HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASI - SƏUDIYYƏ ƏRƏBSTANI KRALLIĞI QARŞILIQLI MÜNASİBƏTLƏRİ
Gündəm / Dunya / Elm və təhsil
Oxunub: 175
13 mar 2023 | 19:09


Xatirə QULİYEVA
fəlsəfə elmləri doktoru


Üçüncü məqalə


Mənəvi Miras Körpünün Üzəri ilə Yeriməyin Sevinci və Məsuliyyəti


Biz Səudiyyə Ərəbstanı Krallığına 30 il ərzində gedənlər Azərbaycan xalqının Ulu öndəri – bu Dünyaya gəlməsinin 100-cü il dönümü qeyd olunacaq Heydər Əliyevin tarixi xidmətlərini ehtiramla yad etməyə, onun yaratdığı körpünün qədrini bilib, gücləndirməyə borcluyuq. Uzun onilliklər SSRİ-nin Səudiyyə Ərəbstanı Krallığı ilə siyasi münasibətlərində böhran yarandığı üçün Azərbaycanlılar da daxil olmaqla yüzlərlə, minlərlə müqəddəs İslam dininin inanclı müsəlman nümayəndələri Həcc, Ümrə ziyarətlərinə həsrət qalmışdılar. Amma indi saysız-hesabsız zəvvarlar arzularıqları ziyarətlərə gedib ali niyyətlərinə çatırlar.
Bu baximdan Heydər Əliyevin Azərbaycan Respublikasi ilə Sudiyyə Ərəbstani Kralliği arasında yaratdığı qarşiliqli siyasi, diplomatiik, mədəniyyət və digər sahələrdəki qarşılıqlı dostluq, əməkdaşlıq münasibətləri günbəgün dəyərlənir və xalqımızın ümummilli liderinə rəhmətlər qazandırır.



Biz bu düşüncələrlə Səudiyyə Ərəbstanı Krallığı dövlətində olduğumuz hər günü, hətta hər saatı qiymətləndirməyə çalışırıq. Mövzunu tədqiq etdikdə isə budur elmi baxımdan əhəmiyyət kəsb edən dolğun bir tədqiqat əsəri meydana çıxır. Elə bu da bizə Ulu öndər zəhmətinin bəhrəsi qarşılıqlı dostluq, əməkdaşlıq münasibətləri körpüsünün bir ərmağanıdır.
Beləcə, yavaş-yavaş yekunlaşan tədqiqatımızda Səudiyyə Ərəbstanı Krallığının ürək, beyin qədər mühüm bir səlnaməsini,- ölkənin Milli Muzeyini məzmun, forma cəhətdən təhlil edib qiymətləndirməyə çalışacağıq.


… Hər ölkə, hər şəhər, hətta hər kiçik məhəllə belə hər şeyə maraqlı turistlər üçün muzeydir. Baxan bu açıq muzeylərdə çox şeyi görə bilər... Məsələn Bakı. Azərbaycanı, elə paytaxt Bakı şəhəri ölkənin tarixi, xalqın adət-ənənələrini bilmək üçün açıq muzey xarakterindədir. Şəhərin hansı küçəsi ilə və şəxsi maşın, ictimai nəliyyat lap ayaqla gəz, ekskorsavodsuz dolğun məlumat alacaqsan.
Biz bu şəxsi yanaşmamızla Ər-Riyadın küçələrindən əsasən maşınla, avtobusla keçdiyimizdə o diqqətimizi sırf modern “eksponatları” olan muzey kimi cəlb etdi. Bəlkə də biz yalnız mağestral yollarla getdiyimiz üçün Səudiyyə Ərəbstanı Krallığının tarixi keçmişindən heç nə görmədik. Amma kaş ki, bizim bu ölkəyə bəlkə ömrümüzdə ilk və son kərə gəldiyimizi nəzərə alıb, bizi ərəb, müsəlman və qədim ölkənin baş şəhərinin tarix muzeylərn qədər açıq muzeyləri ilə bir tur edib tanış edəydilər.
Bu baxımdan tarixi məzunlu “Səudiyyə Ərəbstanı Krallığının tarixi irsindən güc alaraq yaranan sivilizasiyalar və həyatın davamı kimi etap-etap müasir Səudiyyəyə birləşən yüksək inkişaf ruhunu əks etdirən “Bizim yorumlarımız qüdrətin davamıdır” (“معلقاتنا امتداد أمجاد”) adlı musiqi lirik poetik kütləvi tamaşadan sonra Kral Əbdüləziz Tarixi Mərkəzinə və orada yerləşən tarixlə müasir düşücənin smart intellektual sintezi - Səudiyyə Milli Muzeyinə səyahətimiz bizim ümumi əsl turist ehtiyacımızı tamamlamış oldu. Kral Əbdüləziz Tarixi Mərkəzi Krallığın yaradulmasının 100 illiyi münasibəti ilə hicri 1419, 5 şəvval, miladi 12 yanvar 1999-cu ildə Ər-Riyad Şəhəri üzrə Kral Komissiyası Layihəsi əsasında dizayn edilmişdir. Milli-mənəvi abidə Ərəbistan Yarımadasının və Ərəbstanın tarixini, İslam dini hadisəsinin əbədi varlığını, Səudiyyə Ərəbistanı Krallığının təməllərinin əsasını ehtiva edir.



Əvvəlcə Kral Əbdüləziz Tarixi Mərkəzi və onun ərazisində yerləşən“ərəb mədəniyyət dünyası” haqqında çox qısa şərh verməyi zəruri hesab edirik.
Beləcə, başda Səudiyyə Ərəbstanı Krallığı olmaqla dünyanın ən böyük yarımadası kimi məşhur olan Ərəbistan Yarımadası haqqında əslində çox yığcam şərhimizdən bir məqalədə deyildiyi kimi “Ərəbistan yarımadasının tarixini, İslamın ölməz masajını və Səudiyyə Ərəbistanının əsasının qoyulduğu möhkəm təməlləri əks etdirən bir sərgi, bir milli abidə kimi yaradılmış (Arabian Peninsula. https://www.jatland.com/home/Arabian_Peninsula.https://www.mappr.co/thematicmaps/arabian-peninsula-history-facts-map/)Kral Əbdüləziz Tarixi Mərkəzinin təhlilinə keçid alırıq.
Səudiyyə Ərəbstanı Krallığının paytaxtı Ər-Riyadın mərkəzi bölgəsi olan Əl-Murabba məhəlləsində yerləşən Kral Əbdüləziz Tarixi Mərkəzinin ümumi sahəsi 440.000 m²-dən çoxdur. Maralıdır ki, Səudiyyədə çox tez-tez qarşımıza çıxan Türki adına burada da rast gəlirik. Belə ki, Kral Əbdüləziz Mərkəzinin qərbində Şahzadə Abdullah bin Jalavii bin Turki küçəsi yerləşir. Mərkəz şərqdən Kral Feysal küçəsi, şimaldan Əl-Delam küçəsi və cənub tərəfindən Əl-Foutah bağı ilə əhatələnib.
Kral Əbdüləziz Tarix Mərkəzi Konsepsiya olaraq Səudiyyə Kral Komissiyasının həyata keçirdiyi Qasr Al-Hukm inkişaf proqramının tərkib hissəsidir. Bu nəhəng şəhəriçi abidə Ər-Riyadın tarixinin memarlıq xüsusiyyətləri ilə sintez olunmuş dizayndadır və təkcə şəhərin deyil, bütün ölkənin mədəni irsini, mənəvi ruhunu əks etdirir.
Biz Azərbaycan oxucusunun təsəvvüründə qalması məqsədi ilə Kral Əbdüləziz Tarix Mərkəzini ərəb və ingilis dilində olan məqalələrdən öyrənib bildiklərimizlə təsvir etməyi zəruri hesab edrik. Ancaq kaş ki, bu nəhəng komleksi biz tam olaraq gəzib-görə biləydik. O zaman təsvirlərimiz daha aydın və dolğun olardı. Beləliklə, Kral Əbdüləziz Tarix Mərkəzində İctimai Park, onunla bərabər beş əsas hasarlanmış və açıq park, gözəl üslubda palma ağacları, Milli Muzey, Qədim Əsərlər və Muzeylər Baş Qərargahı, Əl-Murabba Sarayı, Ənənəvi Palçıqdan tikilmiş binalar, Darat Əl-Malik Əbdüləziz, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və müasir yol şəbəkəsi, həmçinin məscid, bir sıra kommunal xidmət obyetləri yerləşir.
İlərboyu Səudiyyədə yağış yağmadığı üçün yaşıllıqların qorunması əsas məsələlərdəndir. Bu baxımdan Kral Əbdüləziz Tarix Mərkəzində meşəliklər, köhnə quyudan su axını, xüsusi diqqət və qayğının əyani nümunəsi kimi, ekoloji cəhətdən faydalıdır.
Ər-Riyadın 20.000 m2-lik Maydan Palaza Hoteli də Kral Əbdüləziz Tarixi Mərkəzindən 8 dəqiqəlik məsafədə yerləşir və müxtəlif bayramlar və bayramlar zamanı sosial və mədəni şənliklərə ev sahibliyi edir. Maydan Hotelinin şimal hissəsində yenidən qurulmuş qədmi su quyusu süni gölü doldurur, gözəl fəvvarəni fasiləsiz təmin edir.


Məqalə üçün fakt-dəlil axtarışına çıxdığımızda ərəb dünyasının ənənəvi Xurma ağacı ilə bağlı maraqlı məlumatla qarşılaşdıq. Demə Xurma ağacının rəmzi mənası səbir və şükran - minnətdarlıq imiş. Əlbəttə ki, Allaha şükür. Bu rəmzin tarixi olduğu qədər, müasirlik baxımından da mənası böyükdür. Bir misal, Səudiyyə Ərəbstanı minilləri səbrlə, şükranlarla bu yüksək inkişaf dövrünə yetişməyibmi?! Bu da bizim üçün çox cazibədar bir simvolika oldu: Kral Əbdüləziz Tarixi Mərkəzində xurma ağacları Krallığın mübarizə illərinin ifadəsi məqsədilə düşünülmüşdür. Kimin ağlına gələr, xurma ağaclarını saysın?.. Nə yaxşı bu yazılıb və SƏK ilə maraqlananlar oxuyub bilirlər ki, yüksək yerdə, üzü Maydan Palazaya yərəf 100 xurma ağacı - palma vahəsi, yəni meşəliyi Krallığın qurulmasından 100 il keçdiyini ifadə edir.

Səudiyyə Ərəbstanı Krallğının Kral Əbdüləziz Tarix Mərkəzində bizim tamaşa etdiyimiz Səudiyyə Milli Muzeyi əsas maddi-mənəvi tarixi mirasdır.
Ərəblər öz milli Muzeylərinin dünyanın bütün məşhur muzeyinlərindən fərqlənməsi məqsədi ilə çox tədqiqatlar aparmış, düşünmüş-daşnmıış və nəhayət 28.000 m² ərazidə muzeyin əsas obyektlərindən və 10 qalereyadan ibarət ikimərtəbəli və əsl milli mədəniyyət abidəsi (Milli Muzey) yaratmışlar.
Təsadüfi deyil ki, Səudiyyə Ərəbstanı Krallğının Milli Muzeyinin baş memarı məşhur Yopon əsilli Kanadalı memar Raymond Moriyamadır. Raymond Moriyama Britaniya Kolumbiyası, Vankuverdə anadan olmuşdu. Həyatı, taleyi əzablarla dolu (4 yaşında ağır yanıq xəsarəti alıb, II dünya müharibəsi illərində əvəl atası, sonra özü həbs edilib) olan Raymond Moriyamanın xoşbəxtliyi dünya üzərində qurub-yaratdığı muzeylər və digər abidələrlə yanaşı 5 övladından ikisinin peşəsini davam etdirməsi, Kanadanın tanınmış memarları olası idi. Bu memar Yapon memarlıq ənənələrini Qərb mədəniyyətinə gətirməsi ilə də tanınır.
Raymond Moriyamanın bu konsepsiyası qədim ərəb və İslam müsəlman tarixinin mədəniyyət ənənələrinin müasir Qərb, ABŞ mpdern memarlıq, arxitektura xüsusiyyətləri ilə təzahür etmişdir.
Miili Museyin 8 əsas, iki də əlavə idarəçilik zalından ibarətdir.



Muzeyin ilk qalereyası, “İnsan və Kainat” zalının ümumi sahəsi 1500 kvadratmetrdir və məzmun etibarilə milyonlarla il əvvəl Yer kürrəsində və Kainatda cərəyan etmiş fenomen hadisələri, Günəş sisteminin təkamülünə təkan vermiş, dialektik inkişafa təsir etmiş təbii amilləri əks etdirən 451 arxeloji tapıntı nümunəsini təqdim edir. Bu kolleksiyaya göydən yerə nə “niyyətləsə” enmiş meteor, nəsli kəsilmiş mamont skletnin maketindən tutmuş çoxsaylı ibtidai “prehistorik” dövrün insanının məişət avadanlıqları, habelə bizim eradan əvvəl - 4500-4000-ci illər arasında mövcud olmuş qədim Mesopotamiya mədəniyyətinin bir hissəsi, bizim eradan yeddi min il əvvələ kimi tarixdə izi görünən lakin mənşəyi naməlum Ubayd sivilizasiyasının çiy kərpicdən tikilmiş evlərinin,digər də memarlıq, əkinçilik, saxsı qablar, zinət əşyaları, oyma və s. sənətkarlıq işləri daxildir. Bir sözlə Kral AbdulƏziz Tarix Mərkəzinin məcazi desək, düz ürəyində yerləşən və Səudiyyənin döyünən ürəyi, düşünən beyni olan Milli Muzeyin bu ilk zalındakı eksponatlar seyrçi ilə dialoqa girib, ona canlı dili ilə öz tarixi hekayəsini anladır.
Diqqətli seyrçi də aid olduğu bəşərin formalaşması və ibtidailikdən şüurlu İnsanın yaranışı dialektikasında üzə çıxan faktları və reallıqları əks etdirən eksponatlar bir-birini əvəz etdikcə heyrətini, heyranlığını ləndirici meteor daşı, müxtəlif kitabələr, maketlər və s.v. i.a. tarif lövhələri ilə “şəkil çəkdirmə” imkanı daxilində ifadə edir. Beləcə əcdadlarımızın yaşamaq üçün düşündükləri evlər, orların xüsusi üslubu bizi seyr etdiyimiz mamont kimi qorxulu heyvanlar, sərt hava şəraitində tarixi inkişafın xüsusiyyətləri ilə “tanış etdi”. Bəşərin Ərəbstan səhralarında itkiləri kimi yeri və kainatı fəthi fikrini də məntiqi düşüncə ilə tamaşaçıya transilasiya edir. Misal var, gör hardan-hara gəlmişik... Elə bu milli muzeyin yaranması bizim yüksək svilazasiyamızdan xəbər verən ən əsaslı reallıq deyilmi?..
Muzeyin ikinci Zalı - Qədim Ərəb Krallığı zalı adlanır. Qədim Ərəb Krallığı zalınının da ərazisi 1500 kvadratmetrdir. Amma bu Zalda birinci qalereyadan daha çox - 659 artefakt təqdim olunur. Məzmununa görə 3 hissədən bu Qalereyada tamaşaçı eramızdan əvvəl IV minillikdən ta eramızın II əsrinə qədər olan geniş bir zamanda dəyişən sivilizasiyaların yüksəliş dinamikası ilə qədim ərəb krallıqları, orta ərəb krallıqları və müasir ərəb krallıqları haqqında məlumat alır və təbii divar rəsmləri, müxtəlif eksponatlarla tanış olmaq fürsəti qazanırlar. .... Səudiyyə mili Muzeyinin əsas məzmununu təşkil edən ikinci əsas sərgi Ərəbistan Yarımadasının və ya Ərəbstanın yaranması, inkişafı haqqındadır. Tarixi mənbələr göstərir ki, Ərəbistan Yarımadasında və ya ( şibhu l-cəzīrəti l-ʿərəbiyyə) Ərəbistanda ilk insanlar 130.000 il əvvəl məskunlaşmışlar. Ər-Riyad bölgəsində arxeoloji qazıntılar nəticəsində tapılan aşel mədəniyyəti(daş)alətləri hətta ilk insanların Ərəbstan yarımadasında 188 min il əvvəl mövcud olduqlarını təsdiqləyir(ArabianPeninsula. https://www.jatland.com/home/Arabian_Peninsula). Həmçinin tarixən başdan-başa səhralardan ibarət olmuş Ərəbstan yarımadasında sərt iqlim şəraiti bu torpaqlarda tamamilə çayların kökünü kəsmiş, insanlar xüsusən İslamın yaranıb, genişlənməsinə dövrünə qədər Məkkə, Mədinə kimi məşhur ticarət mərkəzlərindən başqa şəhərlərdə məskunlaşmamışdır.
Milli Muzeyin Üçüncü zalı 500 kvadratmetr sahəlik məkanda İslamdan əvvəlki dövrün hadisələrini canlandırır. Üçuncü zalda eramızın dörd yüzüncü ilindən başlayaraq, Məhəmməd Peyğəmbərin (s.s.) dünyaya gəlməsinə qədər olan dövr 392 bir-birindən qiymətli eksponat vasitəsilə təsvir olunmuşdur. dan ibarətdir. Əsasən Məhəmməd Peyğəmbərin(s.s.) aid eksponatlarda Ərəbistan Yarımadasında yaşamış ərəb qəbilələri, onların məskənləri, adət-ənənələri, inancları, həyat tərzləri, gündəlik məişətləri və s. sosial-iqtisadi (ticari), mədəni amillər qabarıq şəkildə təsvir olunmuşdur.
Milli Muzeyin 350 kvadratmetr sahəsi olan Dördüncü zalında əsasən Məhəmməd Peyğəmbərin(s.s) Məkkədən Mədinəyə hicrəti hadisələrinin təsvir olunduğu uzunluğu 42 metr və eni iki metr olan divar rəsmi, həzrət Xəlifə Osman bin Əffanın Quranı, həmçinin onun həyatına aid hadisələri əks etdirən və digər eksponatlar nümayiş etdirilir.
Səudiyyə Ərəbstanı Milli Muzeyində buradan başlayaraq əsas maraq doğuran “İslam və Ərəbistan yarımadası” Zalı gəlir. Bu Qalereya dolğun məzmunlu eksponatlarla öz tamaşaçısını alıb aparır genləri ilə ona tanış və doğma mənəvi-ruhi aləmə. Beşinci - İslam Zalı və Ərəbistan Yarımadası zalında 1200 kvadratmetr sahədə bəzi İslam antikvarları və illüstrasiyaların daxil olduğu 1146 artefakt dır. Salonda nümayiş etdirilir.
Əlbəttə Ərəbstan, onun baş tacı Səudiyyə Ərəbstanı Krallığının Milli Muzeyi ola, İslam dövrü ola, bir aləm maqnit kimi öz cazibəsi altına çəjən milli-mənəvi miras bizi də dinimiz İslamın yaranmasından qüdrətli İmperiya dövrünə və sonrakı inkişaf tarixlərinə apardı. Bütün sözünün ifadə etdiyi tamlığı şüurumuza yükləyə bilməsək də biz İslam dini və İslam mədəniyyəti haqqında xeyli məlumat ala bildik.
... Ərəbstan axı qaynar qırmızı qumların yandırıb yaxdığı, hər igidin məskunlaşmaq üçün qurub-yarada bilmədiyi bir coğrafi ərazidir. Onu vətən etmək üçün insanlar nə vaxt ürəkləndi? Bunu Ərəbstanın eləcə də Səudiyyə Ərəbstanı Krallığının Milli Muzeyinin İslam dövrü sərgi nümunələri dolğun əks etdirir.

Beləki, əsasən İslam dininin peyğəmbəri Məhəmməd peyğəmbər (s.s) Ərəbstan qəbilələrini İslam Bayrağı altında Birləşdirdikdən və 622 –ci ildə Ərəbistanda vahid İslam Dövləti qurduqdan sonra Ərəbstan yarımadasına geniş insan axını üz tutmuş və İslam dövləti genişlənmiş, güclənmişdir. Məhəmməd Peyğəmbərin vəfatından sonra onun inandığı, yaxın dostu Əbu Bəkr hakimiyyətə gəlir və Ərəb qəbilələrinin üsyanını yatırdır. Bundan sonra Əbu Bəkr Bizans İmperiyasına hücum edir. Onun vəfatından sonra xəlifə Ömər, Osman ibn əl-Əffan və Əli ibn Əbi Talib İslam imperiyasına rəhbər gəliblər. Əl-xulafa' ər-raşidun kimi tanınan, başqa sözlə desək 4 xəlifə və ya Raşidun – yəni "doğru yol göstərən" xilafət dövründə Raşidun xəlifələri, daha sonra, - 661-ci ildən “Əl-xulafa' ər-raşidun” varisləri Əməvilər dövründə İslam imperiyası orduları Bizans ordusunu, Fars İmperiyasını qətiyyətlə məğlub etmiş, Orta Asiya, Yaxın Şərq, Şimali Afrika, İtaliyanın cənubu və Pireney yarımadasına qədər fəth edərək böyük miqyasda əraziləri Ərəbistana birləşdirmiş və böyük bir ərazidə 1 əsr (750-ci ilə kimi) siyasi gücə malik olmuşdur. Təsadüfi deyil ki, Ərəbstan Yarımadası 3.237.500 kvadrat kilometr əraziyə malik olmaqla dünyanın ən böyük yarımadası oldu. Ərəbstan Yarımadasındakı ölkələrin reytinqində Ərəbistan yarımadası öndədir və burada əsasən ərəb, müsəlman olmaqla 80 milyona yaxın insan yaşayır (King Abdulaziz Historical Center Project. https://www. rcrc.gov .sa/ en/ projects/kahc).
Haşiyə: Milli Muzeydə Peyğəmbərimiz Məhəmməd Peyğəmbərdən(s.s) biz müsəlman nəsillərə miras qalan qara rəngdə, üzərində müqəddəs Quran yazıları olan möhtəşəm Kəbə qapısı eksponatı (adamın esponat deməyə dili də gəlmir ) Muzeyi gəzmək imkanı tapmış bizi uzaqlardan gəlmiş ziyarətçilərielə cəlb etmişdi ki, ayrla bilmirdik. Biz bir kənara çəkilib kainatın sirləriidən tutmuş, yerlərin, okeanların və bizə bəlli tarixlərdən bugünki dövr qarışıq cərəyan etmiş və edən hər şey haqqında Müqəddəs Kitaba əllədimizi “gizlincə” uzadıb dualar və şükürlər edirdik. Niyə gizicə?. Ona görə ki, əvvəla biz Muzeydə idik və bir addımlığımızdan, uzaqlara qədər bu əvəzsiz tarix və sənət məkanını əllərindəki vidio kameralara çəkən jurnalistlərin, tele repartyorların əhatəsndəydik. Qəribə görünməmək üçün nə qədər bir kənara sıxılsaq da dualarımızı, şükürlərimizi “göndərdiyimiz” və kövrəkliyimiz böyük həvəslə çəkiliş edən bir ərəb jurnalistin gözündən qaçmadı.
Yeri gəlmişkən, Muzeydəki ağır məzmunlu sərgilər estetik zövq, maarifləndirici təsirə malik olduğundan güclü kondisionerlər işləsələr belə hava çatışmamazlığı vardı. Ümumi qaydalara görə su içmək də qadağan olduğundan (yaxşı ki, muzey nəzarətçiləri yardım etdilər) bir az narahatlıq yaşadıq. Həm də çox sürətli idi baxış. Qalereya geniş, eksponat çox və həddən artıq maraqlı, düşündürücü, birinə baxırsan, ikinciyə, üçüncüyə və artıq ekskursovod başqa salona gedir. Biri-birini əvəz edən lap nağıllardakı 40 qapını xatırladan geniş, yarıişıqlı dəhlizlərdə itmək də olar. Bu isə vaxt itkisi və nizamsızlığa gətirib çıxara bilər.
Biz də az vaxtın daxilində bütün Muzeyi bacardıqca yaddaşımızın necə deyərlər “d diskinə” köçürüb tarixi seyrə davam etdik.
Bu Muzey qaynar səhraların üzərində minillərin taixindən yola çıxan maddi-mənəvi miras əsasında yaranmışdır və bizim qanımızı coşdurması, doğmalıq “ilmələri” ilə yaddaşımızı toxuması, yuvası elə bəlkə bu tarixlərin bir küncü olan ruhumuzu oxşaması ilə bizə doğmadır, əzizdir. 100 tarixi və ya zəngin, geniş Milli Muzey bizə bu sadaladığı mənaları əvəz edə bilməz.
Səudiyyə Milli Muzeyinin altıncı zalı - birinci və ikinci Səudiyyə dövlətinin Qalereyası başlayır. Milli Muzeyin altıncı zalı - 261 eksponatın yerləşdirildiyi 900 kvadratmetrlik və iki hissəyə bölünmüş altıncı zalında İmam Məhəmməd bin Səud tərəfindən 1139-cu ildən süqutuna qədər – yəni, hicri 1233-cü ilə qədər olan Səudiyyə dövlətinə, ikinci hissədə isə hicri 1240-cı ildə İmam Türki bin Abdullah tərəfindən qurulan və hakimiyyətdən gedişi ilə başa çatan ikinci Səudiyyə dövləti və Hicri 1309-cu ildə Ər-Riyaddan olan İmam Əbdürrəhman bin Feysəl dövlətinə aid sənədlər təqdim olunur. Bu qalereyada birinci Səudiyyə dövlətinin paytaxtı Diriyyə və ikinci Səudiyyə dövlətinin paytaxtı Ər-Riyadın tarixi maketləri və vidio çarxlar maraqla qarşılnır. Bundan sonra ideya və məzmunu tamamlayan - Səudiyyə Ərəbistanı Krallığının birləşməsi haqqında olan ilə bağlı müstəsna filmlə başlayan “Krallığın Birləşdirilməsi adllanan” və bugünki hakimiyyətin sələfi, hicri 1319-cu ildə mərhum Kral Əbdüləziz bin Əbdül Rəhman Əl Səudun qurduğu üçüncü Səudiyyə dövlətinə həsr olunmuş Yeddinci Zala keçid alırıq. Burada Kral Əbdüləziz bin Əbdül Rəhman Əl Səudun həyata keçirdiyi nəhəng quruculuq işləri nümayş etdirilir.



Səudiyyə Milli Muzeyinin sərgiləri səkkizinci - “Həcc zalı və İki müqəddəs məscid” qalereyası ilə yekunlaşır. Yekun Zal sahəsinə görə 9800 kvadratmetr) geniş olsa da burada nisbətən az sayda eksponat nümayiş etdirilir. Əsasən, Həcc ziyarəti, İki Müqəddəs Məscidin memarlıq xüsusiyyətləri, ayinlər və və s. nümayş etdirilir.
Səudiyyə Milli Muzeyinin bir əsas əhəmiyyəti də onun beynəlxalq muzeylər və mədəniyyət obyektləri ilə mədəni və sosial əməkdaşlıq körpüləri qurması, müxtəlif beynəlxalq sərgilərə ev sahibliyi etməsidir.
.. Xatırlatmaq yerinə düşər, Səudiyyə Ərəbstanı Krallığının Milli Muzeyi Ər-Riyad şəhərinin Murabba məhəlləsində. 1998-ci ildə (hicri 1419) Kral Abdul Aziz Mərkəzi kompleksinin yanında açılmışdır. Səudiyyə Ərəbistanı Krallığının Milli Muzeyi quruluşca Girişdən Çıxışa kimi 25 ilin məntiqinə uyğun müasir üslubdadır. Bu şüurda titrəyişə səbəb olur. Bəlkə də elə belə yaxşıdır. Adam tarixə qapılıb bu Muzeyin möhtəşəm modern dizaynın sahibi bugünü unutmur.
Yarıqaranlıq, 3700 mirasa malik nağıllar aləminə bənzər Səudiyyə Ərəbistanı Krallığının Milli Muzeyindən çıxarkən bizi ölkənin “Günəş” – kainat məzmun və mahiyyətli təbii Muzeyi qarşıladı. Ətrafda İnsanlar qaynaşırdı. İrqləri, millətləri, əhval-ruhiyyələri və s. cəhətdən fərqli İnsanlar. Günəş əbədiyyət, Səudiyyə tarix, insanlar müasirlik...
Qırmızı rəngli, ruzulu qumların burulğanından çıxmış, gələcəyə doğru inamla addımlayan yeni Səudiyyə Ərəbstanı Krallığı ölkəsinin Günəş çətirli yolları və səbr, şükran rəmzi Palma –xurma ağaclarının kölgəsi bizi sirli ahəngi ilə düşüdürür, gördüklərimizi yazmağa, hələ dərinlərdə yatan çox mövzuları üzə çıxarmağa səsləyirdi. Doğrudan da elmi tədqiqatçılar üçün Səudiyyə Ərəbstanı Krallığında elmin müxtəlif sahələri, xüsusən də humanitar və ictimai elmlər sahəsi üzrə çox əhəmiyyətli və aktual mənbələr, məxəzlər vardır.

Davamı olacaq











20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031