Bütün AMEA-da "10-18" Qrafiki ilə İşə Davamiyyət Bugünki Gündə Çox Təhlükəlidir
Xatirə Quliyeva

Bir neçə gündür ki, AMEA-nın Əsas binasında yerləşən elmi-tədqiqat institutlarının əməkdaşlarından hər gün səhər 10-dan axşam 18-ə kimi işdə olmaq tələb olunmağa başlayıb.
Əvvəla onullər ərzində heç ən ciddi elmi tədqiqat institutlrında saat "10-18" iş qrafiki mümkün olmayıb. Saat 11-17- AMEA-da normal iş saatı sayılıb.
Digər tərəfdən bir neçə il əvvəl AMEA-da 18-də işıqların sönməsi, həyəcan səsinə bənzəyən xüsusi zəngin çalınması ilə iş vaxtının bitməsinin xəbər verilməsi tədqiqata “köklənmiş” işçiləri yazı-pozudan ayırırdısa, son iki ildə psixoloji gərginlik altında yenə məsuliyyət hissi ilə fikrini toplayb işləyən alimlərin əlini saat 16-dan etibarən internetin söndürülməsi, - heç bir saytın açılmaması, bundan başqa Allahın suyunun tapılmaması əməlli-başlı işdən soyudur.
Sonra pandemiya – koronavirus ölkəmizdə yayıldıqda təbii olaraq AMEA əməkdaşları da qəfil qapılarımızı döyən bu mənfur “qonaqla” üzləşdilər. Xəstələnənlər də oldu, vəfat edənlər də. Yenə təbii pross olaraq AMEA-nın 65 yaş və 65 yaş üstü əməkdaşları bir müddət işə gəlməməyə məcbur oldular. Daha sonra məlum virusun sürətlə yayılması və yoluxmaların sayının yüksək artımı bütün yaş dövrü alimlərin evdə oturmasına səbəb oldu.
Vəziyyəti xüsusi nəzarətdə saxlayan AR Nazirlər Kabineti "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" 336 saylı Qərarı qəbul etdi.
Sonra birinci, ikinci doza peyvəndlərin vurulması, sonra peyvənd pasportları və sertifikatlar məsələsi gündəm oldu.
Yayda fəslin xarakteri və eləcə də həyata keçirilən peyvənd, məsafə, maska və s. kimi ciddi tədbirlər nəticəsində ölkəmizdə covid-19 bəlası xeyli səngidi və dövlət karantin rejiminin xeyli yüngülləşməsi ilə əlaqədar Qərarlar verdi. Bununla xalq sosial-mədəni istiqamətdə çox faydalı tədbirlərini keçirdi, cəmiyyət necə deyərlər, azad nəfəs aldı. Bir məsələ də var ki, "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" 336 saylı Qərarda təsnif olunmuş xüsusatlarda əgər AMEA kimi işçi sayına görə xüsusi çəkiyə malik "qurumlarda, təşkilatlarda" sərtləşmə nəzərdə tutulubsa, yumşaldılma ilə bağlı qərarlarda onlarla adda məkanın adı çəkilsə də təsadüf ya zərurət bu sahə haqda heç tələb ifadə olunmayıb.
Cahanplus.com-un rəsmi dairələrdən əldə etdiyi məlumata görə AMEA rəhbərliyi də 01.07.2021 –ci il tarixli Sərəcamı ilə hamının sevincinə səbəb olan yumşaldlma tədbirlərinin qüvvəyə mindiyini ifadə edib.
Ancaq indi yay da, yoluxmanın xeyli azalması da arxada qalıb. İndi hər gün yoluxma saylarında təxminən 200-250 nəfərdən çox ciddi yüksəlişlə təhlükə müşahidə olunur. Məsələn, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına oktyabr ayının 11-də 1032 yeni yoluxma faktı qeydə alınmışdısa bu gün 1277 nəfər yoluxub. Çox kədərləndirici haldır ki, bu gün "Baku-Oxford School”-un şagirdlər arasında "8 b” sinfində təhsil alan 16 şagird və bir müəllim karantinə alınıb.
Beləcə indi bütün idarə və təşkilatlar, qurumlar mümkün tədbirlərlə insanların həyatını qorumağa həssas olmalıdırlar.
Bu baxımdan uzun onilliklər boyu normal iş davamiyyəti olmamış elmi təqiqat institutlarından indi "10-18" qrfiki ilə işdə olmağı tələb etmək absurddur.
Məsələnin ciddiliyini nəzərə alaraq elementar təhlükə faktlarını diqqətə çatdırmaq istəyirəm. Birincisi, iş otaqlarının həcmi ilə təxminən 15-20 işçi sayı və məsafə tələbi tərs mütanasib təşkil edir. Alimlərin Təxminən 2x2 metrlik otaqlarda elmlə məşğul olması ağlasızmazdır.
Bundan başqa iş otaqlarında ümumi istifadə üçün kompyuter sayı 1-dən artıq deyil. Müasir dövrdə isə kitabxanalar da, mühüm mənbələrdə kompyuterdədir. Hələ İnternet saat 16-da kəsilir. Deməli, "10-18" qrafiki ilə işdə olan alimlər ya divarlara baxmalıdırlar, ya da elmi işə aidiyyəti olmayan məişət söhbətləri etməldir. Qidalanmaq və gigiyena üçün mühüm olan Su da çox vaxt saat 17-dən kəsilir.
Digər bir reallıq, "10-18" qrafiki ilə işdə olan alimlərin gün ərzində nahar etmək üçün gedəcəkləri ümumi yeməkxana hələ tələb olunan məsafə və s. Karantin şərtləri qalsın, ümumiyyətlə, eyni saatda 50-100 “müştərini” qəbul edə bilməz.
Habelə AMEA əməkdaşlarının 100-də 99 faizi ictimai nəqliyyatdan, əsas da metrodan istifadə edir. İndi saat 10-da işdə olmağa məsuliyyət daşıyan bu təfəkkür kütləsinin metroda pandemiya dövründə və ən pik sıxlıqda azı 25, 30 dəqiqə “yol gəlməsini” , eləcə də yenə həmin vəziyyətdə 18-dən sonra evə dönməsini təsəvvür edin... Bunu da bir anlıq xatırlayın: Elm yaradıcılıqdır. Alim yazıb-yaradan! Alimlərin mənəvi iş günü 18-də bitmir… Onlar gecə-gündüz işləyən cəfakeşlərdir. Onlara saatlara görə məvacib verilməsi şərtilikdi. Alim əməyi "10-18" qrafiki ilə ölçülə bilməz, onun meyarı vicdandır.
Sonra AMEA əməkdaşları təkcə cavanlar deyil ki!... Pandemiya başlayanda 65 yaş, 65 yaş üstü vətəndaşlar, o cümlədən alimlər elə bu həcmdə yoluxma saylarında ilkin olaraq qorunmuşdular. İndi isə buyurun mənzərəyə tamaşa edin.
Beləcə, Virusun yayılmasına həssas payız fəslində, yoluxmanın kəskin artdığı bu günlərdə, həmçinin əlaqədar qurumların vurulmuş 1-ci, 2-ci dozaların qəbul edilməsi vəziyyətində də virusa yaxalanmanın mümkünlüyünü vurğuladıqları, AR Səhiyyə nazirliyinin vətəndaşları 3-cü doza peyvənd vurdurmağa çağırdığı bir vaxtda AMEA əməkdaşlarından səhər saat 10-dan axşam saat 18-ə kimi işdə olmalarının tələb olunması çox təhlükəlidir. İnanmadığımız başımıza gələr : ALİM SOYQRIMI BAŞ VERƏ BİLƏR!..
Məsələnin AMEA rəhbərliyinə də, alim kütləsinə də məlum bir hissəsi də vardır ki, bunu da xüsusi qeyd etmək lazımdır.
Beləki, AMEA-nın fəlsəfə doktorlarının böyük əksəriyyəti pandemiyadan çox-çox illər öncədən universitetlərdə 3, 4, hətta 5 iş gününü dərs saatı götürməklə rəsmi iş yerlərində qəti görünmürlər. Onlara bu ciddi qanun pozuntusuna hansı şərtlərlə icazə verilir, bu ayrı mövzudur. Ancaq işə davamiyyət baxımından daimi olaraq bu kontingentin ucbatından AMEA institutlarında boşluq nəzərə çarpır. İşdə eyni işçilər olur və belə sərt tələblər baş qaldırdıqda da yenə eyni işçilər üzərində “qılınclar oynadılır”, “hökmlər verilir”.
Ya elə, ya belə, reallıqdan çıxış edilməlidir. Reallıq isə budur: AMEA rəhbərliyi 10-dan 18-ə kimi işdə olmaq tələbindən artıq, universitetlərdə 3, 4, hətta 5 iş günü dərs deyən və saxtakarlıqla AMEA-da rəsmi işçi sayılıb maaş alanları təftiş etməlidir. AMEA rəhbərliyi səhər saat 10-dan axşam saat 18-ə kimi işdə olmaq tələbindən artıq, bu işçilər başda olmaqla bütün AMEA işçilərinin elmi göstəricilərini ciddi surətdə yoxlamalıdır. AMEA rəhbərliyi bütün AMEA işçilərinin plan işlərini nəzarətə götürməlidir. AMEA rəhbərliyi ifadəsini heç də təsadüfi işlətmirəm. Çünki “heç kəs öz ayranına turş deməz!” kimi atalar misallarımız var ki, haqsızı haqlı, haqlını haqsız çıxarmağa çox-çox peşəkarlara “bu təhtişləri” etibar etmək olmaz.
Sonda deyim ki, şəxsən mən AMEA rəhbərliyinin oktyabrın 8-dən başlayaraq elmi tədqiqat institutlarının əməkdaşlarının hər gün səhər saat 10-dan axşam 18-ə kimi işdə olmaq tələbini irəli sürdüyünə inana bilmirəm. Fikrimizcə, AMEA rəhbərliyi bütün dünyada cərəyan edən və payızın gəlişi ilə ölkəmizdə yeni vüsət almış pandemiya şəraitində alimlərdən karantin tələblərinə riayət etməyi, məhsuldar elmi fəaliyyət, əsl dəyərli elmi əsərlər və həmçinin də saxta kadrların islah edilməsini tələb edər.
PS. Mən 35 ildir ki, AMEA-da çalışıram. Təcrübədən çıxış edərək alimlərin tək bir yerdə işləməsini elmə ən böyük xidmət hesab edirəm. Alim təkcə Akademiyada işləsin və məqsədi xalqın elmi təfəkkürünə fayda vermək olsun, yazsın, yaratsın. Azərbaycan elmini dünyaya tanıtsın. Belə alimin gündəlik işə gəlmək, hətta "10-18" məcburiyyətinə heç bir ehtiyac qalmır. Yoxsa ki…

Dünən, 23:07
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir
Dünən, 23:01
Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
Dünən, 23:00
Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər SƏRƏNCAM
Dünən, 22:57
Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub
Dünən, 22:56
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Dünən, 12:01
Filosof alimin Şəhərsalma və Memarlıq ilinin kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi nüfuzlu jurnalda nəşr olunub
11-02-2026, 13:05
Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur
11-02-2026, 13:03
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11-02-2026, 13:01
Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb
11-02-2026, 12:59
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər
11-02-2026, 12:53
Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib
11-02-2026, 12:50
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub
11-02-2026, 11:32
Filosof Xatirə Quliyevanın 2026-cı il Şəhərsalma və Memarlıq ili kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi Scopos İmpakt faktorlu jurnalda yayımlanıb və alim Sertifikatla təltiflənib
11-02-2026, 09:27
NƏSİMİ RAYONUNUN BÜTÜN SADƏ SAKİNLƏRİNİN GÖZLƏRİ AYDIN OLSUN!
8-02-2026, 22:06
ANONS! ANONS! İSA HƏBİBBƏYLİYƏ ÇƏTİR TUTMAQ NƏ CİNAYƏTDİ, NƏ QƏBAHƏT! ƏSL MƏSƏLƏ ONUN ULU ÖNDƏRƏ - HEYDƏR ƏLİYEVƏ HÖRMƏTSİZLİK, ETİBARSIZLIQ EDƏN SAXTAKARLARA, MASKALILARA “ÇƏTİR TUTMASIDIR”.. 1-2 GÜNƏ TƏFƏRRÜATLARI YAZACAĞAM!..
8-02-2026, 01:20
Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə - Rasim Abdulla yazır
8-02-2026, 01:16
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
8-02-2026, 01:15
ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq
8-02-2026, 01:13
Prezidentin sosial media hesabında BƏƏ-yə işgüzar səfərlə bağlı videoçarx paylaşılıb
8-02-2026, 01:11
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
3-02-2026, 16:45
Dost gəlişi Bayram olar
1-02-2026, 22:32
Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib
1-02-2026, 22:30
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
1-02-2026, 22:29
Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb
1-02-2026, 22:18
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:14
Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:06
Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib