General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
Gündəm / Elm və təhsil
Oxunub: 369
11 yan 2021 | 12:35
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI


Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.

Baku.ws xəbər verir ki, general Mirzəyev Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb.

Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

General-leytenant Hikmət Mirzəyevin bu günə qədər layiq görüldüyü orden və medallar:

"Azərbaycan Bayrağı" ordeni — 1994
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı — 2001
"İgidliyə görə" medalı — 2003
"Vətən uğrunda" medalı — 2007
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı — 2008
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015
"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2018
"Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli medalı
"Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı
"Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020 (09.12.2020)
"Cəbrayılın azad olunmasına görə" medalı — 2020 (24.12.2020)
"Füzulinin azad olunmasına görə" medalı — 2020 (25.12.2020)
"Qubadlının azad olunmasına görə" medalı — 2020 (29.12.2020)
"Şuşanın azad olunmasına görə" medalı — 2020 (29.12.2020)
"Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 (29.12.2020)
Bu gün, 12:23
Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib
Bu gün, 12:20
Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik
Bu gün, 12:18
Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir
Bu gün, 12:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilir
Bu gün, 12:12
Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək
Bu gün, 12:10
Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur
Bu gün, 12:06
Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb
Bu gün, 12:04
Vətən müharibəsinin xronikası: 27 oktyabr
Bu gün, 12:02
Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq
Bu gün, 12:00
Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib
Bu gün, 11:57
İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib
Bu gün, 11:56
Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib
Bu gün, 11:54
Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”
Bu gün, 11:52
Bank sektorunun xarici öhdəlikləri azalıb
Bu gün, 11:51
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
Bu gün, 11:46
Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var
Bu gün, 11:24
Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb
Bu gün, 11:22
Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb
Bu gün, 11:20
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Bu gün, 11:19
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
Dünən, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Dünən, 13:23
Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları dinləyəcək
Dünən, 13:22
Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir
Dünən, 13:03
Almaniya Prezidenti və Kansleri Uzaq Şərq ölkələrinə səfər ediblər
Dünən, 12:59
QHT-lər üçün yeni qrant müsabiqəsi elan edilib
Dünən, 12:56
Sabah hava əsasən yağmursuz olacaq
Dünən, 12:54
Xarici diplomların tanınması: ən çox müraciət tibb ixtisası üzrə qeydə alınıb
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031