BU KİTAB HEYDƏR ƏLİYEVİN ADINA, İRSİNƏ , İLİNƏ AİD VƏ LAYİQ DEYİL… VƏZİFƏ, AD-SAN, MÜKAFATLAR ÜÇÜN BAŞQA YOL DÜŞÜNSÜNLƏR
Gündəm / Elm və təhsil
Oxunub: 217
27 okt 2023 | 13:23

Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru



II hissə


Əziz oxucum! Dünən I hissəsini təqdim etdiyim (https://cahanplus.com/gundem/5157-bu-kitab-heyder-eliyevin-adina-irsine-iline-aid-ve-layiq-deyil-vezife-ad-san-mukafatlar-ucun-basqa-yol-dusunsunler-.html) bu yazının məzmunundan ucalan Ulu öndər Heydər Əliyev adına, irsinə, İlinə hörmət fikrini anlamayaraq “məqsədimlə” maraqlananlara, onu yozanlara hesabat vermək məcburiyyəti kimi öhdəliyim olmasa da bildirirəm ki, mən bu maraqlananlar imperiyasının hökmdarları kimi saxtakarlıq etmirəm ki? Rüşvət almıram ki?! Mən paxıllıq da etmirəm! Mən repressiya xarakterli bir iş də görmürəm. Kitabda ciddi nöqsanlar var, bu müəllif Ulu öndər Heydər Əliyevin adına, İlinə layiq əsər yazmayıb bir, üstəlik Azərbaycanın dahi şəxsiyyətinin ideyalarını təhrif edib, qüdrətli Liderin heç vaxt demədiyi, külliyyatında olmayan, tarixi-xronologiyaya zidd fikirləri, cümlələri onun adına yazıb. Ümumiyyətlə, kitab Heydər Əliyevə aid deyil. O ki, qaldı, mənim bu yazıma cavab olaraq Fəlsəfə və Sosiologiya institutunun Elmi katibinin mənə AMEA Rəyasət Heyətinin Heydər Əliyevin 100 illiyinə həsr olunan kollektiv monoqrafiyanın fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Ümummilli liderlik missiyası” mövzusunun da təsdiqlənmiş olduğu Mündəricatını göndərməsinə və bununla mənim yazdıqlarımın onsuz da “yuxarıda” qəbul edilmədiyi düşüncəsinə, - hamı bilsin, mən əvvəl tarixə, sonra Ulu öndər Heydər Əliyevin siyasi irsinin kitabxanasına, sonra elmi, fəlsəfi fikirə xidmət edirəm. Əgər yuxarılar da bu missiyaya xidmət edirlərsə Füzuli Qurbanovun bu kitabının da, bu məqaləsinin də səviyyəsinə mütləq diqqət yetirərlər. Diqqət yetirsələr mütləq mənimlə razılaşarlar, çünki faktlar göz qabağındadır. Mən əsassız 1 cümlə, hətta bir kəlmə söz işlətmirəm! Yox, diqqət yetirib, Ulu öndəri təhrif etməklə belə Heydər Əliyevçilik tarixinə zərbə vuran bu kitabı “qiymətli”, Heydər Əliyev İlinin mükafatlarına layiq sayacaqlarsa, bu artıq mənim səlahiyyətimdən, elmdən gözlədiklərim və alimdən “tələblər” düşüncəmdən çox uzaq məsələdir. Mükafatları verənlər də, məsuliyyəti daşıyanlar da onlardır. Mən nə karəyəm ki, işə qarışım?!
Mənim gücüm bu cür – elmi mahiyyət kəsb edən məsələyə, məsələn,elə biri fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin adına, İlinə layiq olmayan elmi-nəzəri və elmi-metodik baxımdan çox aşağı səviyyəli “Heydər Əliyev və XXI əsrdə yeni liderlik: fəlsəfi-elmi analiz (nəşrdə təhlil-XQ)” kitabını elmi-obyektivlik, qərəzdən uzaq (özü də bilir ki, onunla heç bir konfliktim olmayıb) şəkildə təhlil edim. Əslində bu yazı ona böyük köməkdir. Sabah elə AMEA Rəyasət Heyətinin kollektiv monoqrafiyası üçün yazdığı məqalədə göstərdiyim nöqsanları təkarlamaz.
Əziz oxucum, beləliklə, mən dünən – 26 oktyabr, 2023-cü il tarixdə cahanpluscom. Internet qazetində I hissəsi yayınlanmış (https://cahanplus.com/gundem/5157-bu-kitab-heyder-eliyevin-adina-irsine-iline-aid-ve-layiq-deyil-vezife-ad-san-mukafatlar-ucun-basqa-yol-dusunsunler-.html) yazımın davamına keçid alıram.



Biz "Bu Kitab Heydər Əliyevin Adina, İrsinə , İlinə Aid və Layiq Deyil… Vəzifə, Ad-san, Mükafatlar Üçün Başqa Yol Düşünsünlər“ başlıqlı yazımızın I hissəsində qeyd etmişdik ki, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabında I, III Fəsillərdə, II fəslin 2.1 və 2.4 yarımfəsillərində Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Liderlik, milli Liderlik fenomeni qətiyyən təhlil olunmamış, heç ümummilli liderin adı da çəkilməmişdir.
İndi II hissədə bu məsələyə bir daha qayıdaraq kitabın “XX əsrdə Azərbaycanda lider və liderlik: fəlsəfi-elmi özəlliklər (1918-1993-cü illər)”adlanan 12 şriftlə 17 səhifə yarımlıq və 4 yarımfəsildən ibarət IV Fəsilin 12 şriftlə 1 səhifədən 10 xətt çox olan 4.1 yarımfəslində də, 8 səhifəlik 4.2 Passionar türklər: tayfalar birliyindən xalq səviyyəsinə keçidin dinamikasına fəlsəfi-elmi yanaşma (IX-XIX əsrin sonları) yarımfəslində həm də Heydər Əliyev düşüncəsinin ciddi təhrif olunduğu 1 cümləlni çıxmaqla (bu və digər təhrifləri və digər siyasi,tarixi, qrammatik səhvləri irəlidə diqqətə çatdıracağıq-X.Q) və yekun, nəticə xülasəsi təəssüratı yaradan 1-cə səhifəlik 4.4 yarımfəslində, 8 səhifəlik 5.1 yarəımfəslində yenə son dərəcə yanlışlıqla təhrif olunmuş 2 və sırada adı şəkilmiş 3 qısa cümləni çıxılmaqla adı Heydər Əliyev kitabxanasına “bəh-bəhlə” daxil edilən, müəllifi Azərbaycan elminin tacı kimi dəyərləndirilən, üzərində də “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” yazılan kitabda Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Liderlik, milli Liderlik fenomeni yenə qətiyyən təhlil olunmamış, heç ümummilli liderin adı burda da çəkilməmişdir.

Konkret Heydər Əliyevin xatırlandığı və əsas da necə xatırlandığı ilə tanış olun: Kitabın II fəslinin 2.2 yarımfəsilində Heydər Əliyevin adı, Ulu öndərin öz davamçısını yetişdirməsi məzmununda cəmi 3 cümlədə vurğulanır, vəssalam. Fəslin 2.3 yarımfəslini yuxarıda təhlil etmişik, müəllif “XX əsr-XXI əsrin ilk onillikləri: liderlik haqqında təlimlərdə başlıca fəlsəfi məqamlar"-adlanan və deməli 120 ili “əhatə etdirməli” olan cəmi (dəqiq 12 şriftlə həcmcə 6 səhifədən 8 xətt çox olan) 2.3 yarımfəsilində) Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev haqqında 5-ci səhifənin son abzasından bəhs etməyə başlayır və cəmi 2-cə səhifədə yanlışlıqlarla, mənbələrsiz, iqtibaslarsız, çox bəsit formada Azərbaycanda liderliyin tədqiqindən bəhs edir. Burada Heydər Əliyevin müdrik, rasional, peşəkar, xarizmatik və başqa Liderlik tiplərini özündə birləşdirən Lider fenomenindən, bunun özülü olan çoxsahəli müstəqil dövlət quruculuğu haqqında qətiyyən heç nə yoxdur.
Biz yuxarıda bu haqda ətraflı bəhs etmişik. Əlavə olaraq, məsələn, Füzuli Qurbanov Heydər Əliyevin böyük siyasi rəhbər və liderliyi kontekstində olduqca maraqlı və əhəmiyyətli araşdırmalar mövcuddur – yazıb, bir neçə müəllifin, o cümlədən Rəbiyyət Aslanovanın “Tarihten günümüzə devlet anlayışı” əsərini, İlham Məmmədzadənin “Azərbaycanın liderlik strategiyası” məqaləsini heç bir yeniliyə əsaslanmayan, bəsit şəkildə şərh edir ki, bu dahi şəxsiyyət və qüdrətli siyasi Liderin dərki baxımından əhəmiyyən kəsb etmir. Bu da maraqlıdır ki, Ə.Abbasovun adı naməlum, tarixi bəlli olmayan (müəllifin adı da nəməlum qalıb) məqaləsində doğrudanmı Heydər Əliyevin Liderliyindən yazılmışdır?! Kitabın Ədəbiyyat siyahisində Ə.Abbasovun məqaləsinin adı və ya dəqiq tarixi yazılsaydı, onun Heydər Əliyev haqqında olduqca “maraqlı və əhəmiyyətli” təhlillərini nəzərdən keçirə bilərdik. Bir də elmi əsərlər üçün “maraqlı” ifadəsi deyil aktual, ciddi, əsaslı və s. işlədilir.

Keçək kitabın III fəslinə. Belə ki, 2.3 yarımfəslində Heydər Əliyevin adı yuxarıda da nəzərdən keçirdiyimiz kimi, cəmi 1-cə (6-cı) səhifədə müəllifin öz təhlillərinə aid olmayıb, iqtibaslarından ibarət 7 cümlədə çəkilir ki, bunlar Ulu öndər Heydər Əliyevin dolğun, bənzərsiz, tarixi miqyasda uzunillik liderlik qüdrətini, peşəkarlığını əsla ifadə etmir, əsasladırmır və nəinki fəlsəsi-elmi, heç elmi-publisist, ümumiyyətlə, populyar mahiyyət kəsb etmir.
Yeri gəlmişkən, akademik İsa Həbibbəyli Heydər Əliyev irsinin ən sistemli tədqiqatlarını yaradıb. Bəli yaradıb. Həm də akademik İsa Həbibbəyli Heydər Əliyev irsinin (o cümlədən bu yazının müəllifi AMEA-da Ulu öndər Heydər Əliyevin ilk tədqiqatçıdır) böyük təəssübkeşi və ilk tədqiqatçılarındadır. Füzuli Qurbanov İsa Həbibbəylinin Heydər Əliyevə həsr olunmuş tədqiqat əsərlərinə istinad etməməklə yanaşı, alimin məqaləsində Ulu öndərin adı çəkilən və dəyəri verilən fikirlərindən yalnız “ümummilli idealların aparıcılıq təşkil etməsi” yarımcümləsini qeyd edir və bunu tezis adlandırır. Bu doğru deyil. Cümlə tam verilməlidir. Akademikin bu fikri ideyadır. Həm də tezis yox, ideya, fikir irəli sürülür.
Kitabda müstəqil elmi təhlil, müəllifin öz düşüncəsi görünmür və ya qeyri- Azərbaycan dilli fikirlər paylşılır ki, bunlar nə elmi, nə fəlsəfi məzmun-mündəricə kəsb etmir, öz yerində, Heydər Əliyev irsinə tam nabələd olan, böyük liderin siyasi külliyyatını vərəqləməmiş və ona qəti istinad etməmiş müəllif dahi şəxsiyyət, böyük dövlət qurucusu - Liderin qüdrətini və fenomen idarəçilik gücünün dəyərini əsaslandırmaqdan çox uzaqda qalır, əvəzinə xalqın Ulu öndərinin düşüncələrini təhrif edir, uydurmalara əl atır, onlarla (yüzdən cox) mənbəsiz fikir yazır. Bu hallar diqqətli oxucunun gözündən qaça bilməz. Buyurun bu dediklərimizə cüzi misallarla tanış olun:


Mənbə göstərilməyən cümlələr (onlarladır) misallar:

1. Qeyd etdiyimiz kimi, həmin dövrdə repressiyalar daha ağır və amansız aparılmışdır. Ulu Öndər repressiyaların belə aparılmasının başlıca səbəbi kimi idarəetmədə və təhlükəsizlik sistemində azərbaycanlı olmayanların çoxluq təşkil etməsini göstərir(mənbə-?!- X.Q).
2. Hətta məşhur və milli Azərbaycan siyasi xadimlərinə, yazıçı və şairlərə, tarixçilərə və digər aydınlara qarşı qərəzli işlərdə Respublikadakı bəzi adamlardan istifadə etmişlər (mənbə?!-X.Q). Buna görə də Heydər Əliyev daim müraciət edir və izah edirdi ki, “azərbaycanlılar bir-birinin ayağının altını qazmasınlar” (mənbə?!-X.Q), bir olsunlar, çünki söhbət Vətəndən gedir(mənbə?!-X.Q). Ulu Öndərin Nəriman Nərimanovu qətiyyətlə müdafiə etməsi bunun bariz nümunələrindən biridir(mənbə?!-X.Q). .
3. Heydər Əliyev vurğulayırdı ki, (mənbə-?!-X.Q) azərbaycanlılar milli mədəniyyətə sıx bağlı olmaqla yanaşı, dünya mədəniyyət nümunələrini də bilməlidirlər. Mədəniyyətlərarası dialoq azərbaycançılıqda mühüm yer tutur. Liderliyin fəlsəfəsində liderlk nümunələrinin təsnifatı xüsusi yer tutur (mənbə-?!-X.Q). Bununla tədqiqatçılar (mənbə-?!-X.Q) bütövlükdə uğurlu və uğursuz liderlik modellərini (mənbə-?!-X.Q) müəyyənləşdirməyə çalışırlar.
4. Özü də həmin model Ulu Öndərin nəzəri təsəvvürlərini (mənbə-?!-X.Q). birbaşa praktiki fəaliyyətə tətbiqi şəraitində (obrazlı desək, “eksklüziv”) yaradıldı.
5. Erməni quldur dəstələrinin Xocalıda, Berd dağında və başqa yerlərdə törətdikləri saysız-hesabsız qətllərə, cinayətlərə, qətliamlara “demokratlar və liberallar” da Moskva kimi susqun qaldı (mənbə?!- X.Q) .
6. Bu səbəbdən, bizim üçün heç də qeyri-adi hal deyil ki, Azərbaycan müstəqil Respublika olandan sonra da “Qərb demokrat və liberalları” (mənbə?!- X.Q) dəfələrlə bəyan etdilər ki, təcavüzkar Ermənistanı dəstəkləyirlər. Diqqət edin: demokratik və liberal dəyərləri, ədaləti, beynəlxalq hüququ deyil, məhz işğalçını, qondarma, separatçı, terrorçu erməni “respublikası”nı!
7. Bu mövqenin fonunda erməni silahlı quldur dəstələrinin Azərbaycan bölgələrinə hücumları davam edirdi və ciddi şəkildə bu yaramz, antibəşəri hərəkəti dayandıran yox idi! (mənbə?!- X.Q)


Mənasız və qeyri-elmi (bədii) cümlələrə (onlarladır!) cüzi misallar:

1. "Bax, bu fenomenin kökündə yüksək mənəvi-əxlaqi dəyərlər, ədalətə və haqqa bağlılıq, yurd sevgisi, ailəyə sadiqlik, el üçün qurban getməyə hazırlıq və s. kimi dəyərlər dayanır! Azərbaycanlı “şustryak” ola bilər, bazarda tərəvəz satar, oğru dünyasında tüğyan edər, lakin heç zaman yurd sevgisindən, anaya, ailəyə, əxlaqına və dininə bağlılqıdan imtina etməz. Məhz bu səbəbdən azərbaycanlı əsarəti sevməz, məhz bu səbəbdən Qarabağ savaşlarının hər ikisində canını qurban verməkdən çəkinmədi, məhz bu səbəbdən, Zəfər Savaşı zamanı minlərlə azərbaycanlı gənclər hərbi komissarlarımızdan onları müharibəyə aparmadıqlarına görə küsüb incidilər. Məhz bu səbəbdən azərbaycanlılar dünyanın hər yerindən – Təbrizdən(şəhərdir), Borçalıdan, (şəhərdir), Türkiyədən(dövlətdir), Rusiyadan(dövlətdir), uzaq Avstraliyadan(dövlətdir), Kanadadan, ABŞ-dan (dövlətdir), Avropadan (dövlətlər birliyidir), Vətən Savaşına qatılmaq üçün sıraya düzülmüşdülər!(mənbə?!- X.Q)
2. Zəfər fəlsəfəsində azərbaycanlıların dövlətlərini müstəqil, güclü və demokratik Respublika kimi qurmaları azərbaycanlıların siyasi kimliyini və ya siyasi identikliklərini ifadə edir ki, bu da Zəfər Savaşının siyasi təməlini oluşdurmuşdur.
3. Moskva kimi susqun qaldı. Yaxşı, tutaq ki, Moskva imperiya idisə, bəs ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər “demokratik Qərb dövlətləri” kimdir?
4. Rusiya da bu vəziyyətdən öz imperiya məqsədləri üçün maksimum dərəcədə yararlanmaq xəttini seçmişdi. (mənbə?!). Təsadüfi deyildir ki, XX əsrin 90-cı illərində Heydər Əliyev Rusiyanın o vaxtkı rəhbərləri ilə tez-tez sərt müzakirələr aparırdı, onları həqiqəti, ədaləti görməyə dəvət edirdi. (mənbə?!).
5. Rusiya da bu vəziyyətdən öz imperiya məqsədləri üçün maksimum dərəcədə yararlanmaq xəttini seçmişdi. (mənbə?!). Təsadüfi deyildir ki, XX əsrin 90-cı illərində Heydər Əliyev Rusiyanın o vaxtkı rəhbərləri ilə tez-tez sərt müzakirələr aparırdı, onları həqiqəti, ədaləti görməyə dəvət edirdi. (mənbə?!).
6. Heydər Əliyev vurğulayırdı ki, azərbaycanlılar milli mədəniyyətə sıx bağlı olmaqla yanaşı, dünya mədəniyyət nümunələrini də bilməlidirlər. Mədəniyyətlərarası dialoq azərbaycançılıqda mühüm yer tutur (mənbə?!-X.Q).
7. Ulu Öndər Heydər Əliyev 1994-cü il və 1995-ci illərdə BMT-nin yüksək tribunasından Azərbaycanın dövlət kimi demokratiyaya, sülhə, beynəlxalq hüquqa və ədalətə daim sadiq qalacağı ilə bağlı verdiyi vədlərə (mənbə?!-X.Q) keçən müddətdə (mənbə?!-X.Q) dönmədən əməl olunmuşdur. Azərbaycan rəhbərliyi hər bir (mənbə?!-X.Q) beynəlxalq toplantıda beynəlxalq hüquqa əsaslanaraq hər bir müstəqil dövlətin ərazi bütövlüyünün təmin edilməsi zərurətini dilə gətirmişdir. O cümlədən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini hüquqi müstəvidə müdafiə etmişdir(mənbə?!).
8. ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyət göstərdiyi müddətdə Azərbaycan rəhbərliyi daim hüquqi normalara əməl edilməsini, münaqişəni beynəlxalq sənədlərdə ifadəsini tapmış nizamlama şərtləri çərçivəsində reallaşmasını daim gündəmə gətirmişdir. (mənbə?!-X.Q).
9. Azərbaycanlıların torpağı Vətən edən bu cür dəyərlərə sahib olmaları onları daxilən və dəyişməz olaraq Azadlıqsevər etmişdir! Bu tezisin bütün boyları üzrə fəlsəfəsi çox dərindir. Onu ayrıca tədqiq etmək gərəkdir. Burada bizim üçün əsas olanı ondan ibarətdir ki, əsrlərlə müxtəlif yadelli işğalçıların azərbaycanlıların qəlbində və könlündə olan bu dəyərləri çıxarıb atmaq kimi cəhdləri heç bir nəticə verməmişdir. O cümlədən, son 300 ildə Azərbaycanın Güney və Quzeyində min cür üsula əl atan işğalçılar 1991-ci ildə, 1993-cü ilin iyununda və, nəhayət, 2020-ci ilin süntyabr-noyabr müddətində “əliboş qaldıqlarını” anladılar. (mənbə?!-X.Q).
10. Ancaq yalnız Heydər Əliyev Respublikaya rəhbər gəldikdən sonra bu proseslər(hansı-? mənbə ?!- X.Q). sistemli, davamlı, düşünülmüş, milli maraqlar müstəvisində təşkil edilmiş və həyata keçirilmişdir.

BU KİTAB    HEYDƏR  ƏLİYEVİN  ADINA,   İRSİNƏ ,   İLİNƏ  AİD VƏ LAYİQ DEYİL…  VƏZİFƏ, AD-SAN, MÜKAFATLAR ÜÇÜN BAŞQA  YOL DÜŞÜNSÜNLƏR
Qeyri-elmi sözlər, ifadələr:

1. mövqenin fonunda
2. ağıl kəsdimrək
3. dirijor
4. səhnə
5. təcəssüm
6. “dalana dirəndiyindən”
7. yeni anlamlarla
8. duymadan və sevmədən
9. Sevgi kimi görə bilməyən
10. Sevgidən keçir!
11. Azərbaycanın müstəqilliyini ürəkdən sevmək lazımdır!
12. böyük sevgi işığında
13. Sevmək, duymaq
14. duymaq, sevmək
15. rol oynasın.
16. Azadlıqsevər etmişdir
17. toparlamaq
18. “ bizim yorğanın üstündə”
19. boyunca
20. Bu tezisin bütün boyları

Təhriflər, Uydurmalar:


1. Buna görə də Heydər Əliyev daim (mənbə?!-X.Q). müraciət edir və izah edirdi ki, “azərbaycanlılar bir-birinin ayağının altını qazmasınlar” (mənbə?!-X.Q), bir olsunlar, çünki söhbət Vətəndən gedir(mənbə?!-X.Q). Ulu Öndərin Nəriman Nərimanovu qətiyyətlə müdafiə etməsi bunun bariz nümunələrindən biridir.
Haşiyə. Şərh: Heydər Əliyev külliyyatında konkret olaraq belə bir fikir və cümlə yoxdur.

2. Təsadüfi deyildir ki, XX əsrin 90-cı illərində Heydər Əliyev Rusiyanın o vaxtkı rəhbərləri ilə tez-tez sərt müzakirələr aparırdı, onları həqiqəti, ədaləti görməyə dəvət edirdi.
Haşiyə. Şərh: Heydər Əliyev külliyyatında və Ulu öndərin həyatının tarixi xronikasında belə bir fikir və cümlə yoxdur. Konkret olaraq Heydər Əliyevin 90-cı illərdə Rusiya ilə 286 məzmunda əlaqəsi olub. Bunların heç birində Heydər Əliyevin Rusiyanın o vaxtkı rəhbərləri ilə sərt müzakirələr apardığına dair faktlar yoxdur. Füzuli Qurbanov Liderliyi haqqında yazdığı Heydər Əliyevin müdrik liderlik tipinə tam uyğunluğunu (o axı mənim “Heydər Əliyev siyasəti: Milli Dövlət, Milli lider, Vətəndaşlıq, Mənəviyyat (2019) fundamental monoqrafiyamı oxuyub!..”) unudaraq Ulu öndərin idarəçilik siyasətinin ənənəvi xarakterini nəzərə almadan, mənbə göstərmədən onun haqqında “tez-tez sərt müzakirələr aparırdı” – yazmışdır .
286 sayda “1990-cı illər Rusiya –Azərbaycan əlaqələri” də adlandırıla biləcək tarixi faktlara müraciət etsək, Heydər Əliyevin dəfələrlə Rusiya Federasiyasının Prezidenti B. N. Yeltsinlə və digər məsul vəzifələlərlə görüşdüyünün, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valter Şoniyanı və başqa səlahiyyət sahiblərini qəbul etdiyi, iki ölkə arasında sülhün bərqərar olması üçün mühüm addımların atıldığı məlum olur. Bu tarixi mənbədəki xronologiyada Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün əsl müdrik lider kimi bütün səyləri fakt olaraq öz əksini tapmışdır. Bəlkə Füzuli Qurbanov stenioqramlarla tanış olub, o zaman mənbə göstərmək daha da zəruri idi. Amma o heç Heydər Əliyevin külliyatını vərəqləməyib. Məsələn, o, aşağıdakı iqtibasları taixçi alim İradə Hüseynovadan ( Heydər Əliyev bu bağlılıqda demişdi(demişdir (!-X.Q): “...Zaqafqaziyadan götürsək ki, 1920-ci ildən Sovetlər hakimiyyəti çökənədək hansı xalqdan nə qədər sürgün olunubdur, heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir. 1937-1938-ci illər repressiyalarında Zaqafqaziyada heç yerdə Azərbaycanda olduğu qədər repressiya olmayıbdı. Bunlardan başqa, azərbaycanlılara başqa adla da divan tutulubdur…[4.10, s. 12]., hələ qazetdən gətirib...(Ulu Öndər Heydər Əliyev həmin illər haqqında danışanda bu məqamı ayrıca vurğulayırdı. 1997-ci ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibədə Heydər Əliyev xatırlamışdı: “Mən 37-38-ci illərin (XX əsrin 37-38-ci illəri nəzərdə tutulur – F.Q.) materiallarına baxanda gördüm: kim idi o vaxt NKVD-nin başında duranlar? Qriqoryan, Markaryan, Topuridze (yarı erməni, yarı gürcü idi) və başqaları. 1953-cü ilə kimi bu orqanlarda qalmış, Azərbaycana xəyanət etmiş adamlardan idi, onların əksəriyyəti azərbaycanlı deyildi” (4.9).).

3. Heydər Əliyev vurğulayırdı ki, azərbaycanlılar milli mədəniyyətə sıx bağlı olmaqla yanaşı, dünya mədəniyyət nümunələrini də bilməlidirlər. Mədəniyyətlərarası dialoq azərbaycançılıqda mühüm yer tutur (mənbə?!-X.Q).
Haşiyə. Şərh: Heydər Əliyev külliyyatında konkret olaraq belə bir fikir və cümlə yoxdur.

4. Həmin prosesin ən bariz nümunələrindən biri Heydər Əliyevin tez-tez təkrar etdiyi “dövlətçilik şüuru çox vacibdir” tezisidir! (mənbə?!-X.Q).
Haşiyə. Şərh: Heydər Əliyev külliyyatında konkret olaraq belə bir fikir və cümlə yoxdur.

5. Ulu Öndər Heydər Əliyevin “müstəqilliyi saxlamaq, onu əldə etməkdən daha çətindir” (mənbə?!-X.Q). deyiminin yalnız tarixi-siyasi deyil (?!-X.Q)., bəlkə də daha çox fəlsəfi mənası vardır.
Haşiyə. Şərh: Heydər Əliyev külliyyatında konkret olaraq belə bir fikir və cümlə yoxdur. Müəllif Ulu Öndər Heydər Əliyevdən sitat gətirib mənbə göstərməyib. Ən əsas da Heydər Əliyevin bu fikri əslində belə deyil! Füzuli Qurbanov Heydər Əliyevin iki ayrı cümlədən və başqa- başqa tarixlərdə demiş olduğu iki cümləni təhrif etməklə vergül qoyaraq bir cümlə vermişdir ki, bu kobud səhv, Ulu öndərə münasibətdə bağışlanmaz hərəkət, eyni zamanda tədqiqat əsərinə qeyri-ciddi yanaşmaq nümunəsidir. Heydər Əliyev belə deyib: “Müstəqillik yolu qədər çətin yol yoxdur”(Müstəqillik yolu.Seçilmiş fikirlər.1997.səh.11); “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”(Müstəqillik yolu.1997.səh.7).

6. Həmin prosesin ən bariz nümunələrindən biri Heydər Əliyevin tez-tez təkrar etdiyi “dövlətçilik şüuru çox vacibdir” tezisidir!
Haşiyə. Şərh: Heydər Əliyev külliyyatında konkret olaraq belə bir fikir və cümlə yoxdur.
Bunlar və bunlar kimi 1 abzasda təkrar sözlər və söz birləşmələri o qədər çoxdur ki!..
Onları seçib bir məqaləyə yerləşdirmək çox yorucudur. Ona görə də kitabda başqa nöqsanlar barədə qısa şərhlər vermək istəyirik.
Beləki, elmi əsərin öz strukturu var. Giriş, Fəsillər, yarımfəsillər, Nəticə və Ədəbiyyat siyahisi.
Çox əcaibdir ki, Füzuli Qurbanovun kitabının Giriş hissəsi var, Nəticə hissəsi yoxdur. Hər fəslin sonuncu yarımfəsli eyni adda olması ilə Nəticə mənasını ehtiva etsə də nə bütün kitabın, nə ayrı-ayrı fəsillərin nəticəsi deyillər.
Bundan başqa, Füzuli Qurbanovun kitabının Ədəbiyyat siyahisi ağlasızmaz dərəcədə elmi əsər metodikasına ziddir. Məsələn, istifadə olunmuş ədəbiyyatın dillər üzrə (əvvəl milli dil, sonra xarici dillər) və əlifba sırası ilə yazılması ümumi qəbul edilmiş metodikadır. Ancaq bu kitabda dillər də, əlifba sırası da bütünlüklə qatqarışıq vəziyyətdədir. Belə bir vəziyyət heç bir elmi əsərdə, xüsusilə də Ulu öndər qədər mühüm şəxsiyyətə həsr olunmuş əsərdə qəti qəbuledilməzdir. Eyni zamanda Ədəbiyyatın belə kodlaşdırılması əsl mənada elmi əsər yaradıcılığından xəbərsizlik və ya elmi sahə nümayəndəsi olmamaq təsəvvürünü yaradır.
Buradaca fəlsəfə elmləri doktoru, illərdir hələ institut əməkdaşlarınınn illik plan işlərinin yoxlama komissiyasının sədri olan Füzuli Qurbanovun “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabı haqqında dərinə getmədən, sadəcə Heydər Əliyev haqqında olan cümlələrin axtarışında (bəli axtarışında!) diqqətimizi cəlb etmiş bir məsələ üzərində yenə eksklyuziv şəkildə dayanmaq istəyirəm. Bu məsələ, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabında ən az Heydər Əliyevdən yazılması ilə bağlıdır..
Yazının I hissəsində xüsusilə qeyd etdiyim kimi bu kitabda Azərbaycan xalqının Ulu öndərinin nə həyatı, nə Sovet hakimiyyəti dövründə, nə müstəqillik illərində siyasi Lider peşəkarlığı heç bir fakt, dəlillə əsaslandırılmamışdır. Bu kitabda nəinki, hər bir alimin ümdə vəzifəsi yeni elmi Təhlillər və qiymətləndirmələr, heç bir elmi təhlil yoxdur. Bəzən çox primitiv fikirlər irəli sürülmüşdür ki, bu kitab əsl obyektiv müzakirəyə veriilsə, tarixçilər darmadağın edərlər. Bütün kitab məlumatlar, şərhlərdən ibarətdir. Elə məhz bu vəziyyətlə bağlı qənaətlər əldə edilməmişdir və əyani sübut – kitabın Nəticə hissəsi yoxdur.
Indi isə “Bu Kitab Heydər Əliyevin Adina, İrsinə , İlinə Aid və Layiq Deyil… Vəzifə, Ad-san, Mükafatlar Üçün Başqa Yol Düşünsünlər” adlı yazımın II hissəsinin yekununda öz ehtimallarımın fövqündə qəti qənaətimi bildirmək istəyirəm ki, nə Heydər Əliyevin sağlığında, nə onun dünyasını dəyişdiyi 20 il qədər uzün müddətdə Ulu öndərə həsr olunmuş irili-xırdalı əsərlərlə diqqəti cəlb etməmiş fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun birdən-birə, tələm-tələsik və içərisində əsas mövzuya “adda-budda” toxunulmuş, çox zəif və səviyyəsiz “Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfi – Elmi Təhlil” adlı kitabla gündəmə gəlməsi heç də təsadüfi olmayıb, 100 illik Yubiley ilində özmaraq, ad-san, vəzifə, mükafatlar məqsədindən xəbər verir.
Çünki institutda hamıya məlum olmasa da baş direktora “ən yaxın dairə” adamı kimi Füzuli Qurbnov (və daha bir neçə nəfər) məlumatlanan kimi fürsəti fotə verməyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncamdan Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi Azərbaycan Milli Elmlər Akademiyası müəyyən edildiyi” Qərardan faydalanmaq məqsədilə təcili səfərbər olub bu kitabı yazmışdır.


Birdən kiminsə fikrindən "pşik- ət" misalı keçər. Aydınlıq üçün deyim ki, mən hələ Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin sağlığında "Heydər Əliyev və Mənəvi-Estetik Dəyərlər(2002)" monoqrafiyasını yazmışam ki, bu bütün AMEA-da Ulu öndərə həsr olunmuş ilk monoqrafiyadır. (Biri kitabın struktunu saxlamaqla və kitabın adından Heydər Əliyev adını çıxarmaqla AAK-a dissertasiya göndərib.). 2019-cu ildə AMEA-da Heydər Əiyevə həsr olunmuş "Heydər Əliyev Siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat" adlı fundamental monoqrafiyam çap olunub. Sevinc Həsənovanın diqqətinə: Mənim bu monoqrafiyamda "Ulu öndərlik missiyası yarımfəsli var, Füzuli Qurbanov həmin monoqrafiya üçün "Ümummilli Liderlik missiyası" adında yazı yazacaq... Sonra mənim ölkədə və xaricdə çap olunmuş Ulu öndərə həsr olunmuş bir çox məqalələrim vardır ki, "Ulu öndər Heydər Əliyevin müdrüklük Gücü" və "History, Methodology And Hypothesis Of Artificial İntelligence.(2021)"məqalələr topluma daxil edilib. Bu il yanvarda çap olunmuş "Şuşa Bəyannaməsi - Birlik, Həmrəylik Fəlsəfəsi" məqalələr toplum və oktyabr ayında Lambert Akademik nəşriyyatının 7 dildə çap etdiyi "The Era, Worldviev and Philosophical Viwes of Lotfi A. Zadeh" monoqrafiyam Heydər Əliyevin 100 illiyinə həsr olunub. May ayında Türkiyənin Bursa şəhərində mənim təşkilatçılığımla "Bir millət -İki dövlət. Yenilməzliyin Fəlsəfəsi" adlı Beynəlxalq Elmi Konfrans keçirilib. Avqust ayında Türkiyənin nüfuzlu Akademik Tarix və Düşüncə" jurnalının Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, 34 alimin məqaləsinin daxil olduğu xüsusi sayı mənim redaktorluğumla çap olunub. Başqa işlərimdə sıradadır...


















Lap olsun, kitab müəllifin öz ifadələri ilə deyim, o kitabını xalqının Ulu öndərinə duyğular, sevgi işığında (tələm-tələsik)yazıb. Yazdığı material kitab kimi sanballı olsun deyə, sinergetika haqqında kitabından da , “tarix-nadirdən”, “yosundan – ordan-burdan” əlavələr edib, elmi redaktorlar, rəyçilər yazıb və verib Elmi Şuranın ixtiyarına ki, çapa təsdiqləsinlər. Bəs bu kitabın elmi redaktorları: - f.e.d., professor İlham Məmmədzadə, t.e.d. Eynulla Mədətli, rəyçilər: f.e.d., professor Etibar Nəcəfi, f.e.d., professor Cahangir Məmmədov. onlar niyə həmkarlarının, dostlarının kitabına biganə olub, heç olmasa ən elementar nöqsanları ona bildirməyiblər?.. . Ötəri qrammatik, hətta üslub səhvləri hamıda olur. Ancaq daha Heydər Əliyevi təhrif etmək yox da..! Heç olmasa bu məsələyə diqqətli olmalıydılar!

Sonra o qədər uyğunsuz ifadələr var ki, redaksiya heyəti nə üçündür?! Əlbəttə elmlər doktorunun təfəkkürünü kimsə redaktə etmək fikrində olmur, mən də qətiyyən bu fikrirdə deyiləm

Beləcə, hər mənada bu Kitab Heydər Əliyevin Adina, İrsinə , İlinə Aid və Layiq Deyil…
Doğrudan da belə olmaz! Vəzifə, Ad-san, Mükafatlar Üçün BaşQA Yol Düşünsünlər “!..
O ki, qaldı, Fəlsəfə və Sosiologiya institutunun Elmi katibinin mənə yazının I hissəsindən sorna acıq verirmiş kimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 10 oktyabr 2023-cü il tarixli 18/2 nömrəli qərarı ilə təsdiq edilmiş əlavə -- “Şəxsiyyətin miqyası və missiyası” kitabının planı və müəlliflər heyəti haqqında" sənədi göndərməsi. Buna cavab olaraq mən də ona və əslində Füzuli Qurbanova və onun kitabının redaksiya heyətinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncamdan Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi Azərbaycan Milli Elmlər Akademiyası müəyyən edildiyi” haqqında Qərarının mühüm müddəalarından birini çatdırmaq istəyirən.
Müvafiq Qərarda deyilir: “Monoqrafiyanın müəlliflər heyəti olaraq, uzun illər ərzində Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş, bu sahədə özünü təsdiq etmiş görkəmli Azərbaycan alimləri müəyyən edilmişdir”.
Sevinc Həsənova iki-üç vəzifə daşıyır və “elmi store-kassa” işləri ilə elə məşğuldur ki, bu müddəanın mahiyyətini anlamaya bilər… Bütövlükdə ictimaiyyət bilməlidir ki, dünyanın əşrəfi insan isə, insanın "canı" şəxsiyyət isə, şəxsiyyətin siması ləyaqət, ləyaqətin də özəyi məsuliyyət hissidir. Qalanı – vəzifə, ad-san, mükafatlar daxil təfərrüatdır!.


PS. Əslində bu iki hissədən ibarət məqaləmdəki tənqidi qeydlər başda təhlil olunan kitabın müəllifinə faydalı olmaqla çox tərəflərdən elmlə “xala-xala” oynayanların hər birinə zəruri siqnallardır...
3-05-2024, 15:34
İçərişəhərə giriş məhdudlaşdırılacaq
3-05-2024, 15:29
Qəhvənin bilinməyən faydaları
2-05-2024, 15:06
MEK-də Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş sərgi keçirilir
2-05-2024, 10:43
Düzgün nəfəs almaq arıqlamağa kömək edə bilər
2-05-2024, 10:41
Su, yuxu və idman arıqlamağınıza kömək edəcək vərdişlərdir
29-04-2024, 11:16
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 11:12
MEK-in direktoru Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib
29-04-2024, 10:37
Sümük bulyonu arıqlamağa kömək edir
24-04-2024, 11:00
Çin və Avropa alimləri çayın ağciyər xərçənginə səbəb olduğunu aşkar ediblər
24-04-2024, 10:56
Elm adamları yeni qrip virusunun pandemiyaya səbəb olma təhlükəsindən narahatdırlar
23-04-2024, 10:29
“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub
23-04-2024, 10:25
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:48
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
19-04-2024, 16:38
ARXİV: Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ANALİTİKA
18-04-2024, 15:14
Başqırdıstan Arıçılıq Mərkəzi Azərbaycana bal tədarükünə başlayıb
18-04-2024, 15:06
Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir
17-04-2024, 12:19
Azərbaycanda vergi ödəyicilərinin sayı 8 % artıb
17-04-2024, 12:12
Hemofiliya xəstəliyinin əlamətləri nələrdir?
16-04-2024, 15:37
Folklorşünas alim Mədəniyyət TV-də “Azərbaycan filmlərində milli dəyərlər” mövzusunda danışıb
16-04-2024, 15:32
Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi
15-04-2024, 15:45
Filosof alim İndoneziyada keçirilən beynəlxalq konfransda iştirak edib
15-04-2024, 15:33
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
9-04-2024, 12:01
Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
9-04-2024, 11:58
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
9-04-2024, 11:54
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 10:43
Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş seminar keçirilib
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031