Heydər Əliyev və Azərbaycanda akademik elm sahələrinin inkişafı (1970-1980-ci illər)
Ölkə
Oxunub: 163
14 iyl 2024 | 22:58




Tarixi Gün - Heydər Əliyevin hakimiyyətə gəlişinin 55-ci ildönümüdür






Azərbaycan xalqının milli fikir və mədəniyyətinin beşiyi olan Milli Elmlər Akademiyasının tarixində XX yüzilliyin 1970-1980-ci illəri mühüm bir mərhələni təşkil edir. Məhz milli tariximizin bu dövrü ərzində, ümummilli lider Heydər Əliyevin böyük təşkilatçılıq və əzmkarlığı sayəsində Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında çox ciddi və köklü yeniləşmə tədbirləri həyata keçirildi. Respublikanın hərtərəfli inkişafını təmin edən sənaye və kənd təsərrüfatının təkmilləşdirilməsinə dair məsələlərin müntəzəm olaraq yüksək səviyyədə müzakirəsi və mühüm dövlət qərarlarının qəbul edilməsi elmi araşdırmaların və tədqiqatların da genişləndiril¬məsini zəruri edir, elmin inkişafına müsbət təsirini göstərirdi. Respublikanın sosial iqtisadi yüksəlişinə elmin güclü təkanverici rolunu vacib sayan respublika rəhbəri Heydər Əliyev elmi araşdırmalardan əldə edilmiş nəticələrin Azərbaycan iqtisadiy¬yatının bütün sahələrinə yönəldilməsində son dərəcə maraqlı idi .

















Röfət Quliyev
tarix elmləri doktoru




1969-cu ilin iyul ayında respublikada ictimai-siyasi durumun xeyli mürək¬kəbləşdiyi bir zamanda rəhbərliyə irəli çəkilən Heydər Əliyevin gərgin əməyi, müdrik, uzaqgörən siyasəti nəticəsində qısa bir zamanda Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn respublikaya çevrildi. Heydər Əliyev nəinki Azərbaycanın iqtisadiyyatını, habelə elmini, mədəniyyətini inkişaf etdirdi, xalqımızın milli özünüdərkinin yeni səviyyədə təzahürünə böyük ustalıqla meydan yaratdı. Çağdaş dövrün yüksəkliyindən müşahidə etdikdə ötən əsrin 70-ci illərində Azərbaycanda milli ruhun, milli özünüdərkin, özünütəsdiqin, xalqımızın tarixi ənənələrinin və zəngin mədəniyyətinin öyrənilməsi və təbliğinin, milli ruhlu ziyalı elitanın formalaşdırılmasının planlı surətdə, ardıcıl həyata keçirilməsinin nə qədər böyük əhəmiyyət daşıdığını daha aydın görürük. ]
Ümummilli liderin həmin illərdə elmin inkişafına hərtərəfli qayğısı, Azərbaycan elminin tərəqqisi üçün gördüyü işlərin miqyası ölçüyə¬gəlməzdir. Bu mənada, Heydər Əliyevin böyüklüyü bir də ondadır ki, ən çətin məqamlarda, mühüm dövlət problemləri ilə məşğul olduğu zamanlarda belə elmimizə qayğısını bir an da olsun unutmamışdır
Məhz 70-ci illərdə respublika rəhbəri Heydər Əliyevin qayğısı ilə yaradılmış və həmin dövr üçün çox yüksək texnika və avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, təcrübə sənaye bazaları, eksperimental zavodlar, elmi mərkəzlər və yeni elmi tədqiqat institutları respublika alimlərinə elmin prioritet istiqamətlərində səmərəli axtarışlar, məhsuldar tədqiqatlar aparmağa əlverişli imkanlar yaradırdı. Onun bilavasitə təşəbbüsü ilə dövlət səviyyəsində qəbul edilmiş qərarların, mötəbər göstərişləri və tövsiyələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan Elmlər Akademiyası həmin illərdə özünün yüksək səviyyəli kadr potensialına və maddi-texniki arsenalına, o cümlədən təcrübə-sənaye mərkəzlərinə, eksperimental zavodlara malik oldu.
Respublika rəhbəri Heydər Əliyev 1970-ci il iyun ayının 19-da Azərbaycan SSR Elmlər Akademiyasında keçirilən müşavirədəki şıxışında demişdi: “Akademiyası artıq 25 ildir ki, mövcuddur və bu müddətdə, sovet hakimiyyəti illərində, hansı ki, sentyabr ayında biz 50 illiyini qeyd edəcəyik, elmin inkişafı baxımından çox işlər görülmüşdür.

Bizdə indi ən yeni qurğu, texnika və digər vasitələrlə yaxşı təmin olunmuş elmi-tədqiqat müəssisələrin, laboratoriya və kafedraların böyük şəbəkəsi yaradılmışdır. Bizim indi kifayət qədər sayda elmi kadrlarlarımız – elmlər doktoru, professor, elmlər namizədlərimiz vardır.
Bu illər ərzində, xüsusilə də son illər ərzində Akademiyanın tərkibi xeyli genişlənmişdir, bu gün akademiklərin və müxbir üzvlərin sayına görə Akademiya digər respublikaların akademiyaları ilə yarışa bilər.
Bu illər ərzində institut və müəssisələr tərəfindən az işlər görülməmişdir. Mühüm nailliyyətlər vardır və bu gün biz deyə bilərik ki, bütövlükdə Azərbaycanın alimlər kollektivi, o cümlədən Azərbaycan SSR EA-nın kollektivi bizim ölkənin ümumi sovet vətəni elminə öz mühüm töhfəsini verir. Bütün bunlarda mühüm rol, sözsüz ki, bizim Akademiyaya məxsusdur və bu gün məhsuldar əməyinizə görə, elmi yaradıcılıq işinə böyük töhfənizə görə Akademiyanın Rəyasət heyətinə, sizin hamınıza təşəkkür etməliyik.
Lakin bununla bərabər, istərdim bu gün sizin diqqətinizi ona yönəldim ki, əgər müqayisə üçün götürsək ,respublikada elmin inkişaf sürəti respublikamızın xalq təsərrüfatının tələbatlarından və ictimai inkişafın sürətindən müəyyən qədər geri qalır. Respublikamızın malik olduğu geniş imkandan və ehtiyatlardan heç də kifayət qədər istifadə edilmir və buna görə mən bir daha vurğulamaq istəyirəm ki, Akademiyanın Rəyasət heyətinin qarşısında, aparıcı alimlərimiz qarşısında, hansı ki, burada iştirak edirlər, Elmlər Akademiyasının bu gün seçilən prezidenti Həsən Abdullayev qarşısında böyük və məsul vəzifələr durur və biz ümid edirik ki, siz hamınız bütün səylərinizi bu vəzifələrin müvəffəqiyyətlə həlli üçün birləşdirəcəksiniz. Mən bu vəzifələrin hamısını sadalamağa ehtiyac görmürəm, onlar sizə yaxşı məlumdur. Bəzi məsələlərə toxunmağı zəruri hesab edirəm.
Birinci növbədə, məqsədəuyğundur ki, institut və laboratoriyalarda, bütöblükdə Akademiyada elmi problemlərin mövzularına yenidən baxılsın, o məqsədlə ki, onlar daha perspektivli olsun, həyatla daha çox uzlaşsın və respublikanın inkişaf tələblərinə daha çox cavab versin. Biz hesab edirik ki, alimlər daha çox səy göstərməlidir və Akademiyanın Rəyasət heyəti elə təşkil etməlidir ki, aparılan elmi tədqiqatlar bacardıqca səpələnməsin, biz daha çox düşünək, nəinki düşünək, elə edək ki, respublikanın işində, xalq təsərrüfatının inkişafında, bütövlükdə cəmiyyətin inkişafında bizim elmi tədqiqatlarımızın nəticələri praktik əksini tapmış olsun. Mən bunu qeyd edirəm ona görə ki, bu məsələlərdə əsaslı çatımazlıqlarımız vardır. Yerinə yetirilmiş elmi işlərin sayında hələlik çatımazlıqlar yoxdur. Çox əsər və kitablar yaradılmışdır, çox dərc edilmişdir. Razılaşın ki, bütün bunların praktik əhəmiyyəti, imkanları, respublikanın maraqları, xalq təsərrüfatının və insanların maraqları ilə az uyğun gəlir.
Elmin istehsalatla əlaqəsi hələ zəifdir. Elmi tədqiqatların nəticələrinin istehsalata tətbiqi üçün görülən tədbirlər azlıq təşkil edir, belə təsəvvür yaranır ki, hətta ayrı-ayrı alimlər tədbir görmürlər. Bir çoxları belə düşünür ki, əgər o yazdısa və dərc etdisə, bu kifayətdir ki, o missiyasını bitmiş hesab etsin. Əlbəttə ki, biz bununla razılaşa bilmərik və bir daha diqqətinizi bina yönəltmək istəyirəm ki, hər hansı bir elmi işdə diqqət buna yönəldilməlidir ki, hər hansı bir elmi iş konkret praktik məqsəd daşısın. Hər bir elmi iş praktik nəticə verməlidir və istehsalatla sıx bağlılığı olmalıdır...
Bizə belə gəlir ki, alimlərin, elmi işçilərin keyfiyyət tərkibi də bugünkü tələblərə cavab vermir. Hər halda, müxtəlif səbəblər üzündən elmə təsadüfi adamlar düşmüşlər. Bu müxtəlif şərait və səbəblərdən olmuşdur. Birinci səbəb ondan ibarətdir ki, respublikada ayrı-ayrı partiya və sovet işçiləri öz xidməti vəziyyətindən istifadə edərək namizədlik və doktorluq dissertasiyaları müdafiə etməklə elmi dərəcə almaq kimi qeyri-sağlam tendensiya vardır. Bütün bunlar, sözsüz ki, elmə heç bir fayda vermir və təbii olaraq elmi əməkdaşların keyfiyyət tərkibinin tələblərə cavab verməməsinin çoxsaylı səbəblərindən biri budur.
Lakin digər səbəblər də vardır ki, elmdə bacarığı, qabiliyyəti, kifayət qədər perspektivi olmayan insanlar peyda olur ki, onlardan xüsusi bir fayda götürülməsi çətin ki, mümükün olsun. Bunlar ona görə baş verir ki, ayrı-ayrı elmi müəssisələrin rəhbərləri, alim və profesorlar, bəzi hallarda akademiklər, elmi kadrların hazırlanması məsələsinə, aspiranturaya və doktoranturaya və ya elmi işə qəbul məsələsinə qeyri-prinsipial, bəzən də liberalcasına yanaşırlar. Burada, bəzən, hansısa bir dostluq hissi, qohumluq əlaqəsi üstün gəlir və bu güzəşt, ola bilər ki, ayrı-ayrı vəzifəli şəxslərin, alimlərin tərəfindən birbaşa himayəsi ilə elmdə yerlər perspektivi olmayan adamlar tərəfindən tutulur, bununla da daha istedadlı, daha qabiliyyətli olanların yolu bağlanır. Bu, yenə də, elmi işçilərin keyfiyyət tərkibinin pisləşməsinə gətirir və elmə zərər vurur. Buna görə, biz sizin hamınızdan çox xahiş edirik və təkrar edirəm, biz öz tərəfimizdən ölçülər götürmüşük və bu xətti israrla həyata keçirəcəyik. Amma biz sizə müraciət edirik ki, siz də buna qoşulasınız.
Sonda, mən Azərbaycanın KP-ının MK-ının Bürosu adından əminliyimi ifadə etmək istəyirəm ki, bizim akademiyamızın üzvləri, Elmlər Akademiyasının Rəyasət heyəti xalq təsərrüfatının inkişafına kömək etmək üçün respublikanın elmi qüvvələri qarşısında duran böyük, məsul vəzifələri yüksək məsuliyyət hissi ilə, maksimum şəkildə müvəffəqiyyətlə yerinə yetirəcəklər”
Ötən əsrin 70-80ci illərdə elmin inkişafı xalq təsərrüfatında baş verən struktur dəyişiklikləri ilə sıx bağlı olmuşdur. Məhz respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və təkidi ilə ittifaq rəhbərliyi və hökumətinin qəbul etdiyi bir sıra qərarlar, o cümlədən 1976-1980-ci illərdə respublika sənayesinin bəzi sahələrinin inkişaf etdirilməsini nəzərdə tutan proqramlar sənayenin daha mütərəqqi sahələrinin yaradılmasını, elmi-texniki tərəqqinin sürətləndirilməsini tələb edirdi. Bu isə öz növbəsində respublikada texniki elmlərin inkişafı üçün əlavə stimul yaratmaqla bərabər, təşkilatçılıq və kadr, maliyyə və texniki resurslarla bağlı problemlərin təcili həllini Akademiya rəhbərliyindən tələb edirdi. Həmin illərdə elmin davamlı inkişafı aşağıda göstərilən məsələlərin həllini nəzərdə tuturdu:
- elmin maddi-texniki resurslarının yeniləşdirilməsi, o cümlədən elmi-tədqiqat müəssisələrinin yeni cihaz, material və avadanlıqlarla təchiz edilməsi;
- elmi-tədqiqat müəssisələrində elmi araşdırmaların təşkili və idarə olunması səviyyəsinin yüksəldilməsi, elm sahəsində əmək məhsuldarlığının artırılması və yeni, mütərəqqi texnologiyaların tətbiqi;
- elmi araşdırmalara və tədqiqat işlərinə yönəldilən maliyyə vəsaitinin həcminin artırılması;
- yeni elmi-tədqiqat müəssisələrinin, təcrübə - sınaq və konstruktor - layihə bürolarının açılması;
- elmi işçilərin, mühəndis - texniki heyətin say tərkibi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması;
- elmin informasiya bazasının gücləndirilməsi;
- beynəlxalq elmi əlaqələrin səviyyəsinin artırılması, əməkdaşlığın yeni formalarının və dünya elminin nailiyyətlərinin daha da geniş tətbiq olunması;
- fundamental və tətbiqi araşdırmaların prioritet istiqamətlərinin inkişaf etdirilməsi sahəsində üstünlüyün ölkə və dünya miqyasında rəqabətqabiliyyətli elmi-texniki yeniliklər yarada bilən elmi müəssisələrə verilməsi;
- elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin ən yeni planlaşdırma və proqnozlaşdırmanın forma və metodlarından istifadə edilərək daha da təkmilləş¬dirilməsi;
- elmi kadrlara olan tələbatın elmi metod və əvvəlki illərin təcrübəsinə əsaslanaraq müəyyənləşdirilməsi, elmi işçilərin öz yaradıcı imkanlarını artırmaları üçün normal iş şəraiti yaradılması, bütövlükdə bütün kateqoriyalardan olan Akademiya işçilərinin əməyinin sosial-mənəvi stimullaşdırılmasına səy göstəril¬məsi və s.
1970-80-ci illər xalqımızın milli-mənəvi həyatında intibah dövrünə çevrildi, azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda dərin kök saldı. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ümummilli liderimizin böyük uzaqgörən¬liklə həyata keçirdiyi humanitar siyasət milli tarixi yaddaşa, mənəvi dəyərlərə qayıdışı təmin etdi, müstəqilliyin ideoloji əsasları məhz bu illərdə formalaşmağa başladı. “Elmlər Akademiyası bu ictimai-mədəni prosesin mərkəzində dayana¬raq onun aparıcı bir qüvvəsinə çevrildi”
Ümummilli lider Heydər Əliyevin hələ 1970-ci illərdə respublikanın elmi potensialının artırılması, elmi-texniki inkişafın təmin edilməsi, elm və təhsil sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, onlara hərtərəfli qayğı göstərilməsi, elmi işçilərin cəmiyyətdə nüfuzunun artırılması sayəsində bir sıra mühüm sosial-iqtisadi və sosial-mədəni dəyişikliklərin əsasını qoymuşdur. Heydər Əliyev öz titanik dövlətçilik fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanaraq elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək dərəcədə professionallıq göstərərək xalqın, cəmiyyətin gələcək inkişafını elmdə, intellektdə görmüş, xalqının intellektual potensialına arxalanmışdı. Heydər Əliyev sübut etmişdir ki, elmin səviyyəsi təkcə alimlərdən yox, həm də cəmiyyət və dövlət tərəfindən elmin inkişafına hərtərəfli kömək göstərilməsindən asılıdır. Eyni zamanda, elmsiz, elmin nəticələrinə söykənmədən heç bir dövlət milli inkişafa, tərəqqiyə, dirçəlişə nail ola bilməz.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan iqtisadiyyatının inkişa¬fında Akademiyanın elmi potensialından geniş miqyasda istifadə edilməsi haqqında Heydər Əliyevin ideyalarının və məqsədlərinin həyata keçirilməsi istiqamətində Akademiyanın Rəyasət Heyəti, başda yeni seçilmiş prezident akademik Həsən Abdullayev olmaqla elmi tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin yenidən müəyyənləşdi¬rilməsi sahəsində gərgin iş aparırdı. Elmi araşdırmalar daha çox yarımkeçiricilər fizikası, elektrofizika, neft və təbii qaz kimyası sintezi, Azərbaycanın geologiyası və mineral ehtiyatlarının öyrənilməsi, dərin qazma işinin biofiziki və biokimyəvi proseslərinin elmi əsaslarının işlənib hazırlanması, kənd təsərrüfatı bitkilərinin genetikası və seleksiyasının, mikrobiologiya və fiziologiyanın aktual məsələlərinin həllinə istiqamətləndirilməsi nəzərdə tutulurdu. Elmi-tədqiqat işləri respublikanın sosial-iqtisadi yüksəlişinə xidmət edəcək yanacaq-enerji kompleksinin, qara və əlvan metallurgiyada istehsalın texnoloji səviyyəsinin yüksəldilməsinə, kimya və neft-kimya sənayesinin sürətli tərəqqisinə yönəldilən fundamental və tətbiqi işləri əhatə etməli idi.
Məlumdur ki, ümummilli lider Heydər Əliyevin 1969-cu il 5 avqustda keçirilən plenumdakı tarixi məruzəsində Azərbaycanın gələcək inkişaf istiqamət¬ləri dahiyanə şəkildə açıqlanmış, iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, neft sənayesinin, elm və təhsilin, mədəniyyətin gələcək inkişaf istiqamətləri müəyyən¬ləşdirilmişdi. Elm və təhsil sahəsində mövcud nöqsanları kəskin tənqid edən Heydər Əliyev həmin illərdə təhsil sisteminin yenidən qurulması, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması konsepsiyasını açıqladı. Yeni seçilmiş rəhbər Azərbaycan Elmlər Akademiyası institutları və digər sahə elmi tədqiqat müəssisələrinin fəaliyyətini daha da gücləndirməyin, ali məktəblərə, texnikumlara, aspiranturaya qəbulun tam obyektiv aparılmasının vacibliyini qeyd etmişdi. O, həmin tarixi plenumun diqqətini elmi kadrlar hazırlanmasına xüsusilə cəlb edərək demişdi: “Biz aspiranturaya münasibəti kökündən dəyişməli, ona elmin tələbləri ilə, kadrlar hazırlanması vəzifələri ilə heç bir əlaqəsi olmayan mülahizələrə görə qəbul hallarını aradan qaldırmalıyıq. Dissertasiya işlərinə tələbkarlıq xeyli artırılmalıdır, elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər”
Bu plenum əslində Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının, incəsə¬nətinin, mədəniyyətinin intibah dövrü sayılan 1969-1982-ci illər dövrünün başlanğıcını qoydu.
Məhz bu plenumda Heydər Əliyev milli kadr potensialının zənginləşdirilməsini respublikanın dinamik inkişafının əsas şərti kimi qiymətlən¬dirirdi. Azərbaycanda təhsil ocaqlarının sayının çoxalması, azərbaycanlı tələbələrin keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərinə oxumağa göndərilməsi, Azərbaycan Elmlər Akademiyasında bir sıra elmi tədqiqat institutlarının yaradılması, yeni elm və təhsil ocaqlarının tikilməsi və maddi texniki bazalarının gücləndirilməsi Azərbaycanın elmi və kadr potensialını gücləndirməyə xidmət edən, gələcəyə istiqamətlənmiş strategiyanın mühüm bir halqası idi. Qeyd edilməlidir ki, cəmi bir neçə il keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəblərində 15 mindən artıq azərbaycanlı gəncin təhsil alıb yüksək ixtisaslı mütəxəssis kimi respublikanın sosial-iqtisadi inkişafına uğurla xidmət etmələri Azərbaycanı keçmiş ittifaqdan kadr asılılığını minimuma endirdi.
1970-ci illərdə Azərbaycan SSR Ea Rəyasət Heyətinin təşkilati işi yüksək səviyyədə aparılırdı. Azərbaycan SSR EA Rəyasət Heyətinin apardığı fəal elmi-təşkilati tədbirlər və yüksək tələbkarlıq nəzərdə tutulan elmi-tədqiqat işlərinin yüksək dəqiqliklə yerinə yetitrilməsin, onların nəzəri səviyyəsi və praktiki əhəmiyyətinin yüksəlməsinə, elmi-tədqiqat institutlarında işgüzar yaradıcılıq atmosferinin yarnmasına səbəb olmuşdu.
Rəyasət Heyətinin iclaslarında müntəzəm olaraq həqiqi və müxbir üzvlərin, elmi-tədqiqat institutları rəhbərlərinin, nazirlik, idarə, ali məktəb nümayəndələri və istehsalat mütəxəssislərinin iştirakı ilə daha mühüm elmi nəticələr haqqında elmi məruzələr dinlənilir, qızğın müzakirələr aparılırdı. Elmi qüvvələrin və maddi-texniki resursların mühüm elmi problemlər həllinə yönəldilməsi elmi-tədqiqat işlərinin səmərəsinin artırılmasına şərait yaradırdı.
1972-ci ildə Akademiyanın 29 elmi idarəsində 692 aspirant təhsil alırdı. Təkcə 1072-ci ildə aspiranturaya 194 nəfər qəbul edilmiş, 24 doktorluq və 145 namizədlik dissertasiya müdafiə edilmişdi. Təkcə bir faktı göstərmək kifayətdir ki, 1975-ci ildə Azərbaycanda EA-nın aspirantura sistemində təhsil alan 750 nəfərdən 200 nəfəri Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Xarkov və s. şəhərlərin qabaqcıl elm mərkəzlərində hazırlanırdı.
Akademik Ziyad Səmədzadə mətbuatda dərc edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən seçkilər bu elm məbədinin intellektual potensialını daha da gücləndirdi” adlı məqaləsində (“İqtisadiyyat”, 17-23 may 2007-ci il) həmin dövrdə elmi-intellektual potensialın milli maraqlara yönəldilməsi istisnasız olaraq ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu göstərərək yazır: “Ümummilli liderimiz hələ respublika rəhbərliyinin birinci dövründə elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks sədası çağdaş tariximizdə bu sahənin müqəddəs izlərinə çevrilmişdir. Altmış ildən artıq müddətdə şərəfli yol keçmiş, respublikada fundamental və humanitar elmlərin beşiyinə çevrilmiş Elmlər Akademiyasının intibahı ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin illərdə Azərbaycan elmi, təhsili və mədəniyyəti dünya elminə birbaşa inteqrasiya imkanları qazanmış, cəmiyyət həyatına, onun tərəqqisinə xidmət edən fundamental kəşflərini etmişdir. 70-ci illərdə Akademiya ümummilli liderimizin böyük təşkilatçılıq bacarığı nəticəsində bütün dünyada şöhrətlənmiş, özünün zəngin kadr potensialını və texniki arsenalını yaratmışdır. Ulu öndərimizin iqtisadiyyatın inkişafında elmi potensialdan səmərəli istifadə edilməsinə dair göstərişləri əldə rəhbər tutularaq, 70-ci illərin əvvəllərindən etibarən elimi tədqiqatların mövzularının dəqiqləşdiril¬məsi, təkmilləşdirilməsi üzrə böyük işlər görülmüşdür. Xalq təsərrüfatının və elmin özünün inkişaf məntiqinə müvafiq olaraq Elmlər Akademiyasının institut və təşkilatlarının fəaliyyətinin aparıcı istiqamətləri müəyyən edilmişdir”.
Hər bir problemin həll edilməsində ulu öndər Heydər Əliyevin dəstəyini hiss edən Azərbaycan alimləri respublika elmində qaynar həyatın formalaşması üçün bütün imkanlar və vasitələrin hərəkətə gətirilməsi, 60-cı illərdəki yol verilmiş geriliyin aradan qaldırılması, elmin inkişafının fundamental əsaslarının möhkəm¬lən¬dirilməsi üçün böyük səy və təşkilatçılıq fəaliyyəti göstərirdi. Heydər Əliyevin tələbi belə idi ki, bu əvəzsiz elm mərkəzində onilliklər ərzində yaradılmış güclü potensial, zamanın tələbləri səviyyəsində daim gücləndirməklə respublikanın yüksək tərəqqisi və inkişafı naminə yönəldilmiş məqsədlərin həyata keçirilməsində fəal iştirak etsin. Məhz bu yanaşmanın nəticəsi idi ki, 70-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan Elmlər Akademiyası cəmiyyətin elə zəruri intellektual qurumuna çevrildi ki, o, respublikanın sosial-iqtisadi tərəqqisində, xalqın mənəvi yüksəlişində çox sanballı rol oynamaqla milli varlığımızın əvəzsiz atributlarından biri oldu. Yaradılan əlverişli yaradıcı mühit respublika alim və mütəxəssislərinin cəmiyyət qarşısında vətəndaşlıq və peşə məsuliyyətinin qat-qat artmasına, səmərəli və məh¬suldar tədqiqatların daha da genişləndirilməsinə, elmi biliklərin sosial və milli sərvətə çevrilməsi prosesinə müsbət təsirini göstərdi
Həmin illərdə Azərbaycan EA-da kompleks xarakterli tədqiqatlara, elmi-texniki proqramların hazırlanmasına diqqət xeyli artırıldı. İqtisadi əhəmiyyətli elmi problemlərin tədqiqi respublika elminin prioritet istiqamətləri kimi ön plana çəkildi. Elmi əməkdaşlar xatırlayırlar ki, Akademiya rəhbərliyinin qayğısı sayəsində keçmiş SSRİ-nin ən məşhur elmi mərkəzlərinin laboratoriya və kitabxanalarında aylarla işləmək, elmi ezamiyyətdə olmaq imkanlarına malik idilər. Elmi işçilər arasında əzmkarlıq çox böyük idi. Yaşlı və cavan nəslin saysız-hesabsız elmi əsərləri, monoqrafiyaları nəşr olunur, aparıcı elmi müəssisələrin fundamental tədqiqatları, xaricdə çıxan elmi nəşrlər elmi kitabxanalara daxil olurdu.
Respublika Elmlər Akademiyası nəzdində yaradılmış müxtəlif elmi cəmiyyətlər – Azərbaycan Fiziklər Cəmiyyəti, Riyaziyyatçılar Cəmiyyəti, Tarixçilər Cəmiyyəti, Coğrafiya Cəmiyyəti, Rusiya Astronomiya-geodeziya Cəmiyyətinin Azərbaycan şöbəsi, D.İ.Mendeleyev adına Rusiya Kimya Cəmiyyətinin Azərbaycan idarə heyəti, Rusiya Paleontoloqlar Cəmiyyətinin Azərbaycan şöbəsi, Rusiya Mineralogiya Cəmiyyətinin Azərbaycan şöbəsi, Azərbaycan Botaniklər Cəmiyyəti, Azərbaycan idarələrarası Litologiya komitəsi, Azərbaycan Helmintoloqlar Cəmiyyəti, Azərbaycan genetiklər və seleksiyaçılar Cəmiyyəti, Fizioloqlar Cəmiyyəti, Azərbaycan Terminologiya Komitəsi, Rusiya Şərqşünaslar Assosiasiyasının Azərbaycan şöbəsi, bundan əlavə Rusiya biologiya, hidrobiologiya, mikrobiologiya, torpaqşünaslıq, protozooloqlar, entomoloqlar və Rusiya Fəlsəfə Cəmiyyətinin Azərbaycan şöbələri müvafiq sahə alimlərinin səylərinin birləşdirilməsi və əlaqələndirilməsində, elmi konfrans, simpoziumların və digər tədbirlərin keçirilməsində geniş ictimai fəaliyyət göstərirdilər.
Məlum olduğu kimi, elmi-tədqiqatların effektli olmasının əsas göstəricisi ixtira və patent işləri sayılır. 1971-1980-ci illər ərzində Elmlər Akademiyasının alimləri 1.100 müəlliflik şəhadətnaməsi almışdılar ki, bu da 1946-1970-ci illərdə olduğundan 5 dəfə çox olmuşdur. Həmin müddətdə dünyanın 34 ölkəsindən 200 xarici patent alınmış, üç dövlətə – ABŞ-a, İtaliyaya və Bolqarıstana lisenziyalar satılmışdır. Azərbaycan EA elmi işin tətbiqini genişləndirilməsi üçün təcrübi-istehsalat və konstruktor – texnoloji xidmət işinin potensialını artırmağa ciddi əhəmiyyət verirdi. Ulu öndər Heydər Əliyevin yaxından qayğısı və akademiya alimlərinin səyi ilə respublikamızda rabitə, elektronika sənayesi, informasiya texnologiyaları, kosmik tədqiqatlar sahəsi formalaşdırıldı. "Nord", "Ulduz", EHM kimi elm-istehsalat birlikləri, "Azon", "Büllur", "Peyk" və s. elektron və cihazqayırma zavodları işə salındı. Müxtəlif elmi-tədqiqat institutlarının nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Qeyd edilməlidir ki, belə innovativ müəssislər təkcə Bakıda deyil, həmçinin Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, Mirbəşirdə (indiki Tərtər) və Əli Bayramlıda (indiki Şirvan) da yaradılmışdı. Ulu öndərin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirilmiş və bu hadisə idarəetmədə ilk tətbiqlərdən olan respublika avtomatlaşdırılmış idarəetmə sistemi - "RASU Azərbaycan"ı yaratmağa və respublika iqtisadiyyatı üçün ciddi hesablamalar tələb edən müxtəlif məsələlərin avtomatlaşdırılmış həllinə imkan vermişdi.
Azərbaycan alimləri tərəfindən neft-qaz sənayesi üçün son dərəcə möhkəm elastik şlanqların konstruksiyası yaradılmış və şlanqlar “Xəzərdəniznefqazsənaye” İB-də sınaqdan keçirilmişdi. Tərkibində bahalı qatışıqlar olmayan, lakin yüksək möh¬kəm¬liyə malik, iqtisadi cəhətdən sərfəli alət və konstruksiya poladları əldə edilmiş, bir sıra sənaye müəssisələrində müvəffəqiyyətlə tətbiq olunmuşdu.
Peykaltı avtomatlaşdırılmış informasiya-ölçü sisteminin qurulması üçün elmi əsaslar işlənib hazırlanması və tətbiq edilməsi, kənd təsərrüfatı, geologiya, su problemlərinin aradan qaldırılması sahəsində kosmik informasiyadan istifadə olunmasının səmərəliliyini artırmağa imkan verdi. Bu sistemin ayrı-ayrı kom¬pleksləri “İnterkosmos” proqramı üzrə nəzarət-ölçü poliqonlarında peykaltı müşahidələrin aparılmasında tətbiq edilirdi.
Xüsusi konstruktor texnoloji bürosunun əməkdaşları Moskvanın N.Bauman adına Ali Texniki Məktəbi və İ.Bardin adına Mərkəzi Elmi-Tədqiqat Qara metal¬lurgiya İnstitutu ilə birlikdə yeni növ volframsız alət poladları işləyib hazırla¬mışdılar. Müəlliflik şəhadətnaməsi almış yeni növ alət poladları 2-3 dəfə ucuz olmaqla yanaşı 50-dən artıq sənaye müəssisələrində istifadə edilirdi.
Akademiyanın Fizika İnstitutunun elektro-fizika laboratoriyasında mürəkkəb elektrik dövrələrində elektromaqnit proseslərini hesablamaq üçün riyazi model yaradılmış və bunun əsasında böyük gücə malik elektrik stansiyalarında, yüksək və ultra yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi və istifadəsi zamanı yaranan qısa qapanma cərəyanlarını, ifrat gərginlikləri azaltmaq üçün müvafiq qurğular yaradıldı. Həmin mühafizə qurğuları çoxlu müəlliflik şəhadətnaməsi almış və sovet elminin ən böyük nailiyyətləri kimi SSRİ EA-nın illik hesabatında qeyd edilmişdi
Azərbaycanın elmi fikri yarım¬keçiricilər fizikası, riyaziyyat və hesablayıcı texnika, neft və təbii qaz kimyası, neft-kimya prosesləri, respublikanın geokimyası və mineral ehtiyatlarının öyrənil¬məsi, dərin qazmanın elmi əsaslarının işlənilməsi, biofiziki və biokimyəvi proses¬lər, bitkilərin genetika və seleksiyası, mikrobiologiya, fiziologiya və təbiətşü¬naslığın başqa sahələrində tədqiqatların nəticələrinə görə yaradıcı mübarizənin ön sıralarına çıxırdı.
