Cənub sərhədlərində təbii radiasiya fonunun artması halları qeydə alınmayıb
---
Oxunub: 77
25 iyn 2025 | 11:19

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq davam etdirilir. Müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda daha sonra bildirilir: “Ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət göstərir. Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə alınmayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və radioekoloji tədqiqatlar həyata keçirilməkdədir. İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri nəzərə alınaraq, ölkəmizin cənub sərhəd rayonları ərazisində havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji parametrlər üzrə ölçmə və analizlər aparılıb.

Hava, torpaq, yağış və çay suyu nümunələrində Uran izotoplarının zənginləşdirilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar edilməyib. Hava alfa və beta aktivlik dəyərləri normal fon daxilində müşahidə edilməyib. Avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə alınmayıb”.

Qeyd edək ki, aparılan müayinələrin nəticələri barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30