İsrail Ermənistanda antisemitizmin hökm sürməsi ilə əlaqədar həyəcan təbili çalır

İsrailin “JewishPress” portalı son zamanlar Ermənistanda antisemit əhval-ruhiyyənin hökm sürməsi fonunda yəhudi abidələrinə qarşı vandalizm faktlarının artması ilə əlaqədar məqalə yayıb. Məqalədə İsrailin rəsmi qurumlarının və ölkə ictimaiyyətinin xoşagəlməz hadisələrə reaksiyası əksini tapıb.
Oxu.az məlumatına görə, məqalədə bildirilir ki, İsrailin Diaspor İşləri üzrə Nazirliyinin 2020-ci ilin yekunlarına dair hesabatında ikinci Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm ruhunda çıxışların artması qeyd olunur.
“Rəsmilər və erməni cəmiyyəti tərəfindən həyata keçirilən antisemit hücumlarda İsrail dövlətinin və yəhudi xalqının tarixən erməni xalqına və dininə qarşı cinayətlər törətdiyi iddia olunur. Qarabağdakı müharibədən sonra belə hücumların sayı indiyədək görünməyən həddə çatıb. Ermənistan mediasında İsrailin Azərbaycana silah satışının yerli əhali arasında böyük qəzəbə səbəb olduğu və bununla əlaqədar ölkədə antisemit şüarların səsləndirildiyi nümayişlərin keçirildiyi bildirilir. İş o həddə çatıb ki, Ermənistanın baş naziri də İsraili Qarabağda guya erməni soyqırımına dəstək verməkdə günahlandırıb”, - deyə hesabatda bildirilir.
Həmçinin hesabatda Ermənistanın əksinə olaraq, Azərbaycanda plüralizmin, multikulturalizmin, dini dözümlülük və tolerantlığın dövlət siyasəti səviyyəsində olduğu qeyd edilir.
“2020-ci il ərzində Azərbycanda heç bir antisemit əhval-ruhiyyəli insident qeydə alınmayıb. Hərçənd ki, pandemiya bir çox dünya ölkələrində antisemitizmi daha da gücləndirib. Əksinə, Qarabağ müharibəsindəki qələbədən sonra azərbaycanlılar bütün ölkə boyu İsrail bayrağını dalğalandırıblar”, - deyə sənəddə bildirilir.
Məqalədə qeyd olunur ki, bu yaxınlarda İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış “Yaşamaq və unutmamaq” adlı memorial abidənin təhqir olunması Dünya Yəhudi Konqresi tərəfindən pislənilib. Konqresin yaydığı bəyanatda bildirilib ki, İrəvanındakı Holokost memorialının mənfur antisemit qrafiti ilə cızmaqara edildiyini görmək çox dəhşətlidir.
Həmçinin yazıda ravin Zamir İsayevin də sözügedən faktla bağlı “Twitter” sosial şəbəkəsində etirazını bildirməsi öz əksini tapıb:
“Bu nə biabırçılıqdır. İrəvanda Holokost qurbanlarının abidəsi alçaldılıb. Ermənilər Holokost memorialının təhqir edilməsini İsrailin Azərbaycana silah satması ilə necə əsaslandıra bilər axı? Bu kiməsə abidəni ləkələmək hüququ verirmi?”, - deyə ravin qeyd edib.
Dünən, 11:14
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
Dünən, 11:12
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
Dünən, 11:09
Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan
Dünən, 11:07
Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın
Dünən, 11:05
Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
Dünən, 11:04
Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq
Dünən, 11:03
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Dünən, 11:02
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Dünən, 11:01
Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb
Dünən, 10:59
“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq
Dünən, 10:57
Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 işə başlayıb
3-11-2026, 14:13
Azərbaycan Kubokunda qayda pozuntularına görə qərarlar verilib
3-11-2026, 14:12
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
3-11-2026, 12:33
Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb
3-11-2026, 12:32
Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib
3-11-2026, 12:21
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
3-11-2026, 12:09
Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş olub
3-11-2026, 11:34
BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar
3-11-2026, 11:33
Azərbaycanda quş əti istehsalının 30, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir
3-11-2026, 11:31
ABŞ-İran qarşıdurması dünya neft bazarını silkələyir: Azərbaycanın mövqeyi və iqtisadi dividendləri
3-11-2026, 11:29
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
2-11-2026, 14:06
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
2-11-2026, 14:03
Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub
2-11-2026, 14:02
Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib
2-11-2026, 13:55
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
2-11-2026, 12:14
"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır
2-11-2026, 12:12
İlham Mirzəliyev: Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq