Şəhid həkimlərimizi qürurla anırıq!
“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur”.
2020-ci ilin 27 sentyabr bazar günü səhərini bütün Azərbaycan xalqı Azərbaycan Respublikası Prezidentinin bu cümlələrlə başlayan xalqa müraciəti ilə açdı. Ermənistan tərəfi növbəti təxribat xarakterli addımını atmış, Azərbaycan ərazisinə silahlı hücuma keçmişdi.
Azərbaycan tərəfi dərhal adekvat addımlar atdı, 27 sentyabrda başlayan müharibə düz 44 gün çəkdi və Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi olaraq keçdi. Bu günlərdə Vətən müharibəsinin başlanmasının ildönümünü qeyd etdiyimiz bir vaxtda müharibə iştirakçılarının, qəhrəmanlarının, bir sözlə müharibədə əməyi keçən hər kəsin bir daha xatırlanmağına ehtiyac var.
Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.
Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək yaralı hərbçilərə elə döyüş meydanında tibbi yardım göstərmiş, xeyli sayda əsgər və zabitimizin həyatını xilas etmişdir.
Arəstə Baxışova 2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxararkən aldığı güllə yarasından şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Vətən müharibəsində şəhid olmuş həkimlərimizdən biri də tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevdir. O, 2016-cı ilin Aprel döyüşləri zamanı yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərmişdir.
Sentyabrın 27-dən başlayan döyüşlərdə hərbi tibb qulluqçu kimi iştirak edən Rasim Abdullayev Hadrut və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə elə yerindəcə ilk tibbi yardım göstərmişdir. Yeni azad edilmiş, təhlükəli və döyüşlərdə ən qaynar nöqtələr olan ərazilərdə qalmış hərbçilərə də ilk tibbi yardım göstərmişdir. Vətən müharibəsinin son dəqiqələrində komandanlıq tərəfindən verilən Şuşa istiqamətində ağır yaralı zabitlərə ilk tibbi yardım göstərmək tapşırığını yerinə yetirdiyi zaman Xocalı rayonunun Çanaqçı kəndində Ermənistan ordusu tərəfindən pusquya düşürülərək aldığı yaralardan şəhid olmuşdur. O, Azərbaycanın hərb tarixində, həmçinin Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.
R.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. O, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarmışdır. Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur.
Döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azər Şəmilov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirən həkimlərimizdən biri də Turqut Xəlilbəylidir. Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışmış, öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi atəş altından çıxarmaqla məşğul olur. Həmin gün o, yaralı əsgərlərimizi xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə giriş edir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür. Bu zaman Turqut özünü yaralı əsgərimizin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Turqut Xəlilbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Turqut Xəlilbəylinin şəxsi əşyaları ailəsi tərəfindən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Şəhidin əşyaları hazırda muzeydə “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə nümayiş olunur.
Şəhid həkim Adil Əfəndiyev 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 25 yaşında şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Şəhid, hərbi tibb qulluqçusu Adil Əfəndiyevin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunmuşdur. Şəhidin materialları muzeyin “Vətən müharibəsi” fondunda saxlanılır.
Mirlətif Ağayev 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, həm də fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub. Şəhid həkim Mirlətif Ağayevə məxsus əşyalar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib, şəhidin materialları muzeyin “Vətən müharibəsi” fondunda saxlanılır.
Anar Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin iştirakçı həkimlərindən biridir. O, 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-da yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub, daha sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Eldar Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə və Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Eldar Abdullayev “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Tibb xidməti baş leytenantı həkim Nurlan Fərəməzov da Vətən müharibəsinin qəhrəman həkimlərindən biridir. O, Vətən müharibəsi başlanan gündən savaş meydanında olur. Düşmənə vurduğu bütün zərbələr uğurlu alınır. Cəbrayılda gedən ağır müharibədə xüsusi qəhrəmanlıq göstərir. Həm də hərbi həkim olaraq elə döyüş meydanında yaralı əsgər və zabitlərimizə ilkin tibbi yardım göstərir, çox yaralı igid oğullara ikinci həyat verir. Oktyabrın 9-da tibb xidmətin baş leytenantı Nurlan Fərəməzov başının arxa tərəfindən ciddi zədə alır, elə döyüş meydanında əbədiyyətə qovuşur. Nurlan Fərəməzov Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda” medalı və 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Şöhrət Qasımov 2009-cu il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir. 2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir. Qısa zamanda tibb xidməti rəisi vəzifəsinə təyin olunub. Xidməti dövründə nümunəvi zabit və savadlı həkim kimi hər kəsin rəğbətini qazanmışdır. Hərbi xidməti dövründə bir çox fəxri fərmanlar və təşəkkürnamələr ilə təltif edilmişdir. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Şöhrət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmiş, 29 sentyabrda şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Şöhrət Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ağcabədi rayonundan olan qəhrəman hərbçimiz Tariyel Salmanov da Vətən müharibəsinin şəhid həkimlərindəndir. Tariyel orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olub. 2011-ci ildə universiteti müvəffəqiyyətlə bitirib. Tariyel Salmanov 2011-ci ildə universiteti bitirdikdən sonra həmin ilin oktyabr ayından 2013-cü ilin aprel ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tibb xidməti leytenantı kimi hərbi xidmət keçib. 2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel könüllü olaraq ordu sıralarına yazılır. İki ay sonra - sentyabrın 29-da isə o, qismən səfərbərliklə II Qarabağ döyüşlərinə çağırılır və elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulur. Tariyel neçə-neçə yaralılarımıza döyüş meydanında tibbi xidmət göstərərək onları ölümdən qurtarır. Onun döyüş yoldaşları bu gün də qəhrəman həkimin qorxmazlığı, şücaəti, mərdliyindən fəxarətlə danışır, onun dəfələrlə ən qaynar nöqtələrə, ən çətin mövqelərə getdiyini vurğulayırlar. Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək üçün yenidən irəliyə atılır, xeyli sayda yaralılara ilkin tibbi yardım göstərir. Lakin təəssüf ki, mənfur düşmənin atdığı minamyot atəşi nəticəsində özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Tariyel Salmanov şəhadətindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!