AMEA-nın PREZİDENTİ, AKADEMİK İSA HƏBİBBƏLİYƏ HESABAT III Yazı
Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
AYDIN ƏLİZADƏNİN PROFESSORLUĞA SAXTA FORMADA TƏQDİM OLUNMASINA YENİ SÜBUT, ONUN YALANÇILIĞI, QORXAQLIĞI VƏ MƏNİ TƏHDİDLƏRİ HAQQINDA ... III Yazı
Çoxhörmətli akademik İsa Həbibbəyli!
Sizə Media ilə Müraciətimin III Hissəsini yazmağa başlarkən Sizin “qızıl kimi” vaxtınızı aldığıma görə utandığımı və məni bağışlamağınızı xahiş edirəm. Ancaq bu 3 yazı (bu sonuncudur!..) xalqımızın əsl maarifçiləri kimi acı həqiqətin dolğun faktlarla ictimailəşməsi məqsədi daşıdığı üçün neyləyim ki, bu qədər geniş alınmışdır. Əsas məsələ, əvvəl özümün, sonra başda Siz olmaqla bu yazıları izləyənlərin qiymətli vaxtını almış olsam da, özümün səhhətimə ağır zərbə vurmuş olsam da mən türk soydaşlarımız demiş “başardım!”.
Mən “sapı bizdən olan bir baltanı” ifşa etdim. 60 il Havamızı udan, Suyumuzu içən, Ulu öndər Heydər Əliyevin Azərbaycan alimlərinə ərmağanı AMEA-da işləyəsən ancaq “elm hara vətənpərvərlik hara”, Azərbaycanlıları ancaq əzmək lazımdır”, “Az sonra biz məhv olacağıq”, “Azərbaycanlılar ləyaqətsizdir”, “Azərbaycanlılar oğ -şlıqda” çempiondular”, “Savaş deyəndə heç bilirsiz qarşınızda hansı dövlətdir?”,”ermənilər Azərbaycandan hər şeydən üstündürlər, ona görə də qalibdirlər”, “Türklər qırılmalıdır”,”2 cürə türk var: igid oğraşlar, oğraş igidlər”, “İslam Türklərin dini” deyil, “Azərbaycan qadınları doğmamalıdır”, “Azərbaycanda sosial problemlər dini radikalizmi gücləndirir”, “Azərbaycan dünyaya heç nə verməyib”,“Midiyanın, Albaniyanın Azərbaycana aidiyyəti yoxdur”, “Alban kilsəsinin Azərbaycana aid olmasını deməyin, gülərlər Sizə”,”Azərbaycan partlayacaq” və s.və i.a. yüzlərlə Azərbaycan Dövləti əleyhinə, Azərbaycan xalqına, milli-mənəvi əxlaqi dəyərlərimizə qarşı məqalə, vidio-çıxış, status, rəylərlə, erməni mediasında yayımlanmaqla (Azərbayanlılar haqqında heyvanlar kimi balalamayın, cütləşməyin yazdığı yazısının erməni mediasında syayımına sevinən), XİN-nə ermənilərin Azərbaycana gəlib-getməsi əmrini verən beləcə içimizdə əsl düşmən olan Aydın Arif oğlu Əli-Zadəni bir az tədqiq edib şüurunu, mövqeyini üzə çıxardım.
Bütün məsələlər onun məni 01.12.2023 tarixdə məhkəməyə verməsindən başladı. Hər işdə bir xeyir var, -deyirlər! Nə yaxşı o “qara məni basınca mən qaranı basım” ağlı ilə məni məhkəməyə verdi. 180 dərəcə o tərəf - butərəfə dönən, türklərə qoyduğu ad - əslində əsl hibrit adam - ermənilər necə edir o da həmin taktika ilə hər şeyi öz xeyrinə həll etməyə çalışaraq “qatıq qaradır” prinsipi ilə gedir. Məgər cinayətkar o saat cinayətini boynuna alır?!
Aydın Əli-Zadə də mənim barəmdə verdiyi Xüsusi İttiham qaydasında Şikayətində uduzduğu halda utanmadan (bu xarakteri onun şüurundakı erməni tipini ifadə edir) “mən məqsədimə nail oldum. Daha bundan sonra heç kim mənə dövlət əleyhinə olan, ermənilərlə əlaqəsi olan deyə bilməz!”...- deyir, yazır.
Keçmişi unutmaq olmaz. Unutqanlıq manqurtluqdur. Əlbəttə “qul xətasız olmaz”. Xətanın da “dərəcəsi” və xəta edənin yaş amili var. Sən dövlətini, xalqını istədiyin qədər alçalt düşmənin qarşısında, sonra bir dəfə, iki dəfə, on dəfə mövqeyini dəyiş. Aydın Əli-Zadənin Facebook səhifəsində (əvvəl aktiv olanlara məni bloklamışdı) paylaşmalarına baxdıqda gözlərimə inanmadım. Erməniləri “söyürdü”. Anladım ki, professor iddiasında məhkəmələrdə qalib olmaq üçün növbəti dönmə məqsədidir. Ancaq çox istərdim ki, o həqiqətən öz mənsub olduğu xalqın, dinin, əxlaqın “şüuruna” qayıtsın. Bu mümkündürmü yox!..
Çoxhörmətli akademik İsa Həbibbəyli!
Buradaca, mən Sizə Hesabat, Müraciətimin II hissəsinin sonunda Aydın Əli-Zadənin xalqımızın Azərbaycan Respublikasına Prezident Seçkiləinrdə böyük Vətənpərvərlik hissi ilə öz prezidentini dəsləməsinin nəticəsi olaraq ümummilli Seçki Zəfərini Bayram kimi qeyd etdiyi vaxt ermənilər qarışıq 1333 izləyicisi, bəlkə ondan da çox dostu olan Facebook sosial şəbəkəsində paylaşdığı statusunu diqqətinizə çatdırıram. “Vətənpərvərlik əclafların sonuncu sığınacağıdır”.
Axı elə bir gündə bu cür düşmən ruhlu fikri əsl Azərbaycanlı dilə gətirməz! Başqa cür desək "VƏTƏNPƏRVƏRLİK ƏCLAFLARIN SONUNCU SIĞINACAĞIDIR"- düşüncəsini bizim düşmənlər Seçki sevincinə bürünmüş xalqa qərəzlə deyə bilərlər. Aydın Əli-Zadə nə 7 fevral, nə 8 fevral günü və ümumiyyətlə, Azərbaycan Respublikasına Prezident Seçkiləinrə aid ölkə Prezidentimizin xalqımızın yekdilliklə Səslərini qazanmaq kimi böyük Zəfərinə elementar bir kəlmə ilə müsbət, fikir bildirmədən bu statusu paylaşmaqla təkcə mənim Seçki təbliğatında fəallığıma qeyzini-qərəzini bildirməmiş, həm də özünün dövlətimiz, xalqımızla həmrəy olmadığını bəyan etmişdir. “Elm hara, vətənpərlik hara” deyiminin sahibi Aydın Əli-Zadənin Azərbaycan dövlətçiliyi, xalqımızın müstəqillik tarixi, AMEA-nın Qərarları istiqamətində bircə dənə də kitabı, məqaləsi, hətta öz “çənlibeli, - Facebook səhifəsində” bir statusu, rəyi yoxdur. Əksinə bunların erməni qütbündən olan məzmunlarına aid çox misalları vardır.
Yeri gəlmişkən Fəlsəfə və Sosiologiya institutunun direktoru İlham Məmmədzadənin onu müdafiə edərək dediyi “Aydın məlim, Ulu öndərdən yazır” , - fikrinə münasibət bildirmək istəyirəm. Beləki, bu fikir yalandır. Aydın Əli-Zadə Ulu öndərdən nəinki davamlılığı ehtiva edən “yazır”. O bu mövzuda heç bir dəfə də yazmayıb. 1905 saytının Ulu öndər “Heydər Əliyev və Dövlət-Din münasibətləri” mövzusunda təşkil etdiyi diskussiyada (bilmirəm onu ora kim göndərib) o, Heydər Əliyevdən bir kəlmə də danışmayıb. Əksinə o həmin müzakirədə Heydər Əliyevin böyük dəyər verdiyi, bağlı olduğu İslam dininin Türklərin, o cümlədən Azərbaycanlıların Dini olmadığı kimi ekstremist xülyalarını danışıb. Konkret olaraq o, diskussiyanın birinci (https://1905.az/az%C9%99rbaycanda-dini-t%C9%99hsil-realliqlar-v%C9 % 99-perspektivl%C9%99r/) və ikinci hissələrində (https://1905.az/heyd%C9%99r-%C9%99liyev-v% C9%99-multikultural-d%C9%99y%C9%99rl%C9%99r/) iştirak etməyib. Diskussiyanın 3-cü hissəsində isə Ulu öndər haqqında bir kəlmə də deməyib. İslamın Türklərə aid olmadığından danışıb. Sitat: “Aydın Əlizadə: Tamamilə doğru deyirsiniz, amma bu, yalnız bir epizod idi. Səbəb o idi ki, ingilis mənliyi artıq ortaya çıxmaq üzrə idi. Katolik kilsəsi isə bunlara imkan vermirdi. Bundan sonra ingilislərin öz mədəniyyətləri, fəlsəfələri yaranırdı. Dinsiz bunlar mümkün deyil. Baxın, indi türkün fəlsəfəsi varmı? Yoxdur. Türkiyədə bir nəfər də olsa filosofun adını çəkmək mümkün deyil. Düzdür, var, amma orta səviyyəlidilər, dünyaya çıxa bilmirlər. Hegel, Kant, Aristotel yoxdur”, ... “Bəli. Türklərdə ona görə filosof öz dinləri olmadığı üçün yoxdur. Türk öz dünyagörüşünü ərəb sünniliyi üzərində formalaşdırıb. Nə edirsə, etsin, nailiyyətləri ərəblərə yazılır. Bizdə də həmin vəziyyətdir. Farslar, iranlılar qismən ingilislərin yolu ilə gediblər. Onlar öz dinlərini və fəlsəfələrini yaradıblar. Zərdüştilik onların qədimdən gələn ənənəsidir, sonra İbn-Sina var. Bu da ona görədir ki, farsın öz dini var – şiəlik”.
Göründüyü kimi Aydın Əli-Zadə İlham Məmmədzadənin hətta xüsusi vurğuladığının əksinə nəinki Heydər Əliyevdən “yazıb”(danışıb)əksinə İslamın Türkə aid olmadığını bildirib.
Hələ ona bu ciddi radikal mövqeyinə görə irad da tutulub: “Musa Quluzadə: Deyirsiniz ki, türkün dini yoxdur. Türklər olmasaydı, İslam çoxdan sıradan çıxmışdı. Türklər ərəblərdən daha çox İslam dinini qoruyublar”.
Diskussiyanın mövzusuna uyğun və həmçinin dövlətçilik mövqeyindən çıxış edən Anar Qafarov isə (ilk dəfə onu alqışlayıram!..) ona çox-çox tutarlı elmi-məntiqi cavab verib.
Aydın Əli-Zadənin bu qədər bizə “yad” olduğunu düzü mən son iki ayda onu “öyrənərkən” anladım. “Sapı bizdən olan bu balta” həm də çox təhlükəli bir tipdir. Fikrimcə, elə İlham Məmmədzadə də buna görə onu “Həsən ağanın qohumu” mənasında yuxarı başa keçirib və ya keçirir.
Buna görə də Aydın Əli-Zadə haqqında necə deyərlər, 100, hətta min fakt göstər, dəxli yoxdur, deyəsən artıq “başsız” direktor (AMEA-da baş, icraçı direktorlar institutu ləğv edilib) lham Məmmədzadə ona “gözün üstdə qaşın var”,- deməyəcək
O, yalnız hüquq-mühafizə oranları tərəfindən “rəndələnməklə” düzələ bilər. Çox əziyyət çəkilməsin deyə, mənim onun əməlləri barədə 12-13 dolu-dolu faktlarla, sübutlarla olan yazılarım fikrimcə, heç olmasa ip ucu ola bilər... Onu da qeyd edim ki, Azərbaycan Təhlükəsizlik sisteminin hələ sovet hakimiyyəti vaxtı güclü bünövrəsi qoyulub. Bütün SSRİ-də 2-ci və ya 3-cü yerdə dayanıb Azərbaycan Təhlükəsizlik Qurumu. Bütün şüurumla inanıram ki, bu gün də Dövlət Təhlükəsizlik Xidməti yüksək səviyyədə fəaliyyət göstrir.
Bir məsələ də var ki, “it hürər, karvan keçər!” – misalı bizim atalar sözümüzdür və nakam şəhidlərimizin ruhu, erməni vandallığının qurbanları əsir düşmüş vətəndaşlarımızın bir ömürlük acısı, şəhid analarımızın ahı, qazilərimizin haqqı – bu misalı “erməni quyusuna illər uzunu su tökən” Aydın Əli-Zadəyə münasibətdə böyük güzəştdi. Ona münasibət “nə tökərsən aşına, o çıxar qaşığına” misalına uyğun olmalıdır. Ona qarşı tolerantlıq milli təhlükəsizlik qanunçuluğuna, milli mentalitet əsaslarımıza bignəlikdir ki, bu sözümüzlə əməlimizin uyuşmazlığını göstərir.
Çoxhörmətli akademik İsa Həbibbəyli!
Fəlsəfə və Sosiologiya institutunda Aydın Əli-Zadəyə tolerant yanaşma onu çox harınlaşdırıb. Diqqət edin, iki-üç Azərbaycan ziyalısı onun Azərbaycan Dövlətinin Demoqrafiyasına aid - “Azərbaycan qadınları doğmamalıdır”, “Nə vaxt Dövlət tələb edər, cütləşərsiz, balalayarsız”- kimi zərərli fikirlərinə qarşı etiraz etdikdə, bütün Azərbaycan xalqı üçün “Azərbaycanlıları ancaq əzmək lazımdır”- qədər düşmən mövqeli fikir yazan Aydın Əli-Zadə onun haqqında mənim tənqidi fikrimdən, iki şöbə müdirinin şikayətindən haray-həşir qoparır. Mənə qarşı Şikayəti hüquqi cəhətdən əsassızlığına görə rədd edildi. Ancaq indi iki şöbə müdirinin şikayətinin davasını edir və təəssüf ki, direktor ona lazımı cavabını vermir. Mən 2 ayı keçdi, onun cəfəngiyyat, özünü təmizə çıxarmaq üçün cəhətlərini ehtifa edən məhkəmə Şikayətinə görə yaradıcılığımdan olmuşam, səhhətimə zərər dəyib. Hələ mənim saytımı yoxlatdırmaq üçün prokurorluğa şikayət ərizəsi verib. Ona olar, başqalarına ondan şikayət eləmək qadağandır. Bundan başqa hər gün öz facebook səhifəsində barəmdə “artıq-əskik” fikirlər yayır. Yalandan yazır ki, mənim barəmdə verdiyi Şikayətə baxan məhkəməni udub. Udmayıb, rədd edilib. Savadsız yazdığına görə Şikayəti rədd edilib! Apellyasiya da vermədi. Çünki mən heç eləmişəm onun müddəalarını. Qorxur ki, Şikayət versə, təmin olunsa iş özünə tərəf dönər.
Mən qarşılıqlı İttiham vermişdim. Elə əsl məqsədim məsələni onunla bağlı üzə çıxartdığım faktlarla dövlət əleyhinə maddəyə tövsit etdirmək idi. Mümkün idi. Ancaq onunla məni çağırmadan hazırlıq iclası adı ilə təklikdə görüşmüş Səbail rayonu hakimi Azər Tağıyev onun Şikayətində anlaşdıqlarını həyata keçirə bilməsə də mənim Şikayətim Səbail rayon məhkəməsinə daxil olan kimi icraatına alıb həmin "anlaşmadan" çıxış edərək qanunları da taptaladı, vicdan hissini də ayaqladı.
Dünən Bakı Apellyasiya Məhkəməsində mənim Azər Tağıyevin qanunlardan kənar, qoçuluğu ilə müşayət olunmuş Qərarından verdiyim Şikayətə baxan hakimlər bütün dünyaya məlum olan qeyri-müstəqilliklərini dolğun surətdə əks etdirərək Azər Tağıyevin öz marağına uyğun çıxardığı Qərarı qüvvədə saxladılar. Bu mənim haqsız olduğumun ifadəsi deyildi. Faktdır ki, Azər Tağıyev Aydın Əli-Zadənin faktiki ünvanı Xəzər rayonu olduğu üçün mənim Şikayətimi həmin rayona göndərməkdənsə öz marağına görə qanunları taptalamışdı. Aydın Əli-Zadə Qərarın dəyişdirilməyəcəyndən o qədər arxayın idi ki, məhkəmə iclasına iki saat gec gəldi. Gəldikdən sonra bu iş üzrə təqsirləndirilən olsa da hakim Q.babayev onun İttihamçı yerində oturmasına susdu. Mən onu “yerinə qaytartdım!”. Bundan başqa məndən faktiki ünvanımı soruşan hakim ondan bunu soruşmadı və mən replika atdıqda özünü eşitməzliyə vurdu. Halbu ki, A.Əli-Zadə gecikməyinə bəhanə kimi Aeroport yolunun bağlı olduğunu dedi ki, bu onun Xəzər rayonundan gəldiyini təsdiqləyirdi.Apellyasiya məhkəməsi 3 hakimdən ibarətdir. İclasa sədrlik edən mənim əsaslı replikama laqeyd oldu, o biri iki hakim də susmaqla Azər Tağıyevin Qərarını ləğv etmək üçün olan bu fakta “nəyə görəsə” göz yumduqlarını - müstəqil olmadıqlarını və ya rüşvətə diz çökdüklərini təsdiqlədilər. Onlara Avropa məhkəməsinin mənim Şikayətimi 2022.01.22 tarixdə təmin etdiyi Elanını yaydığını bildirmədim. Onların da Qərarı Avropaya göndərilsə çox qısa vaxta ləğv ediləcək. Dünyada biabır olublar. Bu da bir "ayıbları"... Ancaq mən çatdırıb bu hakim adlanan qanunpozanlara Aydın Əli-Zadənin mənə bu Şikayətimi geri götürmək üçün yazdığı 2 məktubun bir mənası olan “Geri götür, məni xərcə salma” məntiqini anlatdım: “O mənə yazmışdı xərcə salma məni" və hətta Aydın Əli-Zadənin Azərbaycanlılar “oğ- şlıqda çempiondurlar” ideyasının kişilərimizə, o cümlədən hakimlərə aid olduğunu diqqətlərinə yetirdim. Bu da gerçəkdir ki, Azər Tağıyevin mənsiz - hazırlıq iclası adı ilə A.Əli-Zadə ilə 07.12.23 tarixli təklikdə keçirdiyi görüşünün "əsas məsələsinin" cəzasını Allah heç yubandırmayıb!.. Qoçu hakimin 19.01.2024. Ədalətsiz Qərarının da yəqin qiymətini haqq verər. Q.Babayev və heyəti də "kimə görə qanunları taptaladıq?!"- sualını bir gün özlərinə verərlər... Türk soydaşlarımızın gözəl deyimi var: "Yarın nə olacaq, onu Yaradandan başqa kimsə bilməz!"
Çoxhörmətli akademik İsa Həbibbəyli!
Təkrar edirəm, Aydın Əli-Zadə bütün şüuru ilə ermənilərin kopyasıdır. Dövlət əleyhinə “çıxışları” qalsın, Üzeyir Hacıbəyovun AZƏRBAYCANLI olmadığına şübhə yaradır. Onun məqsədi Azərbaycanın dünyaya heç nə vermədiyini sübut etməkdir. Onun tarix elmləri doktoru Solmaz Toğridi Rüstəmova ilə mübahisəsi də olub ki, ermənilər Azərbaycanlılardan hər şeydə üstündürlər. Elə bu mövzuda da erməni mətbuatında çap olunan məqaləsi, yutube çıxışı var.
O eyni zamanda çox və çox tərbiyəsiz, əxlaqa zidd çıxışlar edən mənəviyyatsız adamdır. Mən onun söyüşləri cəhənnəmə, açıq-saçıq ifadələri də cəhənnəmə, İslamı alçaltmaq üçün və ümumiyyətlə, gənclərin tərbiyəsini pozmaq baxımından təhlükəli olan yazılarını təəssüf ki, işıqlandıra bilmirəm. Belə bir adamı əlbəttəki, professor keçirmək düzgün deyil. Xarici ölkədə, Din mövzusunda ciddi Beynəlxalq konfansda Azərbaycanlıları pomidor-tərəvəz satan, özünü bu ölkənin "velikiy insanı” adlandırıb süfrəyə araq gətirilməsini istəmək, digər bir Beynəlxalq konfransda Azərbaycan əleyhinə danışmaq, bir statusunda erməniləri tərəf tutaraq Rusiyada işləyən Azəbaycanlılara xitabən “yıxarlar sizi asvalta” və və s. və i.a. hədyanlar yağdıran biri niyə Azərbaycan dövlətinin professoru olmalıdır?!
Bundan başqa təkrar edirəm, ermənilər qarışıq 1333 izləyəni və yəqin elə o qədər də dostu olan (hər dostun və izləyənin də onun 10 faizi qədər olsun) Aydın Əli-Zadə status paylaşıb ki, Sizə müraciət edəcək ki, mənim dövlətçilik sahəsində tədqiqatlarımı ləğv edib məni Əli-Zadəşünas elan edəsiz, Multikulturalizm və Tolerantlıq şöbəsinin adını Əlizadəşünaslıq şöbəsi qoyasız və s. Baxin, görün o dövlətin şöbə adını necə pis məzmunda hallandırır. Bəli, mən hər bir məqaləni ciddi məsuliyyətlə yazıram. Faktlarım çox, dəqiq olur. Onun haqqında da xarakterimə uyğun tutarlı faktlar üzə çıxarıb yazmışam. O, bunu,- mənim yalnız onu ciddi araşdırdığımı yana-yana yazıb. Ancaq dövlət əhəmiyyətli şöbənin adını belə eybəcər şəkildə hallandırması yolverilməzdir. O, öz statuslarında mənim professor adının həsrətində olduğumu da yazır. Ancaq bilmir ki, mən bunun həsrətində olsaydım heç olmasa bir ərizə yazardım. Odur bu həsrətdə ki, məsələsi saxta sənədlərlə Elmi Şuraya qoyulub, saxta seçki ilə AAK-a tövsiyyə olunub. AAK institutun iddiasını rədd etdikdə məhkəməyə verib. I instansiya məhkəməsi iddiasını rədd etdikdə, Apellyasiya məhkəməsinə, o məhkəmə də rədd etdikdə Ali məhkəməyə Şikayət verib. Bəlkə Avropa məhkəməsinə də şikayət edər. O hətta professor adına o qədər həsrətdir ki, iki şöbə müdirinin elektron şikayətini (qanun elektron şikayətlərin məhkəmə predmeti olmadığını əsaslandırır) axtarır, mənə yazıb istəyir, "dostlarından" istəyir, Sizdən belə tələb edir ki, verin o teleqramları mənə, bilməliyəm nə yazıblar...
Özü də Sizə təqdim etsin Dövlət əleyhinə, xalqı alçaldan yazılarını!.. Bir məsələni də qeyd edim ki, o müayinə olunmalıdır. Bəlkə onda erməni xəstəliyi - Azərbaycanfobiya baş qaldırıb. AAK-a kimin nə sənədi gedir, ardınca şikayətlər verilir dəə...Yoxxx, bu əlahəddə səlahiyyətli adamdır. Həə, bəs nə, axı onun Azərbaycana çox böyük "faydası olub". "Cild-cild əsərlərin müəllifidir"... "Özü, oğlu vətən müharibəsində ön cəbhədə döyüşüb"... O özünü məşhur alim kimi qələmə verir. Görəsən mənim kimi Amerikada beynəlxalq jurnal üzvü olsa, nələr edər?! 7 dildə kitabım çap olunub İngiltərədə. Avropa və Amerikada ən məşhur kitab bazarlarında çox baha satılır. Bu barədə geniş yazmağa ehtiyac yoxdur. Stop eləsin! Bir sadə araşdırma ilə iç üzü ortadadır. Qorxusundan Apellyasiya da verə bilmədi. Dünya İlham Məmmədzadə və Sevinc Həsənovadan ibarət deyil. Ümidvaram ki, o bu əməllərinə görə ittiham olunacaq.
[media= https://www.youtube.com/shorts/9BKslFtWC4g]
Əslində açıq demək lazımdır. İnstitutda ilham Məmmədzadə ikinci plandadır. Direktor müavini Eynulla Mədətli tamam uzaqdadır. Bütövlükdə bir dənə rəhbər viquru var Fəlsəfə və Sosiologiya institutunda – Sevinc Həsənova! Onun madərşahlığından Sizə bəhs etmədən öncə bir fikrimi geniş ictimaiyyətin diqqətinə yetirmək istəyirəm. Eynulla Mədətli mənim dostum, həmfikrim, pərəstiçş etdiyim alim və s. deyil. Amma vicdan hissimlə deyirəm ki, o Azərbaycanın qiymətli məmur-ziyalısıdır. O Azərbaycan dövlətini 6 ölkədə yüksək sima –Səfir, Fövqəladə səfir səviyyəsində təmsil edib. Onun çox mühüm müsbət idarəedici xüsusiyyətləri var. Çox təəssüf ki, Sevinc Həsənovanın hegimonluğu ilə Eynulla Mədətlinin elə məhz Fəlsəfə və Sosiologiya institutunu irəli aparacaq fəaliyyəti üzərindən xətt çəkilib. Kim istəyir incisin. Ancaq reallıq budur ki, hər şey Sevinc Həsənovanın elm sahəsinə qətiyyən uyğun olmayan prinsipləri əsasında tələblərindən asılıdır.
[media= https://www.youtube.com/shorts/9BKslFtWC4g?feature=share]
Bilmirəm direktorun möhürü də ondadır, ya yox, ancaq işə qəbulu, doktorant, dissertant məsələlərini hətta ən neqativ formada o həyata keçirir.
Bütün AMEA-da təkcə Sevinc Həsənova həm Elmi Şuranın, həm Müdafiə Şurasının elmi katibidir. Bu açıq surətdə rüşvətin elm üzərində çirkin ayaqları ilə rəqs eləməsi təsəvvürünü oyadır. Elə deyil, yəni o boyda institutda başqa bir alim yoxdur ki, sadədən sadə hələ bir böyük şöbə qədər işçisi olan (bu da onun marağına uyğun həll edilib) elmi katiblik işi o adama həvalə olunsun?! Sonra “həftə yeddi - mən səkkiz” alim kimi xaricə gedir. Bahalı təyyarələr (biznes klaslar), bahalı hotellər üçün bir aləm – fantastik ezamiyyə xərcləri ayrılır ona, o cümlədən “xüsusi qrupa”. Başqa İnstitutların elmi katibləri bu şərəfə ildə neçə dəfə layiq olurlar, deyə bilmərəm, amma bizim institutda direktor, direktor müavini, elmi şura sədri, müdafiə şurası sədri, seminar sədri, otdel kadr, beləcə, bütün səlahiyyətlərin sahibi olan Sevinc Həsənova təsəvvür eidn ki, Aydın Əli-Zadəni çox yüksək qiymətləndirir. Əvvəlki yazılarımda geniş yazmışam, burda qısaca deyirəm ki, Sevinc Həsənova Aydın Əli-Zadəni elə yüksək qiymətləndirir ki, onun professor keçməsi üçün saxtakarlıq edib. Elana onun Moskvada çap olunacaq kitabının müzakirəsini yazıb. İclas başlayanda isə şifahi Elan edib ki, Aydın Əli-Zadənin professor tövsiyyə olunmasını səsə qoyuruq. Bu qanunsuzluqdur. Bunu tənqid etmək haqqdır- hüquqdur. Demokratik azadlıqdır. Ancaq baxın, Sevinc Həsənovanın “qanadları altına” aldığı Aydın Əli-Zadə xalqı heyvan yerinə qoyub “cütləşməyin, balalamayın” sözləri ilə alçaldarkən 2-3 nəfər cavabını verdikdə “Azərbaycanlıları (aha! bəs sən kimsən?!) ancaq əzmək lazımdır” , -deyəndə demokratik hüququnu bayraq edir, hələ bir onu tənqid edənlərə Sizə diktatura lazımdır,- hökmünü dilə gətirir, qanuna zidd, saxtakarlıqla professor kimi ən yüksək ada keçirilməsini tənqid edənləri məhkəməyə vermək üçün ölkə prezidentinə teleqramlarını tələb edir. Xaricilərin atalar misalı var: “Donuzu stol arxasına oturdanda ayaqlarını stolun üstünə qoyar!”...
Əgər ixtiyar Eynulla Mədətlinin əlndə olsaydı o Aydın Əli-Zadənin mənim yazdıqlarımdakı faktlardan ucalan dövlət əleyhinə fəaliyyətini çoxdan yığışdırardı.
Məqamı olduğu üçün deyəcəyəm. 8 il əvvəl Fəlsəfə və Sosiologiya İnstitutunda Yadigar Türkel adlı bir alimin 3 cümlələlik “qələtinə” (mən kitabın Girişində cəmi 1 cümləlik, həm də adi "yanlışını" oxumuşdum) görə qiyamət qopmuşdu. Onu töhmət verib qovdular işdən. Əvvəl şifahi töhmət vermək olardı... Qovdular, çərlədi, öldü cavan adam. Hətta akt zalında dört- beş projektor, vidio çəkiliş qurub (və bütün institutu toplamışdılar) “yazıq şöbə müdiri”- Rəna Mirzəzadəni cəzalandırmağa qalxmışdılar. Rəngi A4 rəngində idi. 1 nəfər onu müdafiə etmirdi... Deyəsən mən onu dar ağacından xilas elədim...
Amma baxın görün Aydın, Əli-Zadə nələr edir!.. Metamarfozadır, Yadigar Türkeli “ödürənlər” ondan min qat, milyon qat cinayətkar olan Aydın Əli-Zadəni professor keçirirlər, hətta saxta sənədlərlə. Elmi şuranın əksəriyyətlə, fomal surətdə, müxtəlif səbəblərə görə direktorun xətrinə, pardon, Sevinc Həsənovanın hökmünə səs verənlər üzvləri Aydının Əli-Zadənin düşüncəsinə görə ideal haqlıdırlar, narazı qalan, tənqid edən cəmi-cümlətani 2 EŞ üzvü isə “xalq düşmənidir”! Onların dili kəsilməlidir, işdən qovulmalıdırlar!.. Mənim üçün də məhkəməyə Şikayətində hakimi aldatmaq üçün yazıb ki, Xatirə Quliyeva etika sahəsi üzrə doktorluq müdafiə edib, onun sosiologiya üzrə kitaba rəy verməsi əsassızdır. Onda EŞ-nın 2 səsə malik sədri də, Sevinc Həsənova da, Dilarə Müslümzadə də (daha kim, yadıma düşmür) Etika üzrə müdafiə ediblər, onlar da etika sahəsi üzrədirlər, - silinsin səsləri! Sonra estetikanın da sosiologiyaya aidiyyəti yoxdur, tarixin də - onların səslərini niyə qəbul edirsən?!
Beləcə, o mahir saxtakardır, mahir hiyləgərdir, o varlıq olaraq Azərbaycanlıdır, şüur olaraq bizdən deyil. Heç qəti erməni demirəm. Bilmirəm, o hansı millət adlana bilər?! Ancaq onda kaplyarlara kimi hər şeydə üzə çıxan bizə yadlıq var! Ancaq nə millət olursa-olsun onda vicdan, ədalət, intellekt hissi olmalıdır. Baxın görün Aydın Əli-Zadədə Elmi şura üzvlərini qiymətləndirmədə vicdan, ədalət hissi, savad, səviyyə görünür?! Bundan başqa SOCAR rəy verib ona. SOCARın rəyi 100-cü səviyyədə sayıla bilər.
Onun əsərinə AMEA-nın 60 il tarixi olan və Azərbaycan iqtisadiyyatının hər sahəsini tədqiq etmiş və edən İatisadiyyat İnastitutu alimləri Rəy verməlidir. SOCAR istehsalat sahəsidir. Bəlkə Azəriqazın bugünki – müstəqillik dövrü işçiləri öz fəaliyyət dövrlərindəki Qazlaşdırma haqqında təəssüratlarını yaza bilərlər, amma rəhbərlik doğurdanmı oxuyub kitabı?! Heç alimlərə verməyib oxumağa. Amma iddia olunur ki, Azəriqaz istehsalat Birliyi kimi gündəlik qaynar iş sahəsinin rəhbərliyi oxuyub. İnanmıram ki,oxusunlar.
Fürsətdən istifadə edərək mən Aydın Əli-Zadənin Elmi Şurada 2020-ci ildə müzakirəyə qoyulmuş, ancaq EŞ üzvlərinə oxumağa verilməmiş həmin kitabını oxumaq üçün istəyirəm. Qorxmurlarsa versinlər., oxuyum!.. Onu da deyim ki, mənim bir kitabımı Sevinc Həsənova Elmi Şuraya müzakirəyə qoymamışdı ki, “əvvəl 1 ay oxumağa verilməildir. Oxunduqdan sonra da bilmirik, EŞ nə vaxt olacaq”. Bu cümlənin məna istiqamətində buyurun özünüz qiymət verin Sevinc Həsənovanın Aydın Əli-Zadənin kitabını müzakirəsiz çapa təsdiqləməsinə.
Kitab da çap olunan kimi ermənilər qondarma Dağlıq Qarabağ iqtisadiyyatı kitablarına daxil ediblər. Hətta qondarma olan - darmadağın olmuş respublikanın saytında da yerləşdiriblər. Azərbaycan dilində olan bu kitabı hardan tapıblar axı?! Kitabın adını rus dilində yazıblar, nəşr ilini 2020.nəşr yerini bakı.
Düzü ermənilərin marağına səbəb olmasından yola çıxıb düşünürəm ki, mən o kitabı oxumaylıyam. Ola bilməz ki, ermənilərin marağına uyğun olmayan bir kitabı onlar nəzərə alsınlar. Əslində bir az sonra “tutduğum” bir ştrixi qeyd edəcəyəm.
Çoxhörmətli akademik İsa Həbibbəyli!
Xaliq Bəşər vardı!.. Düzü o vaxt bu şəxsdən mən narazı olmuşam. Ancaq sonra anladım ki, o bəzi məsələlərdə düzgün olaraq ifşa-tənqid mövqeyi tutubmuş. Onun dövlətçilik mövqeyinə gəlincə, bu sözsüz olaraq təqdirəlayiq idi və əgər onun institutda işlədiyi “dövrdə” Aydın Əli-Zadənin əməlləri faş olsaydı (2 aydı yazıram...) onun geri çəkilməyinə baxmayıb qabardardı məsələni. İndi heç kimin səsini çıxartmaması ilə Xaliq Bəşərin yeri görünür. Halbu ki, mənim şikayət etdiyim və faktlarım olan materialları sübut kimi apardığım bir dövlət qurumunda mənə 2 dəfə “bəs rəhbərliyiniz bu məsələyə nə deyir?!”, - sualı verilib. Direktor deməyib, amma mən bilirəm ki, belə bir mövqe var ortalıqda “dövlət əleyhinədir, dövlət cəzasını versin!”.. bu düşüncə isə kökündən səhvdir. Tutaq ki, ailənin bir üzvü bank yarıb, ya adam öldürüb, ailə cinayəti dövlətdən gizlədəcək?! Yaxud da bəs Yadigar Türkeli niyə elə sərt cəzalandırdılar?! Öldü yazıq!..
Aydın məsələdir ki, Aydın Əli-Zadə Sevinc Həsənovanın dissertasiya “bankının mühüm üzvlərindən olub” rəyçi, opponent, elmi rəhbər , müdafiə şurası , seminar üzvü və s. statuslarda çox yaxın adamıdır. Bəs əgər mən səhv edirəmsə ki, direktor, direktor müavini Sevinc Həsənovaya veriblər bütün səlahiyyətlərini bəs, Elmi Şura üzvləri niyə Azərbaycan dövlətinin tarixini, qüdrətini, müstəqilliyini, xalqın hər şeyini yox sayan, alçaldan bu şəxsə qarşı tədbir görmürlər? AMEA İctimai Elmlər bölməsi, Direktorlar Şurası niyə saymırlar mənim canımı qoyub üzə çıxartdığım faktları?! "Elm hara, vətənpərvərlik hara"- bu Aydın Əli-Zadənin zərərli prinsipidir! "Vətənpərvərlik əclafların sonuncu sığınacağıdır!”- bu da Aydın Əli-Zadənin zəhərli düşüncəsidir. AMEA axı sözün hərfi mənasında Azərbaycan Dövlətçiliyinə xidmət edir! Niyə bu mövqeyindən bu AMEA-ya layiq olmayan şəxsə cəza verilmir?!
Müğənni Aygün Kazımova neçə illər qabaq stilistinin etməni olmasına görə ictimai qınağın obyekti oldu. Bəs Aydın Əli-Zadə niyə erməni mediasında, erməni yutub kanalında çıxışlarına görə ən azı öz kollektivində məzəmmət olunmur?! İşə davamiyyət də önəmlidir. “40 yerdə işləyən” AMEA alimləri islah olunmalıdırlar. Ancaq Aydın Əli-Zadələr də qüdrətli dövlətimizə qarşı bədxah düşmən mövqelərinə görə cavab verməlidirlər. Elə bil Mirzə Fətəli Axundovun “iksir” əhvalatıdır. Hamı “meymunu” yada salmayıb dayanır. Əslindəsə, AMEA dövlətçilik baxımından bütün gəncliyimiz çün böyük virus təhlükəsi olan Aydın Əli-Zadənin bütün elmi plan işlərini, onun sosial “çıxışlarını” ciddiyyətlə yoxlamalıdır. Mən öz elmi yaradıcılığımla paralel bu işi məsuliyyətlə yerinə yetirməyə hazıram.
Necə o AMEA prezidentinə məktub yazır ki, bilmək istəyirəm haqqımda edilmiş şikayətin məzmununu, məni məhkəməyə verir ki, "yoxx, mən dövlət əleyhinə çıxışlar etməmişəm, ermənilərlə əlaqəm yoxdur, X.Quliyeva yalan yazıb (nə oldu “Paşinyan”?! – sübut edəydin də yalanımı!)"- onun plan işləri (2018-dəki dəqiq erməni mövqeindən idi) də elə o tələbkarlıqla oxunub qiymətlənməlidir.Mən 2018-ci il Plann işinin erməni mövqeyindən olduğunu sübut etmişdi. Məhkəməni aldatmaq üçün yazmışdı ki, AMEA rəhbərliyi bu plan işi üzrə komissiya təşkil edib, müsbət rəy verib. Kim?! Hardadır o Rəy. utanmadan yalan qoşma nömrəsi də yazıb. Niyə daxil etməyib bəs?! O Plan işinə AMEA rəhbərliyi yox, Sevinc Həsənovanın komissiyası Rəy verib. D.Müslümzadə rus dillidir. O pathia tarixi haqqında Azərbaycan dilində olan bu erməni mövqeli əsəri qiymətləndirə bilməz. Şöhlət İsmayılov da həmçinin. o rəydə Plan işinin quruluşuna qiymət verildiyi yazılıb. Aydın Əli-Zadənin Saxtakarlığıdır bu uydurma!
Çoxhörmətli akademik İsa Həbibbəyli!
...Keçirəm saxta sənədlərin yeni sübutlarına. Əvvəlcə,təkrar editəm, Aydın Əli -Zadənin bu “Qazlaşma” kitabı nə 2020-ci ildə, nə 2023-cü ildə Elmi şura üzvlərinə oxunmaq üçün verilməyib. Elanda saxta məsələ yazılıb. Yəni yalandan yazılıb ki, Aydın Əli -Zadənin bu “Qazlaşdırma” kitabının müzakirəsidir, ancaq professorluğa tövsiyyə olunub. Həm də gizli əvəzinə, açıq səsvermə kimi qutu iclas keçirilən akt zalında olub.
Saxtakarlığın digər misalı. Belə ki, Xalq qazeti Aydın Əli-Zadənin “Qazlaşdırılma” kitabı haqqında məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Aydın Əli- Zadənin kitabı haqqında Rusiya (Volqaqrad) alimlərindən biri resenziya yazıb və bu haqda qazetə institutdan bildiriblər. Birincisi, necə olur, Xalq qazeti Azərtacın, eləcə də AMEA saytının mənim Amerikada belə yayımlanan, hətta Ulu öndər mövzusunda olan məqalələrim haqqında məlumat vermir. Heç monoqrafiyalarım çap olunan, kitablarım barədə də informasiyalar vermir Xalq qazeti. Ancaq institut Aydın Əli-Zadənin tərəfində olduğunu sübut etmək üçün bu məlumatı göndərib.Xalq qazeti "bəh-bəhlə" çap edir.
Mən internetdə axtarış edib, həmin jurnalı tapdım. Məlumum oldu ki, Aydın Əli-Zadə və şöbə müdiri Füzuli Qurbanov bu jurnalın redkollegiya üzvləridir. Jurnalın pesenziyanın yayımlandığı nömrəsində A. Qurbanov soyadlı bir institut əməkdaşının da Multikulturalizm mövzusunda məqaləsi vardır.
Buradan ehtimal olunur ki, institutdan resenziya haqda qazetə məlumatı Xalq qazetinin “analitiki” Füzulu Qurbanov verib. Yeri gəlmişkən "XQ”-nın analitiki nə deməkdir?! Bu nə şərtilikdir. XQ – şərtiliyi çox şeyə, o cümlədən mənim və minlərlə insanın inhissallarıma da aiddir. İkincisi, də hansı alim Xalq qazetində çap olunur, hamısına XQ-nın analitiki titulu verilir?! XQ analitiki titulu verilməyənlər alim deyillər?! Yaxud da başqa alimlər, siyasətçilər və s. analitikliyi bacarmırlar?! Ancaq əlbəttə məsələ heç bunda da deyil.
Məsələ ondadır ki, 01 fevralda əgər müzakirə olunacaqdısa bu kitab gərək ki, redaktəsi və mətbəədə çapı 1 ay çəkərdi və elektron kitabxanaya da yerləşməsi 1 on-on beş gün. 10-15 gün də bu kitabı oxuyub resenziya yazmaq çəkərdi. Belədə 30 martda artıq Volqaqrad kimi xeyli uzaq şəhərin bir alimi nə yaxşı tapdı, oxudu, resenziya yazdı və redkollegiyadan müsbət rəy alıb çap olundu rəy. Bir az düz gəlmir. Bundan başqa, ressenziyanın dil-üslubu internetdə 1 az vərəqlədiyim bu kitabı çox xatırladır. Bir də ressenziya müəllifi Aydın Əli-Zadənin kitabında bir məsələyə qəmbərqulu tutub. Nədi? Həə, Aydın Əli-Zadənin kitabında qazlaşdırmada əməyi olmuş bəzi mütəxəssislərin adının çəkilməməsi tolerantlığa qarşı qeyri-tolerantlıq kimi qiymətləndirilib, bunu da müəllif önə çıxarıb. Yox əşşi, ressenziyanı özü yazmasa belə bu fikir Azərbaycana qarşı olub, elə Aydını Əli-Zadənin öz arzusu ilə ressenziyaya daxil edilə bilər:"Baxın, dostlarım, Sizi unutmağa qoymaram!" .
Sonra xüsusi olaraq qeyd edim ki, heç bu saxtakarlıq da əsas deyil. Əsas Aydın Əli-Zadənin saxtakarlıqla 01 fevralda müzakirəyə çıxarılan kitabı 19 yanvar 2023-cü il tarixində artıq çap olunubmuş. Elə ona görə də Volqaqradda çap olunnan və “səbəbkarın” özü ilə birlikdə Füzuli Qurbanovun redaksiya heyətinin üzvü olduğu bu jurnalda ressenziya çap olunub. Daha bunun nəyi Aydın Əli-Zadə üçün surpriz olub, anlamıram.
Aydın Əli-Zadənin kitabında mənim qənaətimcə qiymətləndirilməli çox məsələlər vardır və təkrar edirəm mən həmin kitabı oxumaq istəyirəm. Keçən ilin axırı ərizə yazıb Elmi şuradan elə belə formallıqlara görə imtina edib çıxmışam. Bir məsələni deyim, hamı bilsin. Nə qədər ilin sonu elmi plan işlərini eyni adama oxumağa vermək olar?! 1 olmasın, lap olsun 3 adam, 300 əsəri necə normal oxuyub, obyektiv qiymətləndirə bilər?! Elmi Şura məhkəməyə bərabər gücə malik sistemdir. Yaxşı, bəs niyə hər şeyə elmi katibin diktəsi ilə qiymət verilir?!
Hanı Multikulturalizm şöbəsinin ştat vahidləri?! Hanı, niyə yoxdur şöbənin dissertantları, doktorantları?! Hardadır İsa müəllimdən minnət edib aldığım 3-4 ştat? Hanı Yaşar Əliyevin ştatı?! Aydın Əli-Zadə, Radif Mustafayev çıxdıqdan sonra nə oldu həmin ştatlar?! Məm Aydın Əli-Zadəni 2 əsaslı Təqdimatla çıxartdım. O biri şəxs vətən qəhrəmanıdır, saxta bəhanə ilə yayınmayıb və oğlunu da “qaçırmayıb ölkədən”, əsl vətənpərvər kimi milli orduya göndərib. Onun şöbədən çıxmasının da Allah da şahiddir ki, əsl səbəbkarı Sevinc Həsənova olub, mənə təsir etdi, mən də faktdan çıxış etdim. Yoxsa ki, indi deputat olan bir nəfərin məndə dolu-dolu mesajları qalıb. Mən yaxşılıq eləmişəm, pislik yox! Mən özüm üçün məqalə yazmaqdansa ona kömək olmuşam və s. Daha heç nə demirəm. Niyə onlar üçün başqa şöbəyə işə qəbul elanı verilmədi?! Nə qədər “gizlin” işlər olar?! Narkotik gizlin səpilir, bu qədər Sevinc Həsənova gizlinləri (Allahdan diləyirəm ki, Ayan eləsin!) nə vaxta qədər davam edəcək?! Nə vaxta qədər direktorun, direktor müavininin bütün funksiyalarını Sevinc Həsənova icra edəcək?! Təsəvvür edin, mən direktordan məhkəməyə təqdim etmək üçün elementar bir şey - ədəbiyyat siyahimi istəyirəm. Sevinc Həsənova Aydın Əli-Zadəyə bunu istəyəndə verir, mənə vermir! Eynulla Mədətli də verdirə bilmədi! Əvvəl 10 günə veriləcək, dedilər. Niyə?! Məhkəmə bitsin... Mənim təsirimlə İş Nizami məhkəməsinə göndərildi. Deməli, mənə lazım ola bilərdi. VERMƏDİ ƏDƏBİYYAT SİYAHIMI! Çünki mənim ədəbiyyat SİYAHIMIN yanında Aydının alim pafosu sıfr olaaqdı!.. Sonra! Mən Aydın Əli-Zadənin hansı maddə ilə (6-cı şöbə) Sosiologiyaya keçdiyini rəsmi ərizə ilə soruşuram, direktordan. Hökm-fərman Sevinc Həsənovadadır, cavab vermir!.. Aydın Əli-Zadəni qızışdırıb (mənim üçün bu sözü yazdığı üçün mən də onun üçün işlədirəm. )mənim mühüm əsərimin meydana çıxmasına məqsədli mane olunması da Sevinc Həsənovanın işidir. Misal çəkim: mən EŞ üzvlərinə məktub ünvanlamışam, Sevinc Həsənova bu məktubu verib A.Əli-Zadəyə. O da gətirib məhkəmədə göstərir, hakim soruşur kim verib bunu Sizə? Deyir, Elmi katib. Sevinc Həsənova ona niyə bu məktubu verməlidir?! Hələ mənim tək qaldığım bağın telefonunu min dənə erməni dostu olan Aydın Əli- Zadəyə nə haqla, nə hüquqla verib Sevinc Həsənova və ya direktor?! Mən bağ nömrəsindən bu iki adama zəng etmişdim. Mob. Telefon yetərincədir. Niyə mənim tək yaşadığım bağın telefonu ona verilib?! Sadəcə heç nə olmur! Mənə də məhkəməyə vermək üçün onun Mərdəkan ünvanı lazımdır. Versinlər! Ancaq verməzlər, çünki "ortaqlıqları" var. Beləcə, Elmi Şura institutda “Ali məhkəmə” rolunda çıxış etməlidir. Bu şura lazımınca işləsə elmi adlara, elmi dərəcələrə layiq olanlar tövsiyyə olunarlar.
Elmi Şura Aydın Əli-Zadənin professor məsələsinə düzgün baxsaydı mən tənqidi məqalə yazmazdım. O da qızışdırılıb məni məhkəməyə verməzdi. Misal var, “milçək nədir ki, ürək bulandırır”?! Səhhətim kritik vəziyyətdədir. Kimdir günahkar?! Kim onun cəzasını verəcək ?! Allah! Beləliklə, “dəvənin nəyi düzdü ki, bir boynu da düz ola?! Zatən Sevinc Həsənovanın hakimiyyətində mənim dolğun fəaliyyətim repressiyaya uğrayıb. Belə EŞ-nın üzvü olmasam da olar. Verdim getdi. Yerimi alanın halal xoşu.
Çoxhörmətli akademik İsa Həbibbəyli!
Bütün bunları yazaraq Sizdən “sapı bizdən olan bir baltanı”, Ulu öndər Heydər Əliyevin Azərbaycan alimlərinə ərmağanı AMEA-da işləsə də ancaq “elm hara vətənpərvərlik hara”, Azərbaycanlıları ancaq əzmək lazımdır”, “Az sonra biz məhv olacağıq”, “Azərbaycanlılar ləyaqətsizdir”(özü, anası, əsli Azərbaycanlıı deyil?!), “Azərbaycanlılar oğ -şlıqda” çempiondular”, “Savaş deyəndə heç bilirsiz qarşınızda hansı dövlətdir?”,”ermənilər Azərbaycandan hər şeydən üstündürlər, ona görə də qalibdirlər”, “Türklər qırılmalıdır”,”2 cürə türk var: igid oğraşlar, oğraş igidlər”, “İslam Türklərin dini” deyil, “Azərbaycan qadınları doğmamalıdır”, “Azərbaycanda sosial problemlər dini radikalizmi gücləndirir”, “Azərbaycan dünyaya heç nə verməyib”,“Midiyanın, Albaniyanın Azərbaycana aidiyyəti yoxdur”, “Alban kilsəsinin Azərbaycana aid olmasını deməyin, gülərlər Sizə”,”Azərbaycan partlayacaq” və s.və i.a. yüzlərlə Azərbaycan Dövləti əleyhinə, Azərbaycan xalqına, milli-mənəvi əxlaqi dəyərlərimizə qarşı məqalə, vidio-çıxış, status, rəylərlə, erməni mediasında yayımlanmaqla (Azərbayanlılar haqqında heyvanlar kimi balalamayın, cütləşməyin yazdığı yazısının erməni mediasında yayımına sevinən), XİN-nə ermənilərin Azərbaycana gəlib-getməsi əmrini verən beləcə içimizdə əsl düşmən olan, məqsədli olaraq mənim yaradıcılığıma, səhhətimə ziyan vermiş, məhkəmə şikayətini uduzsa da Azərbaycan insanına, kişi milli mentalitetimizə yad şəkildə boynuna almayan, qorxusundan Apellyasiya Şikayəti verməyən, Facebook sosial şəbəkəsində haqqımda öz səviyyəsinə uyğun şaiyələr yayan(yaş palçıq quru divara yapışmaz!), 40 illik elmi zəhmətimi ləkələməyə çalışan, Azərbaycan dövlətinin və dövlətçiliyinin düşməni, xalqın milli qürur hisslərini təhqir edən (yuxarıda geniş yazmışam) professorluğa saxta sənədlərlə tövsiyyə olunmuş, AAK tərəfindən və 2 məhkəmə pilləsində iddiası rədd edilmiş – elmi işdən artıq facebookda özünü qanuna zidd şəkildə Şeyx adlandırıb boş-boş, əxlaqa zidd möözələr yayan Aydın Əli-Zadə barədə direktorlar Şurası qarşısında məsələ qaldırmağınızı xahiş edirəm.
PS.Mən burada bu mövzunu yekunlaşdırıram. Hər şeyə şükür etmək dərsini yaxşı öyrəndiyim üçün 2 aydakı "itkilərim"öz yerində, gördüyüm İşə görə də Allaha şükür edirəm. Mənim öz araşdırma sahəm var. Onu lazımı sahə araşdırmalıdır!.. Yol onlarındır!. Təbii xüsusi bir şey çıxsa qarşıma işıqlandıracağam. Mənim saytımı reklam edir, sağ olsun!
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
10-11-2024, 10:33
Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr aşkarlanıb TƏDQİQAT
10-11-2024, 10:31
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
10-11-2024, 10:23
Burkina-Fasoda ölüm cəzasının bərpası təklif edilib
10-11-2024, 09:10
ANONS! ANONS! ERMƏNİ DOSTU VƏ ERMƏNİLƏRİN DOSTU AYDIN ƏLİ-ZADƏ İLƏ BAĞLI YENİ ARAŞDIRMAM YOLDADIR!...
4-11-2024, 10:34
“Azərbaycan ədəbiyyatının Hüseyn Cavid zirvəsi” adlı tədbir keçirilib
4-11-2024, 10:08
Professor Səyyarə İbadullayeva “Azərbaycan ekologiyasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda ustad dərsi keçib
1-11-2024, 11:37
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
1-11-2024, 11:33
Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı abadlıq işləri başa çatıb -
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |