InvestAZ rəhbəri ilə bağlı iddialar:1 milyon dollar mənimsəyib-VİDEO

Bir qədər əvvəl mediada belə bir informasiya yayıldı ki, Azərbaycanın məşhur forex şirkəti olan "InvestAZ” Türkiyəli iş adamının 1 milyon dollarını mənimsəməkdə ittiham olunur.
Sonradan bu informasiya nə təkzib, nə də rəsmi olaraq tsıdiqini tapmadı. Mediada yayılan xəbərlərdən belə aydın olurdu ki, əslində baş verənlər daha çox Azərbaycanla bağlıdır.
Məlumatda deyilirdi ki, Türkiyənin Birja Yatırımları Şurası (BYŞ) daha əvvəl bir neçə dəfə cəza və cərimə tətbiq etdiyi "InvestAZ”ı aparılan araşdırmalar nəticəsində yenidən cərimələyib.
Şuranın həftəlik bülletenində qeyd olunur ki, "InvestAZ” 46 958 lirə cərimələnib.
"InvestAZ”ın rəhbəri Elşən Quliyev, idarə heyəti üzvü Ceyhun Abdullayev, icraçı direktor Ümit Arca barəsində cinayət işi başlanılıb.
Belə ki, Türkiyəli iş adamı Yunus Akgün "InvestAZ”da öz hesabına 891 bin 753 dollar yatırım edərək alqı-satqı etməyə başlayıb. Bir müddət sonra isə bu pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. Bu məsələni aydınlaşdırmaq üçün "InvestAZ”ın Türkiyədəki ofisinə müraciət etsə də, onu Bakıya yönləndiriblər. Azərbaycanda isə şirkət rəsmilərindən heç kim onu qəbul etməyib.
Bundan sonra İstanbul prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, təxminən 1 milyon dollarlıq yatırım heç vaxt Yunus Akgünün hesabında olmayıb. "InvestAZ” onun üçün bir bulud sistemi yaradıb və iş adamı orada saxta alqı-satqı hərəkətləri edib.
Daha sonra onun pulu Yeni Zellandiyada fəaliyyət göstərən "Invest-AZ Limited” adlı şirkətin hesabına köçürülüb. Bu araşdırmadan sonra "InvestAZ” 1 milyon 836 min 538 lirə cərimə olundu.
Daha sonra istintaqa cəlb edilən Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını, belə bir müştərilərinin olmadığını, Yeni Zellandiyada fəaliyyət göstərən "Invest-AZ Limited” şirkəti ilə bir əlaqələrinin olmadığını bildiriblər.
İstintaqla müəyyən edilib ki, pul cəza aldıqdan sonra "InvestAZ” təcili şəkildə saytını, email adresini və yatırımçı girişi panellərini dəyişib. İstintaqdan öncə şirkətin Türkiyədəki saytından Azərbaycandakı və Yeni Zellandiyadakı şirkətlərin saytına keçid olduğu, lakin araşdırmalardan sonra bu yönləndirmənin çıxarıldığı müəyyən olunub.
İstanbul prokurorluğu ittiham aktı tərtib edərək "InvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın, hər birinin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İşə İstanbul Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Hazırda davam edən məhkəmə prossesini izləyirik. Prossesin gedişi, əslində Bakıda vətəndaşların şikayətlərini araşdırmağa davam edəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
korrupsiya.org
Dünən, 13:01
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:42
Azərbaycan əhalisinin sayı açıqlanıb
Dünən, 12:08
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
Dünən, 12:06
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Dünən, 12:02
Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir
Dünən, 12:00
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
Dünən, 11:58
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
Dünən, 11:38
Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb
Dünən, 11:36
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
15-10-2026, 13:38
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
15-10-2026, 13:33
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
15-10-2026, 13:30
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib
15-10-2026, 13:27
Laos üzv dövlət qismində AQEM-ə qoşulub
15-10-2026, 13:23
AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf
15-10-2026, 13:17
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
15-10-2026, 13:16
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
15-10-2026, 13:13
Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
15-10-2026, 13:03
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
14-10-2026, 12:42
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
14-10-2026, 12:30
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
14-10-2026, 12:27
Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib
14-10-2026, 12:23
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
14-10-2026, 12:18
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
14-10-2026, 12:15
Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb
14-10-2026, 12:10
Vətən müharibəsinin xronikası: 14 oktyabr
14-10-2026, 12:08
Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir
13-10-2026, 13:31
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur