AMEA-nın Gəncə Bölməsində gənc tədqiqatçıların dəyirmi masası keçirilib

AR Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və bölmənin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Azərbaycan gəncliyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” mövzusunda əlamətdar ilə həsr olunmuş yekun tədbir keçirilib.
Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizin tərəqqisinin əsas hərəkətverici qüvvəsi olan Azərbaycan gəncliyi ölkənin iqtisadi və ictimai həyatının daha yüksək mərhələlərə qaldırılmasına öz töhfəsini verməkdədir. Qeyd edib ki, Ümummilli Liderin strateji kursunun bu gün cənab Prezident İlham Əliyevin müasir əsaslarla daha uğurla davam etdirilməsi ilə inkişaf edən ölkəmizdə gənc nəslin potensialının hərtərəfli inkişafı üçün etibarlı zəmin yaradılıb.
Akademik Fuad Əliyev, həmçinin Gəncə Bölməsində daim gənc kadrlara, onların elm yolunda yüksəlməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb və qeyd edib ki, kollektivin gənc tədqiqatçıları mütəmadi olaraq, müxtəlif elmi forumlarda, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edir, öz yüksək nəticələri ilə Gəncə elmi məktəbinin ənənələrinin şərəfini ucaldırlar.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəsislər Şurasının sədri Vüqar Əhmədli “Heydər Əliyev və gənclər siyasəti”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Gənclər paytaxtı konsepti, tarixi, seçim prosesi və Gəncənin rolu”, bölmənin Mülki müdafiə qərargahının rəisi Vüsal Eminbəyli “Gəncədə idman infrastrukturunun inkişafı”, Diyarşünaslıq İnstitutunun əməkdaşı İlahə Əsədzadə “Zəfərə aparan vətənpərvər gənclik” mövzuları izrə çıxış ediblər.
Dəyirmi masanın yekununda çıxış edən akademik Fuad Əliyev məruzələrin maraqlı olduğunu, xüsusən Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2025-ci il üçün isə ölkəmizdə keçiriləcək MDB-nin İdman Oyunlarının əsas şəhəri olması məsələlərinin və bu hadisələrin böyük ictimai, siyasi və mədəni əhəmiyyətinin tədbirdə geniş şərh olunmasından məmnun qaldığını qeyd edərək, iştirakçılara minnətdarlığını bildirib.
mənbə ;www.science.gov.az
Dünən, 13:10
Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Milli estetik fikrin Aslan Aslanov dəyəri" mövzusunda məruzə edib
Dünən, 12:11
AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub
Dünən, 11:32
"İmadəddin Nəsimi irsində Etno-İdentik və Multikultural Dəyərlər" adlı monoqrafiyanın müzakirəsi keçirilib
Dünən, 11:25
Bakı məktəblərində valideyn konfranslarına başlanılıb
Dünən, 11:21
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
24-11-2026, 13:32
Azərbaycan Dillər Universitetində Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı olub
24-11-2026, 12:56
BDU beynəlxalq elmi reytinqdə Azərbaycan universitetləri arasında liderliyini qoruyub
24-11-2026, 12:54
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
24-11-2026, 12:51
Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”
24-11-2026, 12:33
Makronun büdcə təşəbbüsü tənqid edilib
24-11-2026, 12:26
Auditorlar Palatasının nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub
24-11-2026, 12:24
Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub
24-11-2026, 12:22
Qarabağ və Qərbi Azərbaycan əlyazmalarının vahid elmi kataloqu hazırlanır
24-11-2026, 12:19
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alır
24-11-2026, 12:16
Kiçik karvansarada qədim sənətkarlıq ənənələri yaşadılır
24-11-2026, 12:14
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 12:12
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23-11-2026, 12:43
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
23-11-2026, 11:10
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 11:04
Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
23-11-2026, 11:02
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
23-11-2026, 11:01
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
23-11-2026, 10:57
Sabah” – “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
23-11-2026, 10:55
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
23-11-2026, 10:49
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
23-11-2026, 10:48
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
23-11-2026, 10:44
Vyetnamda kulinariya festivalında Azərbaycan yeməklərinə böyük maraq olub