Ruslan Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevdir.
BİR NEÇƏ ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKİLDİ

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə şəhid ailəsini ziyarət edib. Onların qayğıları ilə maraqlanıblar. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq səlnaməsi yazan igidlərimizdən biri də şəhid Zaur Mədətovdur. Sentyabr ayının 27-də döyüşlərə qatılan Zaur, Füzuli, Cəbrayıl istiqamətlərində gedən əməliyyatlarda iştirak edib. Zaurun atası, Birliyin əməkdaşı Kamal Mədətov deyir ki, oğlu oktyabrın 8-i ağır döyüşlər zamanı ən ali və şərəfli zirvə olan şəhidlik zirvəsinə ucalıb. Zaur Mədətov “Vətən Uğrunda”, “Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.
1996-cı ildə Abşeron rayonunda anadan olan şəhid Rauf İbadov da Vətən müharibəsində qəhrəmanlığı ilə seçilib. Uşaqlıq illərindən vətənpərvər ruhda böyüyən Rauf sentyabrın 27-dən könüllü olaraq döyüşlərə qatılıb. Raufun atası, Birliyin əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib. Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Rauf İbadov “Vətən Uğrunda”, “Füzuli və Cəbrayılın alınmasına görə” medalları ilə təltif edilib.


“AZƏRİQAZ” İB-DƏ KÖNÜLLÜ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

Bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyində talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə donor günlərinə başlanılıb. Aksiyanın ilk günündə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, İdarəetmə Aparatı və Bakı Regional Qazın Satışı Departamentinin 97 əməkdaşı iştirak edib. Növbəti günlərdə Birliyin Bakı Regional Qaz İstismarı Departamenti, Təmir-Tikinti İdarəsi, Anbar Təsərrüfatı və Sumqayıt qaz istismar Sahəsinin əməkdaşları bu xeyirxah aksiyaya qoşulacaq.
“AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİ GÜCLƏNDİRİLMİŞ REJİMDƏ ÇALIŞACAQ

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan irəli gələrək “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq. Birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. Artıq növbəlilik tətbiq edilib, Birliyin aidiyyatı strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.
“AZƏRİQAZ” İB-DƏ İCTİMAİ ŞURANIN YARADILMASI İŞLƏRİNƏ BAŞLANILDI
“Azəriqaz” İstehsalat Birliyi kommunal xidmətlər üzrə ekspertlər və Qeyri Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması işlərinə başlayıb. Bu məqsədlə bu gün Birliyin baş direktoru Ruslan Əliyev “Azəriqaz” İB-də İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyasının təşkilinə dair əmr imzalayıb. Əmrə əsasən komissiyanın tərkibində “Azəriqaz” İB-nin Hüquq Departamenti, Təmir-Tikinti İdarəsi, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbər şəxsləri, Həmkarlar İttifaqı Komitəsinin sədri, eləcə də "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi, "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyi, "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyi, "Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi və "Azad iqtisadiyyatın inkişafına yardım mərkəzi" İctimai Birliyinin rəhbər şəxsləri daxildir.
İctimai Şurada təmsil olunmaq istəyən namizədlərdən xahiş edilir ki, 16 fevral 2021-ci il tarixdən etibarən 19 mart 2021-ci il tarixədək şəxsiyyət vəsiqəsinin surətini, namizədin tərcümeyi-halını və namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini office.azerigas@socar.az elektron ünvana göndərsinlər.
“Azəriqaz” İB hesab edir ki, İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq. Bununla da abonent məmnuniyyətinə nail olmaq istiqamətində mühüm addım atılmış olacaq.
Dünən, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Dünən, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Dünən, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Dünən, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Dünən, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Dünən, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Dünən, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Dünən, 10:59
Neft ucuzlaşır
Dünən, 10:57
Qızıl və gümüş bahalaşıb
Dünən, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Dünən, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Dünən, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Dünən, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq