyri- obyektiv düşüncə də yuxarıdakı obyektiv-məntiqi qənaətlə və Heydər Əliyevin xalqına gərəkli olduğu 1940-cı illər dövrü, 60-70-80-cı illər dövrü xidmətləri ilə öz əsassızlığını sübut edir.
Alim, filosof Heydər Əliyevi dövlət başçısı və lider kimi doğru anlamaq üçün Heydər Əliyevin ömürünün ən azı yarım əsrlik dövrünü və siyasət yolunu, o sırada Azərbaycanın müstəqillik tarixini dərindən bilməlidir. Elmi, elmi-fəlsəfi, hələ nəzəri-metedoloji əsər kimi təqdim olunan kitabda “ürəkdən sevmək” məsələsi, habelə – bu ibarənin özü çox mənasız və yersizdir.
Hələ Füzuli Qurbanovun bu cümləsinə baxın: “Heydər Əliyevin şəxsiyyət kimi davranışları, (?!-X.Q) vətəndaş olaraq (?!-X.Q) mövqeyi və dövlət xadimi (dövlət başçısı-lider vəhdətində?! - ayrı-ayrı mənalar deyil ki, vəhdətdə olsunlar?!-X.Q) kimi fəaliyyətinin (Heydər Əliyev böyük Lider idi, müdrik Öndər idi! X.Q) obyektiv qiymətləndirilməsi Azərbaycana olan Böyük Sevgidən keçir! - Dahi şəxsiyyətin nəhəng dövlət qurucusu xidmətini birinci yazmayır, davranışlarını, sonra vətəndaş mövqeyini, sonda dövlət xadimi olmasını yazır. Vətəndaş milyardlarladır, Lider tək-tək! Heç dünyaşöhrətli siyasi Lider olması yadına düşmür. Eyni zamanda rus müəlliflər var ki, (məs. Pamfilova, Zenkoviç və b.) Heydər Əliyevin həyat və fəaliyyətini Azərbaycana münasibətlərini bildirmədən çox əsaslı qiymətləndiriblər. Ümumiyyətlə, “sevgidən keçir” –dünyada belə elmi, elmi-fəlsəfi, elmi nəzəri yanaşma yoxdur! Yaxud hansı alim, filosof, tarixçi kitabını sevgi işığında yazıb, yazır?!
Elmi əsər sevgi işığında deyil, ağıl, məntiq, həqiqət, gerçəklik, obyektivlik, faktlar, arqumentlər işığında yazılır. Əsl sevgi bu meyarların dolğun olduğu elmi əsərlərlə təsdiqlənir. Sevgi, duyğular əsl elmi tədqiqata mane ola bilər. Bu adda hisslərlə gözəl bədii əsər yaratmaq olar.
Kitabı diqqətlə oxuduqda belə bir fikir hasil olur ki, Füzuli Qurbanovun “Heydər Əliyev və “Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabının başlığından Heydər Əliyevin adını çıxarıb bu və ya digər siyasi liderin də adını yazmaq olar. Heç nə dəyişməyəcək. Bu qənaətimizi konkret olaraq “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabının Mündəricatındakı 6 fəsil, 29 yarımfəslin heç birində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin adının olmaması da təsdiq edir.
Füzuli Qurbanovun kitabının I Fəslində, III Fəslində Heydər Əliyevdən qətiyyən bəhs olunmur. Liderliyin fəlsəfəsinin mümkünlüyü: məsələnin ümumi qoyuluşu adlanan 4 yarımfəaildən ibarət II Fəsilin 2.1. və 2.4 yarımfəsillərində də Heydər Əliyevdən bəhs olunmur. Fəslin 2.2 “Tarixi rakursda liderliyin fəlsəfi refleksiyası: XIX əsrin sonlarına qədərki mərhələ” adlanan yarımfəsli adından da göründüyü kimi liderlik hadisəsini qədim tarixdən XIX əsrin sonlarına kimi əhatə etdiyini vəd edir ki, burada XX əsrin liderini təhlil etmək məntiqsizlikdir və 14 şriftlə 8 səhifədən ibarət olan bu yarımfəsildə müəllif 6-cı səhifədə Ulu öndər Heydər Əliyevi cəmi 1-cə abzasda Liderliyin öz davamçısını yetişdirmək ştrixi ilə xatılamışdır və burada heç bir təhlil, dəyərləndirmə yoxdur. Antik fəlsəfədən, davamda ümumiyyətlə, “adda-budda” və bəzən heç mənbə göstrmədən lider haqqında fikirləri sadalayan müəllif “Burada liderin ümumxalq miqyasında səmərəli – (?!X.Q) fəaliyyəti ilə yanaşı, özündən sonra həm layiqli(?!-X.Q) lider yetişdirməsi, həm də yaratdığı siyasi kursun davam etdirilməsi önə çəkilir. Müasir tədqiqatlarda məhz həmin kontekstdə Qərbdə “uğurlu və güclü lider” modeli axtarışları davam edir, cümləsini yazdıqdan sonra - 3 cümlələlik və əslində ölkəmizin hazırki prezidenti haqqında həm də çox bəsit bir qənaətini ifadə edir. Buyurun tanış olun: “Yeri gəlmişkən, Azərbaycanda Heydər Əliyevin timsalında özəl, uğurlu Ümummilli Lider modeli öz yaşarlılığını, səmərəsini artıq təsdiq etmişdir. Ulu Öndərin yetişdirdiyi və onun siyasi kursunu uğurla davam etdirən İlham Əliyev kimi Liderin konkret fəaliyyəti də göz önündədir(?!-X.Q). Biz məsələnin bu aspektinə (?!-X.Q) təqdim etdiyimiz fənlərarası metodologiya prizmasında(?!- X.Q) irəlidə nəzər salacağıq”.
Ümid etmək olardı ki, II Fəslin növbəti 2.3 yarımfəslində Füzuli Qurbanov artıq Heydər Əliyevin Liderlik qüdrətini əsaslandıracaqdır.
Ancaq XX əsr-XXI əsrin ilk onillikləri: liderlik haqqında təlimlərdə başlıca fəlsəfi məqamlar-adlanan və deməli 120 ili “əhatə edtirməli” olan cəmi 7 səhifəlikk 2.3 yarımfəsilində müəllif Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev haqqında 5-ci səhifənin son abzasından bəhs etməyə başlayır və yenə mənbə göstərilmədən, hardasa yanlış, əsas məsələ, Heydər Əliyevin müdrik, rasional, peşəkar, xarizmatik və başqa Liderlik tiplərini özündə birləşdirən Lider fenomenindən, bunun özülü olan müstəqil dövlət quruculuğundan deyil, Azərbaycanda liderliyin tədqiqindən bəhs edir.
Buyurun tanış olun: “Onu da deyək ki, Azərbaycanda liderliyin tədqiqi əsasən Heydər Əliyevin rəhbərlik və liderlik özəllikləri fonunda(?!-X.Q) aparılmışdır. Heydər Əliyevin böyük siyasi rəhbər və liderliyi kontekstində olduqca(?!-X.Q) maraqlı və əhəmiyyətli araşdırmalar mövcuddur(?!). Bizi fəlsəfi istiqamət maraqlandırdığından R.Mehdiyevin, İ.Həbibbəylinin, S.Xəlilovun, İ.Məmmədzadənin, Ə.Abbasovun, R.Aslanovanın, kimyaçı alim AMEA-nın müxbir üzvü V.Abbasovun fikirləri üzərində dayanmaq istərdik”.
Kitabdan konkret iqtibas Füzuli Qurbanovun adlarını çəkdiyi müəlliflərin Heydər Əliyev Liderliyini əsaslandırmaqdan artıq Liderlik anlayışını təhlillərini misal gətirdiyini təsdiq edir:”
“Akademik Ramiz Mehdiyev XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda liderliyin birbaşa Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlayır və fəlsəfi-nəzəri olaraq fəaliyyətini analiz edir. Bu zaman, R.Mehdiyev Azərbaycanı milli, regional və qlobal miqyasda cərəyan edən başlıca geosiyasi, iqtisadi, sosial-mədəni və siyasi trendlərin kontekstində nəzərdən keçirir(nəyi?!-X.Q) və H.Əliyevin dövlət başçısı (prezident) kimi fəaliyyətinin prizmasında liderliyə nəzər salır. R.Mehdiyev məsələyə H.Əliyevin şəxsi keyfiyyətləri əlaqəsində baxır ki, (nə?!-X.Q) onun daha çox personalist yanaşmasına dəlalət edir. Ancaq R.Mehdiyev liderliyin reallaşmasını geniş sosial-mədəni, tarixi, siyasi və geosiyasi faktorlarla sıx bağlayır [bax: 2.29].
Akademik R.Mehdiyev Prezident İlham Əliyevin liderliyi ilə bağlı apardığı tədqiqatlarda da Azərbaycanda liderliyə geniş konterkstdə - yerli, regional və qlobal miqyaslarda mövcud geosiyasi, siyasi, sosial-mədəni, ideoloji trendlər bağlılığında yanaşır. İlham Əliyevin liderliyini bütövlükdə XXI əsrin çağırışları fonunda araşdırır [bax: 2.30]”.
Başqa misallar:
Akdemik İsa Həbibbəyli əsərlərində (hansı - mənbə?!-X.Q) siyasi liderliyin, o cümlədən ümummilli liderliyin fəlsəfi aspektinə (yalnız ?!-X.Q) də toxunmuşdur (məsələn - ?!-X.Q). İ.Həbibbəyli ümummilli liderliyin (siyasi liderliyin yox?!) analizində liderin şəxsi keyfiyyətlərini milli miqyasda maraqların qorunması, dövlətçiliyin inikişafı, müstəqilliyin təmini kimi məsələlərlə sıx bağlılıqda nəzərdə keçirir(məsələn ?!-X.Q). İ.Həbibəyli bu(məsələn -?!-X.Q) məsələlərə Azərbaycan dövlətçilik ənənəsi və deməli, Azərbaycanın sosial-mədəni məkan kimi tarixi təkamülü kontekstində (?!-X.Q) yanaşır(?!-X.Q). Bu sırada akademikin ümummilli liderliyin zəruri şərtlərindən biri kimi “ümummilli idealların aparıcılıq təşkil etməsi” tezisini (?!-X.Q) irəli sürməsi (?!-X.Q) fəlsəfi baxımdan maraqlı (?!-X.Q) görünür [2.31].
Professor Səlahəddin Xəlilov Azərbaycanda siyasi liderlik məsələsinə fəlsəfi aspektdə?!, (kontekstdə!-X.Q) sistemli və əhatəli yanaşmışdır. O mövqeyini (?!-X.Q) “Lider.Dövlət.Cəmiyyət” adlı əsərində ifadə etmişdir. S.Xəlilov başlıca olaraq Heydər Əliyevin liderliyini fəlsəfi prizmada ( digərləri qeyri-fəlsəfi ?!-X.Q) analiz etmişdir. Onun yanaşması da personalist (?!- personalist -termini mübahisəlidir. Onu Heydər əliyev kimi həyanının mənası xalq, millət olan bir milli Liderin adı qarşısında işlətmək olmaz! Sitatlar:"Personalizm bir çox fərqli versiyada mövcuddur və bu, onu fəlsəfi və teoloji hərəkat kimi müəyyən etməyi bir qədər çətinləşdirir:"Personalizm daha dağınıq və eklektik bir hərəkatdır və belə bir ümumi istinad nöqtəsi yoxdur"Williams, Thomas D. "Personalism". In Zalta, Edward N. (ed.). Stanford Encyclopedia of Philosophy.(Spring 2020 ed.). Retrieved 3 August 2020. -X.Q) adlandırıla bilər, lakin eyni zamanda, situasion və transformasion liderlik təlimlərində özünü göstərən kəsişmələr(?!-X.Q) mövcuddur. Bu məqamlar (?!-X.Q ) geniş və sistemli təqdim olunmasa da, müəllifin analizi(?!-X.Q) və gəldiyi qənaətlərdə (misal və mənbə?!-X.Q) ifadə edilmişdir.
S.Xəlilov Heydər Əliyevin liderliyinə (?!-X.Q) dövlət və cəmiyyət kontekstində baxmaqla, başlıca olaraq Azərbaycan milli dövlətçiliyi, məfkurəsi, siyasi-ideoloji və psixoloji özəlliyi prizmasında (?!-X.Q) problemi analiz etdiyini göstərir. Bu zaman S.Xəlilovun Azərbaycanın milli maraqlarını liderliyin tədqiqində başlıca istiqamətverici faktor olduğunu qəbul etdiyi duyulur. (?!-X.Q) Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan filosofu uğurlu liderliyi öncə tarix, şəxsiyyət və müdriklik faktorlarının qarşılıqlı əlaqəsində analiz edir [2.32, s. 11-30]. Bu təhlilin əsasında milli-siyasi liderlikdə dövlət və dövlətçilik faktorlarının roluna baxır [2.32, s. 31-53]. Həmin iki mərhələnin fonunda isə Ulu Öndərin timsalında liderlikdə müdrikliyin yeri (?! –X.Q) və roluna (?! –X.Q) fəlsəfi baxış ifadə edir [2.32, s. 53-75].
Professor İlham Məmmədzadənin də Azərbaycanda liderliyin fəlsəfi tədqiqinə maraqlı yanaşması(?! –X.Q) vardır. İ.Məmmədzadə bütövlükdə müxtəlif əsərlərində (mənbə?!-X.Q) liderliyə (Heydər Əliyev Liderlik fəlsəfəsi var bu alimdə(?! –X.Q)müasir analitik fəlsəfənin başlıca müddəaları prizmasında yanaşmışdır. Problemin müxtəlif sosial-mədəni, siyasi, geosiyasi, tarixi və mənəvi-əlxaqi aspektlərdə izahına baş vurmuşdur(?! –X.Q) . İ.Məmmədzadə Azərbaycanda liderliyi qlobal trendlərlə(?!-X.Q). sıx bağlılıqda görür(?!-X.Q).. Bu baxmdan professorun Azərbycanda liderlik strategiyası ilə əlaqəli(?!-X.Q) fikirləri maraqlıdır(sitat ?!-X.Q).. Məsələnin bu (hansı ?! –X.Q) tərəfinə də İ.Məmmədzadənin müasir analitik fəlsəfi mövqedən yanaşdığı duyulur(?!-X.Q). Həmin bağlılıqda o, Azərbaycanda liderin elitanın formalaşdırılmasındakı aparıcı rolunu analiz edir [2.33].
Professor Ə.Abbasov (Doğrudanmı Heydər Əliyev Liderlik fəlsəfəsinin təhlili var bu alimdə ?! –X.Q) lider və liderliyin (?!-X.Q) fəlsəfəsinə önəm verərək, Azərbaycanda da bu mövzunun sistemli, peşəkar fəlsəfi və müasir elmi yanaşmalar prizmasında(Doğrudanmı Heydər Əliyev Liderlik fəlsəfəsinin təhlili var bu alimdə (?! –X.Q) tədqiqini aktual hesab edir. Bu baxımdan Ə.Abbasov müxtəlif məqalələrində(mənbə?!-X.Q) lider və liderliyi ardıcıl islahatlar (reformalar) kontekstində analiz edir. Professor Ə.Abbasov Azərbaycanla bağlı liderliyə(Heydər Əliyev Liderlik fəlsəfəsi var bu alimdə(?! –X.Q) cəmiyyətdə müsbət mənada ciddi dəyişikliyə aparan müxtəlif sosial-mədəni, ideoloji, idarəetmə sferalarını əhatə edən yeniləşmə kontekstində nəzər salır [2.37].
Professor R.Aslanova liderlik məsələsinə idarəetmə və yeni liderin formalaşması kontekstlərində nəzər salmışdır. R.Aslanova yazır ki, “dövlət və dövlətçiliyin uğuru məlum bir faktora - siyasi liderlik faktoruna bağlıdır” [2.38, s. 200]. Maraqlıdır ki, R.Aslanova liderliyin hansı məzmunu kəsb etməsinə də dövlətçilik ənənəsi ilə müasir mərhələdə aldığı məzmunun sintezində yanaşır. Belə çıxır ki, (?!-X.Q) burada liderliyə yanaşmada başlıca məqam dövlət başçısı-lider kontekstindən ibarətdir. Həmin prizmada R.Aslanova İlham Əliyevin yeni şəraitdə yeni liderlik nümunəsi göstərməsi (?!-X.Q) məsələsinə baxmışdır(?!-X.Q) [2.38, s. 207-210].
Məlumdur ki, S.Xəlilov, Ə.Abbasov və müllifin özü də ixtisasca texniki elmlər sahəsindəndir və belədə kimyaçı ixtisası fikrimizcə, ona görə vurğulanır ki, müəllif özünü “Liderlik fəlsəfəsi”nin banisi kimi qəbul etdirmək istyir. O, həmçinin bu banilik iddiası ilə Vaqif Abbasovun kitabının sosiologiya və politologiyaya, social-fəlsəfəyə aid olduğunu iddia edir. Hələ F.Qurbanov yalnız akademik Vaqif Abbasovun kitabının (bu nəşrin çox ciddi çatışmazlıqlarına baxmayaraq F.Qurbanov kitabından maraqlıdır,- bu ayrı məsələ…-X.Q) 2004-cü ildə çap olunmasının vurğulanması da məntiqlə müəllifin “baxın a, mən ondan 20 il sonra yazmışam”,- fikrini ifadə edir. Həmçinin də Füzuli Qurbanovun Vaqif Abbasovun elmi adını kiçiltməsi (bir növ “bu-gün sabah mən də müxbür-üzvəm”- anlamına gəlir! Səhv edirəm?! O daha çox səhvlər edib!..) onun öz marağına xidmət edir. Çünki Vaqif Abbasov 2014-cü ildən AMEA-nın həqiqi üzvüdür.İqtibasa baxaq:“Maraqlıdır ki, “Liderlik fəlsəfəsi” adlı kitab kimyaçı alim, AMEA-nın müxbir üzvü , professor Vaqif Abbasova məxsusdur (2004-cü ildə nəşr edilmişdir). Kitabda Ulu Öndər Heydər Əliyevin liderliyi(?!-X.Q) Azərbaycanda müstəqil dövlətin qurucusu kimi analiz edilir. Bu zaman müəllif sosiologiya və politologiyadan seçdiyi və liderliyi müəyyənləşdirən (?!-X.Q) 21 qanun prizmasında məsələyə yanaşır (?!-X.Q) [2.39, s. 17-19]. Burada əsasən sosial-fəlsəfi və psixoloji baxışların sintezi hiss edilir(?!-X.Q).. Siyasi-nəzəri təlimlər kontekstində isə müəllif uğurlu liderliyi daha çox dəyərlər nəzəriyyəsi çərçivəsində görür (?!-X.Q )müəllifin özü də toxunub və ondan 4 il əvvəl bu yazının müəllifi Ulu Öndər Heydər Əliyevə həsr olunmuş fundamental monoqrafiyasında dünyada ilk dəfə əsaslandırmışdır. Siyasət və aksiologiya mövzusunda da 2004-cü ildə AMEA“Xəbərlər” jurnalında məqaləsiçap olunmuşdur–X.Q). [2.39, s. 135-137]. V.Abbasov kitabda Prezident İlham Əliyevin liderlik fəaliyyətinə də nəzər salmışdır.
Bu iqtibaslardan da göründüyü kimi müəllif dahi şəxsiyyət, nəhəng liderin fəaliyyətindən heç bir arqument gətirməmişdir. Bu da qalsın, təhlil, elmi qiymətləndirmə olmayan,mənbələrsiz, məlumat xarakterli, dil-üslub baxımından fikir-ifadə kasadlığından irəli gələn tavtologiya ilə dolu mətndə o ciddi yanlışlığa da yol vermişdir. Əvvəla Ə.Abbasov kimdir? Başqa cür desək, hansı Ə.Abbasov? Ədəbiyyat siyahisində heç Ə.Abbasovun məqaləsinin adı da yoxdur və ümumiyyətlə, məqalə tədqiqat əsəri deyil. Hətta heç olduqca maraqlı və əhəmiyyətli araşdırma da deyil.
Kitabda hətta Ulu öndərin Heydər Əliyevin ideyalarının təhrif olunduğu, onun heç vax demədiyi, külliyyatında olmayan, tarixi-xronologiyaya zidd fikirlər, cümlələr də vardır.
Davamı II hissədə.
PS.
Bu yazını Şeksprin "Kral Lir" faciəsinin ruhunda, Kordelia obrazının xarakterində yazdım. Kral Lir, hiyləgər, məkrli qızları, Qraf kent, Alban Hersoaqu, Edqard, dostu Edmund, axmaq kim və kimlər?!- bunu azca düşünəndə anlamaq olar...
Dünən, 10:31
Bu gün Azərbaycanda matəm günüdür
23-12-2024, 10:50
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024