Ermənilər özlərinin dağıtdıqları Alban məbədini qriqoryan kilsəsi kimi təbliğ edirlər - Araşdırma
Bakı, 17 fevral, AZƏRTAC

Otuz il ərzində Azərbaycanın mədəni-irsini məhv edən və bəzən də mənimsəməyə çalışan ermənilər 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra öz havadarlarının müşayiəti ilə ölkəmizi mədəni-irsin dağıdılmasında günahlandırmağa çalışırlar. Onlar özlərinin törətdikləri cinayətləri Azərbaycanın adına yazmaq istəyirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, Alban dövrünə aid olan məbəd kompleksi Ağdam rayonunun Ballıqaya kəndindən üç kilometr şimal-şərqdə yerləşir. Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində dağıdılan məbəd kompleksi hazırda bərbad vəziyyətdədir. Ermənilər 30 illik işğal dövründə bu abidəni bərpa etməyə cəhd belə göstərməyiblər.

Məbəd kompleksinin yerləşdiyi ərazi iki bitişik bina, vestibül, yardımçı otaq, hücrələr və qəbiristanlıqdan ibarətdir. Kompleksin əsas kilsəsi onun şimal-şərq hissəsində yerləşir. Kilsənin içərisi təknefli zal, xarici isə xaçvari formada tikilib. Kilsənin şərq tərəfində nal formalı apsis var. İbadət zalının cənub və şimal yan divarlarında açılan qapılar apsislərə də malikdir. Məbədin Şərqə baxan tərəfində kiçik pəncərə var.

Qeyd edilib ki, kilsənin daxili divarlarında orta əsr memarlığına xas olan müxtəlif dərinlikdə və ölçüdə yeddi taxça açılıb. Şərq hissəsində əsas apsisdən sərdabəyə keçid əyri xətlə aparılır. Eyni üslubu binanın qərb tərəfində də görürük. Bu, Alban kilsə memarlığında nadir hal kimi qiymətləndirilə bilər. Kilsənin hündürlüyü 4 metr, eni 4,8 metr, uzunluğu 8 metrdir. Yeganə giriş qapısı qərbdən açılır. Hündürlüyü 4 metr, eni 4,5 metr, eni 8 metr olan vestibül əsas məbədə bitişik qərb hissəsində, şimaldan cənuba istiqamətlənmiş və şimal tərəfdə bir pəncərəyə malikdir. Kilsəyə və cənubdan vestibülə bitişik bina yerləşir ki, onun şərq hissəsində düzbucaqlı yerləşən zal yarımdairəvi apsislidir. Kompleks kobud və yarı yonulmuş daşlarla tikilib.

Ermənilər öz əlləri ilə dağıtdıqları bu məbəd kompleksini İkinci Qarabağ müharibəsindən sonra erməni qriqoryan kilsəsi kimi təbliğ etməyə başlayıblar. Burada yenə bir sual yaranır? Əgər bu kompleks erməni mədəni-irsinə aid idisə, niyə dağıdırdınız?

İkinci Qarabağ müharibəsindən dərhal sonra bu cür xaçların və yazıların kompleksin divarlarına yerləşdirilməsi heç bir məna kəsb etmir. Ermənilərin bu fəaliyyəti abidənin mənimsənilməsinə cəhd kimi qiymətləndirilməlidir.
Mənbə:Azertag.az

Dünən, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
Dünən, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
Dünən, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
Dünən, 12:55
Xocalıda yeni tut bağları salınıb
Dünən, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
Dünən, 12:50
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
Dünən, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
Dünən, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
Dünən, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
Dünən, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
Dünən, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
Dünən, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
Dünən, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
Dünən, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
Dünən, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
Dünən, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Dünən, 10:51
Milli iradənin tarix yazdığı gün
16-11-2026, 18:56
İmadəddin Nəsimi İrsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
16-11-2026, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
16-11-2026, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
16-11-2026, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16-11-2026, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
16-11-2026, 11:57
Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
16-11-2026, 11:55
Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb
16-11-2026, 11:53
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
16-11-2026, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür