"Qəhrəman" Alan Türingin “bombası” və süni intellekt fəlsəfəsi
Gündəm / Dunya / Elm və təhsil
Oxunub: 163
23 noy 2022 | 11:14


Xatirə QULİYEVA
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun
şöbə müdiri, fəlsəfə elmləri doktoru


Üçüncü məqalə

Bu bir gerçəkdir ki, dünya dinamik inkişafdadır, tarix iti qələmi ilə cərəyan edənləri daş kitabəsinə yazır. Bu sistemdə hər şey xırdalıqlarına kimi və ilahi ədalətin qələmi ilə yazılır. Tarixin “kitabına” süni intellektin tarixi, metodologiyası, hipotezi, bu elmin nəzəriyyəsi, o cümlədən şüurla bağlı olduğu üçün fəlsəfi təhlil və qiymətləndirmələri də dərindən-dərin şəkildə həkk edilir. Artıq uzun onilliklərdir ki, iki elm - süni intellekt və fəlsəfə (epistomilogiya, qneseologiya) tarixə eyni bir fəsil, eyni bir mündəricatda daxil olur. Əlbəttə, süni intellektin tarixi də fəlsəfənin tarixi kimi qədimdir. Ancaq Aİ-nin metodologiyası yenidir və konkret olaraq 1936-cı ildən bəri inkişaf etməkdədir.

Əsasında ingilis riyaziyyatçısı, məntiqçi, kiptoanalitik, filosof, riyazi biologiya nəzəriyyəçisi, “qəhrəman”, nəhayət həm bəxtəvər, həm talesiz Alan Turingin əsərləri dayanan süni intellekt sistemi 85 illik bir müddətdə nəzəri və təcrübi olduğu kimi tətbiqi, o cümlədən də elmi tədqiqatlar baxımından uğurlarla yanaşı böhranlarla müşahidə olunur, inkişafını dialektik şəkildə davam etdirir, həmçinin süni intellekt sistemində dəproqressif inkişafla reqressif inkişaf bir-birini əvəz etməkdədir. Metodologiyasız təcrübə, təcrübəsiz metodologiya mümkün deyil. Mahiyyət etibarilə “Ağıllı maşınlar” sisteminin elmi multidisiplinar tədqiqi kontekstində yeni-yeni nəzəri mövzuların dəyərləndirilməsi süni intellektin elmi fəlsəfəsinin, metodologiyasının inkişafını sürətləndirməkdədir.

Bundan çıxış edib deyə bilərik ki, Alan Turing dünya düşüncəsinə insanın milyonlarla sualı qarşısında “hazırcavab ağıllı maşınlar” - kompüterlər metodologiyası vermişdir ki, bu yeni svilizasiyanın inqilabi proqresi, eyni zamanda yalnız insan ağlının və praktiki fəaliyyətinin nəhəng imkanlara malik olduğuna əsaslanan düşüncənin süqutunu reallaşdırmışdır.

Ümumiyyətlə, kompüter-informasiya, süni intellekt elminin, bu sahələri nəzərə alınmadan Alaln Turingi dərk etmək mümkünsüzdür. Əlbəttə ki, Alan Türingin alim kimi fəaliyyətində digər əsas sahələr də olmuşdur. Həyatı da öz məlum və məchulları ilə maraqlıdır, ancaq bütün hadisələr onun tarixi inqilabı - müasir komputerlərin - süni intellektin atası (fikrimizcə “anası” ifadəsi daha məntiqidir) olmasını şərtləndirən əsaslara bağlıdır. Həyatı da əsl həqiqətdə bəşər övladından milyon Alandan da, milyon alimdən, milyon riyaziyyatçı və s. tamamilə fərqli məhz dahi alim həyatı, taleyi olmasına görə maraqlı və dəyərlidır. Ona görə də biz əsas diqqəti bir məqalə formatına sığa biləcək həcm daxilində Alan Mathison Türingin qəhrəmanlıqlar mahiyyətində elmdəki inqilablarına yönəldirik və əlbəttə ki sonra mənim tədqiqatımla bu nəhəng alimin elmi və həyatı ilə bağlı tamam yeni düşüncələrə yer veriləcəkdir.

Beləcə hər şey Alan Türingin 5-6 yaşlarında başladı. 3 həftə içində oxumağı, yazmağı öyrəndi. Müasir düşüncədəki kriptoqraflığın qaynağı “tapmacalara - bulmacalara” xüsusi marağı oldu. “Valideynləri onu altı yaşında St Michael's Day məktəbinə yazdırdılar. Məktəb müdirəsi Marlborough Kollecindəki (dövlət məktəbi) sonrakı müəllimlərinin çoxu kimi, onun dahiliyini çox tez müşahidə etdi”. Alan Turing 13-15 yaşlarında artıq tədris proqramından kənar bir şəkildə riyazi hesablamaları həll etməklə müəllimlərinin və ictimaiyyətin diqqətini cəlb etdi. Elə bu fərqlilikdə onun 1926-cı ildə 14 yaşında daxil olduğu Dorsetdə yerləşən Sherborne oğlanlar üçün internat məktəbinə ilk dərs günü İngiltərədə ümumi tətillə əlaqədar nəqliyyat işləmədiyi üçün altmış mil - təxminən 100 km yolu velosipedən də istifadə etmədən qaçaraq getməsi böyük marağa səbəb olmuş və mətbuatda işıqlandırılmışdır.



Bu qeyri-adilik 16 yaşında intellektual sahədə kosmik səviyyədə parladı. Belə ki, dünya elmi fikrində Alan Turingin sayəsində (1928-ci ildə) məşhur fizik alim Albert Eynşteyn məntiqi-riyazi metodu dərk olundu və ilk dəfə olaraq Eynşteynin hərəkət qanunda ekstrapolyasiya - (“məlum ardıcıllıqdan ardıcıllığın naməlum elementlərini çıxarmaq”) edildi.
Onu da qeyd edək ki, həmin illərdə Turing “Turing maşınları” olaraq tarix düşəcək və gün belə əhəmiyyətini qoruyacaq nəzəri sistemi yaratmağı düşünüb, hətta təqdim edib. 16 yaşlı bir gəncin belə böyük elmi nailiyyətə imza atması əlbəttə ki, onun fitri istedadından xəbər verirdi.

Alan Turing riyaziyyat elmi sahəsində ən böyük uğurlarını 1931-1934-cü illərdə İngiltərənin qədim yaşayış mərkəzlərindən biri Kembric (Cambridge) şəhərində eyni adlı universitetin nəzdində fəaliyyət göstərən Kings oğlanlar üçün Kral kollecində dövrün tanınmış riyaziyyatçılarından biri Godfrey Harold Hardynin sinfində oxuyarkən əldə edib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Alan Turing kral kolleci kimi adlanan bu nüfuzlu kollecə üzv seçilir.
Alan Mathison Turing 1936-cı ildə, yəni 24 yaşında isə “On Computable Numbers, with an Application to the Entscheidungsproblem” (“Entscheidungs problemleminə bir tətbiq ilə hesablanmış rəqəmlər haqqında”) adlı məqalə ilə meydana atılır. O, bu əsərdə informatika elmini güclü bir sıçrayışla irəli aparan və onun adını dünya elmi düşüncəsinə əbədi həkk edən, müasir universal kompyuterlərin necə deyərlər “atası” sayılan “Turing machine”ni tətbiq etdi.
O, dünyaşöhrətli elm triumfu “Turing machine” ni, nəhəng elmi yeniliyi tətbiq etdi. Ancaq bu “maşınının” Kurt Gödelin 1931-ci ildə sübut və hesabla sahəsində əldə etdiyi qənaətlər kimi möhkəm bünövrəsi vardı. O, Kurt Gödel ki, demək olar ki, Alan Turingin özü və müasirləri kimi şüurlu həyatını elmə fəda etmiş və mühitinin faciəli surətdə qurbanı olmuşdu. Turing müasiri, eyni zamanda ideya ortağı - həmfikri dünyaşöhrətli Albert Eynşteynin yaxın dostu Kurt Gödel yenidən işləyib təqib etdikdən sonra onun bu maşının praktiki istifadəsinin mümkünlüyünün bütün riyazi problemlərin həllinin asanlaşacağı ideyasını sübut etmək kimi çətin bir dilemmanın öhdəsindən gəldi. Həmçinin “Turing makine” icadının Entscheidungs problemi ilə bağlı sübutları tətbiq etdi. Bu sübut müasir informasiya sisteminin, hesablama nəzəriyyəsinin, dövrü riyaziyyatın 85 il qədər böyük bir zaman kəsimində əhəmiyyətini qoruduğu məsələ - ““Turing maşını”nın nə vaxtsa dayanıb dayanmayacağına alqoritmik qərar vermək mümkün deyil” kimi Alan Turing elmi proqnozunun təsdiqi ilə bağlıdır.

Bundan sonra 1937 və 1938-ci illərdə Alan Turing Amerikanın Prinston Universitetində təhsil aldı və 1938-ci ildə hiperkomputasiya mövzusunu müdafiə etməklə fəlsəfə doktoru elmi dərəcəsi qazandı. Alan Turing 1938-ci ildə Prinston Universitetində “kompüter elminin atası” nüfuzlu tituluna layiq görülmüş o vaxtdan güclü bir sıçrayışla məşhurlaşdır. Baxmayaraq ki, Alan Turinglə həmmüasiri və məsləkdaşı Kurt Gödel arasında dostluq, əməkdaşlıq əlaqələrinin olub-olmaması ilə bağlı bir məlumatla rastlaşmasaq da hər iki tanınmış riyaziyyat və məntiq aliminin taley yolunun ABŞ Prinston Universitetindən keçməsi maraqlı hadisədir. Həmçinin də o illərdə Alan Turingin nasist zülmündən vətənləri Almaniyadan Avropaya, ABŞ-a qaçan Albert Eynşteynin 1933-1955-ci illərdə, yəni ömrünün sonuna kimi çalışdığı, Kurt Gödeli də yəhudi genosedindən qurtarıb gətirdiyi ABŞ-ın Prinston şəhərində, Prinston Universitetində qarşılaşmamaları bir qədər inandırıcı görünmür. Axı Alan Turing bu iki məşhur alimin əsərlərinə də müraciət etmiş, bəhrələnmiş və onlara istinadən dünya elmi fikri üçün dəyərli tədqiqatlarını meydana çıxarmışdır. Amma nə A. Eynşteynin nə də Gödel Kurtun onunla əlaqəsinin olduğuna dair ip ucları yoxdur.
Bununla bərabər istər Albert Eynşteyn, istərsə də Gödel Kurt Amerikaya “sığınana” qədər İngiltərədə də “daldalanmışlar”, amma bu qədər fikir yaxınlıqları olan alimlərin bir-birinin beş addımlığında görüşdükləri məlum deyil.
Əsas məsələ bu məşhur yəhudi alimlərin dəhşətli təqibləri Alan Turingin yəhudi millətini, bütünlükdə bəşəriyyəti alman nasisitlərinin soyqrımından xilas edəcək nəhəng ixtiralarına təkan verdi, ən əsas canını fəda etməsini şərtləndirdi.
Alan Turingin bir sıçrayışla məşhurlaşdığı dövr İkinci dünya müharibəsinin başlandığı illərə təsadüf edir və dünya onu alim kimi tanıyır ondan faydalanır.
Məsələn mükəmməl riyaziyyat və kriptologiya təhsili alan Türingin həyatında Hökümət Kodu və İngilis kodu pozan bir təşkilat olan Bletchley parka rəhbərlik, Cypher Schoolda çalışması, habelə müharibə dövründə kod pozulmasında lider olması və Alman Enigma şifrəli siqnalların deşifrində istifadə olunan kriptoanaliz sahəsində beş böyük irəliləyişi özündə birləşdirən “Kod” və “Super Məktəb” kimi iki əsər yazması əlahiddə mühüm əhəmiyyət kəsb edir. Tarixi faktlar sübut edir ki, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbədə, müharibənin gedişatının dəyişdirilməsndə, onun bir neçə il tez sonlanmasında, yəhudi xalqının Holokost soyqırımından xilas olması kimi tarixyüklü hadisədə ən çox haqqı olan yüzlərlə alim, siyasətçi, mütəxəssislər arasında əsas şəxslərdən biri Alan Turing olmuşdur.

Belə ki, İngiltərə 1939-cu ildə almanların, daha dəqiq desək, nasistlərin öz planlarını şifrələdikləri Engima maşınlarını “qırmaq” məqsədilə “Hökumət Kodu və Şifrə Məktəbi” - GCCS-ni qurdu və İngiltərənin ən güclü riyaziyyatçısı Alan Turing bu quruma rəhbər təyin olundu. Alan Turing işə ilk başlarkən 1938-ci ildə Polşa kriptoanalitiki Marian Rejewski tərəfindən yaradılmış ilk “kriptoloji bomba”n nəzəri cəhətdən sistemləşdirdi və onun əsaslı surətdə inkişaf etdirdiyi maşın düşmən tərəfin 36 Enigması gücündə idi. Onu da qeyd edək ki, Alan Turingin rəhbərlik etdiyi Bletchley Park GCCS-də güclü kod qıranlar komandası fəaliyyət göstəririrdi. Onlar arasında adi (ali təhsilsiz) makinaçı qızlardan tutmuş, yüksək dərəcəli riyaziyyatçılar, dilçi alimlər və s vardı. Alan Turingin yaratdığı bombanın ilk variantı, başqa cür desək, Turingin bombasının 2 ton yarım ağırlıqda olan ilk nəsli 1940-ci ildə tətbiq olundu. Bundan sonra - 1944-cü ilə kimi Colossus - Kolocc da daxil olmaqla ikinci dünya müharibəsinin sonlanmasını sürətləndirən, hər ay 100.000 (minə) yaxın kodu qıran 200-dən çox Turing “Bomba” tipli kompüterləri quraşdırılıb ki, bu Alan Turingin müharibədə İngiltərənin böyük uğurlarına səbəb olmaqla bərabər, həm də bütün dünyada faciələrin yaşanmamasında, Holokosta son qoyulmasında, ümumilikdə, müharibənin bitməsində nəhəng xidmətlərini təsdiqləyir.

Ona görə də İkinci Dünya Müharibəsindən sonra Alan Mathison Turingin almanların Enigma kodunu qıran riyazi-nəzəri sistemini “bombe” - bizim dilimizdə və ümumiyyətlə dünya dillərində anlamı nəhəng dağıdıcı güc mənasını verən nəhəng “bomba”, özünü (U.Çörçillin təbirilə) “qəhrəman” adlandırmışdılar. Alan Turingin bu əvəzsiz xidməti haqda bir qədər ətraflı yazmalıyıq. Belə ki, Alan Turing arxiv sənədləri və ümimiyyətlə, alimin zəngin bioqrafiyasında “Alan Turing bombası” kimi xüsusi yer tutan - “bombe” elmi nailiyyəti İngiltərədə almanların “Enigma Code” adlanan və mühüm gizli mesajlarını şifrələmək məqsədi ilə yaradılmış bir informatika sistemi idi.

Əlbəttə təhlükəsizlik və məxfilik əsasları ilə Alan Turingin təkrar edirəm, nəhəng elmi nailiyyətləri - “bombaları”nın dolğun məzmunu və dərin mahiyyəti dünya elmi təfəkkürdən gizli saxlanılıb və ümumiyyətlə, onun qısa ömrünün 27-33 yaşları arasındakı (1939-1945) elmi işləri, yəni Bletchley Park dakı fəaliyəti elmi ixtiraları itirilib. Müharibədən sonra 1946-cı ildə Bletchley Parkda kod qırma əməliyyatları dayandırıldı. İngiltərə baş naziri Uinston Çörçilin əmri ilə müharibə dövrü fəaliyyətinin şah damarı Turing “Bombalarının” əməliyyatları, o cümlədən “Ultra” sisteminin izləri, deşifrə olunmuş bütün məlumatlar məxfilik bəhanəsi ilə məhv edilib.

Alan Türingin elmi fəaliyyətində 1940-cı illərdə böyük uğurları sırasında London Milli Fizika Laboratoriyasında Avtomatik Hesablama Mühərrikinin dizayn işlərinə rəhbərlik etməsi, son dövrlərdə - yəni təxminən 70 il sonra dünya səviyyəsində geniş istifadə olunan və həm də ilk fərdi, mağaza proqramlı kompüterlərin tətbiqinə start verməsi hadisələri də əhəmiyyət kəsb edir.


Alan Turingin elmi marağı çərçivəsində qədim oyunlardan - şahmatın proqramlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Böyük alim hələ müharibə illərində kriptoanaliz sahəsini inkişaf etdirərkən güclü Enigma kodlarını qıran Bomba (Bombe) kompüterlərin dərin məntiqə əsaslanan şahmat və digər oyunları da oynaya biləcəyi fikrini irəli sürmüşdür.

Alan Mathison Turing bu ideyasını “King's College”dən və eləcə də Kembricdəki Winchesterdən dostu məşhur ingilis riyaziyyatçısı və iqtisadçı David Gauven Champernouvne ilə ciddi müzakirə etmiş və onunla birlikdə “Turochamp” şahmat proqramını ixtira etmişdir. “Turochamp” şahmat proqramında oyununda Turing “makinasi” - kompüter insan oyunçu ilə əsl mənada yüksək intellekt səviyyəsində şahmat oynayır. “Turochamp” habelə şahmat oyununun mümkün olan “gedişlərini” həyata keçirir.

Lakin onu da vurğulamaq istərdik ki, Alan Turingin belə bir dolğun savada malik və zəngin təcrübəli alimlə 1948-ci ildə “Turochamp” kompüter şahmat oyunları proqramını ixtira etməsi nə qədər maraqlı elmi yenilik olsa da “dostlar” bu işlərini tamamlaya bilməmiş və bu ilk kompüter oyununun kompüter elmləri və maşın öyrənməsi üzrə tədqiqatların bir hissəsi olaraq qalması təəssüflə qarşılanır. Alan Turing nə qədər həyati təhlükə, psixoloji gərginlik içində olmasına baxmayaraq 1951-1952-ci illərdə “Turochamp”ın kompüterlərdə işlədilə bilən formata sala bilməmişdir. Hətta Turing kompüter alimlərindən Alick Glennie “Turochamp”-ın proqramını təcrübədən keçirdi - yəni öz əlləri ilə şahmat oynadı lakin bütün cəhdləri uğursuzluqla nəticələndi. Alan Turingin qəfil faciəli ölümü isə onun bu mürəkkəb proqramı kompüterə tətbiq etmək kimi böyük arzusuna son qoydu. A.Turingdən sonra 15 il yaşamış riyaziyyatçısı və iqtisadçı David Gauven Champernouvnenin bu işi davam etdirməməsi, hətta orijinal proqram dizaynı qorumaması “Turochamp”-ın əsl mənada Turing kəşfi olmasını bilavasitə təsdiqləyir.

Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, David Gauven Champernouvne İkinci Dünya Müharibəsinin əvvəlində Uinston Çörçillə kəmiyyət məlumatı vermək və ona qərarlar qəbul etməkdə kömək etmək üçün baş nazirlik ofisinin statistik bölməsində daha sonra 1941-ci ildə Təyyarə İstehsalı Nazirliyində proqram direktoru vəzifəsində çalışmışdır. Champernouvne 1945-1948-ci illərdə Oksford Statistika İnstitutunun direktoru olmuşdur. Həmçinin David Gauven Champernouvne Oksford və Kembric Universitetlərinin İqtisadiyyat və Statistika professoru (1948-2000) olmuşdur.

Əlbəttə tarix hər şeyi yadda saxlayır və ya unudulmağa qoymur. 2012-ci ildə Mançesterdə Alan Turingin 100 illiyi münasibəti ilə tədbirlər üçün məşhur “Turochamp” istirahət mərkəzinin yaradılması da və çox sayda “Turing” adı ilə yaddaşlarda yaşayan fenomen hadisələr buna sübutdur.

Alan Mathison Türinqin elmi irsində 1952-ci ildə dərc olunmuş “Morfogenezin kimyəvi əsasları” əsəri də xüsusi yer tutur.

Alan Türing 1950-1952-ci illər elm istiqamətində böyük tarixi nailiyyətlər əldə etsə də elə 1952-ci ildə qurbanı olduğu bir təsadüfi hadisədən sonra həyatının sonunu sürətlə yaxınlaşdıran acı tale ilə bərabər addımlamış və 1954-cü ildə, 42 yaşında müəmmalı şəkildə vəfat etmişdir.

Nəhəng alimin əsərləri ölümündən 40 il sonra toplu halında dərc olunmuşdur və artıq dünya 28 ildir ki, Alan Türingin süni intellekt sistemindən geniş surətdə bəhrələnir, onun açdığı yolla irəliləyən alimlər nəsli öz yenilikləri ilə Aİ elmi və təcrübi nailiyyətlərini inkişaf etdirirlər. Biz bu haqda science.gov.az saytında “Qəhrəman Alan Türingin “bombası” və süni intellekt fəlsəfəsi” başlıqlı iki məqalədə və eləcə də ABŞ, Türkiyə, Polşa, Pakistan elmi nəşrlərində çap olunmuş “Süni intellektin tarixi, metodologiyası və hipotezi”, “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri”, Dünya Süni İntellekt Sisteminin İnkişafında Lotfi A.Zadeh Fenomeni. (LÜTFIZADƏ – 100)” “Covid-19 in the Context of Artificial Intelligence: Successes and Challenges”, habelə “Minilliyin hesabatlarının həyat fəlsəfəsi və 2020-ci ilin gerçəkləri...” və başqa məqalələrimizdə geniş yazmışıq.

Müəllifi Jonathan Schilling olan “Uinston Çörçill, Alan Turingin nasist Almaniyasına qarşı müharibədə müttəfiqlərin qələbəsinə ən böyük töhfə verdiyini söylədi” adlı məqalədə Çörçilin Alan Turingi tərifləməsi, bilavasitə “qəhrəman” adlandırması fikri bu haqda yazılı mənbənin olmaması, Turingin kodpozma fəaliyyətinin ölümündən 10-15 il sonraya kimi hətta yaxın dostlarından belə sirr saxlanılması və şifahi deməsinə gəlincə, bunun Çörçill xarakterinə zidd olması və s. arqumentlərlə ilə təkzib edilib. Buna biz Çörçillin 1941-ci ilin sentyabrında Bletchley Parkına səfəri zamanı Turinglə tanış olmasına, ikincinin həmkarları ilə bərabər baş nazirə inzibati resursların artırılması xahişi ilə müraciət etməsinə, hətta Çörçillə xüsusi köməkçisi, Turiingin kollec və universitetdən dostu Champernouvnenin təsir edə biləcəyi ehtimalına göz yumaraq, Uniston Çörçilin məxfilik məqsədilə ümumiyyətlə, A.Turing fəaliyyət arxivini bütünlüklə məhv etmək əmrini verdiyi əsasını əlavə edib, müəllifin iddiasını qəbul edə bilərik.

Lakin bunlar nəhəng alim, ikinci dünya müharibəsini bitirən Alan Mathison Turingin qəhrəmanlığına kölgə sala biməz ki!.. Turingin fəaliyyətinin əsl arxivinin, eləcə də özünün məhv edilməsindən ötən 110 ildə nəhəng alim və kəşfləri tarixin aynasından daim parlaqlıqla görünmüş, ona əbədi dünya şöhrəti - əbədiyaşarlıq bəxş etmişdir.

Bu tarixi gerçəklərə Alan Turingin alim həmkarlarının və Bletchley Parkdakı əməkdaşlarının - məşhur kodqıranların “məhv edilməmiş” bioqrafiyaları da canlı şahidlərdir.

Onlardan “şahidlərdən” ikisini bu yazıda yada salmağı labüd hesab edirik. Həmin Ultra kəşfiyyatçılardan biri Joan Elisabeth Lowther Clarke, digəri yəhudi kod qırıcılarından biri Rolf Noskuvithdir. Bu kəşviyyatçı kriptoanalitikləri ona görə seçirik ki, onlar fəaliyyətləri ilə olduğu kimi şəxsi əlaqələr ilə də AlanTuringə yaxın olublar.

Əvvəlcə bu mütəxəssis şəxsiyyətlərin Bletchley Parka gəlib çıxa bilməsinin əsas səbəbini diqqətə çatdıraq. Belə ki, İkinci Dünya müharibəsi 1939-cu ildə artıq güclənərək genişlənirdi. Ona qarşı ən böyük qüvvə Bletçli Parkda Alan Turingin yerləşdiyi “daxmada” fəaliyyət göstərən Hökumət Kod sındırma mərkəzi və əlbəttə ki, onun az sayda üzvlərindən biri də Joan Elisabeth Lowther Clarke idi.

Joan Clarke İngiltərənin sadə, çoxuşaqlı bir ailəsində doğulmuş, ilk təhsilini Qızlar Məktəbində aldıqdan sonra 19 yaşında Kembricdəki Neunham Kollecində oxumuşdu. Təqaüd qazanaraq qəbul olunduğu bu kollecdə birinci dərəcəli “Wrangler”, yəni yüksək təhsil dərəcəsi nəticələri göstərmişdi. Bundan sonra Clarke riyaziyyat fənni üzrə ən güclü qadın tələbə kimi fərqlənib və 1939-cu ildə Alaln Turingin rəhbərliyi ilə qurulan Bletchley Parkda “Hökumət Kodu və Şifrə Məktəbi”nin (GCCS) kod pozma əməliyyatlarında çalışmağa qəbul edilib. Onda Clarkenin 22 yaşı vardı. O dövrün ən ciddi və məxfi fəaliyyət sahəsində seçilən az sayda riyaziyyatçılar sırasında idi. Amma o, ilk vaxtlar makinalarda işləyən qadınlardan ibarət “Qızlar” qrupunda işlədi. Clarke 1940-cı ilin ortalarında “Hut 8” adlanan şöbədə çalışmağa başladı və yeganə qadın işçi oldu. Clarkenin kriptoloq kimi yetişməsində və tanınmasında Linqvist Dərəcəsinə keçməsi böyük rol oynamışdır. Clarke bu biliyi sayəsində öz komandası ilə birlikdə müharibənin ən gərgin mərhələsində elə böyük nailiyyətlərə imza atmış oldu ki, hökumət onun “Hut 8”-in rəis müavini olmasını dəstəklədi. Əlbəttə kollec, universitet həyatında olduğu kimi burda da qadın olması yüksək vəzifələr tutmasına, həmçinin də yaxşı maaş almasına mane oldu.

Bletchley Parkda çalışan bu xanım kriptoloq, riyaziyyatçı Clarke uğurlarına görə Alan Turingə nə qədər minnətdar olmuşdur, bu haqda məlumatlarımız zəifdir, amma bu yazıda önə çəkilməsinin səbəbi onun Alan Turingin dostu, sonra sevgilisi, nişanlısı olması və bir də aydınlaşdırılmasına maraqlı olduğumuz bəzi müəmmalı məsələlərdır.

... Məşhur cütlük arasında ciddi və səmimi dostluq münasibətləri Clarkenin Bletchley Parka gəldiyi gündən başladı və “məlumatlarda” bildirildiyi kimi xanım kəşfiyyatçının ömrünün sonuna kimi unudulmaz xatirəsi oldu. Tarixin diktəsinə görə Türinglə Clake çox oxşar xarakterdə idilər, zövqləri, maraq dairələri, fikirləri eyni idi. Alan Turing dostu, qısa müddət nişanlısı Clarke və öz iş növbəsini eyni vaxta salar, gənc və intellektual xanım işçisi ilə ən mürəkkəb kodların açılmasında həvəslə çalışar, istirahət vaxtlarını da birlikdə keçirməkdən zövq alardı. Alan Turingin bioqrafiyasındakı Clarkeni ailəsi ilə görüşdürməsi, ona evlənmək təklif etməsi hətta nişanlanmaları kimi bəzi məlumatlar bunu təsdiqləyir. Bunlar arasında çox uyğun bu cütlüyün sevgi münasibətlərinin Turingin şəxsi həyatındakı ciddi problemi ilə əlaqədar bitməsi, onların 2 il sonra ayrılmaları, amma Clarkenin ayrılma səbəbi Turingin homoseksuallıq xəstəliyini əslində çoxdan bildiyi, buna təəccüblənmədiyi faktları da diqqəti cəlb edir. Beləliklə, A.Turing və eləcə də J.Clarke haqqında yazılan saysız-hesabsız məqalələrdə, oçerklərdə, esselər, məlumatlar və s. də bir fikir titr kimi keçir: “O, həm də Turingin ömürlük dostu, sevgilisi, sirdaşı və onun nişanlısı idi”. Ancaq mən ciddi obyektiv araşdırmalarla xeyli fərqli və məntiqə əsaslanan faktlarla qarşılaşmışam. Bu haqda və eləcə də dahi alimin Bletchley Parka həmkarlarından biri Rolf Noskuvithindən, psixatrı (Rolfun qaynatası) Franz Greenbaum və dahi Alan Mathison Turingin həyatının bu son “enigma”larından “ölüm nağılı”da adlana biləcək dördüncü məqalədə bəhs edəcəyik.



Mənbə;www.science.gov.az saytına istinad
Dünən, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
Dünən, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
8-04-2024, 10:36
Neyroloqlar beyninizi cavan saxlamağın altı yolunu sadalayıb
5-04-2024, 15:43
“Xəridətül-əcaib və fəridətül-ğəraib” əsəri nəşr olunub
5-04-2024, 10:12
Məişət kimyəvi maddələri dağınıq skleroza səbəb ola bilər
5-04-2024, 10:09
Bioloq: Yumurtanın keyfiyyəti və faydası sarısının rəngindən asılı deyi
4-04-2024, 12:16
Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürülüb
4-04-2024, 10:03
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
4-04-2024, 09:55
Texnologiyanın sürəti gənclərlə yanaşı böyüklərə də təsir edir
3-04-2024, 10:31
Onilliklər ərzində ilk dəfə yeni antibiotik tapılıb
3-04-2024, 10:28
Bakıda beş məktəbli buraxılış imtahanlarında maksimum nəticə göstərib
15-03-2024, 15:10
XI Qlobal Bakı Forumunda iqlim ədaləti müzakirə olunub YENİLƏNİB
15-03-2024, 15:07
XI Qlobal Bakı Forumunda növbəti panel iclası: “Hər kəs üçün sağlamlıq”
15-03-2024, 11:50
Baş nazir: Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir
15-03-2024, 10:30
10 min addım oturaq həyat tərzinin nəticələrini aradan qaldırmağa kömək edir
14-03-2024, 11:28
Yazda çiçəkli ağaclardan necə qorunmaq olar? - Allergiya ilə mübarizənin başqa bir yolu...
14-03-2024, 11:23
Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930