HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKSI - SƏUDIYYƏ ƏRƏBSTANI KRALLIĞI QARŞILIQLI MÜNASİBƏTLƏRİ TARİXİNƏ BİR BAXIŞ
Xatirə QULİYEVA, AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
(məqalə ixtisarla yayımlanır)
Bu il Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 100-cü il dönümü, həmçinin bu il Azərbaycan Respublikasında ənənəyə çevrilmiş növbəti IL - Heydər Əliyev İlidir. Ölkəmizdə Heydər Əliyevin 100-cü ili və Heydər Əliyev İli tədbirləri geniş vüsət almışdır. Azərbaycan Respublikasında və eləcə də bir sıra ölkələrdə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsi əbədiləşdirilərək ona heykəllər qoyulur, adına parklar salınır. Heydər Əliyev adına orden və medallar təsis edilmişdir. Heydər Əliyevin irsinin elmi tədqiqat kitabxanası yaradılır, şairlərimiz şerləri, bəstəkarlarımız mahnıları ilə Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevə sevgilərini ifadə edir, rəssam və heykəltaraşlarımız tablosunu yaradırlar.
Eyni zamanda Səudiyyə Ərəbstani Krallığının Milli Bayramı– Krallığın elan olunması təntənələri də bu ilin bu günlərinə təsadüf edir. Belə tarixi bir vaxtda Ulu öndər Heydər Əliyevin qüdrətli siyasi Lider səriştəsi ilə sistemli hala gətirdiyi və yüksək inkişafına nail olduğu Səudiyyə Ərəbstani Krallığı ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq münasibətlərinin tarixinə nəzər yetirmək, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dinamik inkişafın əsaslarını elmi-obyektivliklə qiymətləndirmək yerinə düşər.
Maraqlıdır ki, Azərbaycan Respublikası və Səudiyyə Ərəbstanı arasında diplomatik, iqtisadi, sosial-mədəni və s.sahələrdə münasibətlər ölkəmizin ikinci müstəqillik tarixinin nəinki ilk illəri, ilk ayları, hətta ilk günlərinə gedib çıxdığının şahidi oluruq.
Beləki, 1991-ci il dekabrın 29-da Azərbaycanın Müstəqilliyinin Bərpası məsələsi referendum vasitəsilə ümumxalq müzakirəsinə çıxarılmış və xalqımız səsvermədə 95% səslə əsası Azərbaycan Xalq Cümhuriyyəti kimi 1918-ci ildə Quyulmuş və 1920-ci ildə Rus imperiyasının hərbi-siyasi müdaxiləsi ilə ləğv olunmuş ölkə Müstəqilliyini, milli suverenliyini bərpa etdikdən düz bir gün sonra - 1991-ci il dekabrın 30-da dünyanın 12-ci zəngin dövləti olan Səudiyyə Ərəbistanı Krallığı - Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah Azərbaycan Respublikasının Milli Dövlət Müstəqilliyini tanımışdır. Sözsüzdür ki, ərazisinə, demoqrafik üstünlüklərinə və eləcə də iqtisadiyyatına görə bütün dünyadazəngin, məşhur və nüfuzlu SƏK-in bu addımı sadə məsələ deyildi. SƏK-in bu qərarı yeni qurulan, həm də müsəlman ölkəsinə hərtərəfli maddi dəstəyi şərtləndrirdi. Əlbəttə bu məqsədlər üçün ilk növbədə diplomatik əlaqələrin yaranması vacib idi və “söz vaxtına çəkər”, bu əsas məsələ - Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələr 30 il bundan əvvəl, konkret olaraq 24 fevral 1992-ci ildə yarandı.
Lakin ölkələrimiz və xalqlarımızın Müqəddəs İslam dini və qədim ədəbi-mədəni – mənəvi əlaqələrindən güc alan, dinamik inkişaf mahiyyətində qarşılıqlı münasibətlər tarixi Azərbaycan dövlət quruculuğunun mühüm mərhələsindən – Heydər Əliyevin hakimiyyətə gəlişinin ikinci dövründən başlayır. Belə ki, Heydər Əliyevin rasional Lider qərarı ilə 1994-cu ilin aprel ayında Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələr üzrə Baş Saziş imzalanmışdır. Bundan sonra Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Səudiyyə Krallığının Azərbaycana inamının ifadəsi olan Ölkəmizin müstəqilliyini ilk dövlətlər sırasında tanımasına və habelə Səudiyyə məliki Fəhd ibn Əbdül Əziz-əl Saudun dəvətinə müsbət cavab olaraq ilk səfərini məhz Səudiyyə Ərəbstanı Krallığına etmişdir.
Haşiyə çıxaraq göstərməliyik ki, 1921 və ya 1923-cü ildə dünyaya gəlmiş فهد lf الويز ول ول و - Fəhd ibn Əbdül Əziz-əl Saud dövrünün Dini mədrəsə təhsilindən başqa dünyəvi təhsil sistemində də yetişmiş, dolğun biliklərə sahib olmuşdur. Kral Fahd kral Əbdül Əziz-əl Saud nəslinin nümayəndəsi idi və 1982-ci ildə Səudiyyə kral taxtına çıxana kimi 30 illik idarəçilik təcrübəsinə sahiblənmişdi. Məsələn o, - Kral Fahd 30 yaşında ikən (1953-cü ildə) ögey qardaşı tərəfindən Səudiyyə krallığında ilk dəfə olaraq təsis edilən təhsil naziri vəzifəsinə təyin edilmiş, bu sahədə 10 il çalışdıqdan sonra (1962-ci ildə) Daxili İşlər Naziri, bundan 5 il sonra əvvəl Baş nazirin ikinci müavini, 8 il sonra isə (Kral Faysalın öldürülmündən sonra) vəliəhd şahzadə və baş nazirin birinci müavini vəzifələrinə irəli çəkilmişdir. Kral Fahd 1975-ci il aprelin 3-də isə ögey qardaşı Kral Xalidin ağır xəstəliyi ilə əlaqədar ölkənin daxili və xarici siyasət sahəsində hakim mövqeyə sahiblənmişdir. Kral Fahd Səadiyyə kralı kimi fəaliyyətə başlarkən ölkəsinin iqtisadiyyatını gücləndirməyi qarşısına məqsəd qoymuş, eyni zamanda Konstitutsiya sistemini yaradıb formalaşdırmışdır. Mənbələrdə Kral Fahd ibn Əbdül Əziz-əl Saudun Səudiyyə Konstitutsiyasını yaratması mühüm tarixi hadisə kimi qiymətləndirilir və göstərilir ki, o bununla tarixdə öz yerini əbədiləşdirmişdir.
Kral Fahd ibn Əbdül Əziz-əl Saud 1992-ci ildə ölkənin qabaqcıl alimlərinin iştirakını nəzərdə tutan qanunlar qəbul etməklə siyasi idarə etmə strategiasında “elm və ya xüsusi bilik tələb edən digər peşə sahibləri”-nə, o cümlədən “Əyalət İdarəsi haqqında Qanunda” cəmi on üzvdən birinin alim olması şərtinə üstünlük vermi.dir.
Fəhd ibn Əbdül Əziz-əl Saud xarakterizə edən əsas fenomen cəhətlərdən biri onun ənənəvi kral titulu olan “Əlahəzrət” müraciətindən imtina edərək Ərəb xilafətinin, Misir Məmlüklər dövlətinin və Osmanlı İmperatorluğunun hökmdarları kimi “İki Müqəddəs Məscidin Şərifi” titulunu qəbul etməsidir. “İki Müqəddəs Məscidin Şərifi” ifadəsi Məkkədə əl-Həramın və Mədinədə Peyğəmbər məscidinin müqəddəs məscidlərini əks etdirir və o bu titulu 1995-ci il noyabrın 29-da geniş insult keçirdikdən sonra kral səlahiyyətlərini o ögey qardaşı Şahzadə Abdullaha təhvil verənə qədər, həmçinin 2005-ci il, avqustun 1-də vəfat edənə kimi şərəflə daşımışdır.
Bu haşiyədən sonra qeyd etmək yerinə düşər ki, ərəb dünyasında intellektual hakimiyyətin parlaq ulduzu kimi seçilən Kral Fəhdlə dünyaşöhrətli Heydər Əliyevi Birləşdirən önəmli əsaslar vardır. Bunlar hər iki güclü Liderin dövlət quruculuğu, idarəetmə siyasətində Qanunların gücünə arxalanmaları və Milli Dövlət Konstitutsiyalarını yaratmaları, ölkə iqtisadiyyatını gücləndirmək məqsədləri, dinə ehtiramlı münasibətləri, azadlığa, müstəqilliyə gedən yolda bütün maneələri keçməyə qadir iradəyə, cəsarətə malik siyasi xarakter oxşarlıqları, habelə eyni yaşda olmaları (kralın da doğum tarixində 1921-ci il və 1923-cü il qərarlaşır) kimi siyasi bioqrafik. mənəvi göstəriciləri ilə təsdiqlənir.
Burada məqamı olduğu üçün bir fikir ştrixini diqqətə çatdırmaq istərdik. Bu Kral Fəhdin 13 iyun 1982-ci ildən (qardaşının vəfatı ilə əlaqədar onu taxtda əvəzlədikdən) sonra ölkəsinin SSRİ ilə əlaqələri bərpa etməsi ilə bağlıdır ki, ehtimal ki, elə o vaxtlar Heydər Əliyevlə onun tanışlığı, dostluğu başlamışdır. Ona da aydınlıq gətirmək yerinə düşər ki, SSRİ və Səudiyyə Krallığının qarşılıqlı münasibətləri 1926-cı ildən 1938-ci ilə qədər davam etmiş və bir də 1991-ci ildə böhran vəziyyəti aradan qaldırılmışdır. Bu da əsasən SSRİ siyasi sisteminin dağıdılmasından sonra baş tutmuşdur. Ancaq Kral Fəhdin hakimiyyətə gəldiyi 1982-ci ildə Səudiyyə Krallığı SSRİ ilə Böyük Britaniya hökumətinin vasitəçiliyi ilə aktual beynəlxalq və regional problemlər, o cümlədən ərəb-İsrail münasibətlərinin nizamlanması üzrə əlaqələr yaratmışdır. Bu vaxtlar isə Heydər Əliyev Sov. İKP MK-nin Siyasi Büronun üzvü idi və 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Fikrimizcə, Heydər Əliyevin bu yüksək vəzifədə SSRİ-nin iqtisadi, sosial və mədəni və s. mühüm sahələrinin idarəetməsinə rəhbərlik edərkən Səudiyyə Krallığının maraqlarının cəmləndiyi məsələlərə də öz diqqətli münasibətini əsirgəməmişdir. Düşünmək olar ki, 1994-cü ildə kral vəzifəsində olan Fəhd ibn Əbdül Əziz -əl Saud Heydər Əlievi çoxdan tanıdığıı, lider səriştəsinə bələd olduğu üçün öz ölkəsinə dəvət etmiş və Azərbaycanın keçid dövründə ona arxa-dayaq olmuşdur.
Digər bir məsələ, Azərbaycan kimi Səudiyyə Ərəbistanı da öz milli dövlət müstəqilliyinin iri miqyaslı dövlət quruculuğu işlərinə 1993-1994-cü illərdən start vermişdir. Konkret olaraq Səudiyyə Ərəbistanının yeni mərhələdə Müqəddəs Quran — İslam qanunvericiliyinə (şəriət) əsaslanan dövlət quruculuğu və müasir idarəetmə strategiyasının sistemləşdirilməsi strateji işini 1992-ci ildə həyata keçirilmişdir. Qeyd edək ki, Səudiyyə Krallığının Ali qanunvericilik Aktlarına görə Müqəddəs Quran Krallığın əsas Qanun Kodeksidir.
Beləliklə, 1990-cı illlərin əvvəllərindən müstəqilliyini yeni bərpa etmiş iki dövlət – Azərbaycan Respublikası və Səudiyyə Krallığının iki yüksək siyasi peşəkarlığa malik, həmçinin eyni yaşlı siyasi lideri – Heydər Əliyev ilə Kral Fəhd ibn Əbdül Əziz-əl Saudun ikitərəfli görüşləri ümumi dövlətçilik maraqlarına söykənməklə gələcək inkişafla bağlı yekdil prinsipləri ehtiva edirdi. 1994-cü il, 9-13 İyul tarixində baş tutmuş bu mühüm əhəmiyyət kəsb edən tarixi görüşün nəticəsidir ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətlərini bütün sahələr üzrə intensiv şəkildə davam etdirir, dinamik inkişafa nail olurlar.
Bunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin hələ 13 iyul 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşməzdən əvvəl keçmiş Binə Hava limanında (indiki Heydər Əliyev adına Hava limanında) müxbirin sualını cavablandırarkən dediyi fikirlər bir daha təsdiqləyir: "... İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm...".
Onu da qeyd edək ki, hələ 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfər edərkən “İki Muqəddəs Məscidin Şərifi” titulunun sahibi Kral Fəhd və bir çox nüfuzlu rəsmi səxslərlə görüşmüş, ölkələr arası əlaqələrin güclənməsinə faydalı olan sahələr, məsələn, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, gənclər və idman üzrə əməkdaslıq perespektivləri müəyyənləşdirilmişdir.
Heç də təsadüfi deyil ki, əsası 1932-ci ildə qoyulmuş Səudiyyə Ərəbstanı dövlətinin hələ çox yaşlı və müəyyən sağlamlıq problemləri olan atası Səudiyyə kralı Salman ibn Əbdul Əziz əl Sauda dəstəy olmuş bu günki kral vəliəhdi – şahzadə Məhəmməd ibn Salman hakimiyyətdə olduğu illərdə də Azərbaycanla olan bu qədim və müasir tarixi əlaqələr qorunub inkişaf etdirilmişdir.
Bunu Azərbaycan və Səudiyyə Krallığının qarşılıqlı münasibətlərini təsdiq edən Parlamentlərarası əlaqələr, müxtəlif sahələr üzrə işçi qruplarının ölkələrə səfərləri, imzalanan sazişlər, qəbul edilən qərarlar təsdiq edir. Əslində Azərbaycan Respublikası və Səudiyyə Krallığı dövlətləri və xalqları arasındakı bu dostluq, əməkdaşlıq münasibətləri bir əsaslı büövrəyə, ideya birliyinə, siyasi həmrəyliyə çevrilmişdir.
Məsələn, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın sərhəd bütövlüyü məsələsini daim diqqətdə saxlamış, Ermənistanı təcavüzkar dövlət kimi rəsmi şəkildə pisləmiş, Qondarma Dağlıq Qarabağın Müstəqilliyini qəti surətdə tanımamışdır. Hələ 1994-cü ildə Səudiyyə Ərəbstanından Azərbaycan Prezidenti Heydər Əliyev bəyanatında bildirmişdi ki, "...Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır..."( https://lib.aliyevheritage.org/az/7892915.html).
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il, İyul ayının 11-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində təşkil olunmuş mətbuat konfransında iki dövlət arasında qarşılıqlı əlaqələri belə xarakterizə etmişdir: «İki müqəddəs şəhərin xadimi (şərifi), məlik Fəhd ibn Əbdul Əziz əl-Səud müstəqil Azərbaycan Respublikasının keçmişinə və bugünkü vəziyyətinə çox böyük maraq göstərdi. Biz keçmiş Sovetlər İttifaqına daxil olmuş indiki müstəqil respublikalardakı vəziyyət barədə də ətraflı söhbət etdik. Xüsusən Qafqaz regionundakı vəziyyət və Azərbaycan ilə Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verdim və biz bu barədə geniş müzakirə apardıq. İki müqəddəs şəhərin xadimi və Səudiyyə Ərəbistanının yüksək vəzifəli digər şəxsləri ilə görüşlərim və danışıqlarım Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq, qardaşlıq əlaqələrinin yaranması və inkişafı üçün çox əhəmiyyətli oldu» (http://anl.az/el/alf7/he_me2.pdf). Ümumiyyətlə böyük siyasi Lider jurnalistlərlə görüşdə Səudiyyə Ərəbstanı Krallığına 1994-cü ilin 9-13 iyul tarixində baş tutmuş səfərini “ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirmişdir”.
Məlumdur ki, Ulu öndər Heydəe Əliyev 1994-cü il, sentyabrın 20-də yeni qurulan Azərbaycan dövlətini həm iqtisadi cəhətdən gücləndirmək, həm də siyasi arenada tanıtmaq baxımından mühim əhəmiyyət kəsb edən “Əsrin Müqaviləsi” tarixi rəsmi sənədini imzalamışdır. Dünyanın 7 dövlətinin 11 neft şirkəti ilə Azərbaycan arasında imzalanan Dünya neft şirkətlərinin 60 milyard ABŞ dollarını əhatə edən "Əsrin müqaviləsi"-ndə Səudiyyə Ərəbstanı Krallığı da (Delta-Hess şirkəti ilə) təmsil olunmuşdur. Bu görüşdən sonra yuxarıda da qeyd etdiyimiz kimi (1994-1999-cu illər ərzində) Kral Fəhd ibn Əbdül Əziz Əl Səudin yardım proqramı cərcivəsində Azərbaycanlı qacqın və köckünlərə dəfələrlə humanitar yardımlar gostərilmişdir. 2002-ci il, 28 dekabr tarixində Səudiyyə Krallığı Bakı səhərində orta məktəb binalarının tikintisi üçün Azərbaycan Respublikasına 35.7 milyon rial həcmində kredit ayrılması haqqında qərar verib.
Səudiyyə Ərəbstanı Krallığı Azərbaycanın iqtisadi cəhətdən böyük problemlərindən biri,-erməni təcavüzü nəticəsində öz yurdlarındn didərgin düşmüş qaçqınlara geniş həcmli yardım proqramı həyata keçirmişdir ki, bu böyük yardıma görə Azərbaycanın dövlət başçısı Heydər Əliyev 11 dekabr 1997-ci ildə Tehranda keçirilən İKT Zirvə Görüşündə Səudiyyə Ərəbstanı Krallığının şahzadəsi Abdulla İbn Əbdül Əziz al Səidə və Səudiyyə Ərəbistanının rəhbərliyinə öz minnətdarlığını ifadə edib. Bu görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev məhdud imkanlar daxilində, necə deyərlər öz istirahəti hesabına Səudiyyə Ərəbstanı Krallığının şahzadəsi Abdulla İbn Əbdül Əziz al Səidə onun ölkəsinin Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə tədqiqatında yaxından iştirakının və Azərbaycanın bir sıra sahələrinə sərmayə qoymasının dövlətlərarası münasibətlərdə əsaslı nailiyyətlər olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbstanı Krallığının dostluq və əməkdaşlıq münasibətlərinin möhkəm əsaslara bağlı olmasının bir əyani nəticəsi də dost ölkənin 2002-ci ilin avqust ayında qondarma Dağlıq Qarabağ respublikasında kecirilmis prezident seckilərini də qətiyyətlə pisləməsi və növbəti dəfə Azərbaycanın sərhəd toxunulmazlığını, ərazi bütövlüyünu dəstəkləməsi ilə təsdiqlənir. Bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının 2006-cı il, 1 fevral tarixində Azərbaycan Respublikasına Tərtər və Ağstafa rayonlarının ərazisinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə 50 min ABŞ dolları ayırmışdır.
Heydər Əliyev 2003-cü ildə Səudiyyə Ərəbstanında Ciddə şəhərində yerləşən İslam İnkişaf Bankı arasında da mühüm əhəmiyyət kəsb edən bir AKT – zəlzələdən zərər çəkmiş fiziki və sosial infrastruktur obyektlərinin yaxşılaşdırılması üzrə Borc Sazişi" imzalamışdır.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2003-cü il, 7 iyun tarixində Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Saleh bin Hümeydlə görüşündə yenə Səudiyyə Ərəbistanı Krallığının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini, ölkələrimiz arasında qarşılıqlı münasibətin qaynağı olan islam -müsəlman mənəvi birliyini xüsusi qeyd etmiş, müsəlman kimi “həmişə Səudiyyə Ərəbistanına hörmət etdiyimizi, əlaqələrimizi daha da genişləndirmək istədiyimizi” xüsusi şəkildə vurğulamışdır.
Bu da maraqlı bir faktdır ki, həmin çıxışında müsəlman dini birliyimizi önə çəkən, hətta “Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi”, - fikrini qabardan dahi Lider Heydər Əliyev 1994-cü ilin 9-14 iyul tarixində Səudiyyə Ərəbstanına səfəri çərçivəsində çox məşğul olmasna baxmayaraq Müqəddəs Məkkə şəhərinə getmiş, Ümrə ziyarəti etmişdir.
Şübhəsiz, 1994-cü ildə Məkkəyə səfəri Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevə çox təsir etdiyindəndir ki, o görkəmli bəstəkar Arif Məlikovun bu müqəddəs şəhər, Kəbə- Həcc, Ümrə ziyarətləri, ümumiyyətlə, Məhəmməd peyğəmbər (ə.s.) həyatı mövzusunda musiqi əsəri yazmasını istəmişdir.
Dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun “Əbədiyyət” simfoniyasının yaranması bu dediklərimizə əyani misaldır.
Beləki, “Əbədiyyət” simfoniyası Ulu öndər Heydər Əliyevin Məkkə, Kəbə ilə bağlı ülvi hisslərinin əbədilik qazanmış ən gözəl tablosudur.
Xarakterik digər bir tarixi fakt. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müsəlman dini inancına sahib və sadiqliyini 20 mart 1999-cu il tarixində Səudiyyə Ərəbistanın kralı, iki müqəddəs məscidin şərifi Fədh ibn Əbdül Əzizin dəvəti ilə Həcc ziyarətinə gedən zəvvarlarla görüşündə söyləmiş olduğu nitqdə öz müdik düşüncələrini bu cümlələrlə ifadə emişdir: “Mən sizin hamınıza yaxşı yol arzulayıram. Əvvəlcədən arzulayıram ki, Həcc ziyarətinizi Allah qəbul etsin və siz sağ-salamat vətənimizə qayıdasınız. Bir daha, sizinlə bu bayram axşamı, bu əziz, müqəddəs gündə görüşdüyümə görə çox sevinirəm. Çünki belə gündə hər bir görüş insan üçün xüsusi əhəmiyyətlidir. Mən sizinlə görüşürəm, yəni Allah yolunda Həccə gedən adamlarla görüşürəm.
Məndən Məkkəyə, Mədinəyə, Kəbəyə salam çatdırın və Azərbaycan xalqının islam dininin bütün yüksək mənəvi dəyərlərinə nə qədər sadiq olduğunu öz hissiyyatlarınızla oraya çatdırın. Sizə yaxşı yol! Bir daha bayramınızı təbrik edirəm. Hamınıza cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun”(https://lib.aliyev-heritage.org/az / 8325749.html).
Qeyd edək ki, Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Krallığına səfərindən sonra Səudiyyə Ərəbstanı Krallığı, şəxsən kral Fədh ibn Ədül Əziz Əl Səud Azərbaycandan hər il 250 nəfərin Həcc getməsini həyata keçirmişdir. Heydər Əliyevin aşağıdakı iqtibasda yer alan fikirlərində bu gerçəklik öz dolğun əksini tapmışdır: “Hər birinizin Məkkəni, Mədinəni, Kəbəni ziyarət etmək istəyiniz, arzunuz özlüyündə sizin daxili mənəviyyatınızı nümayiş etdirir, o müqəddəs yerləri ziyarət etmək istəyən hər bir şəxs yüksək mənəviyyat yoluna düşməlidir və ümidvaram ki, siz məhz bunu dərk edərək Məkkə, Mədinə, Kəbə ziyarətinə getmək üçün can atmısınız və bu istəyiniz, arzunuz da artıq yerinə yetirilir. Siz yol üstəsiniz, gedirsiniz. Siz də, biz də - hamımız Səudiyyə Ərəbistanının kralı, iki müqəddəs ocağın xadimi, bizim dostumuz və qardaşımıza Azərbaycana göstərdiyi bu qayğıya, diqqətə görə təşəkkür edirik. Bu, artıq ənənəyə çevrilibdir. Hər il Həcc ziyarəti zamanı Azərbaycana belə qayğı göstərilir və Səudiyyə Ərəbistanı kralının qonağı kimi 250 nəfər Həcc ziyarətinə gedir. Həcc ziyarətinin özü insan üçün böyük nemətdir. Ancaq bu ziyarəti iki müqəddəs ocağın xadiminin qayğısı altında, onun himayəsi altında həyata keçirmək buna daha da xüsusi əhəmiyyət verir”(https://lib.aliyev-heritage.org/az/8325749.html).
Kiminə görə xəyal, kiminə görə gerçəkli: tarixin daş kitabəsi var və olub-keçənlər bu kitabədə öz izini həkk edir. Biz bu fikri təsadüfən işlətmədik. Belə ki, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbstanı Krallığının qarşılıqlı əlaqələrindən və xüsusən də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin bu əlaqələri qurub yaratması məsələsindən bəhs edərkən çoxlarının heç bilmədiyi, bilən ixtiyar yaşlıların isə yavaş-yavaş unutduqları bir ictimai təşkilatın və onun rəhbərinin xeyriyyəçilik, əslində iman fəaliyyətini bu məqamda yada salmaq yerinə düşər.
... Beynəlxalq İslam Nicat Təşkilatı, onun (İNT) MDB dövlətləri üzrə nümayəndəliklərinin baş direktoru Əbdülhəmid Cəfər Dağistani. Heydər Əliyev bu şəxslə 1993-cü ildə ilk dəfə görüşmüş və onların səmərəli, işgüzar danışıqları nəticəsində ağır günlər yaaşyan Azərbaycan çox sayda problemlərini həll etməklə bərabər, xalqımızın İslam inanclı insanlarının müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri, Həcc və Ümrə ziyarətləri kimi mənəvi ehtiyacları həyata keçirilmişdir.
Məsələn, Azərtac 1993-cü ilin 7 dekabr tarixində Azərtacın “Xeyirxahliğa Əsaslanan Əməkdaşliq Möhkəmlənəcəkdir” başlıqlı yazıda belə bir məlumatı diqqəti cəlb edir: “Müstəqil Azərbaycan Respublikası dünyanın bütün ölkələri ilə, habelə beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Ermənistanın silahlı təcavüzünə məruz qaldığımız indiki dövrdə Azərbaycanın dünya ölkələri ilə çoxcəhətli əməkdaşlığı daha da genişləndirməyə ehtiyacı vardır. Bu fikri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 7-də Beynəlxalq İslam Nicat Təşkilatının (İNT) MDB dövlətləri üzrə nümayəndəliklərinin baş direktoru Əbdülhəmid Cəfər Dağistanini qəbul edərkən söyləmişdir".
Onu da qeyd edək ki, Azərtacın 1993-cü ilə aid məlumatında “İNT-in qaçqınlar üçün iş yerləri açılması və onların əməyə cəlb edilməsi məqsədi ilə respublikamızın nazirlikləri, şirkətləri, konsernləri və işgüzar adamları ilə əlaqələr yaradacağı, bu təşkilatın köçkünlərin doğma yerlərinə qaytarılması dövründə kəndlərin, qəsəbələrin, evlərin bərpası sahəsində sınaqdan çıxmış proqrama malik olduğu, onun azərbaycanlı qaçqınlara 1993-cü ildə 5 milyon dollarlıq yardım göstərdiyi, 1994-cü ildə isə bu yardımın həcmini 8 milyon dollara çatdırmaq niyyətində olduğu, Azərbaycan prezidenti Heydər Əliyevin Beynəlxalq İslam Nicat Təşkilatına Azərbaycana göstərdiyi kömək üçün minnətdarlıq etməsi və qarşılıqlı əlaqələrin davam etdirilib daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirilmişdirdiyiöz ifadəsini tapmışdır”(https://azertag.az/xeber/ xeyirxahliga asaslanan amakdasliq mohkamla nacakdir -796261).
Bu məlumat Heydər Əliyevin Səudiyyə Ərəbstanı Krallığına 1994-cü il 9-13 iyul tarixində baş tutmuş səfərindən öncə bu ölkənin Azərbaycana əlaqə yaratmış olduğunu və necə deyərlər “öz elçisini” göndərmiş olduğunu yəsdiq etməklə bərabər iki ölkə arasındakı əlaqələrin daha əvvəllərə gedib çıxan köklərindən xəbər verir.
Haşiyə çıxaraq Heydər Əliyev kimi müdrik siyasi Liderin görüşünə gəlmiş Əbdülhəmid Cəfər Dağistani “İslami Yardım Təşkilatının Qlobal İslam Respublikalarında və əvvəllər Sovet İttifaqı adlanan ərazilərdəki ofisinin regional direktoru vəzifəsinə irəli sürülmüş və yeddi il ərzində (hicri 1412 – 1418) / (miladi 1993 – 1999) müxtəlif millətlərdən və müxtəlif dinlərdən və irqlərdən iyirmi iki Respublikaya xidmət edən və iyirmidən çox (1400) işçisi olan on altı ofisə cavabdeh direktor olmuşdur” Bu iqtibasdakı fikirlər Nazım Karaman adlı müəllifin məqaləsindəndir və biz bu mənbədə Əbdülhəmid Cəfər Dağistaninin geniş səlahiyytləri, həmçinin zamanında SƏK hakimiyyət aparatında nüfuzu və habelə onun maddi imkanları göstərilmişdir. Biz burada həmin dəlilləri detalları ilə işıqlandırmadan məqalədən diqqət çəkən bir maraqlı faktı önə çəkmək istəyirik. Beləki, məqalədə Əbdülhəmid Cəfər Dağistaninin bir çox ölkə başçısı ilə dostluq münasibəti açılanmış, onlardan ən görkəmlisi mərhum prezident Heydər Əliyev olub, - fikri qabardılmışdır” (https://nationsbridgeltd. com/founders-%D8%A7%D9%84% D9%85 %D8%A4%D 8%B3% D 8%B3%D 9%88%D9 %86/).
Maraqlıdır ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin Məkkəyə müqəddəs Kəbəyə ziyarəti məhz Əbdülhəmid Cəfər Dağıstaninin arzusu və dəvəti ilə olduğu təsdiqlənir. Bu haqda keçmiş millət vəkili Hadi Rəcəbliyə istinadən modern.az saytının kiçik “Bir şəklin tarixçəsi” başlıqlı yazısında belə bir qeyd vardır: “Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqın və məcburi köçkünlərin işlərini, problemlərini mənimlə məsləhətləşirdi. O zaman mən Nazirlər Kabinetində çalışırdım. Ərəb ölkələrindən qaçqınlara hümanitar yardım gətizdirirdik. O dövrlər bizim hökumətin ən çətin zamanları idi. Bakıya hümanitar yardım gətirən ciddəli Əbdülhəmid Dağistani mənə dedi ki, Heydər Əliyevi Həcc ziyarətinə dəvət etmək istəyir, amma çəkinir. Fikirləşirdi ki, birdən razılaşmaz. Dedim ki, Heydər Əliyev Allah adamıdır, heç bir problem yoxdur. Əslində biz Həcc ziyarətinə getməli idik, ancaq Heydər Əlieyevin vaxtı az olduğu üçün Kəbəyə Ümrə ziyarəti etdik. Onda ulu öndər hakimiyyətə gələndə ona kömək etmiş, yanında olmuş şəxsləri də özü ilə apardı. Dedi ki, “gördünüzmü, mən sizə söz vermişdim, indi də sizi ziyarətə aparıram”.
Heydər Əliyevi Kəbə evinin içində namazın bütün elementlərini icra edəndə gördüm. Allaha dua etdi ki, Dağlıq Qarabağ tezliklə azad olunsun” (https://modern.az/az/news/115867/bir-seklin-tarixccedilesi-heyder-eliyevle-mekkeye-kimler-getmisdi).
Azərtacın 1994-cü il, 29 iyul tarixli, - “Beynəlxalq Xeyriyyə Xəşkilatinin Nümayəndələri Bakida” yazısında Heydər Əliyevin Səudiyyə Ərəbstanı Krallığında səfərdə olarkən “orada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların başçıları, o cümlədən beynəlxalq İslam Nicat Təşkilatının (BİNT) rəhbəri Fərid Qureyşi ilə görüşüb danışıqlar aparmışdır. Bu görüş zamanı təşkilatın Azərbaycanla əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunduğu” və Azərbaycan Prezidentinin ölkəsinə qayıtmasından konkret olaraq 2 həftə sonra “Beynəlxalq təşkilatın MDB dövlətləri üzrə baş direktoru Əbdülhəmid Cəfər Dağıstaninin və BİNT-in prezidentinin müavini Abdulla Abdanın başçılıq etdikləri nümayəndə heyəti bu təşkilatın Azərbaycanda fəaliyyətini daha da genişləndirmək məqsədi ilə Bakıya gəldiyi” işıqlandırılmışdır.Sözsüzdür ki, bu (hər ölkə başçınına nəsib olmayan) Heydər Əliyevin müdrik şəxsiyyətindən qaynqqlanan bir hadisədir. Beləki, Qlobal İslam Respublikalarında və əvvəllər Sovet İttifaqı adlanan ərazilərdəki ofisinin, müxtəlif millətlərdən və müxtəlif dinlərdən və irqlərdən iyirmi iki Respublikaya xidmət edən və iyirmidən çox (1400) işçisi olan on altı ofisə məsul direktoru və hələ digər sahələr üzrə vəzifələrin icraçısı Əbdülhəmid Cəfər Dağıstani və BİNT-in prezidentinin müavini Abdulla Abdanın başçılıq etdikləri nümayəndə heyəti keçid dövrü yaşayan ölkəyə Prezidenti ilə görüşdən 2 həftə sonra böyük miqdarda yardım etmək məqsədi ilə gəlir. Azərtacın bu məlumatında Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında qurulan dostluq münasibətləri də işıqlandırılmışdır ki, arxada qalmış 30 illik qarşılıqlı münasibətlərin və həmçinin bu münasibətlərin bayraqdarı Heydər Əliyevin dövlət quruculuğu xidmətlərinin tarixi izləri kimi mühüm əhəmiyyət kəsb edir. Məqalədən oxuyuruq: “İyulun 28-də Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyətini qəbul etmişdir. Söhbət zamanı təşkilatın respublikamızda görəcəyi işlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Heydər Əliyev bu ölkəyə rəsmi səfərindən, müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd ibn Əbdüləziz al Səudla görüşlərindən razı qaldığını bildirmiş və qeyd etmişdir ki, bütün bunlar ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində və inkişaf etməsində mühüm rol oynayacaqdır. ...İki müqəddəs şəhərə - Məkkəyə və Mədinəyə səfərini mühüm hadisə hesab edən Azərbaycan Prezidenti İslamın bu müqəddəs yerlərinə ziyarətini özü üçün böyük xoşbəxtlik kimi qiymətləndirmişdir” (https://azertag.az/xeber /beynalxalq _xeyriyya taskilatinin _numayandalari_bakida-797483).
Ulu öndər Heydər Əliyev dinə inanclı ailədə böyümüş, dini əqidəsinə Sovet quruluşu daxilində belə sadiq qalmış, Azərbaycan Respublikasının Müstəqilliyi illərində rəhbər siyasi kürsüdən İslam dini və mədəniyyəti haqqında dərin məzmunlu çıxışlar etmiş, həmçinin dinə bağlılığını aydın ifadə etmişdi. Məsələn, Ulu öndər 1970-ci illərdə bir xarici qonağın gənclərin yaşlılar gəldikdə ayağa qalxmasına təəccüb edib, ondan bu cür yüksək etik mədəniy¬yətə necə nail olduqlarını soruşarkən “Biz buna nail olmamışıq. Bu bizim xalqımızın mənəvi dəyərləridir”—cavabını vermişdir və çox illər sonra o, bu xatirəsini yada salarkən tam səmimiyyətlə bildirmişdir ki, “Sizinlə açıq danışıram, o vaxt deyə bilmirdim ki, bu islam dininin mənəvi dəyərləridir. Çünki biz hamımız o vaxtlar İslam dinini qadağan edən adamlar idik. Amma bu gün deyirəm ki, bunlar, həqiqətən İslam dininin bəşəriyyətə və İslam aləminə bəxş etdiyi çox yüksək dəyərlərdir” (Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, səh. 36. Bakı, Elm – 1998. 240 s).
Bu baxımdan müdrik Liderin imkan yaranmışkən İslam dininin peyğəmbəri Həzrəti Məhəmmədin (s.s) anadan olduğu, peyğəmbərlik, Allah elçisi adına ucaldığı və İslam dinini yaratdığı Məkkəyə Həcc və Ümrə ziyarətinə getməsi təbii hadisə idi. Bir məsələyə də xüsusi diqqət yönəldilməlidir ki, böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyev Beytulallah – Allah evi adlanan Kəbəyə ziyarət etməklə bu müqəddəs yolu xalqının bütün dini inanclı və bu ziyarətlərə həsrət müsəlmanların üzünə açmışdır. İkincisi, Azərbaycan dindarları 30 ildir müqəddəs torpağa gedirlər və bu yolçuluq hələ çox illər davam edəcəkdir. Həmçinin Heydər Əliyevin Səudiyyə ərəbstanı Krallığı ilə ölkəmiz qarasında qurub möhkəmləndirdiyi əlaqələr təkcə ziyarət sahəsi ilə məhdudlaşmayıb diplomatiya, iqtisadiyyat, ticarət, elm və təhsil, mədəniyyət, media, idman və gənclər kimi başqa sahələri əhatə edir.
Səudiyyə Ərəbstanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin ölkə ictimaiyyətinin müxtəlif sahələr üzrə nümayəndə heyətlərini vaxtaşırı dost ölkəyə səfərə göndərməsi yaşayan dostluq, əməkdaşlıq ənənələrinə əyani nümunədir.
2023-cü ilin 18-25 fevraı tarixində
Səudiyyə Ərəbstanı Krallığının Azərbaycandakı Səfirliyi bu səfərlərdən daha birini həyata keçirdi. Səfirliyin 30 il əvvəl əsası qoyulmuş mədəni əlaqələr istiqamətində bu növbəti səfərdə biz də, n- bu məqalənin müəllifləri də ölkəmizi təmsil etmişdir.
Səfərdən sonra müqəddəs Ramazan Bayramı və Novruz Bayramı münasibəti ilə şəxsi iqamətgahında ziyafət təşkil etmiş və səfirlik xətti ilə SƏK-də səfərdə olmuş media qrupunu dəvət etmiş Səudiyyə Ərəbstanı Krallığının Azərbaycandakı Səfiri cənab dok. Haməd bin Abdulla bin Xudeyrə öz adımdann və Sevinc Quliyeva adından təşəkkürümüzü bildirməyi özümə borc bilirik.
7 günlük Səfərimizdə tarixi məzunlu Səudiyyə Ərəbistanı Krallığının tarixi irsindən güc alaraq yaranan sivilizasiyalar və həyatın davamı kimi etap-etap müasir Səudiyyəyə birləşən yüksək inkişaf ruhunu əks etdirən “Bizim yorumlarımız qüdrətin davamıdır” adlı musiqi lirik-poetik kütləvi tamaşa və Kral Əbdüləziz Tarixi Mərkəzinə və orada yerləşən tarixlə müasir düşücənin smart intellektual sintezi - Səudiyyə Milli Muzeyinə səyahətimiz bizim Səudiyyə Ərəbistanı Krallığının dünəni, bugünü, hətta gələcəyi haqqında biliyimizi, təəssüratımızı tamamlamış oldu.
Səudiyyə Ərəbistanı Krallığının bu günlərdə qeyd olunan Milli Bayramı ərəfəsində yazdığımız bu məqalədə Kral Əbdüləziz Tarixi Mərkəzi haqqında qısa şərh verməyi məqsədəuyğun hesab edirik. Beləki, Kral Əbdüləziz Tarixi Mərkəzi Səudiyyə Krallığının yaradılmasının 100 illiyi münasibəti ilə hicri 1419, 5 şəvval, miladi 12 yanvar 1999-cu ildə Ər-Riyad Şəhəri üzrə Kral Komissiyası Layihəsi əsasında dizayn edilmişdir. Milli-mənəvi abidə Ərəbistan Yarımadasının və Ərəbistanın tarixini, İslam dini hadisəsinin əbədi varlığını, Səudiyyə Ərəbistanı Krallığının təməllərinin əsasını ehtiva edir.
Əvvəlcə Kral Əbdüləziz Tarixi Mərkəzi və onun ərazisində yerləşən “Ərəb mədəniyyət dünyası” haqqında çox qısa şərh verməyi zəruri hesab edirik. Beləcə, Kral Əbdüləziz Tarixi Mərkəzi başda Səudiyyə Ərəbistanı Krallığı olmaqla dünyanın ən böyük yarımadası kimi məşhur olan Ərəbistan Yarımadası Ərəbistan yarımadasının tarixini, İslamın ölməz səsini və Səudiyyə Ərəbistanının əsasının qoyulduğu möhkəm təməlləri əks etdirən bir sərgi, bir milli abidə kimi yaradılmışdır. Kral Əbdüləziz Tarixi Mərkəzinin təhlilinə keçid alırıq.
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadın mərkəzi bölgəsi olan Əl-Murabba məhəlləsində yerləşən Kral Əbdüləziz Tarixi Mərkəzinin ümumi sahəsi 440.000 m²-dən çoxdur. Maralıdır ki, Səudiyyədə çox tez-tez qarşımıza çıxan Türki adına burada da rast gəlirik. Belə ki, Kral Əbdüləziz Mərkəzinin qərbində Şahzadə Abdullah bin Jalavii bin Turki küçəsi yerləşir. Mərkəz şərqdən Kral Feysal küçəsi, şimaldan Əl-Delam küçəsi və cənub tərəfindən Əl-Foutah bağı ilə əhatələnib.
Kral Əbdüləziz Tarix Mərkəzi Konsepsiya olaraq Səudiyyə Kral Komissiyasının həyata keçirdiyi Qasr Al-Hukm inkişaf proqramının tərkib hissəsidir. Bu nəhəng şəhəriçi abidə Ər-Riyadın tarixinin memarlıq xüsusiyyətləri ilə sintez olunmuş dizayndadır və təkcə şəhərin deyil, bütün ölkənin mədəni irsini, mənəvi ruhunu əks etdirir.
Biz Azərbaycan oxucusunun təsəvvüründə qalması məqsədi ilə Kral Əbdüləziz Tarix Mərkəzini ərəb və ingilis dilində olan məqalələrdən öyrənib bildiklərimizlə təsvir etməyi zəruri hesab edrik. Beləliklə, Kral Əbdüləziz Tarix Mərkəzində İctimai Park, onunla bərabər beş əsas hasarlanmış və açıq park, gözəl üslubda palma ağacları, Milli Muzey, Qədim Əsərlər və Muzeylər Baş Qərargahı, Əl-Murabba Sarayı, Ənənəvi Palçıqdan tikilmiş binalar, Darat Əl-Malik Əbdüləziz, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və müasir yol şəbəkəsi, həmçinin məscid, bir sıra kommunal xidmət obyetləri yerləşir.
İllərboyu Səudiyyədə yağış yağmadığı üçün yaşıllıqların qorunması əsas məsələlərdəndir. Bu baxımdan Kral Əbdüləziz Tarix Mərkəzində meşəliklər, köhnə quyudan su axını, xüsusi diqqət və qayğının əyani nümunəsi kimi, ekoloji cəhətdən faydalıdır.
Ər-Riyadın 20.000 m2-lik Maydan Palaza Hoteli də Kral Əbdüləziz Tarixi Mərkəzindən 8 dəqiqəlik məsafədə yerləşir və müxtəlif bayramlar və bayramlar zamanı sosial və mədəni şənliklərə ev sahibliyi edir. Maydan Hotelinin şimal hissəsində yenidən qurulmuş qədmi su quyusu süni gölü doldurur, gözəl fəvvarəni fasiləsiz təmin edir.
Məqalə üçün fakt-dəlil axtarışına çıxdığımızda ərəb dünyasının ənənəvi Xurma ağacı ilə bağlı maraqlı məlumatla qarşılaşdıq. Demə Xurma ağacının rəmzi mənası səbir və şükran - minnətdarlıq imiş. Əlbəttə ki, Allaha şükür. Bu rəmzin tarixi olduğu qədər, müasirlik baxımından da mənası böyükdür. Bir misal, Səudiyyə Ərəbstanı minilləri səbrlə, şükranlarla bu yüksək inkişaf dövrünə yetişməyibmi?! Bu da bizim üçün çox cazibədar bir simvolika oldu: Kral Əbdüləziz Tarixi Mərkəzində xurma ağacları Krallığın mübarizə illərinin ifadəsi məqsədilə düşünülmüşdür. Kimin ağlına gələr, xurma ağaclarını saysın?.. Nə yaxşı bu yazılıb və SƏK ilə maraqlananlar oxuyub bilirlər ki, yüksək yerdə, üzü Maydan Palazaya yərəf 100 xurma ağacı - palma vahəsi, yəni meşəliyi Krallığın qurulmasından 100 il keçdiyini ifadə edir.
Səudiyyə Ərəbistanı Krallğının Kral Əbdüləziz Tarix Mərkəzində bizim tamaşa etdiyimiz Səudiyyə Milli Muzeyi əsas maddi-mənəvi tarixi mirasdır.
Ərəblər öz milli Muzeylərinin dünyanın bütün məşhur muzeylərindən fərqlənməsi məqsədi ilə çox tədqiqatlar aparmış, düşünmüş-daşınmıış və nəhayət 28.000 m² ərazidə muzeyin əsas obyektlərindən və 10 qalereyadan ibarət ikimərtəbəli və əsl milli mədəniyyət abidəsi (Milli Muzey) yaratmışlar.
Təsadüfi deyil ki, Səudiyyə Ərəbstanı Krallğının Milli Muzeyinin baş memarı məşhur yapon əsilli Kanadalı memar Raymond Moriyamadır. Raymond Moriyama Britaniya Kolumbiyası, Vankuverdə anadan olmuşdu. Həyatı, taleyi əzablarla dolu (4 yaşında ağır yanıq xəsarəti alıb, II Dünya müharibəsi illərində əvəl atası, sonra özü həbs edilib) olan Raymond Moriyamanın xoşbəxtliyi dünya üzərində qurub-yaratdığı muzeylər və digər abidələrlə yanaşı 5 övladından ikisinin peşəsini davam etdirməsi, Kanadanın tanınmış memarları olası idi. Bu memar Yapon memarlıq ənənələrini Qərb mədəniyyətinə gətirməsi ilə də tanınır.
Raymond Moriyamanın bu konsepsiyası qədim ərəb və İslam müsəlman tarixinin mədəniyyət ənənələrinin müasir Qərb, ABŞ mpdern memarlıq, arxitektura xüsusiyyətləri ilə təzahür etmişdir.
Miili Museyin 8 əsas, iki də əlavə idarəçilik zalından ibarətdir.
Muzeyin ilk qalereyası, “İnsan və Kainat” zalının ümumi sahəsi 1500 kvadratmetrdir və məzmun etibarilə milyonlarla il əvvəl Yer kürrəsində və Kainatda cərəyan etmiş fenomen hadisələri, Günəş sisteminin təkamülünə təkan vermiş, dialektik inkişafa təsir etmiş təbii amilləri əks etdirən 451 arxeloji tapıntı nümunəsini təqdim edir. Bu kolleksiyaya göydən yerə nə “niyyətləsə” enmiş meteor, nəsli kəsilmiş mamont skletnin maketindən tutmuş çoxsaylı ibtidai “prehistorik” dövrün insanının məişət avadanlıqları, habelə bizim eradan əvvəl - 4500-4000-ci illər arasında mövcud olmuş qədim Mesopotamiya mədəniyyətinin bir hissəsi, bizim eradan yeddi min il əvvələ kimi tarixdə izi görünən lakin mənşəyi naməlum Ubayd sivilizasiyasının çiy kərpicdən tikilmiş evlərinin,digər də memarlıq, əkinçilik, saxsı qablar, zinət əşyaları, oyma və s. sənətkarlıq işləri daxildir. Bir sözlə Kral AbdulƏziz Tarix Mərkəzinin məcazi desək, düz ürəyində yerləşən və Səudiyyənin döyünən ürəyi, düşünən beyni olan Milli Muzeyin bu ilk zalındakı eksponatlar seyrçi ilə dialoqa girib, ona canlı dili ilə öz tarixi hekayəsini anladır.
Diqqətli seyrçi də aid olduğu bəşərin formalaşması və ibtidailikdən şüurlu İnsanın yaranışı dialektikasında üzə çıxan faktları və reallıqları əks etdirən eksponatlar bir-birini əvəz etdikcə heyrətini, heyranlığını ləndirici meteor daşı, müxtəlif kitabələr, maketlər və s.v. i.a. tarif lövhələri ilə “şəkil çəkdirmə” imkanı daxilində ifadə edir. Beləcə əcdadlarımızın yaşamaq üçün düşündükləri evlər, orların xüsusi üslubu bizi seyr etdiyimiz mamont kimi qorxulu heyvanlar, sərt hava şəraitində tarixi inkişafın xüsusiyyətləri ilə “tanış etdi”. Bəşərin Ərəbstan səhralarında itkiləri kimi yeri və kainatı fəthi fikrini də məntiqi düşüncə ilə tamaşaçıya transilasiya edir. Misal var, gör hardan-hara gəlmişik... Elə bu milli muzeyin yaranması bizim yüksək svilazasiyamızdan xəbər verən ən əsaslı reallıq deyilmi?..
Muzeyin ikinci Zalı - Qədim Ərəb Krallığı zalı adlanır. Qədim Ərəb Krallığı zalınının da ərazisi 1500 kvadratmetrdir. Amma bu Zalda birinci qalereyadan daha çox - 659 artefakt təqdim olunur. Məzmununa görə 3 hissədən bu Qalereyada tamaşaçı eramızdan əvvəl IV minillikdən ta eramızın II əsrinə qədər olan geniş bir zamanda dəyişən sivilizasiyaların yüksəliş dinamikası ilə qədim ərəb krallıqları, orta ərəb krallıqları və müasir ərəb krallıqları haqqında məlumat alır və təbii divar rəsmləri, müxtəlif eksponatlarla tanış olmaq fürsəti qazanırlar. .... Səudiyyə mili Muzeyinin əsas məzmununu təşkil edən ikinci əsas sərgi Ərəbistan Yarımadasının və ya Ərəbstanın yaranması, inkişafı haqqındadır. Tarixi mənbələr göstərir ki, Ərəbistan Yarımadasında və ya ( şibhu l-cəzīrəti l-ʿərəbiyyə) Ərəbistanda ilk insanlar 130.000 il əvvəl məskunlaşmışlar. Ər-Riyad bölgəsində arxeoloji qazıntılar nəticəsində tapılan aşel mədəniyyəti(daş)alətləri hətta ilk insanların Ərəbistan yarımadasında 188 min il əvvəl mövcud olduqlarını təsdiqləyir. Həmçinin tarixən başdan-başa səhralardan ibarət olmuş Ərəbstan yarımadasında sərt iqlim şəraiti bu torpaqlarda tamamilə çayların kökünü kəsmiş, insanlar xüsusən İslamın yaranıb, genişlənməsinə dövrünə qədər Məkkə, Mədinə kimi məşhur ticarət mərkəzlərindən başqa şəhərlərdə məskunlaşmamışdır.
Milli Muzeyin Üçüncü zalı 500 kvadratmetr sahəlik məkanda İslamdan əvvəlki dövrün hadisələrini canlandırır. Üçuncü zalda eramızın dörd yüzüncü ilindən başlayaraq, Məhəmməd Peyğəmbərin (s.s.) dünyaya gəlməsinə qədər olan dövr 392 bir-birindən qiymətli eksponat vasitəsilə təsvir olunmuşdur. dan ibarətdir. Əsasən Məhəmməd Peyğəmbərin(s.s.) aid eksponatlarda Ərəbistan Yarımadasında yaşamış ərəb qəbilələri, onların məskənləri, adət-ənənələri, inancları, həyat tərzləri, gündəlik məişətləri və s. sosial-iqtisadi (ticari), mədəni amillər qabarıq şəkildə təsvir olunmuşdur.
Milli Muzeyin 350 kvadratmetr sahəsi olan Dördüncü zalında əsasən Məhəmməd Peyğəmbərin(s.s) Məkkədən Mədinəyə hicrəti hadisələrinin təsvir olunduğu uzunluğu 42 metr və eni iki metr olan divar rəsmi, həzrət Xəlifə Osman bin Əffanın Quranı, həmçinin onun həyatına aid hadisələri əks etdirən və digər eksponatlar nümayiş etdirilir.
Səudiyyə Ərəbstanı Milli Muzeyində buradan başlayaraq əsas maraq doğuran “İslam və Ərəbistan yarımadası” Zalı gəlir. Bu Qalereya dolğun məzmunlu eksponatlarla öz tamaşaçısını alıb aparır genləri ilə ona tanış və doğma mənəvi-ruhi aləmə. Beşinci - İslam Zalı və Ərəbistan Yarımadası zalında 1200 kvadratmetr sahədə bəzi İslam antikvarları və illüstrasiyaların daxil olduğu 1146 artefakt dır. Salonda nümayiş etdirilir.
Əlbəttə Ərəbsitan, onun baş tacı Səudiyyə Ərəbistanı Krallığının Milli Muzeyi ola, İslam dövrü ola, bir aləm maqnit kimi öz cazibəsi altına çəjən milli-mənəvi miras bizi də dinimiz İslamın yaranmasından qüdrətli İmperiya dövrünə və sonrakı inkişaf tarixlərinə apardı. Bütün sözünün ifadə etdiyi tamlığı şüurumuza yükləyə bilməsək də biz İslam dini və İslam mədəniyyəti haqqında xeyli məlumat ala bildik.
...
Ərəbstan axı qaynar qırmızı qumların yandırıb yaxdığı, hər igidin məskunlaşmaq üçün qurub-yarada bilmədiyi bir coğrafi ərazidir. Onu vətən etmək üçün insanlar nə vaxt ürəkləndi? Bunu Ərəbstanın eləcə də Səudiyyə Ərəbstanı Krallığının Milli Muzeyinin İslam dövrü sərgi nümunələri dolğun əks etdirir.
Beləki, əsasən İslam dininin peyğəmbəri Məhəmməd peyğəmbər (s.s) Ərəbstan qəbilələrini İslam Bayrağı altında Birləşdirdikdən və 622 –ci ildə Ərəbistanda vahid İslam Dövləti qurduqdan sonra Ərəbstan yarımadasına geniş insan axını üz tutmuş və İslam dövləti genişlənmiş, güclənmişdir. Məhəmməd Peyğəmbərin vəfatından sonra onun inandığı, yaxın dostu Əbu Bəkr hakimiyyətə gəlir və Ərəb qəbilələrinin üsyanını yatırdır. Bundan sonra Əbu Bəkr Bizans İmperiyasına hücum edir. Onun vəfatından sonra xəlifə Ömər, Osman ibn əl-Əffan və Əli ibn Əbi Talib İslam imperiyasına rəhbər gəliblər. Əl-xulafa' ər-raşidun kimi tanınan, başqa sözlə desək 4 xəlifə və ya Raşidun – yəni "doğru yol göstərən" xilafət dövründə Raşidun xəlifələri, daha sonra, - 661-ci ildən “Əl-xulafa' ər-raşidun” varisləri Əməvilər dövründə İslam imperiyası orduları Bizans ordusunu, Fars İmperiyasını qətiyyətlə məğlub etmiş, Orta Asiya, Yaxın Şərq, Şimali Afrika, İtaliyanın cənubu və Pireney yarımadasına qədər fəth edərək böyük miqyasda əraziləri Ərəbistana birləşdirmiş və böyük bir ərazidə 1 əsr (750-ci ilə kimi) siyasi gücə malik olmuşdur. Təsadüfi deyil ki, Ərəbstan Yarımadası 3.237.500 kvadrat kilometr əraziyə malik olmaqla dünyanın ən böyük yarımadası oldu. Ərəbstan Yarımadasındakı ölkələrin reytinqində Ərəbistan yarımadası öndədir və burada əsasən ərəb, müsəlman olmaqla 80 milyona yaxın insan yaşayır (King Abdulaziz Historical Center Project. https://www. rcrc.gov .sa/ en/ projects/kahc).
Haşiyə: Milli Muzeydə Peyğəmbərimiz Məhəmməd Peyğəmbərdən(s.s) biz müsəlman nəsillərə miras qalan qara rəngdə, üzərində müqəddəs Quran yazıları olan möhtəşəm Kəbə qapısı eksponatı (adamın esponat deməyə dili də gəlmir ) Muzeyi gəzmək imkanı tapmış bizi uzaqlardan gəlmiş ziyarətçilərielə cəlb etmişdi ki, ayrla bilmirdik. Biz bir kənara çəkilib kainatın sirləriidən tutmuş, yerlərin, okeanların və bizə bəlli tarixlərdən bugünki dövr qarışıq cərəyan etmiş və edən hər şey haqqında Müqəddəs Kitaba əllədimizi “gizlincə” uzadıb dualar və şükürlər edirdik. Niyə gizicə?. Ona görə ki, əvvəla biz Muzeydə idik və bir addımlığımızdan, uzaqlara qədər bu əvəzsiz tarix və sənət məkanını əllərindəki vidio kameralara çəkən jurnalistlərin, tele repartyorların əhatəsndəydik. Qəribə görünməmək üçün nə qədər bir kənara sıxılsaq da dualarımızı, şükürlərimizi “göndərdiyimiz” və kövrəkliyimiz böyük həvəslə çəkiliş edən bir ərəb jurnalistin gözündən qaçmadı.
Yeri gəlmişkən, Muzeydəki ağır məzmunlu sərgilər estetik zövq, maarifləndirici təsirə malik olduğundan güclü kondisionerlər işləsələr belə hava çatışmamazlığı vardı. Ümumi qaydalara görə su içmək də qadağan olduğundan (yaxşı ki, muzey nəzarətçiləri yardım etdilər) bir az narahatlıq yaşadıq. Həm də çox sürətli idi baxış. Qalereya geniş, eksponat çox və həddən artıq maraqlı, düşündürücü, birinə baxırsan, ikinciyə, üçüncüyə və artıq ekskursovod başqa salona gedir. Biri-birini əvəz edən lap nağıllardakı 40 qapını xatırladan geniş, yarıişıqlı dəhlizlərdə itmək də olar. Bu isə vaxt itkisi və nizamsızlığa gətirib çıxara bilər.
Biz də az vaxtın daxilində bütün Muzeyi bacardıqca yaddaşımızın necə deyərlər “d diskinə” köçürüb tarixi seyrə davam etdik.
Bu Muzey qaynar səhraların üzərində minillərin taixindən yola çıxan maddi-mənəvi miras əsasında yaranmışdır və bizim qanımızı coşdurması, doğmalıq “ilmələri” ilə yaddaşımızı toxuması, yuvası elə bəlkə bu tarixlərin bir küncü olan ruhumuzu oxşaması ilə bizə doğmadır, əzizdir. 100 tarixi və ya zəngin, geniş Milli Muzey bizə bu sadaladığı mənaları əvəz edə bilməz.
Səudiyyə Milli Muzeyinin altıncı zalı - birinci və ikinci Səudiyyə dövlətinin Qalereyası başlayır. Milli Muzeyin altıncı zalı - 261 eksponatın yerləşdirildiyi 900 kvadratmetrlik və iki hissəyə bölünmüş altıncı zalında İmam Məhəmməd bin Səud tərəfindən 1139-cu ildən süqutuna qədər – yəni, hicri 1233-cü ilə qədər olan Səudiyyə dövlətinə, ikinci hissədə isə hicri 1240-cı ildə İmam Türki bin Abdullah tərəfindən qurulan və hakimiyyətdən gedişi ilə başa çatan ikinci Səudiyyə dövləti və Hicri 1309-cu ildə Ər-Riyaddan olan İmam Əbdürrəhman bin Feysəl dövlətinə aid sənədlər təqdim olunur. Bu qalereyada birinci Səudiyyə dövlətinin paytaxtı Diriyyə və ikinci Səudiyyə dövlətinin paytaxtı Ər-Riyadın tarixi maketləri və vidio çarxlar maraqla qarşılnır. Bundan sonra ideya və məzmunu tamamlayan - Səudiyyə Ərəbistanı Krallığının birləşməsi haqqında olan ilə bağlı müstəsna filmlə başlayan “Krallığın Birləşdirilməsi adllanan” və bugünki hakimiyyətin sələfi, hicri 1319-cu ildə mərhum Kral Əbdüləziz bin Əbdül Rəhman Əl Səudun qurduğu üçüncü Səudiyyə dövlətinə həsr olunmuş Yeddinci Zala keçid alırıq. Burada Kral Əbdüləziz bin Əbdül Rəhman Əl Səudun həyata keçirdiyi nəhəng quruculuq işləri nümayş etdirilir.
Səudiyyə Milli Muzeyinin sərgiləri səkkizinci - “Həcc zalı və İki müqəddəs məscid” qalereyası ilə yekunlaşır. Yekun Zal sahəsinə görə 9800 kvadratmetr) geniş olsa da burada nisbətən az sayda eksponat nümayiş etdirilir. Əsasən, Həcc ziyarəti, İki Müqəddəs Məscidin memarlıq xüsusiyyətləri, ayinlər və və s. nümayş etdirilir.
Səudiyyə Milli Muzeyinin bir əsas əhəmiyyəti də onun beynəlxalq muzeylər və mədəniyyət obyektləri ilə mədəni və sosial əməkdaşlıq körpüləri qurması, müxtəlif beynəlxalq sərgilərə ev sahibliyi etməsidir.
... Xatırlatmaq yerinə düşər, Səudiyyə Ərəbstanı Krallığının Milli Muzeyi Ər-Riyad şəhərinin Murabba məhəlləsində. 1998-ci ildə (hicri 1419) Kral Abdul Aziz Mərkəzi kompleksinin yanında açılmışdır. Səudiyyə Ərəbistanı Krallığının Milli Muzeyi quruluşca Girişdən Çıxışa kimi 25 ilin məntiqinə uyğun müasir üslubdadır. Bu şüurda titrəyişə səbəb olur. Bəlkə də elə belə yaxşıdır. Adam tarixə qapılıb bu Muzeyin möhtəşəm modern dizaynın sahibi bugünü unutmur.
Yarıqaranlıq, 3700 mirasa malik nağıllar aləminə bənzər Səudiyyə Ərəbistanı Krallığının Milli Muzeyindən çıxarkən bizi ölkənin “Günəş” – kainat məzmun və mahiyyətli təbii Muzeyi qarşıladı. Ətrafda İnsanlar qaynaşırdı. İrqləri, millətləri, əhval-ruhiyyələri və s. cəhətdən fərqli İnsanlar. Günəş əbədiyyət, Səudiyyə tarix, insanlar müasirlik...
Qırmızı rəngli, ruzulu qumların burulğanından çıxmış, gələcəyə doğru inamla addımlayan yeni Səudiyyə Ərəbstanı Krallığı ölkəsinin Günəş çətirli yolları və səbr, şükran rəmzi Palma –xurma ağaclarının kölgəsi bizi sirli ahəngi ilə düşüdürür, gördüklərimizi yazmağa, hələ dərinlərdə yatan çox mövzuları üzə çıxarmağa səsləyirdi. Doğrudan da elmi tədqiqatçılar üçün Səudiyyə Ərəbstanı Krallığında elmin müxtəlif sahələri, xüsusən də humanitar və ictimai elmlər sahəsi üzrə çox əhəmiyyətli və aktual mənbələr, məxəzlər vardır.
Səudiyyə Ərəbstanının Milli Muzeyinin ana məzmununu təşkil edən dövlətin milli quruluş hadisəsi ideyası Krallığın paytaxtı Ər-Riyad şəhərinin mərkəzində yerləşən, Əl-Masmak və ya Əl-Məsmək kimi tərcümə olunan, 1865-ci ildə şahzadə Əbdürrəhman bin Süleyman bin əl-Dəbaan tərəfindən tikilmiş Hərb tarixini anladan muzey - “sarayı” fəaliyyətini davam etdirir.
Muzey-Saray ilk anda daşıdığı məzmundan əvvəl qalın divarlar arasında güclü kondisioner sərinliyinə bərabər havası (yəqinki bu qalanın çiy kərpicdən tikilməsindən irəli gəlir) və dərin səssizliyi ilə diqqətimizi cəlb etdi. Düzü Əl-Məsək Milli muzeyinin qalereyalarındakı eksponatlar haqqında bizə məlumat verən bələdçi yox idi. Amma bütün bina özü bir bələdçi idi.
Oxucularda Səudiyyə Ərəbistanı Krallığı (SƏK) dövlətinin quruluşu haqqında aydın məlumat yaranması üçün ən qısa şərhimizi təqdim edirik. Beləki, konkret olaraq SƏK-in tarixi eramızın XV əsrinin ortalarından başlayır. 1744-1818-ci illlər arasında İmam Muhəmməd bin Səudun əli ilə Diriyyə Əmirliyi əsasında ilk Səudiyyə Dövləti qurulmuşdur. 1891-ci ildə Şahzadəsi Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səud ulu babası Manea bin Rabia Al-Muraidinin köçüb, məskunlaşdığı Nəcd əmirliyini fəth edərək nəslinin hakimiyyətini bərpa etməklə Səudiyyə Dövlətinin ikinci quruluşununun tarixini “yazmış” və 14 yanvar 1902-ci ildən Səudiyyə Krallığının üçüncü dövlət quruluşu başlamışdır.
Əl-Məsmək Muzey-Sarayı da Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudun öz tərəfdarları ilə Əl Rəşid qüvvələrindən Ər-Riyadı xilas etmək üçün döyüşdüyü, onları sona qədər məhv etdiyi, qalanlarını məğlub edərək yerləşdiyi qaladır. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı tarixində Şahzadə Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudin bu qələbəsi milli qəhrəmanlıq kimi qiymətləndirilir və Səudiyyəlilər “Biz Ər-Riyadlılar “hökm Allaha, sonra Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səuda məxsusdur” – deyirik.
Məhz Əl-Məsmək Muzey-Sarayında Ərəb xalqının Kral Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudun rəhbərliyi altında qəhrəmancasına döyüşünü, kralın ailə şəcərəsini, Səudiyyə Krallığının quruluşunu, birləşmə tarixini əks etdirən müxtəlif silahlar, divarlardakı rəsm əsərləri, qalanın qapısına vurulmuş nizə, məscid, quyu, qüllələr, bəzi antik əşyalar, qalanın və döyüşlərin sənədli video-lenti və s. tarixi eksponatlar nümayiş etdirilir. Təsadüfi deyil ki, Qala divarlarının qalınlığına və möhkəmliyinə görə Əl-Məsmək adlandırılıb.
Onu da qeyd edək ki, Ər-Riyad şəhərinin ticarət mərkəzində yerləşən, 1902-1938-ci illərdə Kral Əbdüləziz bin Əbdül Rəhman bin Faysal Əl Səudin iqamətgahı, hökumət və pul (maliyyə xəzinəsi) evi olmuş Əl-Məsmək muzey-sarayından Səudiyyə Krallığı 1902-ci ildən 1995-ci ilə qədər ölkənin silah-sursatını saxlamaq üçün anbar kimi də istifadə edib. 1999-cu ildə Ər-Riyad Bələdiyyəsinin xüsusi bir araşdırma layihəsi əsasında Əl-Məsməkdə əsaslı təmir-bərpa işləri keçirilmişdir. Belə ki, şəhərin İnkişaf üzrə Baş İdarəsi Əl-Məsməkin Səudiyyə Ərəbistanı Krallığının qurulması mərhələlərini əks etdirən muzey-saraya çevirilməsi barədə xüsusi layihə qəbul etmişdir və ona Ər-Riyad vilayətinin valisi Şahzadə Salman bin Əbdüləziz rəhbərlik etmişdir.
Bizim səfər proqramımıza Səudiyyə Ərəbistanının Əl-Məsmək - bu tarixi hərb qalası muzeyindən sonra SƏK Milli kitabxanasını, ölkənin dünyanı əks etdirən Dənizkənarı bulvarını və əzəmətli göydələnlərinin yerləşdiyi və xüsusi milli bayram münasibəti ilə konsertin keçirildiyi milli parkı səyahət etmək daxil idi.
Əvvəlcə Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhd adına Milli Kitabxanası haqqında oxuyub öyrəndiklərimizə görə bu “məbəd” Səudiyyə Krallığında Memarlıq Sənəti sahəsində şah əsər hesab olunur. Kitabxananın binası kütləvi kitabxana kimi planlaşdırılsa da “sonra İki Müqəddəs Ocağın Şərifi Kral Salman bin Əbdüləzizin (Allah ona rəhmət eləsin) təklifi əsasında Səudiyyə Ərəbistanı Krallığının Milli Kitabxanasına çevrilmişdir. Kral Salman bin Əbdüləziz Kral Fəhd adına Milli Kitabxananın Milli kitabxananın yaradılmasının ideya rəhbəri olmuş, tikinti mərhələsində məşvərət komitəsinə rəhbərlik etmişdir. Kral Salman bin Əbdüləzizin Kitabxananın avadanlıqla təchizatında da böyük rolu olmuşdur”.
Milli Kitabxananın binası ərəb tarixi sənət motivləri və mərmər kitabələrlə bəzədilmişdir. Bu möhtəşəm mədəniyyət abidəsinin bəlkə də ən mühüm xüsusiyyətlərindən biri də elə məhz bu üslubudur.
Layihənin icrasına 1985-ci (hicri 1406) ildə Ər-Riyad Bələdiyyəsinin rəhbərliyi ilə başlanılmış və 1988-ci (hicri 1408) ildə tikinti tamamlanmışdır.
Kral Fəhd Milli Kitabxanası yarandığı gündən sürətlə inkişaf etdirilir və bu günə qədər Kitabxananın Fonduna Şahzadə Faysal bin Fəhd bin Əbdüləzizə aid əlyazmalar və nadir kitablar kolleksiyası, fotoşəkillər daxil edilməklə yanaşı çox sayda əlavə ədəbiyyat, məxəz və mənbələr, dövri nəşrlər əlavə edilmişdir.
Səudiyyə Ərəbistanı Krallığının Kral Fəhd Milli Kitabxanası ABŞ, Avropa və ümumiyyətlə, dünyanın ən müasir Kitabxanalarından geri qalmır və ərəb, eləcə də xarici ölkə kitabxanaları ilə sıx əməkdaşlıq Layihələri həyata keçirir, yeni informasiya və dövrü nəşrlərin mübadiləsini uğurla tətbiq edir.
... Biz səfər proqramı çərçivəsində Səudiyyə Ərəbistanının tarixi ənənə ilə müasirliyinin akkordlarının birləşdiyi Ər-Riyad – paytaxt şəhərindəki bəzən heyranlıq, bəzən təəccüb, bəzən heyrət hissləri yaradan gerçəklikləri seyr etməklə bərabər onun müxtəlif məzmunlu elmi tədqiqatlar üçün əsaslı mənbə-məxəz xarakterini də görür, aktual əhəmiyyətini düşünürdük.
... Deyirlər ziyarət yolu çətin olur. Ulu Öndər də bu “yolun” açılması üçün böyük əmək sərf edib. Özü də niyyət edib ki, Azərbayan Dövlət Müstəqilliyini qazanan kimi zəhməti olanlarla birlikdə Məkkəyə və Mədinəyə ziyarətə getsin. Ulu Öndərin niyyəti baş tutub və Azərbaycandan ilk zəvvar qrupu Səudiyyə Ərəbstanına Həcc ziyarətinə gediblər. Orda da Ulu Öndər işğal altında olan Dağlıq Qarabaq torpaqlarımızın azad olmasını Allahdan diləyib. Azərbaycan dövlətinə və xalqına bu da nəsib oldu. İndi Qarabağ özü bir ziyarətgahdır və zəvvarlarını qarşılamaqdadır.
Əlbəttə, “Heydər Əliyev İli”ndə və Ümummilli Liderin 100 illiyi ərəfəsində açdığı yolla Məkkəyə getmək ikiqat sevincli, həm də məsuliyyətli idi. Bu mirasa ehtiramla birlikdə bizim mənəvi borclarımızı və vəzifələrimizi qabardırdı.
Beləliklə, Səudiyyə Ərəbstanı Krallığına Səfər proqramımızda Müqəddəs Məkkə Əl-Mükərriməni - milyonlarla könülün Beytulllahı Kəbəni ziyarət əvəzolunmaz və keçilməzimiz idi... Kəbə evini Ziyarətlə Müsəlman Dünyasının Müqəddəs Kəhkəşanında 7 günlük səfər bitdi...
Səudiyyə Ərəbistanı Krallığı nəhəng dövlətdir. Onu 1 həftə ərzində gəzib-görmək mümkünsüzdür. Eyni zamanda hətta 1 həftəlik səfəri media üçün məlumat xarakterli məqalələrlə işıqlandırmaq mümkün olsa belə yenə bir dərin boşluq qalır.
Bu dərin boşluq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Elmi əməkdaşlıq əlaqələri sahəsindədir və problem real əsaslarla aradan qaldırıla bilər. Belə ki, səfər zamanı biz çox sayda elmi sahə, elmi istiqamət üzrə qarşılıqlı surətdə müstəqil və ya müştərək işlənə biləcək mövzulara qaynaqlarla qarşılaşdıq. Yeri gəlmişkən 2019-cu ildə Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə beynəlxalq mərkəzinin nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda qonaq olub. Abdullah əl-Vəşm onun rəhbərlik etdiyi institutda “ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. Direktor müəssisələr arasında əlaqələrinin genişləndirilməsinin hər iki tərəfə fayda verəcəyini bildirib”. Doğrudan da Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında elmi əməkdaşlıq əlaqələrini məsələn, tarix, ədəbiyyat, din, ilahiyyat, mədəniyyət, şərqşünaslıq, regionşünaslıq, fəlsəfə, multikulturlizm, tolerantlıq, sosiologiya, ekologiya, folklor yaradıcılığı, qadın azadlığı məsələsi, o cümlədən neft sənayesi, energetika, iqtisadiyyat, tibb, arxitektura, memarlıq və digər elm sahələrində mühüm mənbələr və mövzular üzrə inkişaf etdirmək labüddür. Qarşılıqlı elmi əməkdaşlıq, aktual mövzuların elmi mübadilələrlə yerinə yetirməsi bu gün dünya qabaqcıl elmi düşüncəsinin marağında olduğu elmi birliyə, elmi inteqrasiyaya yüksək səviyyədə imkan yarada bilər.
Ölkələrimiz arasında Qarşılıqlı Əlaqələr üzrə Baş Saziş sənədi xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən hələ 1994-cü ildə imzalanmışdır və arxada qalan 30 illik tarixi mərhələdə ölkəmizin müxtəlif sahələrinin rəhbər şəxslərinin, işçi qruplarının, o cümlədən keçmiş Təhsil naziri Misir Mərdanovun, AMEA-nın keçmiş prezidenti M.Kərimovun, BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun Səudiyyə Ərəbistanı Krallığına, habelə o SƏK-in Elm və Təhsil sahəsi üzrə əlaqədar qrumlarının rəhbərlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Bundan başqa 2014-cü ildə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri, daha sonra 2015-ci ildə Səudiyyə Ərəbistanının alimləri AMEA-nın Əlyazmalar İnstitutunda olublar. 2016-cı ildə Əlyazmalar İnstitutu ilə Səudiyyə Ərəbistanının Kral Əbdül Əziz Fondu arasında memorandum imzalanıb.
Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri 2014-cü AMEA-nın Şərqşünaslıq İnstitutunda da olublar. 2016-cı ildə Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Fondunun baş direktoru AMEA-nın Şərqşünaslıq İnstitutunda olub. 2017-ci ildə Səudiyyə Ərəbistanının səfiri, habelə səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutunun qonağı olub.
2021-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunmuş Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-ci iclasında müzakirələrin yekunu olaraq komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih Müştərək Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar. Sənəddə siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Belə ki, sözügedən protokolun 5-ci maddəsində Səudiyyə Ərəbistanı tərəfindən Nizami Gəncəvi yaradıcılığında İslam ənənələrinin, həmçinin onun yaradıcılığının ədəbiyyat və fəlsəfənin inkişafına təsirinin tədqiqinin nəzərdən keçirilməsi əksini tapıb.
Eyni zamanda, tərəflər AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə Səudiyyə Ərəbistanı Krallığının Orqan Transplantasiyası Mərkəzi arasında “Eksperimental modellərdə immunoloji tolerantlığının yaradılmasına innovativ yanaşmalar” mövzusu üzrə qarşılıqlı əməkdaşlıq üzrə razılığa gəliblər. Bundan əlavə, AMEA-nın Fiziologiya İnstitutu Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin Kral Əbdül-Əziz adına Tibb şəhərciyinin Tibb şöbəsinin Heriatrik Tibb Bölməsi ilə “Yüksək uzunömürlülük indeksli populyasiyalarda qocalmanın tədqiqi: tibbi-bioloji aspektlər” mövzusu üzrə qarşılıqlı əməkdaşlıq edəcək.
Həmçinin tərəflər Əbo Əl-Qasim Əl-Zəhavinin əlyazmaları ilə bağlı Bakıda seminarın keçirilməsi və həmin əlyazmaların tərcüməsi üçün vasitələrin araşdırılması ilə bağlı AMEA-nın Əlyazmalar İnstitutu ilə əməkdaşlıq etmək barədə razılaşıblar. Sözügedən protokolun 5-ci maddəsində, o cümlədən Həcc və regiona səfərlərlə bağlı əlyazmaların, sənədlərin, xəritələrin və şəkillərin rəqəmsal surətlərinin Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz Fonduna təqdim edilməsi əksini tapıb.
Bütün bunlar və elmi əlaqələrə dair digər faktlar təsdiq edir ki, iki ölkə arasında elmi əlaqələrin inkişafına ciddi əsaslar vardır və respublikamızda tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 100-cü il dönümünün təntənəli surətdə qeyd olunduğu bu günlər, bu aylarda onun Səudiyyə Ərəbistanı Krallığı ilə sistemli hala gətirdiyi və yüksək inkişafına nail olduğu dostluq, əməkdaşlıq münasibətləri körpüsünün elm və təhsil sütunlarını yaradıb möhkəmləndirmək tarixi irsə ən layiqli tövfə olar.
Onu da xüsusilə vurğulamaq yerinə düşər ki, uzun illərdir ki, (1997-ci ildən) Azərbaycan Milli Məclisi və Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir və bu ilin 11 yanvar tarixində Azərbaycan Respublikasının Milli Məclisində iki ölkənin dostluq qrupunun üzvləri arasında növbəti görüş keçirilmişdir. Azərbaycan Milli Məclisi və Səudiyyə Ərəbistanı Krallığı dostluq qruplarının rəhbərləri və üzvləri öz çıxışlarında turizm, energetika, neft-qaz, bərpa olunan enerji, investisiya istiqamətlərində əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən bəhs edərkən elm və təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulamışlar ki, bu da gerçək boşluğun aradan qaldırılması baxımından əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanla müsəlman dünyasının dayağı Səudiyyə Ərəbstanı Krallığı arasında yaratdığı dostluq, həmrəylik qarşılıqlı münasibətlərini onun siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq 20 ildir ki, uğurla davam etdirir.
Məsələn, cənab İlham Əliyevin Səudiyyə Ərəbstanı Krallığına 2005-ci il, mart ayının 8-də həyata keçirilmiş səfəri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafında böyük əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsi məqsədilə 18 milyon dollar həcmində kredit, ölkələrimiz arasında İnvestisiyaların təşviqi sazişi imzalanıb.
Həmin səfərdə Səudiyyə Ərəbstanı Krallığının vəliəhdi Abdulla bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət vermişdir. Elə həmin gün “İki Müqəddəs Məscidin Şərifi”.- Səudiyyə Ərəbistanın Kralı Fəhd bin Əbdüləziz Al Səud cənab İlham Əliyevlə təkbətək görüşmüş, gələcək ikitərəfli münasibətlərin perespektivləri müzakirə edilib, müəyyənləşdirilmişdir. Bu tarixi görüşdə Prezident İlham Əliyev Səudiyyə Ərəbstanının 82 yaşlı qocaman müdrik Lideri Kral Fəhd bin Əbdüləziz Al Səuda Azərbaycanın ali mükafatı - "İstiqlal" ordenini təqdim etmiş, eyni zamanda Kral Fəhd bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevi Səudiyyə Ərəbistanı Krallığının ali dövlət mükafatı,- dünyanın ən nüfuzlu, ən görkəmli siyasi xadimlərinə təqdim olunan - "Kral Əbdüləziz" ordeni ilə təltif etmişdir. Bu səfər zamanı Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə müqəddəs Məkkəyə Ümrə ziyarətinə getmiş, Əl-Həram məscidinini ziyarət etmişdir.
Aşağıdakı Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda 21 sentyabr 2021-ci il tarixli məktubunda güclü Liderlərin müdrk modern dünya dövlət idarəçiliyi strategiyasından qaynaqlanan iki ölkə arasındakı münasibətlər dolğunluqla belə şərh olunur:
“ Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan Respublikası dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə dostluq və qarşılıqlı etimad ənənələrinə söykənən münasibətlərinə xüsusi əhəmiyyət verir. Müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətimiz yüksək səviyyəli münasibətlərimizi səciyyələndirən xüsusiyyətlərdəndir.
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Səudiyyə Ərəbistanının verdiyi dəstəyi və ədalətli mövqeyini xalqımız daim yüksək qiymətləndirir.
Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər vardır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq prosesində qardaş ölkənizi təmsil edən şirkətlərin iştirakı iqtisadi əlaqələrimizin şaxələndirilməsinə önəmli töhfə verə bilər.
Əminəm ki, güclü İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"( https://president.az/az/articles/view/53164).
Arxada qalan 20 il ərzində bütün dünyada sülh, yüksək multikulturalizm ideyaları tərəfdarı siyasi Lider kimi böyük nüfuza malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbstanı Krallığı ilə iqtisadi, diplomatik, elm və təhsil, idman, mədəniyyət, gənclər siyasəti və s. sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirərək gücləndirmiş, iki ölkə arasında real dostluq, müsəlman birliyi və həmrəyliyinə nail olmuşdur.
Hər il Azərbaycandan minlərlə müsəlmanın Ümrə və Həcc ziyarətlərinə getməsi dini-mənəvi baxımdan olduğu kimi islam svilizasiyasının ən qədim və inkişaf baxımından ən müasir ölkəsi Səudiyyə Ərəbstanını da tanımaq, onun tarixi mədəniyyəti, memarlıq və inşaat nailiyyətlərindən mətbəxi və s.tanışlıq üçün geniş imkanlar yaradır. Eyni zamada Səudiyyə Ərəbstanında mütamadi olaraq keçirilən Azərbaycan günləri, qarşılıqlı Mədəniyyət tədbirləri ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini daim canlandırır.
Beləcə, bu il anadan olmasının 100-cü il dönümü ümumdünya səviyyəsində qeyd olunan Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin dünyanın İslam məbədi və ən zəngin ölkəsi Səudiyyə Ərəbstanı Krallığı ilə qurub yaratdığı dostluq, həmrəylik, əməkdaşlıq körpüsü ilbəil möhkəmlənir və eyni zamanda iki İslam - müsəlman inanclı xalqın Birliyinin dərin ümmanı, əzəmətli Qalası kimi tarixin daş kitabəsinə öz izini həkk edir.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin Səudiyyə Ərəbstanı Krallığı ilə 1990-cı illərin əvvəllərində qurub yaratdığı dostluq, həmrəylik, əməkdaşlıq körpüsü iki İslam – müsəlman xalqın güclü siyasi Liderlərinin peşəkar fəaliyyəti, yeni, modern yanaşmalarla ilə ilbəil inkişaf etdirlib möhkəmlənir.
... Biz də qədimdən qədim, eyni zamanda super modern Səudiyyə Ərəbistanı Krallığına bu ölkənin respublikamızdakı səfirliyinin xətti ilə səfərə hazırlaşandan müqəddəs Məkkə şəhərində Ümrə ziyarətində olarkən, həmçinin bir-birindən maraqlı proqram tədbirlərində iştirak edərkən, vətənə dönüb bu yazını yaza-yaza Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin 30 il əvvəl əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin qoruyub inkişaf etdirdiyi dövlətlərarası münasibətlərin davamlılığını və dəyərini dərindən dərk etdik.
Sözsüz ki, mənəvi mirasa münasibət vətəndaşlıq meyarları ilə sınaqdan keçir. Biz də bu düşüncələrimizlə ölkəmizlə Səudiyyə Ərəbistanı Krallığı arasında möhkəm mənəvi sütunları olan dostluq körpüsü salmış, hərtərəfli yollar açmış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramımızı peşəmizin imkanları ilə ifadə etməyə çalışdıq.
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!