“Axşam görüşləri” proqramı dahi Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 105 illiyinə həsr olunub
---
Oxunub: 142
18 okt 2024 | 14:27

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram bu dəfə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nakam ömür yaşamış və erkən həyatdan köçmüş oğlu Ərtoğrol Cavidə həsr edilib.

Proqramda akademik Rafael Hüseynov Ərtoğrol Cavidin dövrü, həyatı, mühiti, bədii yaradıcılığı, ədəbi və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Ərtoğrol Cavid yaradıcılıqda, istedadda atasının davamı idi. Bəlkə də o, yaşasaydı Hüseyn Caviddən daha üstün düha sahibi olacaqdı. Ancaq nə acı ki, zaman Azərbaycanı Ərtoğrolun yaza biləcəyi bir çox parlaq əsərlərdən məhrum etdi.

Ərtoğrol Cavidin çoxşaxəli yaradıcılığından, şair, bəstəkar, dramaturq, rəssam kimi fəaliyyətindən bəhs edən Rafael Hüseynov bu gənc insanda vulkan kimi istedadın püskürdüyünü vurğulayıb.

Verilişdə Ərtoğrul Caviddən yadigar qalmış bəstələr dinləyicilərə təqdim edilib. Bundan başqa, Ərtoğrul Cavidin Türkmən Xalq şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” adlı musiqisinin tarixçəsi barədə məlumat verilib.

Akademik Rafael Hüseynov Ərtoğruldan qalan əlyazmaları araşdırdığı zaman “Leylanın vəsfi” adlı lent yazısını tapdığını və unudulmaz bəstəkarımız Tofiq Quliyevə təqdim etdiyini bildirib: “Tofiq Quliyevdən Xalq artisti Rəşid Behbudovun səsinə uyğun olaraq bu lent yazısını işləməsini istədim. Həmçinin Rəşid Behbudova nakam insan Ərtoğrul Cavidin həyatı barədə məlumat verərək, onun adını bir qədər ucalara qadırmaq üçün bu mahnını oxumasını xahiş etdim. Təəssüf ki, Rəşid Behbudovun vaxtsız ölümü səbəbindən Ərtoğrulun nəğməsi işıq üzü görə bilmədi. Daha sonra Əməkdar incəsənət xadimi Rauf Adıgözəlov bu mahnını bütöv halda hazırlasa da, həyatdan erkən getməsi səbəbindən o da bu nəğməni oxuya bilmədi. Hüseyn Cavidə həsr olunmuş "Qayıdış" filmində Tofiq Quliyevin müşayiəti ilə bu mahnının iki bəndi lentə yazıla bildi”.

“Axşam görüşləri”ndə Xalq artisti Tofiq Quliyevin ilk dəfə Rəşid Behbudov üçün hazırladığı Ərtoğrul Cavidin türkmən şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” adlı nəğmə səsləndirilib. Həmçinin Ərtoğrolun Konservatoriyada qrup yoldaşı olmuş görkəmli bəstəkar Fikrət Əmirovun onunla bağlı xatirələrindən bəhs olunub.

mənbə; www.science.gov.az saytına istinad
Dünən, 16:41
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda iştirak ediblər
Dünən, 11:58
Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib
Dünən, 11:57
Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz
Dünən, 11:53
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
Dünən, 11:52
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Dünən, 11:49
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Dünən, 11:47
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb
Dünən, 11:45
Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
Dünən, 11:38
İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Dünən, 11:37
Bu gün Türkiyədə COP31 başlayıb
Dünən, 11:36
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Dünən, 11:35
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 11:33
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər
Dünən, 11:29
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Dünən, 11:27
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
8-11-2026, 15:15
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMININ 6-CI İLİ - TARIX , HƏQİQƏTLƏR VƏ REALLIQLAR
6-11-2026, 12:47
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib
6-11-2026, 12:46
Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb
6-11-2026, 12:44
2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır
6-11-2026, 12:42
“Azərbaycan Hava Yolları” gələcəyin texniki mütəxəssislərini yetişdirir
6-11-2026, 12:37
Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib
6-11-2026, 12:33
Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib
6-11-2026, 12:31
Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb
6-11-2026, 12:29
Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb
6-11-2026, 12:27
Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
6-11-2026, 12:26
Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb
6-11-2026, 12:25
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30