Ümummilli liderimiz Heydər Əliyev “müqəddəs elm ocağı” kimi qiymətləndirdiyi Akademiyanın tarixi taleyində həlledici rol oynamışdır. Azərbaycan elmi bu müdrik və uzaqgörən rəhbərin simasında özünün ən böyük hamisini və qayğıkeşini tapdı. Bu sahəni hər zaman şəxsi diqqət və nəzarətində saxlayan ölkə başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində elm adamlarının maddi və mənəvi problemləri ardıcıl şəkildə öz həllini tapmağa başladı, onların sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşdı.
Həmin illərdə Azərbaycan aliminə xüsusi diqqət yetirilir, görkəmli alimlərin yubileyləri keçirilir, sosial-məişət şəraitləri yaxşılaşdırılırdı. Qabaqcıl elm adamları dövlətin yüksək orden və medalları ilə təltif olunurdular. Azərbaycan müxtəlif elm sahələri üzrə keçirilən ümumittifaq və beynəlxalq elmi məclislərin məkanına çevrilmişdi. Respublikada müntəzəm olaraq mötəbər elmi konqreslər, regional məsələlərə həsr olunmuş elmi konfrans və simpoziumlar keçirilirdi. Ölkəmizə səfər edən xarici ölkələrin, xüsusilə inkişaf etmiş kapitalist öıkələrinin alimləri Azərbaycan elminin nailiyyətləri, tarixi və mədəniyyəti ilə yaxından tanış olurdular.
6-09-2024, 12:28
DAHİLƏRİN ÖMRÜ UZUN OLUR. O DA 100 İLİN CİVARINDA YAŞADI..
6-09-2024, 11:01
Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatından yeddi il ötür
5-09-2024, 11:44
AR DTX-nın diqqətinə: AYDIN ƏLİ-ZADƏNİN ERMƏNİ ARTUR MİKAİLYANLA DİALOQU
5-09-2024, 11:26
AMEA-da “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı işə başlayıb
5-09-2024, 10:58
Bakı və Abşeronda güclü külək əsib - FAKTİKİ HAVA
14-07-2024, 22:58
Heydər Əliyev və Azərbaycanda akademik elm sahələrinin inkişafı (1970-1980-ci illər)
27-06-2024, 09:51
Azərbaycanın iki boksçusu Avropa birinciliyində bürünc medalı təmin edib
27-06-2024, 09:44
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
21-06-2024, 10:34
Ququş haqqında yeni sənədli film təqdim olunub
21-06-2024, 10:27
Qars müqaviləsindən Şuşa Bəyannaməsinədək uzanan tarixi yol
20-06-2024, 09:40
Prezidentin adından saxta müraciətlər: şəbəkə ifşa olundu
20-06-2024, 09:33
Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - Detallar
20-06-2024, 09:28
Ərdoğan Putinlə görüşə hazırlaşır: masada nələr var?
19-06-2024, 15:53
Azərbaycanlı zəvvarların səhhəti necədir? - AÇIQLAMA
19-06-2024, 15:47
Bakıda doğum evinin yaxınlığında baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
19-06-2024, 15:35
O ERMƏNİ VİKİPEDİYASINDA TƏBLİĞ OLUNUR
18-06-2024, 15:11
AZƏRBAYCAN DÖVLƏTİNİ VƏ XALQINI ONİLLƏR BOYU TƏHQİR EDƏN, ERMƏNİNİ BİZİMLƏ MÜQAYİSƏDƏ UCA TUTAN
16-06-2024, 17:58
II HİSSƏ. HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
15-06-2024, 21:26
Azərbaycan Xalqının Böyük Oğlu
14-06-2024, 18:59
HAKİM ŞƏHLA SÜLEYMANOVANIN İKİÜZLÜ QƏRARININ AQİBƏTİ, SÜDQABI MƏSƏLƏSİ VƏ "HEÇ-HEÇƏ" PLANI
12-06-2024, 11:05
Pediatr Fərəh Vahabova: “Uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edirəm”
11-06-2024, 18:40
ANONS! ANONS! ANONS! AYDIN ƏLİ-ZADƏNİN BARƏMDƏ II ŞİKAYƏTi DƏ RƏDD EDİLDİ! AMMA...
8-06-2024, 18:34
COP29: yeni əməkdaşlıq formalarının axtarışında
8-06-2024, 18:03
Filosof Alim Beynəlxalq Konqresdə Məruzə ilə Çıxış Edib
8-06-2024, 17:47
Coğrafiya İnstitutunda COP29-la bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib
8-06-2024, 17:41
Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri mövzusunda beynəlxaq konfrans keçiriləcək
6-06-2024, 11:08
“İctimai sağlamlıq” adlı jurnal işıq üzü görüb
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30